150 min nəfər xəbərdarlıq edildi .....                        "Hər şeyim kül olub" - Turabidən paylaşım .....                        15 yaşlı yeniyetmə intihar etdi .....                        "Anadolu"nun operatoru Qəzzada həlak oldu .....                        Azərbaycanda 10 tiktoker həbs edildi .....                        Azərbaycanda jurnalist vəfat etdi .....                        Zelenski italiyalı həmkarı ilə görüşdü .....                        36 yaşlı hakim niyə vəfat edib? - DETALLAR .....                        Həlak olan ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü təyin edildi - MƏBLƏĞ .....                       
27-10-2022, 18:32
Yaxın vaxtlarda birgə universitetin təməli qoyulacaq


Yaxın vaxtlarda birgə universitetin təməli qoyulacaq

Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması istiqamətində işlər davam edir. Bunu açıqlamasında Yunus Əmrə İnsitutunun rektoru Selçuk Karakılıç deyib. Türkiyəli rektor bildirib ki, yaxın zamanda birgə universitetin təməli qoyulacaq:“Təxminən 1 il sonra birgə universitetlə bağlı bəzi məsələlər öz müsbət həllini tapacaq. Hər il Azərbaycandan Türkiyəyə təxminən 5 mindən çox tələbə təhsil almağa yollanır. Onların böyük əksəriyyəti tibb, mühəndislik və hüquq fakültələrinə üstünlük verirlər. İstanbul, Ankara və İzmir kimi şəhərlərdə yerləşən universitetləri daha çox seçirlər. Bu günə kimi 28 min tələbə Azərbaycandan Türkiyəyə oxumaq üçün yollanıb. Türkiyədən də gəlib Azərbaycanda təhsil alan xeyli sayda tələbə var”. Rektor, həmçinin vurğulayıb ki, Ukraynada müharibə başlayandan sonra həmin ölkədən Türkiyəyə oxumağa gələn tələbələrin sayında artım müşahidə olunur: “Ukraynadakı kimsəsiz uşaqları Türkiyə öz himayəsinə alıb. Hazırda həmin uşaqlar Antalyada təhsil alırlar”. Qeyd edək ki, Azərbaycan-Türkiyə birgə universiteti paytaxt Bakıda açılacaq. Daha sonra filialları Gəncə və Şuşada açıla bilər. Türkiyədəki Ali Təhsil Şurası Azərbaycanda açılacaq birgə universitetlə bağlı yüksək səviyyədə hazırlıqlar aparıb. Bundan öncə yayılan xəbərlərdə bildirilirdi ki, 2023-cü ildə Türkiyənin müstəqilliyinin 100-cü ildönümündə birgə universitetin açılması nəzərdə tutulur.


21-10-2022, 16:28
İtaliya–Azərbaycan Universiteti ilə bağlı sərəncam


İtaliya–Azərbaycan Universiteti ilə bağlı sərəncam

Prezident İlham Əliyev “İtaliya–Azərbaycan Universiteti layihəsinin həyata keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, İtaliya–Azərbaycan Universiteti layihəsini həyata keçirən ADA Universitetinə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının nəticələri əsasında tələbə seçimini müstəqil aparmaq hüququ verilib. ADA Universiteti İtaliya–Azərbaycan Universiteti çərçivəsində tətbiq etdiyi təhsil proqramlarını İtaliya Respublikasının ali təhsil müəssisələrinin akademik standartlarına uyğun qurmaq və idarə etmək hüququna malikdir. Nazirlər Kabinetinə İtaliya–Azərbaycan Universiteti layihəsinə cəlb olunması ilə əlaqədar ADA Universitetinin maddi-texniki bazasının möhkəmləndirilməsi və əməliyyat xərclərinin maliyyələşdirilməsi məsələlərini həll etmək, layihə çərçivəsində kadr hazırlığı aparılan ixtisasları və təhsil alan tələbələrin sayını hər il müəyyən etmək və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
18-10-2022, 23:09
Qaydaları pozan şagirdlər belə cəzalandırılacaq


