Canlı ifalar, rəngarəng anlar: .....                        Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                       
14-12-2024, 21:39
İdmançımız dünya ikincisi oldu


İdmançımız dünya ikincisi oldu

Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Bəhreynin paytaxtı Manamada keçirilən ağırlıqqaldırma üzrə dünya çempionatında gümüş medal qazanıb.
109 kiloqram çəki dərəcəsində körpücük üzərinə çıxan idmançı birdən qaldırma hərəkətində 183 kiloqramı ram edib və bu hərəkətdə 4-cü olub.
Dadaş təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edərək tarixi uğur qazanıb. O, 221 kiloqramı başı üzərinə qaldıraraq bu hərəkətdə mundialın gümüş mükafatına sahib çıxıb.
Dadaşbəyli cəmi 404 kiloqram (183+221) nəticə ilə yekun sıralamada da 2-ci yeri tutaraq fəxri kürsüdə yer alıb.
Dadaş ötən il Səudiyyə Ərəbistanında keçirilən dünya çempionatında bürünc medal qazanaraq 18 illik fasilədən sonra bu nəticə nail olan ağırlıqqaldıran olmuşdu.
Qeyd edək ki, mundiala dekabrın 15-də yekun vurulacaq.
14-12-2024, 20:50
Türkiyə klubu Uyğunla yollarını ayırdı


Türkiyə klubu Uyğunla yollarını ayırdı

Türkiyənin "Sivasspor" komandası baş məşqçisi Bülənt Uyğunla yollarını ayırıb.
Uğursuz nəticələrə görə mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
"Sivasspor" Bülənt Uyğunun rəhbərliyi altında bu mövsüm XVI turdan sonra topladığı 18 xalla 12-ci pillədə qərarlaşıb.
14-12-2024, 20:13
Parisdə etiraz aksiyası


Parisdə etiraz aksiyası

Bu gün Parisdə Eyfel qülləsinin önündə yerləşən Trokadero - İnsan Hüquqları meydanında Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı və Fransız müstəmləkələrinin müstəqillik hərakatlarının üzvlərinin iştirakı ilə “Dekolonizasiya gününə” (BMT Baş Assambleyası 14 dekabr 1960-cı ildə "Müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında Bəyannamə" qəbul etmişdir.) həsr edilmiş etiraz aksiyası keçirilib.
Etiraz aksiyası zamanı ”Kolonializmə Son, Azadlıq”, ”Azadlıq üçün mübarizə edək”, "Azad gələcək üçün birlikdə" "Dekolonizasiya indi başlayır" “Gəlin tarixi öz sözlərimizlə və öz mübarizəmizlə yenidən yazaq!” "Torpaqlarımızı və tariximizi bizə geri ver!" kimi müxtəlif şüarlar səsləndirilib.
Sözügedən etiraz aksiyasında Qəmər adalarını, Quadelupanı, Fransız Polineziyasını, Reuniyonu, Yeni Kaledoniyanı,Sen Martini, Korsikanı və Martinikanı təmsil edən müstəqillik hərakatlarının nümayəndələri iştirak edib.
Aksiya iştirakçıları 14 dekabr 1960-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş 1514 nömrəli Qətnamənin yerinə yetirilməsi və eyni zamanda beynəlxalq ictimaiyyəti və beynəxalq təşkilatları koloniyalardakı cari vəziyyətə adekvat reaksiya göstərməyə çağırış ediblər.
14-12-2024, 19:15
Parlamentə 1 milyon manat əlavə pul ayrılacaq


Parlamentə 1 milyon manat əlavə pul ayrılacaq

Milli Məclisin gələn il üçün xərclər smetası dəyişib
Parlamentin xərcləri 1 milyon manat daha çox olacaq.
Belə ki, “Milli Məclisinin 2025-ci il üçün xərclər smetası haqqında” qərar layihəsinin ilkin variantına əsasən, Milli Məclisin və onun aparatının xərclər smetası 51 851 447 manat olacaqdı.
Həmin vəsaitin 29 396 034 manatı ştatda olan işçilərin əməkhaqqına, 2 235 143 manatı əməyin ödənişi ilə bağlı digər pul ödənişlərinə yönəldiləcəkdi.
Dekabrın 16-da plenar iclasda müzakirəyə çıxarılacaq “Milli Məclisinin 2025-ci il üçün xərclər smetası haqqında” qərar layihəsinə əsasən, Milli Məclisin və onun aparatının xərclər smetası 52 850 118 manat olacaq. Beləliklə, Milli Məclisin və onun aparatının xərclər smetası 998 min 671 manat artırılır.
Həmin vəsaitin 29 500 129 manatı ştatda olan işçilərin əməkhaqqına, 2 245 478 manatı əməyin ödənişi ilə bağlı digər pul ödənişlərinə yönəldiləcək.
14-12-2024, 18:38
12 ildən sonra Suriyada...


12 ildən sonra Suriyada...

