Canlı ifalar, rəngarəng anlar: .....                        Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                       
6-12-2024, 18:24
Qulu Məhərrəmlinin 70 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib


BDU-nun professoru Qulu Məhərrəmlinin 70 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmlinin 70 illik yubileyinə həsr olunmuş "Azərbaycan televiziyası müstəqillik illərində: əsas inkişaf tendensiyaları" mövzusunda elmi sessiya keçirilib.
Butov.az xəbər verir ki, tədbirin moderatoru, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Qulu Məhərrəmlinin Azərbaycan jurnalistikası tarixində özünəməxsus yeri olduğunu bildirib. Qeyd edib ki, Qulu Məhərrəmlinin adı Azərbaycan televiziyası ilə qoşa çəkilir. Ölkədə onun verilişləri ilə böyüyən bir neçə nəsil var. Televiziya tənqidçisi, jurnalistika bilicisi kimi Qulu Məhərrəmli bu gün də diqqət mərkəzindədir.

BDU rektoru Elçin Babayev yubilyarı təbrik edib, ölkədə “telejurnalistika”, “televiziya tənqidi” deyəndə ilk olaraq yada məhz Qulu Məhərrəmlinin düşdüyünü bildirib: “Qulu Məhərrəmli istedadlı jurnalist, gözəl alim, maraqlı insan, təcrübə ilə nəzəriyyəni uğurla bir araya gətirən əsl pedaqoqdur. 1991-ci ildən BDU-da çalışan Qulu Məhərrəmli Universitetimizin dəyərli professorudur. O, həm də ictimai fəaliyyəti ilə seçilir, Jurnalistika fakültəsindən Azərbaycan Mətbuat Şurasında təmsil olunan iki əməkdaşımızdan biridir”.
Son illər BDU-da aparılan islahatlar çərçivəsində Jurnalistika fakültəsində əsaslı keyfiyyət dəyişikliyinin yarandığını deyən Elçin Babayev gənc jurnalistlərin yetişməsində və əmək bazarının tələblərinə uyğun peşəkar kadr kimi formalaşmasında Qulu Məhərrəmli kimi alimlərin böyük rolunun olduğunu diqqətə çatdırıb.Sonra professor Qulu Məhərrəmlinin elmi-pedaqoji və jurnalistika fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri, filologiya elmləri doktoru Rövşən Məmmədov Qulu Məhərrəmlinin Azərbaycanda televiziya məktəbinin simalarından biri olduğunu bildirib: “Ünsiyyət mədəniyyəti, jurnalist etikası, audiovizual nitq – bunlar bu gün də aktualdır. Biz bütün bu keyfiyyətləri Qulu Məhərrəmlidən öyrənmişik. Qulu Məhərrəmli jurnalistikada sağlam dəyərlərin təməlini qoyanlardan biridir”.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid “Qulu Məhərrəmlinin publisistikası”, Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli “Qulu Məhərrəmlinin polifonik yaradıcılıq yolu”, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, dosent Xatirə Hüseynova “Azərbaycanda televiziya tənqidinin çağdaş durumu”, Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Əliyev “Jurnalistika təhsili və müasir dərslik problemi” mövzularında məruzələr ediblər.

Sonda söz yubilyara verilib. Professor Qulu Məhərrəmli elmi-pedaqoji və jurnalist fəaliyyətinə verilən dəyərə görə təşəkkür edib.
Elmi sessiyanın sonunda BDU rektoru Elçin Babayev professor Qulu Məhərrəmliyə uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyətinə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində xidmətlərinə, Universitetin ictimai həyatında fəal iştirakına görə və 70 illik yubileyi münasibətilə Fəxri Fərman təqdim edib.
6-12-2024, 18:00
Prezident Ursula fon der Lyayeni təbrik etdi


Prezident Ursula fon der Lyayeni təbrik etdi

Prezident İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:
“Hörmətli xanım Prezident,
Avropa Komissiyasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.
Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadi-ticari, nəqliyyat-kommunikasiya, təhlükəsizlik, xüsusilə də strateji xarakter daşıyan və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayan enerji sahəsində səmərəli tərəfdaşlıq əlaqələri mövcuddur.
Əminəm ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın qarşılıqlı hörmət və bərabər hüquqlar əsasında hərtərəfli inkişafı istiqamətində bundan sonra birgə səylər göstərəcəyik.
Sizə ən xoş arzularımı çatdırır, Avropa Komissiyasının yeni tərkibdə qarşıdakı fəaliyyətinə uğurlar diləyirəm”.
6-12-2024, 17:49
Liftlərdə uşaqlara zorakılıq edən manyak kameraya düşdü - Həbs edildi