Qaydaları pozan şagirdlər belə cəzalandırılacaq

Məktəblərdə nizam-intizam qaydalarını pozan şagirdlərə qarşı tətbiq ediləcək inzibati tədbirlər müəyyənləşib. Bu barədə Elm və Təhsil Nazrliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev bildirib. Onun sözlərinə görə, inzibati tədbirlər şagirdlərin davranış səviyyələri nəzərə alınmaqla tətbiq ediləcək. Davranış səviyyələrinə görə, tətbiq olunacaq inzibati tədbirlər aşağıdakılardır:
- müəllim baxışı, qeyri-verbal münasibət
- şagirdlərlə sakit söhbət
- xəbərdarlıq
- uzaqlaşdırma
- valideyn ilə əlaqə saxlamaq
- dərsdən sonra şagirdin məktəbdə saxlanması
- psixoloqa yönləndirmə
- sarı xəbərdarlıq məktubu
- narıncı xəbərdarlıq
- qırmızı xəbərdarlıq
14-10-2022, 15:14
Məktəblərdə şagirdlərə telefon qadağası qoyuldu


Məktəblərdə şagirdlərə telefon qadağası qoyuldu

Son günlər məktəblərdə baş verən neqativ halların şagirdlər tərəfindən telefonla çəkilərək sosial şəbəkələrdə paylaşılır. Məktəblərdən yayılan görüntülərdən sonra bir sıra ümumtəhsil müəssisələrində şagirdlərin dərsə mobil telefon gətirməsinə qadağa qoyulduğu bildirilir. Buna səbəb olaraq da mobil telefonların tədris prosesinə mane olduğu göstərilir. Bəs mobil telefon tədris prosesinə mane olduğu üçün yoxsa məktəblərdəki xoşagəlməz halların çəkilib yayılmasına səbəb olduğunu üçün qadağan olunur? Elm və Təhsil nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov qeyd edib ki, direktorlar şagirdlərin məktəbə smartfonla girişinə qadağa qoyublar. Əslində belə bir qadağanın heç bir əsası yoxdur. "Bu kimi halların baş verməsindən xəbərdaram. Ümumiyyətlə, valideynlər şagirdlərə mobil telefon vermə kimi ənənələrdən müəyyən qədər uzaq olmalıdır. Bu kimi vasitələr şagirdin həm fikrini yayındırır, həm də internetə çıxışı olduğu üçün müəyyən zərərli informasiyaları görə bilirlər. Bu baxımdan əlbəttə ki, valideynlər diqqətli olmalıdırlar. Bizim həqiqətən direktor problemimiz var. Əlbəttəki, nümunəvi, peşəkar direktorlarda az deyil. Lakin xeyli sayda direktorlar var ki, onlardan bizə də şikayətlər daxil olur. Direktorlar özlərini məktəbin ağası kimi yox, məktəbin bir parçası kimi hiss etməlidir. Şagirdlərə mobil telefonlardan uzaq durma tövsiyyə oluna bilər. Məktəbdə negativ halların qarşısının alınması üçün belə bir qadağa olması doğru deyil. Ümumiyyətlə, məktəbdə negativ hal olmamalıdır. Məktəb təlim və tərbiyə ocağıdır və hər hansı bir xoşagəlməz hadisələr olmamalıdır. Bu cür qadağalar çıxış yolu deyil. Biz şagirdlərə mobil telefonların zərərlərini izah etsək, bəlkə də onlar özləri telefondan istifadən imtina edəcək”, - deyə o bildirib. Elm və Təhsil Nazirliyindən isə bildirilib ki, məktəblərdə telefonun istifadəsi ilə bağlı rəsmi qaydada qadağa mövcud deyil. Məktəb rəhbərliyi tərəfindən təhsil müəssisəsində telefon istifadəsi tənzimlənə bilər.
12-10-2022, 20:59
Universitetlərin akkreditasiyası ilə bağlı meyarlar təsdiqləndi


Universitetlərin akkreditasiyası ilə bağlı meyarlar təsdiqləndi

“Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” və “Ali təhsil müəssisəsinin proqram akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” təsdiqlənib. Butov.az-ın məlumatına görə, bu barədə Elm və Təhsil Nazirliyinin Kollegiyası qərar qəbul edib. Qərara əsasən, hər bir qiymətləndirmə meyarı üzrə toplanılan maksimal bal indikatorların sayından asılı olaraq müəyyən edilir. Hər bir indikator üzrə maksimal balın ölçüsü 3-dür. Qərarın icrasına nəzarət nazir müavini İdris İsayevə həvalə edilib.
10-10-2022, 17:21
UNEC “British Council”un rəsmi tərəfdaşı oldu


