Azərbaycanda ZƏLZƏLƏ .....                        Almaniyada qatar relsdən çıxdı - Ölənlər var .....                        63 yaşlı kişi qətlə yetirildi .....                        Qardaş ölkə alovlar içində - FOTO .....                        Bilgəhdə dənizdə batan var .....                        Meşə yanğınları Fransanı da ağuşuna aldı .....                        Sahibə Qafarova Cenevrəyə getdi .....                        Əməkdar məşqçi vəfat etdi .....                        Kamboca və Tailand arasında atışma yenidən başladı .....                       
Tarix : 15-02-2025, 16:36
"Rusiyanın qalib gəlməsi sülh gətirməyəcək"


"Rusiyanın qalib gəlməsi sülh gətirməyəcək"

Almaniyanın Federal Kansleri Olaf Şolts 61-ci Münhen Təhlükəsizlik Konfransının ikinci günündə çıxış edib.
ABŞ-nin vitse-prezidenti Ceyms Deyvid Vensin konfransın birinci günündəki çıxışında Avropada söz azadlığının məhdudlaşdırılması və ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının tədbirə dəvət olunmaması barədə fikirlərini tənqid edən Olaf Şolts Almaniyada seçki prosesinə hər hansı müdaxilənin qəbuledilməz olduğunu vurğulayıb. O, AfD-nin nasizmi və onun dəhşətli cinayətlərini Almaniya tarixində kiçik bir hadisə kimi qələmə verdiyini qeyd edərək deyib: “Biz kənar şəxslərin bu partiyanın xeyrinə bizim demokratiyamıza, seçkilərimizə və demokratik fikrin formalaşmasına müdaxiləsini qəbul etməyəcəyik”.
Kansler ABŞ ilə münasibətlərdəki gərginliyə baxmayaraq, Almaniyanın müdafiə sahəsində əməkdaşlığı davam etdirəcəyini diqqətə çatdırıb. “Biz güclü Avropa müdafiə sənayesinə ehtiyac duyuruq. Avropada əsas sursat və silah növlərinin daimi istehsalı olmalıdır”, - deyən Kansler Avropa ölkələrinin birgə sifarişlərinin koordinasiyasının və müdafiə sənayesi şirkətlərinin əməkdaşlığının önəmini vurğulayıb.
Olaf Şolts çıxışında Rusiya-Ukrayna müharibəsinə də toxunaraq, Almaniyanın Ukraynaya dəstəyinin davam etdiriləcəyini ifadə edib. Ukrayna silahlı qüvvələrinin gücləndirilməsinin vacibliyini diqqətə çatdıran Kansler bunun təkcə Avropanın deyil, həm də transatlantik və beynəlxalq tərəfdaşların dəstəyi ilə mümkün ola biləcəyini bildirib. “Rusiyanın qalib gəlməsi və ya Ukraynanın süqutu sülh gətirməyəcək, əksinə, Avropada və daha geniş miqyasda sabitliyi təhlükə altında qoyacaq”, - deyən Olaf Şolts sülh danışıqlarında Ukraynanın suverenliyinin qorunmasının əsas şərt olduğunu bildirib.
Almaniyanın Kansleri Avropa ölkələrinin müdafiə xərclərinin artırılmasının vacibliyinə də toxunaraq, NATO-nun 2 faizlik müdafiə xərcləri hədəfini aşan bütün investisiyalar üçün Sabitlik Paktında dəyişiklik olunmasını təklif edib. O bildirib ki, bu, müvəqqəti xarakter daşımalı və üzv dövlətlərin maliyyə sabitliyi qorunmaqla həyata keçirilməlidir.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!