Liftlərdə uşaqlara zorakılıq edən manyak kameraya düşdü - Həbs edildi

Bakının Yasamal rayonunda yaşayış binalarının liftlərində uşaqlara qarşı qeyri-etik hərəkətlər edən manyak saxlanılıb.
Əsasən azyaşlı qız uşaqlarına qarşı liftlərdə seksual hərəkətlər edən şəxs barədə valideynlər polisə müraciət ediblər.
Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinən Rəfail Məmmədov saxlanılıb.
Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq R.Məmmədov həbs edilib.
Hazırda istintaq tədbirləri davam etdirilir.
Şübhəli şəxsin əməllərindən zərərçəkən başqa şəxslər varsa, polisə məlumat vermələri xahiş olunur.

6-12-2024, 17:47
Nigar harda olsa Azərbaycan üçün yaşayacaq

Nigar harda olsa Azərbaycan üçün yaşayacaq

Nigar xanımı Şuşada- Şəhid ailələrini bağrına basanda, onların başına Pərvanə şama dolanan kimi dolananda tanıdım. Sonra eşitdim ki, ailə qurması ilə bağlı okeanın o tayına Amerikaya köçüb. Budur indicə bir xoş xəbər aldım. Nigar Şıxsəfiyeva Azərbaycan uğrunda fəaliyyətini Kolorado ştatında davam etdirməyə başlayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Kolorado ştatında yaşayan soydaşlarımız yeni diaspor təşkilatı yaradıblar. Nigar xanımı bu münasibətlə təbrik edərək, yeni fəaliyyətində uğurlar arzulayır, həmin xəbəri ozucularımıza təqdim edirik:Vətənsevərlərə sayğılarla: Tamxil Ziyəddinoğlu, "Bütöv Azərbaycan" qəzetinin baş redaktoru, Hərbi Jurnalistlər Birliyinin sədri


ABŞ-ın Kolorado ştatında yaşayan soydaşlarımız Azərbaycan İcmasının “Koloradoda Azərbaycan Diasporu” adlanan ilk diaspor təşkilatını yaradıblar.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, təşkilatın məqsədi yerli Azərbaycan İcmasının Amerika cəmiyyətində təmsilçiliyini artırmaq və bu missiyanı gələcək nəsillərə ötürməkdir.
Kolorado azərbaycanlılarının ABŞ-da yaşayan digər etnik qruplar, yerli icmalar və gənc nəsil arasında sıx əlaqələrinin qurulması, habelə Azərbaycan dilinin və mədəniyyətinin təbliği də təşkilatın əsas hədəflərindəndir.
Yeni yaradılan təşkilatın təsisçisi və rəhbəri Nigar Şıxsəfiyeva Azərbaycanın diaspor fəaliyyətinin genişləndirilməsi, ölkəmizin ABŞ-da tanıdılması istiqamətində mühüm addımlar atılacağını vurğulayıb.
6-12-2024, 17:33
Prezident seçkilərinin I turunun nəticələri ləğv edildi


Prezident seçkilərinin I turunun nəticələri ləğv edildi

Rumıniyada prezident seçkilərinin I turunun nəticələri ləğv edilib.
Buna səbəb kimi Rusiyanın kiberhücumlar vasitəsilə seçkilərə müdaxilə etməsi göstərilib.
Seçkinin nəticələri Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilib. Bundan sonra Rumıniyada yeni prezident seçkiləri keçirilməlidir.
Qeyd edək ki, birinci turda Kelin Georgesku prezident seçilib.
6-12-2024, 17:27
Ərdoğandan şok açıqlama: "İdlib, Hama, Hums və hədəf təbii ki, Dəməşqdir!”


Ərdoğandan şok açıqlama: "İdlib, Hama, Hums və hədəf təbii ki, Dəməşqdir!”

