Tramp İranda bu obyektin məhv edilməli olduğunu düşünür .....                        Zelenski yeni komandan təyin etdi .....                        İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı .....                        İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı .....                        Kanalda batan var .....                        Marıxda yatanlar yuxuya, qardaşlar sevincə dalsın! .....                        Prezidentlər Maraş dondurması yedilər - FOTO .....                        Müharibədə mülki infrastruktura vurulan ziyanla bağlı sənədlər tədqiq olundu .....                        İran sərhədini keçən vətəndaşların sayı açıqlandı .....                       
11-05-2024, 12:46
Daha bir tələbə qəfil vəfat etdi


Daha bir tələbə qəfil vəfat etdi

Azərbaycanda daha bir tələbə vəfat edib.
Bakı Slavyan Universitetinin Şərqi Avropa Dilləri fakültəsinin II tədris ili tələbəsi Bayramova Sevinc Sirac qızı vaxtsız dünyasını dəyişib.
Məlumatı Bakı Slavyan Universiteti yaysa da, ölüm səbəbi açıqlanmayıb.
Allah rəhmət eləsin!
11-05-2024, 12:42
Ermənistanda etirazlar davam edir: bu gün 50 nəfər saxlanılıb


Ermənistanda etirazlar davam edir: bu gün 50 nəfər saxlanılıb

Ermənistanda Baş nazir Nikol Paşinyanın istefası tələbilə etiraz aksiyaları davam edir.
İrəvanda bu gün keçirilən itaətsizlik aksiyasının 50 iştirakçısı saxlanılaraq Polis bölmələrinə aparılıb.
Bu barədə Milli Cəbhə Telegram kanalı məlumat yayıb.
Saxlanılanlara hüquqi yardım göstərilməsi üçün müxalifət deputatları polis idarələrinə gediblər.
Ermənistandakı etiraz aksiyalarına Erməni Apostol Kilsəsinin arxiyepiskopi Baqrat Srbazan rəhbərlik edir. Onun arxasında bütün ermənilərin katalikosu II Qaregin və eks-prezident Robert Köçəryanın dayandığı bildirilir.
Aksiya keçirənlər Azərbaycanla sərhədlərin demarkasiyasına etiraz edirlər.
11-05-2024, 12:15
Prezident və birinci xanım Şuşadakı “Xarıbülbül” Festivalının açılışında


Prezident və birinci xanım Şuşadakı “Xarıbülbül” Festivalının açılışında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında iştirak edirlər.
Dövlətimizin başçısı tədbirdə çıxış edib.
Sonra ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik çıxış edib.
11-05-2024, 12:00
Göldə boğulan tələbələr dəfn olundu


Göldə boğulan tələbələr dəfn olundu

Ötən gün Naxçıvanda göldə boğularaq ölən tələbələr dəfn olunub.
2005-ci il təvəllüdlü Fəttah Zəkəriyəyev və 2006-cı il təvəllüdlü Əli Mehrəliyevin nəşləri dəfn olunmaq üçün doğulduqları Astara rayonunun Pensər kəndinə gətirilib.
Onlar Pensər kənd qəbiristanlığında torpağa tapşırılıb.
Astara rayonu Pensər kənd sakinləri olan 2005-ci il təvəllüdlü Fəttah Zəkəriyəyev və 2006-cı il təvəllüdlü Əli Mehrəliyev gecə saatlarında Naxçıvan şəhərində yerləşən “Bazar gölü”nə düşüb və boğulublar.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları meyitləri sudan çıxarıblar.
Hər iki gəncin Naxçıvan Dövlət Universitetinin tələbələri olduğu bildirilir.
Fakt üzrə Naxçıvan şəhər prokurorluğunda araşdırma aparılır.
11-05-2024, 11:58
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul etdi


İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 11-də Şuşada ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki qəbul edib.
Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Görüşdə Şuşada keçirilən VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının əhəmiyyəti qeyd olundu.
Söhbət zamanı bundan əvvəl keçirilən görüşlər məmnunluqla xatırlandı.
ICESCO-nun Baş direktoru Şuşaya budəfəki səfərində burada çox böyük inkişaf proseslərinin və dəyişikliklərin şahidi olduğunu bildirdi, işğal zamanı ermənilər tərəfindən tamamilə dağıdılmış məscidlərin yerində yeni məscidlərin inşa edilməsinin İslam dininin dəyərlərinin qorunması baxımından əhəmiyyətini vurğuladı.
Görüşdə işğaldan azad edilmiş ərazilərdə böyük bərpa və yenidənqurma işlərinin getdiyi məmnunluqla qeyd olundu.
ICESCO ilə Azərbaycan arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu və perspektivlər barədə fikir mübadiləsi aparıldı.
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim etdi.
11-05-2024, 11:37
Heydər Əliyev Fondu ICESCO ilə memorandum imzaladı


