Canlı ifalar, rəngarəng anlar: .....                        Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                       
16-02-2025, 09:18
Suriya kəşfiyyatı İŞİD başçılarından birini həbs etdi


Suriya kəşfiyyatı İŞİD başçılarından birini həbs etdi

Suriya Ümumi Kəşfiyyat Xidməti İŞİD terror təşkilatının Əbu əl-Haris əl-İraqi ləqəbi ilə tanınan başçılarından birini həbs edib.
Bu barədə SANA agentliyinə xüsusi xidmət orqanlarındakı mənbələr məlumat verib.
Onların məlumatına görə, əl-İraqi terror hücumlarının hazırlanmasına da cavabdeh olub.
Bundan başqa, o, Dəməşqin cənubunda yerləşən Seyyidə-Zeynəb məscidində Suriyanın yeni hakimiyyətinin təhlükəsizlik qüvvələri tərəfindən qarşısı alınan partlayışın təşkilatçılarından biri olub.
Qeyd edək ki, yanvarın 11-də Suriya təhlükəsizlik qüvvələri əməliyyat keçirib və nəticədə məsciddə terror aktının hazırlanmasında iştirak edən İŞİD üzvləri həbs edilib. Xüsusi xidmət orqanı “Suriyanın bütün dini icmalarına qarşı yönəlmiş cinayətkar əməllərlə mübarizədə bütün imkanlarından istifadə edəcəyinə” təminat verib.
16-02-2025, 09:10
Ceyhun Bayramov Serbiyaya getdi


Ceyhun Bayramov Serbiyaya getdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə yola düşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Serbiyada yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.
16-02-2025, 00:13
Bayramovla Fidan sülhdən danışdılar


Bayramovla Fidan sülhdən danışdılar

Fevralın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Görüş zamanı Azərbaycan – Türkiyə müttəfiqlik münasibətlərinin siyasi, təhlükəsizlik, iqtisadi, nəqliyyat-kommunikasiyalar aspektləri, habelə regional və beynəlxalq gündəlikdə duran məsələlər müzakirə olunub.
Regional və beynəlxalq təşkilatlar, o cümlədən Türk Dövlətləri Təşkilatı (TDT), BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər platformalar çərçivəsində birgə fəaliyyət və dəstəyin davam etdirilməsinin vacibliyi qeyd olunub.
Tərəflər, eyni zamanda Yaxın Şərqdə, xüsusilə Qəzza bölgəsi və Suriyada mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov həmçinin həmkarını hazırkı regional vəziyyət, Azərbaycan – Ermənistan sülh prosesinin cari vəziyyəti ilə bağlı ətraflı məlumatlandırıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
15-02-2025, 18:34
Aİ müşahidəçiləri bu dəfə Qubadlı istiqamətində


Aİ müşahidəçiləri bu dəfə Qubadlı istiqamətində

Aİ "müşahidəçilər"i Qubadlı istiqamətindəki ərazilərimizə baxış keçirib.
Avropa İttifaqının Ermənistandakı "müşahidə missiyası"nın üzvləri Azərbaycanla həmsərhəd ərazilərdə müşahidələrini davam etdirirlər.
Məlumata görə, onlar fevralın 13-də Qubadlı ilə həmsərhəd zonada müşahidə aparıblar.
Avropalılar binoklla ətrafa və Azərbaycan ərazilərinə baxış keçiriblər. Azərbaycanlı sərhədçiləri ənənəvi olaraq "müşahidə missiyası"nın hərəkətlərini nəzarətə götürüb və qeydə alıb.
Qeyd edək ki, Avropa İttifaqının "müşahidə missiyası" mütəmadi olaraq Azərbaycanla sərhədboyu müşahidələr aparır.
15-02-2025, 17:45
Qohum evliliyi qadağandır, ancaq cəzası yoxdur