Türkiyə Prezidenti Təcəb Tayyib Ərdoğan Suriyada Bəşər Əsəd rejiminə qarşı başlayan üsyan barəsində maraqlı açıqlama verib.
Ərdoğan Suriyada hökumət ordusunu getdikcə sıxışdıran müxalif "Heyət Təhrir əş-Şam" (HTŞ) silahlı qruplaşmasının sürətli hücumunu şərh edərkən deyib:
"İdlib, Hama, Hums və hədəf təbii ki Dəməşqdir. Müxalifətin bu yürüşü davam edir. Ümid edirik ki, Suriyadakı bu yürüş insidentsiz və problemsiz davam edəcək".
Türkiyə Prezidenti bu açıqlamanı Hz. Əli məscidində qılınan cümə namazından sonra mətbuat mənsublarının suallarını cavablandırarkən verib.
"İdlib, Hama, Hums və hədəf təbii ki Dəməşqdir. Müxalifətin bu yürüşü hazırda davam edir. Biz bu yürüşü həm kəşfiyyat vasitəsilə, həm də bütün mediadan izləyirik.
Suriyadakı bu yürüş qəzasız-bəlasız davam etsin deyəcəyəm, amma bu dirəniş terror təşkilatları ilə birlikdə davam etdirilərkən, xatırlayırsınızsa, Əsədə zəng etdim, “gəl görüşək, Suriyanın gələcəyini birlikdə müəyyən edək” dedim. Təəssüf ki, Əsəddən bu təklifə müsbət cavab ala bilmədik", - Ərdoğan əlavə edib.
Prezident müxalifətin paytaxt Dəməşqə doğru irəliləməsini belə qiymətləndirib:
"Bölgədə davam edən bu narahat yürüşlər bizim istədiyimiz deyil, istəmirik. Təəssüf ki, bölgə problem içindədir”.
6-12-2024, 17:22
Şəki məktəbində bədbəxt hadisə: müəllim və şagirdlər yaralandı


Şəki məktəbində bədbəxt hadisə: müəllim və şagirdlər yaralandı

Bu gün Şəki şəhər Fizika-riyaziyyat və humanitar təmayüllü liseyin kimya kabinetində 11-ci sinifdə keçirilən dərs zamanı sınaq şüşəsi çatlayaraq sınıb.
Bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə məlumat verilib.
Bildirilib ki, buna səbəb təcrübə aparılarkən kimyəvi reaksiya ilə əlaqədar olaraq yaranan qızma olub.
Bu zaman fənn müəllimi və 4 şagird yüngül xəsarət alıb.
Dərhal təcili tibbi yardıma müraciət olunub, müəllim və şagirdlərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
6-12-2024, 17:20
Bakıda Qərbi Azərbaycan parkı yaradılır


Bakıda Qərbi Azərbaycan parkı yaradılır

Zirədəki Ekoparkda Qərbi Azərbaycan parkı yaradılacaq.
Bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli jurnalistlərə müsahibəsində deyib.
Ə.Ələkbərli bildirib ki, “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransın ikinci günündə keçirilən ağacəkmə aksiyasında hər bir qonağın adına ağac əkilib:
"Bu ənənə növbəti illərdə də davam etdiriləcək. Bu ərazidə böyük Qərbi Azərbaycan parkı yaradılacaq".
6-12-2024, 17:19
“İslam Respublikasının Sovet İttifaqından öyrəndiyi davranış”

“İslam Respublikasının Sovet İttifaqından öyrəndiyi davranış”

Ötən şənbə günü (30.11.2024) İran parlamenti uzun mübahisə və müzakirələrdən sonra "Hicab və iffət haqqında" yeni qanun qəbul edib. Yeni qanunun mətni mətbuatda dərc olunan kimi, cəmiyyətin ən müxtəlif təbəqələrinin, o cümlədən bəzi rəsmilərin və din xadimlərinin sərt etirazları, həmçinin kəskin tənqidləri ilə üzləşib.
Əksər tənqidçilər yeni qanunun məcburi hicabla bağlı ölkədə iki ildən artıqdır davam edən gərginliyi aradan qaldırmayacağını, əksinə, vəziyyəti daha da mürəkkəbləşdirərək, İranı qarışdıra biləcəyini vurğulayıblar.
İran prezidentinin ictimai hüquq və azadlıqlar üzrə köməkçisi Səkinə Sadatpad dünən ILNA informasiya agentliyinə verdiyi müsahibədə yeni hicab qanununun ölkədə vətəndaş itaətsizliyi ilə nəticələnə biləcəyini açıq şəkildə bildirib.
Baş verən hadisələrlə bağlı Fransanın Paris şəhərində yaşayan Güney Azərbaycan milli fəalı, “ƏK” - Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin həmsədri Maşallah Rəzminin 16.11.2024-cü il tarixində “İran-emrooz” saytında dərc olunmuş “İslam Respublikasının Sovet İttifaqından öyrəndiyi davranış” adlı məqaləsini diqqətinizə təqdim edirik:

İslam Respublikasının Sovet İttifaqından öyrəndiyi davranış
Maşallah Rəzmi yazır:
Siyasi məhbusları ruhi xəstəxanalarda saxlamaq İslam Respublikasının Sovet İttifaqından öyrəndiyi davranışdır.

Hicaba nəzarət edən məmurlarla dava etdikdən sonra Elmi Tədqiqat Universitetinin həyətində üst libasını soyunaraq alt paltarında gəzən xanım
Ahu Dəryai

Həbsdə olduğu müddətdə ruhi xəstəxanada saxlanılan keçmiş siyasi məhbus Kianuş Sənjərinin intiharı, hicaba nəzarət edən məmurlarla dava etdikdən sonra Elmi Tədqiqat Universitetinin həyətində üst libasını soyunaraq alt paltarında gəzən xanım Ahu Dəryainin ruhi xəstəxanaya transferi, həmçinin “Əmr Be Məəruf” qərargahının qadın işləri üzrə rəhbəri və İbrahim Rəisi hökumətində əmək nazirinin keçmiş müavini Mehri Talebi Darestani tərəfindən "Hicabsızlar Klinikası" vasitəsilə məcburi hicabı qəbul etməyən qadınların həbs edilərək ruhi xəstəxanaya aparılması xəbərləri məni xatirələrimin bir hissəsini yenidən oxumağa sövq etdi. Nəzərinizə çatdırım ki, İran İslam Respublikasının siyasi məhbuslarla davranışı keçmiş Sovet İttifaqının siyasi məhbuslarla davranışı ilə bənd-bənd uyğun gəlir.
Mən 1985-ci il sentyabrın 11-də, dörd il İranda gizli yaşadıqdan sonra öd ağrısından əziyyət çəkdiyim bir halda vətənimi tərk etmək məcburiyyətində qaldım və Ərdəbil nahiyyəsindən quru sərhəddini payi-piyada keçərək Sovet İttifaqına daxil oldum. Eşitmişdim ki, quş belə Sovet sərhəddini keçərsə, sərhədçilər ondan dərhal xəbər tuturlar. Amma sərhədi keçəndən sonra yarım saata yaxın bir dərədə oturub sərhədçilərin yanıma gəlməsini gözlədim. Gecə gec olduğu və heç kimdən xəbər olmadığı üçün çamadanımı bir daşın yanında qoyub əliboş getməyə başladım.
Əksər iranlılar hesab edir ki, Araz çayı İranla keçmiş Sovet İttifaqı arasındakı bütün sərhəd boyu axıb keçərək Xəzər dənizinə tökülür. Amma reallıq belə deyil. Coğrafiya xəritəsinə diqqətlə nəzər saldıqda görürük ki, Araz çayı Ərdəbil vilayətinə çatdıqda yolunu şimala doğru əyir və uzaq məsafə qət etdikdən sonra Kür çayına qovuşur, sonra hər ikisi birlikdə Xəzər dənizinə tökülür. Mən Sovet sərhədini quru hissədən keçdim.
Qaranlıqda bir müddət üzərində oraq və çəkic işarəsi olan bir binaya çatana qədər yol getdim. Yəqin etdim ki, bina sərhəd zastavasına aiddir, amma qapı bağlı idi və ətrafda da heç kim yox idi. Qapını döyməli oldum və qapını rus əsgəri açdı rusca soruşdu ki, “nə istəyirsən?” Bəzi rus sözlərini əzbər bildiyimdən ona siyasi qaçqın olduğumu, fars, türk və ingilis dillərində danışa bildiyimi dedim. Qapını bağladı və getdi. Bir neçə dəqiqədən sonra bir neçə əsgər və bir zabit gəldi. Məni polis idarəsinə apardılar və tərcüməçi gələnə qədər oturmağımı söylədilər. Təxminən yarım saat sonra danışdıqlarımı tərcümə etmək üçün bir qadın gətirdilər. Düşünürəm ki, o, nəzarət-buraxılış məntəqəsində ofis işləri ilə məşğul idi və məndən ingilis dilində təfərrüatları soruşmaq istəyirdi. Bir də fikir verdim ki, o, mənim rus dilini bildiyim qədər ingilis dilini bilir. Hər halda təfərrüatımı və gəlişimin səbəbini ona dedim. O, bir neçə dəfə “xaraşo, xaraşo” deyib mənim gəlişimlə bağlı sərhəd zastavalarının mərkəzinə məlumat verməyə getdi.
Səhərə qədər nəzarət-buraxılış məntəqəsində qaldım, Azərbaycan Sovet Respublikasının türkcə/azərbaycanca bilən bir zabiti gəldi və bütün tərcümeyi-halımı yazıb çamadanımdakı əşyaların şəklini çəkdi və məni Araz çayının o tayındakı Cəlilabad şəhərinin kazarmalarından birinə apardı. Ertəsi gün Bakıdan otuz kilometr şimalda yerləşən Sumqayıt şəhərinə aparıldım. Dedilər ki, dostların gələnə və vəziyyətin aydınlaşana qədər burada qalacaqsan.