Türkiyənin Dəməşqdəki səfirliyində türk bayrağı qaldırılıb.
Səfirlik 12 ildən sonra fəaliyyətini bərpa edib.
Türkiyənin Mavritaniyadakı səfiri Burhan Köroğlu səfirliyin müvəqqəti işlər vəkili vəzifəsinə təyin edilib.
Koroğlu və komandası artıq Dəməşqə yola düşüb.
14-12-2024, 18:17
Yaşar Gülər həmkarı ilə Suriyanı müzakirə etdi


Yaşar Gülər həmkarı ilə Suriyanı müzakirə etdi

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər britaniyalı həmkarı Con Hili ilə telefon danışığı aparıb.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Nazirlər Suriyadakı son durumu müzakirə ediblər.
Tərəflər, həmçinin regional, beynəlxalq təhlükəsizlik və müdafiə məsələləri barədə fikir mübadiləsi aparıblar.
14-12-2024, 17:45
Qəbələdə külək talvarı avtomobillərin üstünə aşırdı


Qəbələdə külək talvarı avtomobillərin üstünə aşırdı

Qəbələdə güclü külək sakinlərə ciddi problemlər yaşadıb.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonu, Mirzəbəyli kəndi ərazisində güclü külək nəticəsində fərdi yaşayış evinin həyətyanı sahəsində talvarın avtomobillərin üzərinə aşması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal Şimal-qərb Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb edilib.
Xilasedicilər tərəfindən ərazidə müvafiq tədbirlər görülərək yaranmış təhlükə aradan qaldırılıb.
Güclü külək Yevlax rayonuna ziyan vurub.
Rayonun 30-dan çox yaşayış məntəqəsində əhalinin elektrik enerjisi ilə təminatında fasilə yaranıb, şəhərdə və rayon ərazisində ictimai yaşayış binasının, fərdi yaşayış evlərinin, qeyri-yaşayış obyektlərin dam örtükləri uçub, ağaclar və elektrik dirəkləri aşıb.
Hazırda aidiyyəti qurumlar tərəfindən problemlərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.
14-12-2024, 17:04
Britaniya baş naziri hədələdi - Putin cavab verdi


Britaniya baş naziri hədələdi - Putin cavab verdi

Britaniyanın baş naziri Rusiyanı mümkün qədər çox “incitməyə” çağırıb.
Böyük Britaniyanın baş naziri Keir Starmer G7 nümayəndələri ilə videokonfransda deyib ki, onlar Rusiyaya "ən böyük ağrı"nı verməlidirlər.
“Ukraynaya hərbi dəstək gücləndirilməli, Rusiyaya iqtisadi zərbələr, o cümlədən sanksiyalar vasitəsilə təzyiqlər artırılmalıdır.
Rusiya prezidenti Vladimir Putin isə deyib ki, şantaj və ölkəsinə müdaxilə cəhdləri heç vaxt heç nə verməyəcək.
“Rusiya inkişaf edir, iqtisadiyyat artır. Bu isə sözün tam mənasında, dünya tarixində misli görünməmiş sanksiyalar, bəzi dövlətlərin hakim elitasının kobud müdaxilələri və təzyiqləri fonunda baş verir. Ancaq heç bir şantaj, kənardan bizə mane olmaq cəhdləri heç vaxt heç nə verməyəcək”, - Putin bildirib.
14-12-2024, 16:00
İlham Əliyev Gürcüstanın yeni prezidentini təbrik etdi


İlham Əliyev Gürcüstanın yeni prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti vəzifəsinə seçilməsi münasibətilə Mixeil Kavelaşviliyə təbrik məktubu ünvanlayıb.
Dövlətimizin başçısı məktubunda Azərbaycan-Gürcüstan əlaqələrinin tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış, bir-birinə daim dəstək olmuş xalqlarımızın iradəsindən qaynaqlandığını bildirib.
“Belə möhkəm təməllər üzərində qurulmuş, qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərimizin bu gün hərtərəfli və müvəffəqiyyətlə inkişaf etməsi bizi sevindirir. İnanıram ki, ölkələrimizin və xalqlarımızın rifahı, regionumuzun sabitliyi və təhlükəsizliyinin təmin olunması, iqtisadi potensialının reallaşdırılması naminə dövlətlərarası əlaqələrimizin və strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində birgə səylər göstərəcəyik”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
14-12-2024, 15:59
Avropa liderləri Brüsselə toplaşır - Ukraynaya qoşun göndərilə bilər


Avropa liderləri Brüsselə toplaşır - Ukraynaya qoşun göndərilə bilər

Növbəti həftənin çərşənbə günü Brüsseldə Avropa liderlərinin Ukrayna prezidenti Vladimir Zelenski və NATO-nun baş katibi Mark Rutte ilə görüşü gözlənilir. Orada sülh planları və Ukraynada sülhməramlı qüvvələrin mümkün yerləşdirilməsi müzakirə ediləcək.
Bu barədə xarici KİV-lərin məlumatında bildirilib.
Görüşdən xəbəri olan beş nəfər “Politico”ya bildirib ki, toplantı ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukraynaya qoşun göndərməklə Kiyev və Moskva arasında gələcək sülh sazişinə nəzarət etmək üçün Avropa ölkələrinə təzyiqləri fonunda keçirilir.
Onların sözlərinə görə, Rutte və Zelenski ilə yanaşı, Almaniya kansleri Olaf Şolts, Fransa prezidenti Emmanuel Makron, Polşa prezidenti Anjey Duda, Avropa Şurasının sədri Antonio Kosta və Avropa Komissiyasının sədri Ursula fon der Leyen də görüşə dəvət olunublar.
“Reuters” isə İtaliyanın baş naziri Giorgia Meloni və Britaniyanın baş naziri Keir Starmerin də görüşdə iştirak edəcəyini bildirib. Görüş çərşənbə günü Aİ-Qərbi Balkanlar sammiti çərçivəsində təşkil olunacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!