Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
19-02-2025, 21:17
Kürdə iki nəfər batdı


Kürdə iki nəfər batdı

Kür çayının Samuxdan keçən hissəsində iki nəfər batıb.
FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Batanlardan biri Samux rayonu, Seyidlər kənd sakini 2003-cü il təvəllüdlü Şubliyev İsmayıl Xaliq oğludur. Hər iki şəxsin balıqçı olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.
19-02-2025, 20:44
Tramp Zelenskini diktator adlandırdı


Tramp Zelenskini diktator adlandırdı

ABŞ Prezidenti Donald Tramp Ukraynada prezident seçkisinin keçirilməsi təklifindən imtina etdiyinə görə Volodimir Zelenskini tənqid edib.
Bu barədə Tramp "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Seçkisi olmayan diktator. Zelenski tez hərəkət etməlidir, əks halda onun ölkəsi qalmayacaq", - deyə ABŞ prezidenti vurğulayıb
O həmçinin qeyd edib: "Komik Volodimir Zelenski ABŞ-ni qələbə qazanmağın mümkün olmadığı bir müharibəyə 350 milyard dollar xərcləməyə inandırıb".
"Bu müharibə başlamamalı idi, lakin ABŞ və Tramp olmadan da heç vaxt bitməyəcək", - dövlət başçısı yekunlaşdırıb.
19-02-2025, 20:04
Koçanova İlham Əliyevin qəbulunda


Koçanova İlham Əliyevin qəbulunda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Belarus Respublikası Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanovanı qəbul edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
19-02-2025, 19:49
İlham Əliyev Pakistan Senatının sədrini qəbul edib


İlham Əliyev Pakistan Senatının sədrini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 19-da Pakistan Senatının sədri Seyid Yusuf Rza Gilanini qəbul edib.
Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
19-02-2025, 19:36
“3+3”ün qapıları Gürcüstan üçün açıq qalır


“3+3”ün qapıları Gürcüstan üçün açıq qalır

“3+3” regional formatın qapıları Gürcüstan üçün açıq qalır və bu ölkənin nümayəndələrinin hər zaman müzakirələrə qoşulmaq imkanı mövcuddur.
Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında parlament saatında çıxışda deyib. Lavrov xatırladıb ki, format yaradılan andan Gürcüstan burada iştirak etməyib, lakin onun yeri bu mexanizmdə qorunub saxlanır.
Onun sözlərinə görə, Gürcüstanın hazırki rəhbərliyi ölkənin milli maraqlarını nəzərə alır, “3+3” formatı isə (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran, Türkiyə) bütün iştirakçıların maraqlarına cavab verir.
Nazir bildirib ki, format çərçivəsində keçirilmiş son görüşdə bu mexanizmə daha strukturlaşdırılmış xarakter verilməsi barədə qərar qəbul edilib ki, bu da onun effektivliyini artıracaq.
19-02-2025, 19:23
Yeni konstitusiyanın qəbul edilməsi zəruridir - Paşinyan


Yeni konstitusiyanın qəbul edilməsi zəruridir - Paşinyan

Yeni konstitusiyanın ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi zəruridir.
Bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan xalqa müraciətində bildirib.
O, referendumun keçiriləcəyi vaxtı açıqlamayıb.
19-02-2025, 19:17
Bakı Arbitraj Mərkəzi yaradıldı


