Türkiyəyə naməlum dron yaxınlaşdı - Qırıcılar havada vurdu - TƏCİLİ .....                        “Müəllim” sözünü düzgün yaza bilməyən müəllimlər... - Nazir .....                        Gizir Xanıya şəhidlik statusu verildi .....                        Azərbaycanda məktəblər distant təhsilə keçə bilər .....                        “Neftçi” xal itirdi .....                        Azərbaycanla Niderland arasında əməkdaşlıq müzakirə olundu .....                        Məktəbli çantalarını yükləyən Nazirlik deyil - Emin Əmrullayev .....                        Bu məhkumlar azadlığa çıxa bilər - Novella Cəfəroğlu ADLAR ÇƏKDİ .....                        Biləsuvarda qadın boğularaq öldürülübmüş - Gəlini və onun qardaşı saxlanıldı .....                       
19-11-2024, 12:38
Emin Əmrullayev İtaliyanın təhsil naziri ilə görüşüb


Emin Əmrullayev İtaliyanın təhsil naziri ilə görüşüb

Noyabrın 18-də elm və təhsil naziri Emin Əmrullayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan İtaliyanın təhsil naziri Giuseppe Valditara ilə görüşüb.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.
19-11-2024, 12:33
Rusiya bu hallarda nüvə silahından istifadə edəcək - Putin yeni doktrinanı imzaladı


Rusiya bu hallarda nüvə silahından istifadə edəcək - Putin yeni doktrinanı imzaladı

Rusiya prezidenti Vladimir Putin ölkənin yenilənmiş nüvə doktrinasını – nüvə hərbi təhdidinin qarşısının alınması sahəsində dövlət siyasətinin əsaslarını təsdiq edib.
Vladimir Putin bu haqda fərman imzalayıb.
Doktrinanın əsas prinsipi olaraq göstərilib ki, nüvə silahı Rusiyanın suverenliyini qorumaq üçün son çarədir.
Eyni zamanda, qeyd edilib ki, yeni hərbi təhdidlərin və risklərin yaranması ilə əlaqədar Rusiya nüvə silahından istifadəyə icazə verən parametrləri dəqiqləşdirməli idi.
Fərman nüvə təhdidləri ilə bağlı dövlətlərin və hərbi ittifaqların kateqoriyasını genişləndirib.
Beləliklə, hər hansı qeyri-nüvə dövlətinin nüvə ölkəsinin iştirakı və ya dəstəyi ilə hücumu onların Rusiyaya qarşı birgə təcavüzü sayılacaq.
Sənədə görə, adi silahlarla Rusiyanın suverenliyinə kritik təhlükə yarandıqda və ya İttifaq dövlətinin üzvü kimi Belarusa hücum edilərsə, buna qarşı da nüvə reaksiyası mümkündür.

Doktrinanın əsas tələbləri:

- Rusiya Federasiyasının nüvə silahından istifadəyə hazır olması və qətiyyəti nüvə təhdidinin qarşısının alınmasını təmin edəcək;

- Rusiya Federasiyası özünün və Belarusun suverenliyinə və ərazi bütövlüyünə kritik təhlükə yaranarsa, nüvə silahından istifadə edə bilər;

- Yenilənmiş nüvə doktrinası nüvə hücumu həyata keçirən düşməni müəyyən edir.

Nüvə silahından istifadə şərtləri arasında Rusiya Federasiyasına qarşı ballistik raketlərin buraxılması da yer alır.
Doktrinaya görə, Rusiya Federasiyasına qarşı təcavüz üçün ərazi və resursların verilməsi belə bir dövlətin nüvə təhdidinin qarşısının alınması üçün əsasdır.
Rusiyanın nüvə doktrinasının əvvəlki variantı 2020-ci ilin iyununda təsdiqlənmişdi.
19-11-2024, 12:27
Dağlara qar yağacaq - Sabahın havası


Dağlara qar yağacaq - Sabahın havası

Noyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, gündüz isə arabir yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 9-11° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 13-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacaq.
19-11-2024, 12:15
İran şahının oğlu Trampdan Xamnei rejimini bitirməyi istədi


İran şahının oğlu Trampdan Xamnei rejimini bitirməyi istədi

İranın devrilmiş şahının mühacirətdəki oğlu Rza Pəhləvi ABŞ-da prezident seçkilərinin respublikaçılardan olan qalibi Donald Trampı təbrik edib.
Bu barədə Rza Pəhləvi sosial şəbəkədəki paylaşımında bildirib.
“Sizi ABŞ prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm. İlk prezidentlik dönəminizdə nəinki Yaxın Şərqi, hətta Amerika xalqını terror, qeyri-sabitlik, xaosla təhdid edən İslam Respublikasına qarşı cəsarətlə İran xalqının yanında durdunuz. İndi bu təhlükəni birdəfəlik bitirməklə tarix yazmaq və davamlı sülh mirası qoymaq imkanınız var. Bu missiyanız zamanı İran xalqı sizin ən yaxşı tərəfdaşınızdır”, - deyə Rza Pəhləvi təbrikində qeyd edib.
Xatırladaq ki, 1979-ci ildə devirilən İran şahı Məhəmməd Rza Pəhləvinin ailəsi ABŞ-a qaçıb. Hazırda şahın arvadı Fərəh Pəhləvi və böyük oğlu Rza Pəhləvi Vaşinqtonda yaşayır.
İran mühacirlərinin bir hissəsi Rza Pəhləvini "şah" adlandırır.
Pəhləvilər ailəsi hazırda İranda "arzuolunmaz ailə" statusunu daşıyır.
19-11-2024, 11:39
Əmək pensiyalarının orta məbləği bu qədər artacaq