UNEC “British Council”un rəsmi tərəfdaşı oldu

UNEC-də “UNEC Language Center” (ULC) Dil mərkəzinin açılışı olub. Butov.az xəbər verir ki, mərkəzin açılışında UNEC rektoru professor Ədalət Muradov, “British Council”un ölkə üzrə direktoru Nərgiz Hacıyeva, Cənubi Qafqazın imtahanlar üzrə meneceri Nərgiz Əkbərova və universitet əməkdaşları iştirak ediblər. Rektor Ədalət Muradov qonaqlara mərkəzin fəaliyyəti, eləcə də universitetdə xarici dilin tədrisi barədə məlumat verib. Bildirib ki, ULC-də UNEC-in peşəkar müəllimləri tərəfindən “General English”, “Business English”, “Business Correspondence”, “Academic English” və “IELTS” kursları təşkil olunacaq. Sonra UNEC ilə “British Council” arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, rəsmi IELTS tərəfdaşı olaraq, UNEC də British Council tərəfindən IELTS imtahanları təşkil olunacaq. Tələbələr Dil mərkəzində qeydiyyatdan keçərək, imtahana yazıla bilərlər. Mərkəzdə həftə sonları IELTS sınaq imtahanlarınin keçirilməsi nəzərdə tutulub.“UNEC Language Center”ə (ULC) UNEC-in dosenti Aysel Xəlilova rəhbərlik edəcək.



7-10-2022, 18:09
Helsinkidə Azərbaycan məktəbi fəaliyyətə başladı


Helsinkidə Azərbaycan məktəbi fəaliyyətə başladı

Finlandiyanın paytaxtı Helsinkidə fəaliyyət göstərən Azərbaycan Evinin nəzdində Azərbaycan dili, musiqi və rəsm fənləri tədris olunacaq. Azərbaycan Evinin rəhbəri, “Azər-Türk” Gənclər Təşkilatının sədri, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndirici Ülviyyə Cabbarova bildirib ki, dərslərin başlanması üçün artıq hazırlıq işləri başa çatıb. Ana dili kurslarında Diasporla İş üzrə Dövlət Komitəsinin Təhsil Nazirliyi ilə birgə hazırladığı vəsaitdən istifadə olunacaq. Komitə digər fənn vəsaitlərini də Azərbaycan Evinə təqdim edib. Onun sözlərinə görə, artıq 20 nəfərə yaxın müdavim Azərbaycan dili kurslarında iştirak etmək üçün müraciət edib. Valideynləri övladlarının Azərbaycan dilini mükəmməl şəkildə mənimsəmələrini istəyirlər. Dərslərə hər həftənin sonunda 1 saat vaxt ayrılacaq. Azərbaycan dili müəllimi Şura Ağaverdiyeva bildirib ki, uşaqlar yaş kateqoriyalarına görə qruplara bölünəcəklər. Azərbaycan dili vəsaitinin rəngarəng şəkildə tərtib olunduğunu söyləyən müəllim bildirib ki, dərslər həftədə bir dəfə keçirildiyindən, uşaqların dil mənimsəmə müddəti 1 ilə qədər vaxt ala bilər. Əslən Cənubi Azərbaycandan olan valideyn Babək İmani bildirib ki, Azərbaycan Evinin açılacağı və burada Azərbaycan dili kursunun fəaliyyət göstərəcəyi xəbəri soydaşlarımızda böyük sevinc doğurub. Onun övladı Rafael dünyaya gələndən sonra Finlandiyada Azərbaycan dilində kitablar almağa çalışıb, bəzi kitabları isə Bakıdan gələn dostları hədiyyə edib. Bu illər ərzində həmin kitabları övladı üçün oxuyub, onun Azərbaycan dilini eşitməsinə çalışıb. “Amma Azərbaycan Evində uşaqlara doğma dilimizin tədris olunması tamamilə başqa məsələdir. Çox istəyirəm ki, övladlarım Azərbaycan dilini bizdən daha yaxşı bilsinlər”, - deyə soydaşımız vurğulayıb. Qeyd edək ki, atası ilə birlikdə Azərbaycan Evinə gələn Rafael İmaninin doğma dilimizdə yazdığı ilk söz “Azərbaycan” olub. Diaspor TV-nin “Vətən uzaqda deyil” proqramının bir buraxılışı Helsinki Azərbaycan Evinin fəaliyyətinə və burada həftəsonu məktəbinin açılmasına həsr olunub.




