Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                       
20-03-2025, 14:58
İmamoğlu işində Acun Ilıcalının adı hallandı


İmamoğlu işində Acun Ilıcalının adı hallandı

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu barədə açılan istintaq işində adı hallanan və barəsində həbs qətimkan tədbiri seçilən Merthan Açıl media maqnatı Acun Ilıcalının köhnə bacanağı imiş.
Bu barədə "Sabah" qəzeti məlumat yayıb.
Acun Ilıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşının bacısı Kübra Açıl ilə evli olan və Acuna məxsus futbol klubu "Hull City"də işləyən Merthan Açılın 2019-cu ildə qurduğu reklam şirkəti vasitəsi ilə İstanbul Böyükşəhər Bələdiyyəsindən ard-arda tenderlər aldığı üzə çıxıb.
Merthan Açıl hazırda xaricdə olduğu üçün saxlanılmayıb.
Məlum olub ki, əməliyyatların başlamasının ardından Merthan Açıl tələm-tələsik sosial media hesablarını bağlayıb. Onun həyat yoldaşı isə sosial media hesablarını bağlamayıb, Kübra Açılın əməliyyat və iddialarla bağlı danışmaması, səssiz qalması diqqətlərdən yayınmayıb.
Qeyd edək ki, İstintaq çərçivəsində "Hull City"də işləyən Merthan Açılın sahibi olduğu şirkətin İstanbul Böyükşəhər Bələdiyyəsindən 334 milyon 718 min 500 TL (təxminən 10 milyon dollar) dəyərində müstəsna tenderlər aldığı məlum olub. Haqqında həbs qətimkan tədbiri seçilən Merthan Açıla məxsus "Creative Medya Reklam A.Ş" şirkəti konqreslər, toplantılar, mərasimlər, yarmarkalar, seminarlar, konsertlər, festivallar, teatr tamaşaları, sərgilər və təqdimatlar təşkil etməklə məşğul olub.
20-03-2025, 14:49
Sabahın hava prqonozu


Sabahın hava prqonozu

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb.
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə +4 dərəcədən +6 dərəcəyədək, gündüz +9 dərəcədən +13 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə +3 dərəcədən +7 dərəcəyədək, gündüz +7 dərəcədən +12 dərəcəyədək, dağlarda gecə 0 dərəcədən -5 dərəcəyədək, gündüz 0 dərəcədən +5 dərəcəyədək olacaq.
20-03-2025, 13:53
Sabah Ermənistan-Türkiyə sərhədi açılacaq


Sabah Ermənistan-Türkiyə sərhədi açılacaq

Martın 21-dən 31-dək Ermənistanın Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsi Suriyaya humanitar yüklərin daşınması üçün fəaliyyətə başlayacaq.
Bu barədə Ermənistan hökuməti martın 20-də keçirdiyi iclasda qərar qəbul edib.
“Ermənistan və Suriyanın müvafiq departamentlərinin nümayəndələri arasında keçirilən işgüzar görüşlər nəticəsində Ermənistan Respublikası tərəfindən Suriyaya humanitar yardım göstərilməsi məsələsinin də müzakirəsi barədə razılıq əldə olunub. Bu qərar layihəsinin qəbulu Ermənistan adından Suriyaya göndərilən humanitar yardım yüklərinin quru yolu ilə Türkiyə ərazisindən daşınması zərurətindən irəli gəlir”, - deyə qərarda bildirilir.
Xatırladaq ki, Nikol Paşinyan hökuməti Türkiyə ilə münasibətlərin normallaşdırılması siyasəti çərçivəsində üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün Türkiyə ilə sərhədlərin açılmasına dair razılaşmanın nə vaxtsa həyata keçəcəyi ümidi ilə Marqara keçid məntəqəsini təmir edib.
20-03-2025, 13:42
Tramp Ukraynadan AES-ləri də istədi


