Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
Tarix : 4-04-2025, 18:43
CHP-nin atdığı addımlar nəticə vermədi - Ərdoğan


CHP-nin atdığı addımlar nəticə vermədi - Ərdoğan

Terrorsuz Türkiyə hədəfi planlaşdırdığımız şəkildə davam edir və bu istiqamətdə hər hansı problem yoxdur. Hadisələr hər ötən gün ölkəmizin və bölgəmizin xeyrinə daha sağlam bir formada davam edir. “Cumhur İttifaqı” olaraq bu prosesi ən yüksək səviyyədə qurur və davam etdiririk. Kimsə bu prosesdən özünə mənfi pay çıxarmasın. Bunların heç biri nəticə verməz.
Bu ifadələr Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbulda media nümayəndələrinə gündəmə dair açıqlamalarında yer alıb. Jurnalistlərin ABŞ-a səfəri ilə bağlı sualını cavablandıran R.T. Ərdoğan hələlik konkret bir tarixin müəyyənləşdirilmədiyini deyib: “Həm xarici işlər, həm də ticarət nazirlərimizin görüşləri və Amerika ilə bağlı səfər cədvəlləri gündəmdədir. Bu cədvəllər istənilən an işə düşə və əməkdaşlarımızın ABŞ-a səfərləri mümkün ola bilər. Həmin səfərlər zamanı son günlər gündəmə gələn vergi ilə bağlı məsələlər də əsas müzakirə mövzularından biri ola bilər. Arzumuz Türkiyəyə qarşı düşündükləri müsbət yanaşmanın reallaşdığını görməkdir”.
Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbərliyinin tərəfdarlarını aprelin 2-də yerli mal və müəssisələri boykot etmək çağırışlarına da toxunan Türkiyə Prezidenti bu prosesin müxalifətin istəyinin tam əksinə getdiyini, həmin gün alış-veriş mərkəzlərinin daha da canlandığını qeyd edib: “Son hadisələr fonunda CHP-nin atdığı addımlar nəticə vermədi və verməyəcək. İqtisadiyyatda bu millətin əleyhinə kampaniya aparanları mənim heç kim bağışlamır. Əksinə, daha çox alış-veriş edir”.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!