4-10-2022, 18:16
BMU-nun müəllimləri “Tərəqqi” medalı ilə təltif olundu


BMU-nun müəllimləri “Tərəqqi” medalı ilə təltif olundu

Bakı Mühəndislik Universitetinin (BMU) üç müəllimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilən təhsil işçilərinin siyahısında yer alıb.
Butov.az xəbər verir ki, Müvafiq sərəncama əsasən, BMU əməkdaşları - Peqadoji fakültənin dekanı Elşad Abdullayev, Mühəndsilik fakültəsinin Kompüter və informasiya texnologiyaları kafedrasının baş müəllimi Etibar Seyidzadə və Kimya-biologiya kafedrasının dosenti Rəşad Səlimov beynəlxalq fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqləndiklərinə görə, təltif ediliblər. Prezident İlham Əliyev oktyabrın 4-də “Fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqlənən təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” sərəncam imzalayıb. Beynəlxalq və respublika fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqlənən səkkiz təhsil işçisi “Tərəqqi” medalına layiq görülüb.
3-10-2022, 17:24
Kolleclərin boş qalan yerlərinə qəbul nəticələri açıqlandı


Kolleclərin boş qalan yerlərinə qəbul nəticələri açıqlandı

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 1210 abituriyent ixtisas seçimi edib. Müsabiqə nəticəsində 1008 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olunub. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, abituriyentlər müsabiqənin nəticələri barədə məlumatı DİM-in internet saytından, eləcə də “iş nömrəsi"ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u bütün mobil operator nömrələrindən 7727-yə göndərməklə öyrənə bilərlər. Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların siyahısı ilə “Abituriyent” jurnalının xüsusi buraxılışında tanış ola bilərsiniz. Jurnalın xüsusi buraxılışının elektron versiyasını (pdf formatında) DİM-in saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür. Qəbul olunan abituriyentlər 5 oktyabr saat 12:00-dan 10 oktyabr saat 23:59-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcəkdir.
24-09-2022, 15:34
Azərbaycanın 20 gənc polisi Türkiyədə təhsil alacaq


Azərbaycanın 20 gənc polisi Türkiyədə təhsil alacaq

2022-2023-cü tədris ilində Türkiyə Milli Polis Akademiyasının Polis Rəisləri Təlim Mərkəzində təhsil almaq üçün Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) 20 gənc əməkdaş seçilib. Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, nazir general-polkovnik Vilayət Eyvazovun göstərişinə əsasən DİN-in “Avtomatlaşdırılmış kadr informasiya sistemi” vasitəsilə şərtlərə uyğun olaraq bakalavr ali təhsil dərəcəsinə malik, türk dilini yaxşı bilən, fiziki hazırlıqlı, geniş dünyagörüşlü, müasir informasiya texnologiyaları ilə işləməyi bacaran 20 gənc əməkdaş seçilərək sənədləri qardaş Türkiyənin müvafiq təhsil müəssisəsinə göndərilib."Bu münasibətlə seçilmiş əməkdaşları qəbul edən V.Eyvazov onları təbrik edərək iki qardaş ölkənin Daxili İşlər nazirlikləri arasındakı əməkdaşlığın yüksək səviyyədə olmasını məmnunluqla qeyd edib, təhsil alacaqları dövrdə Türkiyəli həmkarlarının təcrübələrindən yararlanmağı, öz üzərlərində daim işləməyi, biliklərini və fiziki hazırlıq səviyyələrini artırmalarını tövsiyə edib. O əmin olduğunu bildirib ki, təhsil alacaqları müddətdə onlar Azərbaycan polisini, xalqımızı şərəflə təmsil edəcəklər", - məlumatda qeyd olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!