Tramp Ukraynadan AES-ləri də istədi

ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon söhbəti zamanı təhlükəsizliyi təmin etmək üçün Ukraynanın nüvə stansiyalarının ABŞ mülkiyyətinə verilməsini təklif edib. Məlumatı Ağ Ev yayıb.
ABŞ dövlət katibi Marko Rubio və prezidentin milli təhlükəsizlik üzrə müşaviri Maykl Vals bildiriblər ki, Ukraynanın dörd atom elektrik stansiyasının ABŞ-ın mülkiyyətinə verilməsi onun enerji infrastrukturu üçün ən yaxşı müdafiə olacaq.
Onların sözlərinə görə, Tramp Zelenskiyə çərşənbə günü telefon danışığı zamanı belə bir təklif edib.
Bu arada Zelenski bildirib ki, Trampla söhbət zamanı yalnız Zaporojye Atom Elektrik Stansiyası ətrafındakı vəziyyətə toxunulub.
"Sual yalnız hazırda müvəqqəti işğal altında olan stansiyaya aiddir", - Ukrayna dövlətinin başçısı vurğulayıb.
“Stansiya işləmir, çünki Rusiya onu əlində tamamilə qeyri-qanuni saxlayır”.
Zelenskinin sözlərinə görə, bu stansiyanın bərpasının mümkünlüyü məsələsi qaldırılıb.
"Prezident soruşdu: "Əgər Amerikanın onu bərpa edə biləcəyi anlayışı olarsa necə?" ", - Ukrayna lideri bildirib.
“Mən ona dedim: bəli, modernləşmək olarsa, biz sizinlə bunu müzakirə etməyə hazırıq. Lakin biz eksklüziv olaraq Rusiyanın müvəqqəti işğalı altında olan bir stansiya haqqında danışdıq", - deyə Ukrayna dövlətinin başçısı fikrini yekunlaşdırıb.
20-03-2025, 13:20
Azərbaycana yaz gəldi


Azərbaycana yaz gəldi

Bu gün saat 13:01:25-də Azərbaycana yaz fəsli gəlib
Qeyd olunan saatda gecə ilə gündüz bərabərləşib.
Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsib və Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçib. Həmin andan Şimal yarımkürəsində yaz fəsli, Cənub yarımkürəsində isə payız fəsli başlayıb.
20-03-2025, 11:30
Trampın oval kabineti: “...qırmızı düyməni bassam, dünyanın sonu gələcək” - FOTO


Trampın oval kabineti: “...qırmızı düyməni bassam, dünyanın sonu gələcək” - FOTO

ABŞ prezidenti Donald Tramp deyib ki, Ağ Evin Oval kabinetindəki qırmızı düymə nüvə silahı buraxmaq üçün deyil, “dietin Cola” sifariş etmək üçündür.
Tramp bu barədə “Foks Nyus”a müsahibəsində bildirib.
“Hamı bunun nüvə düyməsi olduğunu düşünür. Deyirlər ki, mən onu bassam, dünyanın sonu gələcək”, - Tramp bildirib.
Qeyd edək ki, Trampın Oval kabinetdəki iş masası belə bir cihazla hələ onun ilk prezidentliyi dövründə təchiz edilmişdi.
Lakin 2021-ci ildə hakimiyyətə gələn və 2025-ci ilə qədər dövlət başçısı vəzifəsini icra edən Co Baydenin əmri ilə prezidentin iş masasındakı otağa bir stəkan qazlı içki gətirməyə xidmət edən qırmızı düyməni oradan çıxarmışdılar.
Amerikanın Respublikaçılar Partiyasını təmsil edən president Donal Tramp bu il yanvarın 20-də ikinci dəfə ABŞ administrasiyasının rəhbəri vəzifəsinə başlayıb. O, 2024-cü il noyabrın 5-də keçirilən seçkilərdə qalib gəlib. Tramp seçkilərdə Co Baydenin rəhbərlik etdiyi əvvəlki Vaşinqton administrasiyasının vitse-prezidenti olmuş Demokratlar Partiyasının namizədi Kamala Harrisi üstələyib.
Tramp ilk dəfə 2017-2021-ci illərdə Amerika prezidenti olub. O, ABŞ tarixində fasilədən sonra yenidən ən yüksək posta seçilən ikinci şəxs olub. Əvvəllər buna yalnız Qrover Klivlend (1885-1889-cu illərdə 22-ci və 1893-1897-ci illərdə 24-cü prezident) nail ola bilmişdi.
Tramp ABŞ-ın 45-ci və 47-ci prezidenti oldu.
"Oval kabinet" Ağ Evdə ən rəmzi məkan hesab olunur, prezidentliyin əzəmətini və gücünü nümayiş etdirir, bura ABŞ prezidentlərinin iş otağıdır.
"Oval kabinet"in binanın qərb hissəsində yerləşən və cənuba baxan üç böyük pəncərəsi və dörd qapısı var.
"Oval kabinet"in ilk versiyası 1909-cu ildə Prezident Uilyam Taftın rəhbərliyi altında memar Neytan Vayt tərəfindən hazırlanıb.
1934-cü ildə Prezident Ruzveltin rəhbərliyi altında kabinet yenidən qurulub. Onun modernləşdirilməsi Erik Qaqler tərəfindən həyata keçirilib.
Donald Trampın Ağ Evdəki "Oval kabinet"ə qayıtması ilə birlikdə gümüş qartal fiqurları və kaminin yanındakı masada Böyük Britaniyanın baş naziri Uinston Çörçillin büstü də qoyulub.




20-03-2025, 11:11
Qarabağa getmək istəyənlərə rəsmi müraciət - Bu qaydalara əməl edin!