Mənim yerləşdiyim yer Xəzər dənizinin sahilində olan Sumqayt şəhərindəki “Elektrik işçiləri sanatoriyası” idi. İstirahət yeri yaxşı təchiz olunmuşdu və buranın Azərbaycan dilində danışan həkimləri, tibb bacıları, təmizlikçiləri, bağbanları və aşpazları da daxil olmaqla 20 nəfərdən çox işçi heyəti var idi. Məndən sonra çoxu kürd və ya Mazandaran ailələrindən olan və Azərbaycan dilində danışa bilməyən bir neçə iranlını yavaş-yavaş bu sanatoriyaya gətirdilər və mən onların tərcüməçisi oldum. Bura gələndə dedim ki, arvadım və qızım Fransadadırlar və BMT-nin qaçqınlarla bağlı qaydalarına görə mənim həyat yoldaşım və uşağımın yanına getmək hüququm var, amma bu o qədər də sadə deyildi.
Sumqayıtda məskunlaşdıqdan bir neçə həftə sonra “İran Xalq Fədailəri Təşkilatı”nın məsullarından biri Daşkənddən məni görməyə gəldi. O, mənə dedi ki, sovet yoldaşları bu dəqiqə Fransaya getməyə icazə verməyəcəklər. Sonra da bildirdi ki, mən Bakıda qala bilərəm, istəsəm Daşkəndə və ya da Əfqanıstana gedib orada İran üçün proqramlar yayımlayan “Radio-ye Zəhmətekan” (Zəhmətkeşlər Radiosu) ilə əməkdaşlıq edə bilərəm. Təklifi qəbul etmədim və ona görə də Sumqaytda qaldım.
Sumqayıtda qalmağım 7 ay davam etdi. Bu yazıda Sumqayıtda qaldığım yeddi aylıq müddətin təfərrüatlarını təsvir etmək fikrində deyiləm. Halbuki, Azərbaycan Sovet Sosialist Respublikasının Qızıl Aypara Cəmiyyətinin rəhbəri vaxtaşırı Sumqayta gəlib qaçqınların yaşayış şəraitini öyrənir, onların başqa şəhərlərə və ya respublikalara köçürülməsi üçün tədbirlər görürdü. Sumqayıta gətirilən qaçqınlar əsasən uşaqlı ailələr idi, ona görə də onları iki-üç həftə ərzində Bakıya və ya başqa sovet respublikalarına köçürürdülər. Amma mən tək idim və ona görə də burada qalmalı oldum. Qızıl Ayparanın rəhbəri mənə bir neçə dəfə təklif etdi ki, Bakıda mənim üçün mənzil ayırıblar və nə vaxt istəsəm, Bakıya köçə və sonra da Fransaya gedə bilərəm. Təbii ki, qəbul etmədim. Bakıdakı qaçqınlar işə göndərilməmişdən əvvəl Qızıl Ayparadan ayda 90 rubl məbləğinda pul alırdılar, amma mən Sumqayıtda olduğum müddətdə onlardan heç bir köməklik görmədim. Deyəsən Qızıl Ayparanın rəhbəri Bakıda mənim adıma mənzil yazdırmışdı və mənim əsl ünvanım orada idi. Qızıl Aypara hər ay üçün də mənim adıma 90 rubl yardım yazıb yaxşıca mənimsəyirdi.
Sumqayıtda uzun müddət qalmağım belə bir şayiəni gücləndirdi ki, “Maşallah Rəzmi Tudə Partiyasının və İran Xalq Fədailəri Təşkilatının siyasətinə qarşıdır, ölkə daxilində isə müxalifət təşkilatının qalan kadrlarına rəhbərlik edir. Ona görə də Maşallahı Sumqayıtda həbs ediblər ki, ölkə daxilindəki kadrların rəhbərlikdən narazılığını başqalarına deyə bilməsin.”
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbəri Azərbaycan Kommunist Partiyasının əsas məmurlarından biri olan Əhmədov soyadlı şəxs idi. Mən Bakıya getməkdən imtina edəndən sonra o, mənimlə yaxınlıq etdi. Nə vaxt Sumqayıta gəlsə, məndən onunla sanatoriya bağında gəzməyimi, söhbət etməyimi xahiş edirdi. Partiyada yüksək vəzifə tutmasına baxmayaraq, Əhmədov xeyirxah insan idi və Qızıl Ayparanın rəhbəri kimi qaçqınlara xidmət etmək istəyirdi. O, mənimlə söhbətində İslam Respublikasının Tudə partiyası rəhbərlərini Sovet İttifaqına casusluqda ittiham və onları həbs etməsindən narazılığını bildirdi və deyirdi ki, axı İranın nəyi var ki, sovetlərin də orda casusları olsun, İranın nə atom sualtı qayığı var, nə kosmik gəmisi var, nə də dahi alimləri, vacib bir şeyi yoxdur ki, onlar haqqında məlumat toplamaq lazım olsun.
