Canlı ifalar, rəngarəng anlar: .....                        Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                       
21-02-2025, 12:23
Hulusi Akar İlham Əliyevə qılınc hədiyyə etdi - FOTO


Hulusi Akar İlham Əliyevə qılınc hədiyyə etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyə Respublikasının sabiq milli müdafiə naziri Hulusi Akarı qəbul edib.
Söhbət zamanı ölkələrimiz arasında qardaşlıq, dostluq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsi məmnunluqla qeyd olunub.
Hulusi Akar dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim edib.

21-02-2025, 12:16
Qarlı hava sabah da davam edəcək


Qarlı hava sabah da davam edəcək

Fevralın 22-də gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Milli Hidrometeoroloji Xidmətdən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir qar yağacağı gözlənilir. Gündüz yağıntıda fasilə olacaq. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.
Havanın temperaturu gecə 2-5° şaxta, gündüz 2° şaxtadan 1°-dək isti olacaq. Gecə və səhər yollar buz bağlayacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə və gündüz 70-75 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 16-21° şaxta, gündüz 5-8° şaxta olacaq. Bəzi yerlərdə yolların buz bağlama ehtimalı var.
21-02-2025, 11:57
Rusiya ilə ABŞ gizli şəkildə bu ölkədə görüşürmüşlər


Rusiya ilə ABŞ gizli şəkildə bu ölkədə görüşürmüşlər

ABŞ və Rusiya rəsmiləri Ukraynadakı münaqişəni müzakirə etmək üçün son aylar İsveçrədə bir sıra gizli danışıqlar aparıblar.
Görüşlərin Co Baydenin dövründə başladığı bildirilir.
Agentliyin həmsöhbətləri bu görüşləri Donald Trampın prezident seçkilərində qələbəsindən sonra siyasi qeyri-müəyyənlik dövründə təmasları saxlamaq üçün “yan kanal” kimi qiymətləndiriblər.
Mənbələr danışıqlarda iştirak edənlərin adlarını açıqlamaqdan imtina ediblər. Sadəcə qeyd ediblər ki, bunlar indiki dövlət qulluqçuları deyil, diplomatiya və təhlükəsizlik sahəsində təcrübəsi olan şəxslərdir. Trampın bəzi müşavirlərinə görüşlər barədə məlumat verilib.
Nəşr qeyd edir ki, ən azı belə bir görüş keçən həftə Münhen Təhlükəsizlik Konfransı ilə paralel olaraq Cenevrədə baş tutub.
Qeyd edək ki, fevralın 18-də Ər-Riyadda ABŞ və Rusiya nümayəndə heyətləri arasında danışıqlar baş tutub. Əldə olunan əsas razılaşmalar arasında Rusiya-Ukrayna münaqişəsinin həlli üçün danışıqlar qrupunun yaradılması, Moskva və Vaşinqtondakı səfirliklərin əməkdaşlarının bərpası, həmçinin prezidentlər Vladimir Putin və Donald Tramp arasında görüş üzərində iş yer alıb.
21-02-2025, 11:49
ABŞ BMT-dən çıxa bilər


ABŞ BMT-dən çıxa bilər

Amerika Birləşmiş Ştatlarının Respublikaçı
konqresmentləri ABŞ-nin BMT və onun nəzdində olan bütün təşkilatlara üzvlüyünün dayandırılmasını nəzərdə tutan qanun layihəsini müzakirəyə çıxarıb.
“Birləşmiş Millətlər Təşkilatı tiranlar üçün bir platformaya və ABŞ və onun müttəfiqlərinə hücumların məkanına çevrilib.
Biz bunun üçün onlara ödənişləri dayandırmalıyıq. Donald Trampın Amerika xarici siyasətində bir inqilab etdiyini və Amerikanı hər şeydən önə qoyduğunu nəzərə alaraq, biz bu saxta təşkilatdan çıxıb, ölkəmizin təhlükəsizliyini təmin edən gerçək alyansları prioritetləşdirməliyik”, - deyə senator Mayk Li bildirib.
21-02-2025, 00:28
Astarada faciə: iki azyaşlı yanaraq öldü


Astarada faciə: iki azyaşlı yanaraq öldü

Astara rayonunda ölümlə nəticələnən yanğın hadisəsi olub.
Hadisə rayonun Kijəbə qəsəbə ərazisində baş verib.
Belə ki, fərdi yaşayış evində baş verən yanğın zamanı iki azyaşlı ölüb.
Meyitlər daxili və xarici müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
20-02-2025, 23:46
Hazırda qar yağan rayonlar