Qarabağa getmək istəyənlərə rəsmi müraciət - Bu qaydalara əməl edin!

Daxili İşlər Nazirliyi (DİN) bayram günlərində işğaldan azad olunan ərazilərə səfər edən şəxslərə müraciət edib. Müraciətdə deyilir:

"Novruz bayramı günlərində işğaldan azad olunmuş torpaqlarımıza səfər etmək istəyən əziz vətəndaşlar, ölkəmizin xarici qonaqları əmin ola bilərsiniz ki, həmişə olduğu kimi, bu dəfə də polis əməkdaşları bütün zəruri tədbirləri həyata keçirəcək, bayramınızın təhlükəsiz, xətasız, bəlasız keçməsi üçün gücləndirilmiş iş rejimində çalışacaqlar. Lakin siz də üzərinizə düşən məsuliyyəti anlamalı, qaydalara biganə yanaşmamalısınız. Bilməlisiniz ki, icazəniz varsa, sərbəst və maneəsiz gediş-gəlişiniz təmin olunacaq.
Müvafiq portaldan qeydiyyatdan keçərək şəxsi minik avtomobiliylə səfər edirsinizsə, ilk növbədə əvvəlcədən müəyyən olunmuş marşrutlarla hərəkət etməlisiniz. Müvəqqəti polis postlarında sizə təqdim edilən təlimat-bildirişlərdə də qeyd olunduğu üzrə kənar yollarla getməyinizə icazə verilmir.
Əraziyə spirtli içki, tez alışan və partlayıcı maddə aparmamaq, yalnız istirahət üçün nəzərdə tutulan yerlərə səfər etmək xahişimiz və tələbimizdir.
Bir sözlə, Şuşada, Laçında, Zəngilanda, Füzulidə, Ağdərədə və Qarabağımızın digər dilbər guşələrində bütün təhlükəsizlik qaydalarına əməl etməli, ictimai narahatlıq yaradan hallardan çəkinməli, davranışlarınızla sabitlik mühitinə xələl gətirməməlisiniz. Gəlin, bu xüsusi günlərdə hər zamankından daha çox həmrəy olaq, xətasız-bəlasız, firavan, sevgi və xoşbəxtlik dolu anlara şahidlik edək".
20-03-2025, 09:20
Mehriban Əliyevadan Novruz paylaşımı: Hər evə, hər ocağa bayram ovqatı...


Mehriban Əliyevadan Novruz paylaşımı: Hər evə, hər ocağa bayram ovqatı...

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında Novruz bayramı ilə bağlı paylaşım edib. Paylaşımda deyilir:
"Hər bir Azərbaycan vətəndaşına möhkəm can sağlığı, hər evə, hər ocağa bayram ovqatı, bol sevinc, ruzi-bərəkət və firavanlıq arzulayıram!"

20-03-2025, 00:37
Bu halda istefa verəcəyəm - Vuçiç şərtini açıqladı


Bu halda istefa verəcəyəm - Vuçiç şərtini açıqladı

Təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı səs silahı istifadə etməsi ilə bağlı məlumatlar təsdiqlənərsə, bu halda istefa verəcəyəm.
Bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.
"Mən sizə indi açıq şəkildə deyirəm - əgər bizim qüvvələrimiz səs silahı, "Qasırğa" istifadə ediblərsə, necə deyirlər, onda mən artıq prezident deyiləm. Siz aciz yalançılarsınız, utanmalısınız", - deyə serb lideri bildirib.
Qeyd edək ki, səs silahının istifadəsi ilə bağlı iddianı Serbiyanın keçmiş Baş Qərargah rəisi və müxalifət liderlərindən biri Zdravko Ponoş irəli sürüb. İddiaya görə, 15 mart tarixində Belqradda keçirilən aksiyada polis bu cihazdan istifadə edib.
20-03-2025, 00:15
Azərbaycanda 12 günlük tətil başladı


Azərbaycanda 12 günlük tətil başladı

Azərbaycanda 12 günlük tətil başlayıb.
Bu il Novruz və Ramazan bayramları ilə əlaqədar mart ayında ölkədə ardıcıl 12 qeyri-iş günü olacaq.
Nazirlər Kabinetinin 11 dekabr 2024-cü il tarixli qərarına əsasən, 2025-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. 22 və 23 mart tarixləri şənbə və bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 25 və 26 mart qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin verdiyi qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.
8 Mart - Beynəlxalq Qadınlar günü şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 10 mart qeyri-iş günü olmalı idi.
Bundan başqa 30 mart Ramazan bayramı bazar gününə düşdüyündən 1 aprel qeyri-iş günü sayılmalıydı.
Beləliklə, 29 və 30 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyindən, bu il Novruz və Ramazan bayramlarında 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30 və 31 mart tarixləri qeyri-iş günü olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!