Heydər Əliyev Fondu ICESCO ilə memorandum imzaladı

Mayın 11-də Şuşada Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memorandum mədəniyyət, elm və təhsil, yeni texnologiyaların inkişafı sahələrində təcrübə mübadiləsinin aparılmasını, eyni zamanda, birgə layihələrin icra olunmasını nəzərdə tutur.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və ICESCO-nun baş direktoru Səlim bin Məhəmməd Əl-Malikin görüşündə ikitərəfli əməkdaşlıq, ICESCO ilə Fond arasında ötən müddət ərzində mövcud əlaqələr müzakirə edilib.
Fondun prezidenti Mehriban Əliyevanın ICESCO-nun xoşməramlı səfiri kimi sivilizasiyaların yaxınlaşması, mədəniyyətlərarası dialoq üzrə fəaliyyəti və xidmətləri vurğulanıb.
Görüşdə Fond tərəfindən təhsil və mədəniyyətin inkişafına, Azərbaycanla yanaşı, digər ölkələrdə humanitar sahədəki layihələri, xalqlar və dinlərarası yaxınlaşmaya yönələn fəaliyyət qeyd olunub. İmzalanan memorandumun əməkdaşlığın gələcək uğuruna zəmin yaradacağı bildirilib.
2024-cü il üzrə İslam dünyasının mədəniyyət paytaxtı seçilən Şuşada Heydər Əliyev Fondunun işğaldan sonra tarixi dini və mədəni abidələrin qorunması, bərpası istiqamətində qısa müddətdə apardığı işlərin mədəni-tarixi irsin yaşadılması baxımından əhəmiyyəti qeyd olunub. Bu sahədə də ICESCO ilə əməkdaşlıq müzakirə edilib.
Sonra ICESCO-nun baş direktoru Səlim bin Məhəmməd Əl-Malik Şuşada tarixi-dini abidələri ziyarət edib, işğal zamanı burada törədilmiş erməni vandalizminə dair faktlarla tanış olub.
Xatırladaq ki, Azərbaycan 50-dən çox müsəlman dövlətinin təmsil olunduğu nüfuzlu beynəlxalq mədəni-humanitar qurum olan ICESCO-nun 1991-ci ildən üzvüdür. 1991-ci ildə qurulmuş bu münasibətlər Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın 2006-cı il noyabrın 24-də ICESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi ilə daha da genişlənib. Təşkilat Azərbaycanda keçirilən bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərdə fəal iştirak edir. Eyni zamanda, birinci xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə ISESCO arasında səmərəli əməkdaşlıq qurulub.
11-05-2024, 10:26
Özünüzü minaya qurban verməyin! - Azərbaycanda müraciət yayıldı


Özünüzü minaya qurban verməyin! - Azərbaycanda müraciət yayıldı

Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) vətəndaşlara mina təhlükəsi ilə bağlı müraciət edib. Müraciətdə deyilir:
"Unutmayın, sizi evdə gözləyən əzizləriniz var!
Özünüzü minaya qurban verməyin!
Vətəndaşlar arasında mina təhlükəsizliyinə dair maarifləndirmə işinin daha da artırılması məqsədi ilə hazırlanan videoçarxın geniş tamaşaçı auditoriyasına çatdırılmasına tövhə verməyi hər kəsdən xahiş edirik.
DİN və ANAMA bir daha vətəndaşları məsuliyyətli olmağa və təhlükəli ərazilərə daxil olmamağa çağırır".
10-05-2024, 18:27
Jurnalistikanın Məzahir Süleymanzadə “SƏHƏRİ”


Jurnalistikanın Məzahir Süleymanzadə “SƏHƏRİ”