Hazırda qar yağan rayonlar

Fevralın 20-si saat 23:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda ölkənin əksər bölgələrində- Naxçıvan, Şərur, Şahbuz, Sədərək, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Ceyrançöl, Tovuz, Ağstafa, Tərtər, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şabran, Göyçay, Şahdağ, Beyləqan, İmişli, Kürdəmir, Zərdab, Neftçala, Sabirabad, Biləsuvar, Cəlilabad, Ağsu, Yevlax, Mingəçevir, Yardımlı, Lerik, Ağdam, Füzuli, Şuşa, Xankəndi, Xocalı, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlıda qar müşahidə olunur.
Şəmkir, Bərdə, Lənkəran, Astarada isə yağış yağır.
Şimal-qərb küləyi əsir, narıncı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 30 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Neftçalada 20 m/s-dək güclənib.
Dənizdə dalğanın hündürlüyü 4.2 metrdir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1, Naxçıvan MR-da 2, dağlıq rayonlarda 15 dərəcəyədək şaxta, Aran rayonlarında 2 dərəcəyədək isti qeydə alınıb.
20-02-2025, 23:15
Ukrayna müharibənin ilk saniyəsindən sülhə can atır - Zelenski


Ukrayna müharibənin ilk saniyəsindən sülhə can atır - Zelenski

General Kelloq ilə görüşdə yaxşı söhbət, çoxlu təfərrüat oldu. Mən ABŞ-a Ukraynaya göstərilən bütün yardımlara və ikitərəfli dəstəyə görə minnətdaram.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloqla görüşündən sonra sosial şəbəkə hesabında deyib.
“Amerika gücünün hiss olunması bizim üçün və bütün azad dünya üçün vacibdir. Döyüş meydanındakı vəziyyəti və əsirlərimizi necə qaytaracağımızı, eləcə də effektiv təhlükəsizlik təminatlarını ətraflı müzakirə etdik”, deyə Zelenski vurğulayıb.
Zelenski bildirib ki, Ukrayna bu müharibənin ilk saniyəsindən sülhə can atır və bu sülh etibarlı və uzunmüddətli olmalıdır: “Ukrayna investisiya və təhlükəsizliklə bağlı ABŞ Prezidenti ilə güclü, həqiqətən faydalı razılaşmaya hazırdır. Nəticə əldə etməyin ən sürətli və konstruktiv yolunu təklif etdik. Komandamız 24/7 işləməyə hazırdır. Uğur birləşdirir. Dünyada hər kəsin ABŞ-la münasibətlərdə uğura ehtiyacı var”, - deyə Zelenski vurğulayıb.
20-02-2025, 22:24
Sürücülərin nəzərinə! - Bu yollarda sürət həddi endirildi


Sürücülərin nəzərinə! - Bu yollarda sürət həddi endirildi

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən mövcud hava şəraiti ilə əlaqədar paytaxtın Zığ dairəsi- Hava limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti, əsas yolda 10 km/saat, Mərdəkan şosesi və Buzovna-Zağulba yolunda isə 20 km/saat endirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb
Qeyd edilib ki, bütün tablolarda “ buzlu yol” işarəsi qoyulub. Sürücülərdən yolda müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
20-02-2025, 22:22
Türkiyəli nazirdən Zəngəzur dəhlizi açıqlaması