Bakı Arbitraj Mərkəzi yaradıldı

Bakı Arbitraj Mərkəzi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.
Bakı Arbitraj Mərkəzi Fransanın Paris-Est Creteil Universitenin hüquq üzrə professoru, Paris Vəkillər Kollegiyasının üzvü, Azərbaycan Arbitraj Assosiasiyasının sədri və Azərbaycan Respublikasının Ali məhkəməsinin elmi-məsləhət şurasının üzvü Professor Kəmalə Mehdiyeva tərəfindən təsis olunub.
Kəmalə Mehdiyeva qeyd edib ki, Bakı Arbitraj Mərkəzinin yaradılması ilə ölkədə tərəflər arasında mübahisələrin həll edilməsinin alternativ bir yolu olan arbitrajın inkişafı üçün bütün vacib elementlər – arbitrajla bağlı mütərəqqi hüquqi baza, arbitrajın inkişafı üçün dövlət dəstəyi və yeni yaradılmış arbitraj təşkilatı – artıq formalaşıb.
Qeyd edək ki, “Arbitraj haqqında” Qanun 2024-cü il 25 yanvar tarixində qüvvəyə minib və arbitraj sahəsində ən müasir təcrübələri əks etdirən “Beynəlxalq Ticarət Arbitrajı haqqında” 1985-ci il tarixli (2006-cı ildə edilmiş dəyişikliklərlə) UNCITRAL Model Qanundan belə daha mütərəqqi xarakter daşıyır. Qanun Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq ticarət hüququ üzrə Komissiyası (UNCITRAL) tərəfindən sınaqdan keçmiş və Komissiya həmin Qanunun mütərəqqi beynəlxalq təcrübəni əks etdirən və beynəlxalq arbitraj sahəsində vahid standartlar müəyyən edən “Model Qanuna” uyğun olduğunu təsdiqləyib.
Bakı Arbitraj Mərkəzin yaradılması dövlət-özəl tərəfdaşlığının ən önəmli təzahürlərindən biridir. Belə ki, dövlət iqtisadi subyektlər arasında, xüsusilə xarici elementli mubahisələrin dövlət məhkəmələri tərəfindən deyil, qeyri-dövlət qurumu – arbitraj təşkilatları vasitəsilə həll olunmasına yol açır.
Qeyd edilməlidir ki, “Arbitraj haqqında” Qanunun layihəsi “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamı ilə yaradılmış Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın təsdiq etdiyi “Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Mübahisələrin həlli” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi”nin icrasının təmin edilməsi məqsədi ilə hazırlanıb.
Eyni zamanda, arbitrajın təşəkkülü ölkədə sahibkarlığın inkişafına, Azərbaycanın investisiya məkanı kimi cəlbedəcəliyinə, o cümlədən dövlət iqtisadiyyatına və ölkədə hüquq sisteminin möhkəmlənməsinə töhfə verəcəkdir. Bu kontekstdə, arbitraj institutlarının yaradılması və inkişafı mübahisələrin effektiv həlli üçün mühüm mexanizm rolunu oynayır.
Kəmalə Mehdiyevanın fikrincə, Bakı Arbitraj Mərkəzin yaradılması önəmli bir təşəbbüsdür. O qeyd edib ki, danılmaz həqiqətdir ki, iqtisadi münasibətlərin qloballaşması fenomeni mübahisələrin həllinin spesifik üsulunun - arbitrajın inkişafına səbəb olmuşdur və Bakı Arbitraj Mərkəzin fəaliyyəti ölkəmizdə və regionda arbitraj mexanizmini inkişaf etdirməyə imkan verəcək və bununla da Azərbaycan Respublikasında əlverişli biznes və investisiya mühitinin təşviq edilməsinə töhfə verəcək.
19-02-2025, 18:22
Rusiya ordusu Kurskdan Ukraynaya daxil olub


Rusiya ordusu Kurskdan Ukraynaya daxil olub

“Rusiya qoşunları ötən gecə Kursk vilayətində Rusiya sərhədini keçərək Ukrayna ərazisinə daxil olub”.
Bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
O bildirib ki, dünən gecə 710-cu briqadanın döyüşçüləri Kursk vilayətindən Rusiya Ukrayna sərhədini keçərək düşmən ərazisinə daxil olublar.
Putin Rusiya ordusunun bütün cəbhə boyu hücum etdiyini də bildirib.
19-02-2025, 18:04
Paşinyan milli təhlükəsizlik strategiyasını dəyişir - Komissiya yaratdı


Paşinyan milli təhlükəsizlik strategiyasını dəyişir - Komissiya yaratdı

Ermənistanın baş naziri Nikol Paşinyan milli təhlükəsizlik strategiyasının nəzərdən keçirilməsi üçün komissiyanın yaradılması haqqında fərman imzalayıb.
Komissiyaya Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan rəhbərlik edəcək.
Onun tərkibinə nazir müavinləri və təhlükəsizlik orqanlarının rəhbərləri, parlamentin müdafiə və xarici əlaqələr komissiyalarının rəhbərləri də daxil olacaq.
Milli təhlükəsizlik strategiyasındakı dəyişikliyi yanvarın 28-də Paşinyan bəyan edib.
Xatırladaq ki, yeni milli təhlükəsizlik strategiyası 2020-ci ildə qəbul edilib. Sənəddə ermənilərin öz ölkələrinin fəxri vətəndaşları, Üçüncü Ermənistan Respublikasını quran və qondarma “Artsaxı azad edən” xalqın varisləri olduğu vurğulanır.
Sənədə görə, Ermənistan “Artsax erməniləri”nin təhlükəsizliyinin və azadlığının təminatçısı kimi bütün dünyada ermənilərin maraqlarını təmsil edir.
Gözlənilir ki, yeni milli təhlükəsizlik strategiyasında qondarma “Artsax”a aid bəndlər çıxarılacaq.
19-02-2025, 17:54
Asiya Parlament Assambleyasının büdcəsi 1 milyon dollar olacaq


Asiya Parlament Assambleyasının büdcəsi 1 milyon dollar olacaq

Asiya Parlament Assambleyasının Büdcə və planlaşdırma daimi komitəsinin iclasında qurumun 2025-ci il üçün büdcə layihəsi müzakirəyə çıxarılıb.
Göstərilən dövr üzrə hər bir üzv ölkə hər il büdcənin formalaşdırılması üçün minimun 22 min ABŞ dollarından maksimum isə 50 min ABŞ dollarınadək vəsait ödəyəcək.
Ümumilikdə isə təşkilatın büdcəsi 1 milyon ABŞ dolları təşkil edəcək.
Məsələ Asiya Parlament Assambleyasının Plenar Sessiyasına tövsiyə olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!