Demək olar ki, iki həftədə bir dəfə baş verən bu müzakirələr yavaş-yavaş aramızı açdı. Söhbət zamanı mən ona Sovet İttifaqındakı vəziyyətlə bağlı suallar verirdim, o isə çox rahatlıqla və həm də asanlıqla cavab verirdi. Üstüörtülü şəkildə olsa da sovet cəmiyyətindəki qondarma konstruktiv korrupsiyanı tənqid edirdi. Mən hər gün qəzetləri oxuyurdum, televiziya xəbərlərini diqqətlə dinləyirdim və sovet vəziyyətini müəyyən qədər bilirdim. Bir gün Əhmədova dedim ki, mən hər gün ən azı 5 qəzeti vərəqləyirəm, bir neçə yazı oxuyuram, amma qəzetlərin hamısı eyni mövzunu yazır, niyə bu qədər kağız israf edirsiniz? Ya qəzetləri sərbəst buraxın, müxtəlif mövzular yazın, ya da hamısını bağlayın və sadəcə bir qəzet nəşr edin.
Əhmədov hörmət əlaməti olaraq, mənə müəllim deyirdi. Bir dəfə dedim ki, niyə bütün qəzetlər yalnız bir sözü təkrarlayır? O, yeriməyi dayandırıb məndən bir metr aralıda dayandı və sərt şəkildə “Maşallah müəllim, həqiqət birdir, jurnallar da həqiqəti yazırlar!” dedi. Başa düşdüm ki, o, həqiqəti bir və mütləq hesab edir, qəzetlər də eyni olmasa, həqiqəti yazmayacaqlar. Söhbəti davam etdirmədim. Çünki gördüm ki, onun vəzifəsi dedikləri ilə bağlıdır, əks halda işdən çıxarılacaqdır.
Mən əvvəllər eşitmişdim ki, məşhur şair və Pişəvərinin mədəniyyət naziri olmuş Məhəmməd Biriya Sovet siyasətinə qarşı çıxdığına görə uzun illər Sibirdə sürgündə dustaq olub, meşədə odun qırıb, bir müddət ruhi xəstə kimi həbsdə saxlanılıb. Ona görə də Əhmədovla başqa söhbətimdə siyasi məhbuslar məsələsini qaldırdım və Əhmədov da qarşılığında məndən İranda niyə bu qədər siyasi məhbus olduğunu soruşdu. Mən izah etdim ki, İranda müxtəlif partiyalar və ideologiyalar var, amma İslam Respublikası bunların heç birini qəbul etmir və deyir ki, “partiya yalnız Hizbullahdır, lider yalnız Ruhullahdır” və hökumətin düşüncəsini qəbul etməyən hər kəs ya öldürülür, ya da həbs edilir. Söhbətimin davamını Sovet İttifaqındakı siyasi məhbuslara çəkdim və Əhmədovdan soruşdum:
- Niyə Sovet İttifaqında siyasi opponentləri psixi sığınacaqlarda saxlayırlar?
Əhmədov yenə yeriməyi dayandırdı və mənə dedi:
- Maşallah müəllim, bu nə sözdür, hər kim Qızıl Ordu ilə müxalifət edirsə, dəlidir da!
Mən Əhmədovun arqumentinin əleyhinə heç nə deməmişəm. Çünki başa düşdüm ki, o, həqiqətən dediyi sözlərə inanır. Fəlakət də elə burada idi. Belə ki, İran İslam Respublikasında olduğu kimi keçmiş Sovet İttifaqında da həqiqətlər təhrif edilib, məmurlar da təhrif olunub və onlar fikirləşiblər ki, qəzetlər partiya qərarlarından başqa nəsə yazıblarsa, deməli mütləq həqiqətə qarşı yazıblar. Əgər Saxarov kimi məşhur alim və fizik Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarlarından başqa bir şey deyirdisə, deməli o, dəli idi. Çünki partiyaya qarşı çıxan hər kəs Qırmızı Orduya qarşı çıxır və dünyanın ən böyük ordusuna qarşı çıxmaq isə dəlilik sayılırdı.
İndi Mehri Talebi Darestani xanım hicabsızlar üçün klinikanın açılışını elan edir. Bu iş üçün xərclənən büdcədən başqa, onlar da sovetlərin Əhmədovu kimi düşünməlidirlər ki, həqiqət birdir və həmin həqiqət də onların monopoliyasındadır. 90 milyon iranlının taleyi Mehri Darestani ideyalarına sahib olan məmurların əlindədir. Onlar da keçmiş Sovet İttifaqında olduğu kimi İslam Respublikasının taleyini təyin edəcəklər. Bu arada bərk zarafatcıl təbrizli də “mənimsəmə ilə mübarizə klinikası”nın fəaliyyətə başladığını açıqladı.
Paris,
15 noyabr 2024