Publisistika ədəbiyyatla jurnalistikanın tam mərkəzində dayanır. Məzahir Süleymanzadə publisistikası "Səhər" qəzeti ilə 20 Yanvar faciəsinin tən ortasında dayandı: həqiqəti dünyaya hayqırmaq üçün. Həqiqətən də "Səhər", "...əzilən bir sinfin hayqıran; haqq bağıran sədasından yarandı" (M.Müşfiq). O zamanlar Məzahir Süleymanzadə yazırdı: "Qanlı yanvardan dərhal sonra 'Səhər' qəzeti iki milyon (!) tirajla çıxdı və pulsuz paylanıldı". Maraqlı məqama diqqət çəkmək istəyirəm. Şəkildə – arxivimdə saxladığım qəzetlərin tən ortasında "Səhər" qəzetinin iki nüsxəsidir. 1998-ci ilin 18 mart və 28 may buraxılışı. 28 may günü qəzet yarı qiymətlə satışa çıxır (yəni, o zamanın qiyməti ilə 1000 manat deyil, 500 manata).



F.Sadıqlı dediyi kimi, "'Səhər' 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış ən möhtəşəm söz abidəsidir". Qəzetin söz abidəsi olduğu zaman jurnalist R.Rüstəmov "Səhər əllərdə gəzirdi" adlı məqalə ilə çıxış etdi. Başlıq milli sözə ehtiyacdan, inamdan doğdu. Fikirlərə əlavə edərək deyərdim: "'Səhər' həm də qəlblərdə gəzəcək, könüllərdə yaşayacaq, təsisçisi və baş redaktoru Məzahir Süleymanzadə ilə birlikdə... Çünki Məzahir müəllim "Səhər"lə xalqın Vətəndaşlıq mövqeyini ortaya qoymuşdu, azərbaycanlı - türk olmağımızdan doğan qüdrətimizi dünyaya göstərmişdi, xalqımızın başına gələn fəlakətin miqyasını dərk etməyimiz üçün gecə-gündüz çalışmışdı. Belə "Səhər"lər heç vaxt gecəyə təslim olmur. Hər zaman günəşlidir, nurludur. Yuxarıda qeyd etdiyimiz kimi, "Səhər" haqqın səsini günəş zərrələrində dünyaya çatdırdı: düşmən qaranlığına günəş odu səpdi. Bu mənada Məzahir müəllim Süleymanzadə xatirələrdə əbədiyaşardı.


Əsgər İsmayılov
BDU Jurnalistika fakültəsinin tələbəsi
10-05-2024, 12:46
Naxçıvanda ölən tələbələr I kursda oxuyurlarmış - Hadisənin detalları


Naxçıvanda ölən tələbələr I kursda oxuyurlarmış - Hadisənin detalları

Xəbər verdiyimiz kimi, Naxçıvan şəhərində iki gənc "Bazar gölü"ndə boğularaq ölüb. Astara rayon Pensər kənd sakinləri olan 2005-ci il təvəllüdlü Fəttah Zəkəriyəyev və 2006-cı il təvəllüdlü Əli Mehrəliyevin hələlik məlum olmayan səbəbdən suya düşərək boğulduğu bildirilir.
Onlar Naxçıvan Dövlət Universitetinin Stomatologiya ixtisasının I kurs tələbələri olublar.
Pensər kənd bələdiyyəsinin sədri Emil Ağayev Modern.az-a açıqlamasında bildirib ki, hadisə zamanı Əlinin telefonu suya düşüb, onu götürmək istəyəndə sürüşüb gölə yıxılıb. Fəttah isə ona kömək etmək üçün suya atılıb və nəticədə hər ikisi boğularaq ölüblər.
"Hər ikisi bu il birinci kursu bitirəcəkdilər. Fəttahın valideynləri işləmir, arıçılıqla məşğuldurlar. Əlinin atası və anası müəllimdir. Eyni kənddəndirlər. Valideynləri ilə danışıblar. Hələ Naxçıvandadırlar, valideynlərinə məlumat verilib, rayona gətiriləcəklər", - o qeyd edib.
Qeyd edək ki, bu gün səhər saatlarından etibarən, Naxçıvan Muxtar Respublikası (MR) Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları meyitləri sudan çıxarıblar.
Hadisə yerinə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır.
10-05-2024, 12:39
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Mayın 11-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər arabir duman olacaq. Mülayim şimal-qərb küləyi səhər cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 12-16° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-60% olacaq.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 11-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 4-9° isti, gündüz 13-18° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!