Türkiyəli nazirdən Zəngəzur dəhlizi açıqlaması

«Türkiyə Çin və Avropa arasında yük daşınmaları üçün strateji marşrut yolu olacaq Zəngəzur layihəsinin həyata keçirilməsinə çalışır».
Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ankarada «Qazi» universitetində çıxışı zamanı söyləyib.
Onun sözlərinə görə, logistik və nəqliyyat şəbəkələrinin inkişafına yatırımlar edilməsi fəal şəkildə davam edir. «Bu gün biz Zəngəzur dəhlizini Orta dəhlizin bir hissəsi etməyə çalışırıq. Bu, Türkiyənin Türk dünyası ilə əlaqəsini daha əlverişli edəcək.
Nəqliyyat naziri Ankara üçün digər önəmli ticarət-nəqliyyat təşəbbüsü olan Türkiyə ərazisindən keçməklə Fars körfəzini Avropa İttifaqı ilə birləşdirəcək «İnkişaf yolları» layihəsinə də diqqət çəkib: «Bu marşrutun İraq ərazisində layihələndirilməsi başa çatıb. Artıq icra mərhələsinə keçmişik. Marşrutun açılması Türkiyəyə böyük iqtisadi fayda vəd edir».
Uraloğlu Türkiyənin coğrafi mövqeyinin əhəmiyyətindən də danışıb. «Ölkəmizdən cəmi dörd saatlıq uçuş məsafəsində ümumi əhalisi 1,5 milyard nəfər olan 67 dövlət yerləşir. Bu, nəhəng bazardır».
O bildirib ki, hazırda Türkiyədə fəaliyyət göstərən 59 hava limanı vasitəsilə dünyanın 351 aeroportuna uçuşlar həyata keçirilir: «2024-cü ilin yekunlarına əsasən Türkiyənin hava limanlarındakı sərnişin axını 230 milyondan çox olub».
Sonda nazir Ankara ilə İstanbul arasında yeni avtomobil magistralının inşası ilə bağlı planlardan da söz açıb: «Hesablamalarımıza görə, 10 il sonra bu yola ehtiyac yaranacaq. Buna görə də bu gün biz gələcəyi planlaşdırırıq».
20-02-2025, 20:22
Arayik məhkəmədə nələri danışdı: "Son 34 il ərzində..."


Arayik məhkəmədə nələri danışdı: "Son 34 il ərzində..."

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesi fevralın 20-də davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər - Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, habelə müdafiələri üçün vəkillərlə təmin olunub.
Məhkəmə iclasında təqsirləndirilən şəxslər və onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, habelə dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Hakim Zeynal Ağayev təqsirləndirilən şəxslərin hər birinə onlara qarşı irəli sürülmüş hər bir ittihamın mahiyyətini, onlara istinad olunan əməllərin hüquqi tövsifini, həmin əməllərə görə cinayət qanunu ilə nəzərdə tutulan cəzanı və təqsirləndirilən şəxslərin malik olduqları hüquqları izah edib, habelə özlərini tam və ya qismən təqsirli, yaxud təqsirsiz bilib-bilməmələrinə dair suallar ünvanlayıb.
Məhkəmə iclasının əvvəlində təqsirləndirilən şəxs Arayik Harutyunyanın vəkili məhkəməyə müraciət edərək hüquqlarını müdafiə etdiyi şəxslə konfidensial görüş keçirmək istədiyini bildirib. Məhkəmə vəsatəti təmin edərək konfidensial görüş üçün şərait yaradıb.
Təqsirləndirilən şəxslərin heç biri onlara elan olunmuş ittihamlar üzrə özlərini təqsirli bilmədiklərini qeyd edib.
Təqsirləndirilən şəxslərdən Arayik Harutyunyan bir qədər geniş danışaraq baş vermiş cinayət hadisələri ilə bağlı təəssüf hissi keçirdiyini bildirib. O deyib: "Mən prokurorluq tərəfindən təqdim edilmiş ittihamlarla tanış olmuşam. Son 34 il ərzində Qarabağda hansı proseslərin baş verməsindən xəbərdaram. Təəssüf edirəm. Münaqişə Sovet İttifaqının xüsusi xidmət orqanları tərəfindən təhrik edilib. Ona görə də biz özümüzü qurban hesab edirik”.
Daha sonra Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev məhkəmə istintaqında sübutların tədqiq edilmə ardıcıllığına dair ittiham tərəfinin təklifini səsləndirib.
Digər proses iştirakçıları, o cümlədən təqsirləndirilən şəxslər və onların müdafiəçiləri ittiham tərəfinin təklifini dəstəkləyiblər.
Məhkəmə iclasına sədrlik edən hakim Zeynal Ağayev cinayət prosesinin tərəflərinə məhkəmə istintaqında sübutların tədqiq edilmə qaydasını izah edib.
Bundan sonra təqsirləndirilən şəxslərə məhkəmə tərəfindən müəyyən edilmiş ardıcıllıqla sərbəst ifadə vermək təklif olunub. Təqsirləndirilən şəxslər və onların müdafiəçiləri məhkəməyə müraciət edərək ifadə vermək üçün hazırlaşmaq və onlara təqdim olunmuş cinayət işi materiallarını yenidən nəzərdən keçirmək üçün əlavə vaxt istəyiblər.
Məhkəmə onların xahişini təmin edərək iclası təxirə salıb.
Məhkəmənin növbəti iclası fevralın 24-nə təyin olunub.
Növbəti məhkəmə iclası təqsirləndirilən şəxs Arkadi Qukasyanın sərbəst ifadəsi ilə başlayacaq.
Qeyd edək ki, Ermənistan dövlətinin onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!