Əmək pensiyalarının orta məbləği bu qədər artacaq

Əmək pensiyalarının orta aylıq məbləği növbəti ildə 531 manat və ya cari illə müqayisədə 8% çox olacağı proqnozlaşdırılır.
Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir qeyd edib ki, yaşa görə pensiyanın orta aylıq məbləği də 8 faiz artacaq:
“Bu ilin sonuna gözləntimiz odur ki, əmək pensiyalarının orta aylıq məbləği 494 manata, yaşa görə əmək pensiyasının orta aylıq məbləği isə 527 manat olacaq. Növbəti ildə 8 %-lik artımla pensiyaçılara daha əhatəli dəstək tədbirləri təqdim edilə biləcək”.
19-11-2024, 10:01
Azərbaycanda İran vətəndaşı itib


Azərbaycanda İran vətəndaşı itib

Azərbaycanda İran vətəndaşı itkin düşüb.
Masallı rayonu Türkoba kəndində quru meyvələrin satışı ilə məşğul olan, 1985-ci il təvəllüdlü, İran vətəndaşı Pourjafar Majid Ali oğlu iki gündür işlədiyi mağazada pasportunu və mobil telefonunu qoyaraq həmin yerdən naməlum istiqamətdə gedib və geri qayıtmayıb.
Araşdırma aparılır.
19-11-2024, 09:25
Sosial yardım nə qədər artırılacaq?


Sosial yardım nə qədər artırılacaq?

Gələn ildən etibarən ehtiyac meyarı 270 manatdan 285 manata çatdırılacaq. Yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımdan vacibdir. Bu kontekstdən ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşların aldığı yardım məbləğinin gələn ildən artmasına səbəb olacaq. Bəs artımlar nə qədər təşkil edəcək?
Milli Məclisin iqtisadçı deputatı Vüqar Bayramov sosial yardımın nə qədər artacağına aydınlıq gətirib. O bildirib ki, ehtiyac meyarı artırıldığı üçün daha çox ailə ünvanlı sosial yardıma müraciət edə biləcək:
“Ailənin 5 üzvü var və həmin ailənin rəsmi aylıq gəliri 900 manatdır. Bu il həmin ailə üçün 1350 manat (5 nəfər X 270 manat) ehtiyac meyari, yəni xərc hesablanır. Bu zaman ailənin xərci ilə gəliri arasındakı fərq 450 manat (1350 manat- 900 manat) olur. Həmin ailənin ünvanlı sosial yardıma müraciət hüququ olduğu halda, o proqram çərçivəsində ayda dövlətdən 450 manat yardım ala bilir. Amma bu rəqəm gələn ildən artacaq. Belə ki, həmin ailə üçün ehtiyac meyarı gələn ildən 1425 manata yüksəlir (5 nəfər X 285 manat) və nəticədə həmin ailənin gəliri dəyişmədiyi halda, aldığı aylıq yardım 450 manat deyil, 525 manat (1425 manat- 900 manat) olur”.
Bununla yanaşı deputat təklif də irəli sürüb:
“2025-ci ildən etibarən ehtiyac meyarının ləğv edilməsi və yalnız yaşayış minimumdan istifadə olunması daha məqsədəuyğun olardı. Bu zaman ünvanlı sosial yardım proqamında da yaşayış minimumu meyarından istifadə etmək daha uyğundur”.
19-11-2024, 09:17
Ermənistan ATƏT-ə missiya rəhbəri təyin edib


Ermənistan ATƏT-ə missiya rəhbəri təyin edib

Ermənistan ATƏT-dəki missiyasına yeni rəhbər təyin edilib.
Müvafiq sərəncamı Ermənistan prezidenti Vaaqn Xaçaturyan imzalayıb.
Sərəncama əsaən, Andranik Hovhannisyan Ermənistanın ATƏT-dəki missiyasının rəhbəri, Ermənistan Respublikasının BMT-nin Vyana ofisindəki daimi nümayəndəsi təyin edilib.
19-11-2024, 09:00
Kim Çen In orduya tapşırıq verdi: Müharibəyə hazır olun!


Kim Çen In orduya tapşırıq verdi: Müharibəyə hazır olun!

Şimali Koreya lideri Kim Çen In ordusunun əsgərləri ilə görüşüb və müharibəyə tam hazır olmağın vacibliyini vurğulayıb.
Bu barədə Pxenyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
Bu, sayca dördüncü belə görüşdür. Bundan əvvəlki görüş 10 il əvvəl olub.
Qeyd olunur ki, Kim Çen In xarici düşmən qüvvələrin Pxenyana yaratdığı təhdidlərdən, onlara qarşı durmağın zəruriliyindən və bu kontekstdə ordu hissələrinin hazırlıq səviyyəsinin artırılmasının vacibliyindən danışıb.
Maraqlıdır ki, Koreya ordusunun əsasını nüvə qüvvələri təşkil edir.
18-11-2024, 15:38
Azərbaycanda ikili vətəndaşlığı olan şəxslər əsgərliyə çağırılır? - RƏSMİ


Azərbaycanda ikili vətəndaşlığı olan şəxslər əsgərliyə çağırılır? - RƏSMİ

Azərbaycanda ikili vətəndaşlığı olan şəxslərin başqa ölkədə hərb xidmətdə olduqları halda ölkəmizdə də hərbi xidmətdən keçib-keçməməsi ilə bağlı məsələ gündəmə çevrilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.9-cu maddəsinə əsasən, xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar:
“Eyni zamanda bildiririk ki, həmin Qanunun 23.0.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və əvvəllər vətəndaşı olduğu ölkənin qanunvericiliyinə əsasən müddətli həqiqi hərbi xidmət keçmiş və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslər dinc dövrdə müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər”.
Verilən məlumata görə, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin (Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri) 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!