Qohum evliliyi qadağandır, ancaq cəzası yoxdur

Bu ildən etibarən Azərbaycanda qohum evliliyi qanunvericiliklə qadağan ediləcək. Mütəxəssislər bildirirlər ki, qohum evliliyi genetik xəstəliklərin artmasına və gələcək nəsillərin sağlamlıq problemləri ilə üzləşməsinə səbəb ola bilər.
Qanunvericilikdə isə qohum evliliyinə cəhd edənlər üçün hər hansı cəza nəzərdə tutulmayıb. Ekspertlər bildirirlər ki, qanunların sərtləşməsi bəzi ailələri rəsmi nikahdan yayınmağa sövq edə bilər. Azərbaycanda son illərdə vətəndaş nikahına marağın artdığı müşahidə olunur və yeni qadağaların bu tendensiyanı daha da gücləndirəcəyi ehtimal edilir.
Mövzu ilə bağlı Azərbaycan Vəkillər Kollegiyasının üzvü Cavanşir Qasımzadə bildirib ki, ümumiyyətlə qohum evliliyinin qadağan edilməsi dedikdə rəsmi nikahın qadağan olunmasından söhbət gedir:
“Bilirik ki, Ailə Məcəlləsinin 12-ci maddəsində aralarında nikah bağlanmasına yol verilməyən şəxslərin siyahısına qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları (12.0.2-1) və bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu (12.0.2-2) əlavə edilmişdir. Lakin nəzərinizə çatdırım ki, qeyd edilən maddələr 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək. Təbii ki nikah nikaha daxil olmaq istəyən şəxslər Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrinə yaxınlaşdıqda onların qohumluq dərəcələri həmin orqan tərəfindən araşdırılmalı və belə hal müəyyən edildikdə nikahın bağlanmasından imtina edilməlidir.
Diqqətinizə çatdırmaq istəyərdim ki, ümumiyyətlə nə İnzibati Xətalar Məcəlləsində, nə də Cinayət Məcəlləsində yuxarıda qeyd etdiyim şəxslərin rəsmi nikah olmadan “vətəndaş nikahında” yaşaması üçün hər hansı məsuliyyət müəyyən edilməyib. Bu məsələni müqayisə edəndə cinsi azlıqların “evliliyini” misal gətirmək olar. Azərbaycan Respublikasının qanunlarına əsasən eyni cinsli şəxslərin nikahı qadağandır. Lakin onlar bir evdə “qeyri-rəsmi evli” formasında yaşayırlar”.
Vəkilin sözlərinə görə, Cinayət Məcəlləsinin 176-1-ci maddəsinə əsasən qadını nikaha daxil olmağa məcbur etmə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır:
“Lakin bu maddə də məsələ rəsmi nikahdan gedir. Qohum evliliklərində şəxslər tibbi və biolojik olaraq ciddi problemlərlə üzləşirlər. Əlbəttə bu barədə həkimlərimiz şərh versə daha yaxşı olardı, lakin qohum evliliyindən qaynaqlanan xəstəliklər uşaqlarda kəskin formada üzə çıxdıqda tərəflər bir-birilərini günahlandırırlar. Hüquqi baxımdan isə əmlak və mülk məsələlərində tərəflər arasında problemlər meydana çıxır. Hesab edirəm ki, əvvəlcə vətəndaşları qohumlar arasındakı nikahın mənfi nəticələri barədə maarifləndirməliyik, ictimai qınaq yaratmalıyıq, daha sonra onu cəzalarla sanksiyalaşdırmalıyıq”.
15-02-2025, 17:30
Yeni doğulan qızını 200 minə satmaq istədi


Yeni doğulan qızını 200 minə satmaq istədi

Rusiyada yeni doğulmuş qızını 200 min rubla satmağa cəhd edən qadın həbs edilib.
Həbs qərarını Moskva məhkəməsi istintaqın tələbi ilə verib.
Onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.
Moskva prokurorluğunun məlumatına görə, ana körpəni satmaq üçün 1000 dollar alıb. Ananın 2004-cü il təvəllüdlü olduğu məlum olub, onun adı və motivləri açıqlanmır.
Qadın insan alverində ittiham olunur. Bu maddəyə əsasən, onu on ilə qədər həbs cəzası gözləyir.
15-02-2025, 17:19
Şəmkirdə əməliyyat: silahlı şəxslər saxlanıldı


Şəmkirdə əməliyyat: silahlı şəxslər saxlanıldı

Şəmkirdə saxlanılan 3 nəfərdən odlu silahlar və narkotik vasitələr aşkarlanıb.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Şəmkirdə polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən və üzərində odlu silah-sursat saxlayan 41 yaşlı Ruslan Musayev, 36 yaşlı Ramin Adıgözəlov və 35 yaşlı Arzu Əlizadə saxlanılıblar.
R.Musayevdən marixuana, “Kalaşnikov” avtomatı, daraq, 12 ədəd patron, R.Adıgözəlovdan “Makarov” tapançası, sandıqca, 4 ədəd patron, A.Əlizadədən isə 4 kiloqrama yaxın narkotik vasitə tiryək və heroin aşkarlanıb.
15-02-2025, 16:52
Sabiq bələdiyyə sədrinə cinayət işi açıldı


Sabiq bələdiyyə sədrinə cinayət işi açıldı

Tovuz rayonu Alakol Kənd Bələdiyyəsinin sabiq sədri Ceyhun Quliyev barəsində cinayət işi açılıb.
Tovuz Rayon prokuroru Maarif Hüseynovun təqdimatı əsasında Tovuz Rayon Məhkəməsinin qərarı ilə Ceyhun Quliyev vəzifəsindən azad edilib və ölkədən çıxışına qadağa qoyulub.
Belə ki, C. Quliyev 14 bələdiyyə üzvünün, katibin iştirakı olmadan, onlardan xəbərsiz imzalarından, şəxsiyyət vəsiqələrinin surətindən icazəsiz, qanunsuz istifadə edərək, heç bir bələdiyyə iclası keçirmədən Köhnəqala kənd sakinin torpağını başqa bir şəxsə saxta sənədləşmə yolu ilə satıb.
15-02-2025, 16:43
Azərbaycanda 100 mindən artıq ailəyə sosial müavinət veriləcəyi gözlənilir