Mənbə: https://www.iran-emrooz.net/index.php/politic/more/117529/
6-12-2024, 17:18
Bakıda bu küçəsindəki avtobus zolağı ilə bağlı YENİLİK


Bakıda bu küçəsindəki avtobus zolağı ilə bağlı YENİLİK

Bakının Azadlıq və Bülbül prospektlərində, Şəmsi Bədəlbəyli və Rəşid Behbudov küçələrində təşkil edilən avtobus zolağının saat 07:00–22:00 aralığında qüvvədə olma vaxtını bildirən yol nişanı quraşdırılıb.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) xəbər verir.
Beləliklə, sözügedən prospektdə və küçədə digər nəqliyyat vasitələrinin zolağa daxil olması ilə bağlı qadağa yalnız nişanda göstərilən saatlarda qüvvədədir.
Avtobus zolağına qaydalardan kənar daxil olan şəxslərə 100 manat məbləğində cərimə və 2 bal müəyyən edilib.
"İctimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan zolaqların əhəmiyyətini nəzərə alaraq hərəkət iştirakçılarını qaydalara riayət etməyə çağırırıq. Mərhələli şəkildə digər küçə və prospeklərdə də avtobus zolağının qüvvədə olma vaxtını bildirən yol nişanları quraşdırılacaq", - deyə agentlik bəyan edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!