Azərbaycanda 100 mindən artıq ailəyə sosial müavinət veriləcəyi gözlənilir

Azərbaycanda çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi üzərində iş gedir. Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin üzvü Mehriban Vəliyeva bildirib ki, bir neçə dəfə ölkədə çoxuşaqlı ailə anlayışının 5 uşaqlıdan 3 uşaqlıya endirilməsi ilə bağlı təkliflər səsləndirilib.
"Hazırda isə təklif üzərində iş gedir. Bu təkliflər ölkədə demoqrafik inkişafla bağlı hazırlanacaq dövlət proqramına daxil ediləcək", - açıqlamada qeyd olunur.
Ölkə qanunvericiliyində 6 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab olunur.
Hazırda ölkəmizdə beşdən çox uşağı olan qadınlara dövlət tərəfindən aylıq hər uşağa görə 105 manat məbləğində müavinət verilir. Bu o deməkdir ki, məsələn, ailədə 18 yaşına çatmamış 6 uşaq varsa, həmin ailəyə aylıq 630 manat müavinət ödənilməlidir.
2024-cü il 1 yanvar tarixinə olan rəsmi məlumata görə, beşdən çox uşağı olan 2,6 min qadına 11,5 min uşaq üçün sosial müavinət ödənilir.
Hesablamalara görə, müvafiq dəyişiklik ediləcəyi təqdirdə ölkəmizdə 100 mindən artıq ailə bu sosial müavinət hüququndan yararlana biləcək.
Ekspertlər deyir ki, çoxuşaqlı ailə anlayışının dəyişməsi və müvafiq sosial dəstək ölkədə demoqrafik ləngiməni dayandıra bilər.
15-02-2025, 16:36
"Rusiyanın qalib gəlməsi sülh gətirməyəcək"


"Rusiyanın qalib gəlməsi sülh gətirməyəcək"

Almaniyanın Federal Kansleri Olaf Şolts 61-ci Münhen Təhlükəsizlik Konfransının ikinci günündə çıxış edib.
ABŞ-nin vitse-prezidenti Ceyms Deyvid Vensin konfransın birinci günündəki çıxışında Avropada söz azadlığının məhdudlaşdırılması və ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının tədbirə dəvət olunmaması barədə fikirlərini tənqid edən Olaf Şolts Almaniyada seçki prosesinə hər hansı müdaxilənin qəbuledilməz olduğunu vurğulayıb. O, AfD-nin nasizmi və onun dəhşətli cinayətlərini Almaniya tarixində kiçik bir hadisə kimi qələmə verdiyini qeyd edərək deyib: “Biz kənar şəxslərin bu partiyanın xeyrinə bizim demokratiyamıza, seçkilərimizə və demokratik fikrin formalaşmasına müdaxiləsini qəbul etməyəcəyik”.
Kansler ABŞ ilə münasibətlərdəki gərginliyə baxmayaraq, Almaniyanın müdafiə sahəsində əməkdaşlığı davam etdirəcəyini diqqətə çatdırıb. “Biz güclü Avropa müdafiə sənayesinə ehtiyac duyuruq. Avropada əsas sursat və silah növlərinin daimi istehsalı olmalıdır”, - deyən Kansler Avropa ölkələrinin birgə sifarişlərinin koordinasiyasının və müdafiə sənayesi şirkətlərinin əməkdaşlığının önəmini vurğulayıb.
Olaf Şolts çıxışında Rusiya-Ukrayna müharibəsinə də toxunaraq, Almaniyanın Ukraynaya dəstəyinin davam etdiriləcəyini ifadə edib. Ukrayna silahlı qüvvələrinin gücləndirilməsinin vacibliyini diqqətə çatdıran Kansler bunun təkcə Avropanın deyil, həm də transatlantik və beynəlxalq tərəfdaşların dəstəyi ilə mümkün ola biləcəyini bildirib. “Rusiyanın qalib gəlməsi və ya Ukraynanın süqutu sülh gətirməyəcək, əksinə, Avropada və daha geniş miqyasda sabitliyi təhlükə altında qoyacaq”, - deyən Olaf Şolts sülh danışıqlarında Ukraynanın suverenliyinin qorunmasının əsas şərt olduğunu bildirib.
Almaniyanın Kansleri Avropa ölkələrinin müdafiə xərclərinin artırılmasının vacibliyinə də toxunaraq, NATO-nun 2 faizlik müdafiə xərcləri hədəfini aşan bütün investisiyalar üçün Sabitlik Paktında dəyişiklik olunmasını təklif edib. O bildirib ki, bu, müvəqqəti xarakter daşımalı və üzv dövlətlərin maliyyə sabitliyi qorunmaqla həyata keçirilməlidir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!