"Sədərək”də yanan mağazanın 1,5 milyona yaxın borcu varmış? .....                        Dağlıq ərazidə yanğın başladı .....                        Xocavənddə yanğına səbəb olan şəxs tutuldu .....                        ABŞ İraqda iki bazanı tərk edir .....                        Zelenskidən Azərbaycanla bağlı paylaşım .....                        Dəhşətli yanğında 12 nəfər tüstüdən zəhərlənib - RƏSMİ .....                        Çayda batan 3 nəfərin meyiti tapıldı .....                        Rusiyaya güzəştə getməyəcəyik - Zelenski .....                        Qəzzada 16 fələstinli öldürüldü .....                       
10-01-2024, 21:14
Prezident prezident seçkilərini şərtləndirən amilləri açıqladı

Prezident prezident seçkilərini şərtləndirən amilləri açıqladı

Dövlətimizin başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində fevralın 7-nə təyin edilən növbədənkənar prezident seçkilərini şərtləndirən əsas amilləri açıqlayıb.
Prezident İlham Əliyev bunun, ilk növbədə, sentyabr hadisələrindən sonra yeni dövrün başlanğıcı ilə əlaqədar olduğunu bildirib.
O qeyd edib ki, ikinci səbəb müstəqil həyatımızda ərazilərimizin hər bir yerində keçiriləcək birinci seçkilərin məhz prezident seçkilərinin olmasının vacibliyidir.
Dövlətimizin başçısı digər səbəbi isə bu cür izah edib: “Mənim Prezident kimi fəaliyyətimin 20 ili tamamlandı. Bu da bir dövrdür və bunu da biz bir yekun kimi qəbul etməliyik. 20 ildən sonra yenidən prezident seçkilərinin keçirilməsi təbii ki, bu xronoloji dövrü də əsaslandırmış olur”.
10-01-2024, 21:00
İlham Əliyev Zəngəzur dəhliziylə bağlı xəbərdarlıq etdi

İlham Əliyev Zəngəzur dəhliziylə bağlı xəbərdarlıq etdi

Azərbaycandan Azərbaycana insanlar və yüklər heç bir yoxlama aparılmadan keçməlidir.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.
Dövlətimizin başçısı deyib ki, əks təqdirdə, Ermənistan əbədi dalan kimi qalacaq və əgər, dediyim marşrut (Zəngəzur dəhlizi – red.) açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik. Yəni, beləliklə, onlar bundan daha çox ziyan görəcəklər, nəinki xeyir.
10-01-2024, 20:40
Təslim olmasaydılar, məhv olacaqdılar - İlham Əliyev

Təslim olmasaydılar, məhv olacaqdılar - İlham Əliyev

Antiterror əməliyyatı çox uğurla, peşəkarlıqla keçirilmişdir, hərbçilərimiz böyük qəhrəmanlıq göstərmişdilər. Deyilir ki, əməliyyat 23 saat neçə dəqiqə çəkmişdir, amma, əslində, daha qısa müddət ərzində tamamlanmışdı.
Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində söyləyib.
Dövlətimizin başçısı qeyd edib: “Biz nəzərdə tutduğumuz bütün mövqelərə çıxdıq, bütün kommunikasiyalara sahib olduq, bütün təpələri götürdük və faktiki olaraq separatçıların təslim olmaları qaçılmaz idi, labüd idi, təslim olmasaydılar, məhv olacaqdılar. Başqa variant ola bilməzdi”.
10-01-2024, 20:37
Bizimlə hədə-qorxu dili ilə davranmaq mümkün deyil - Prezident

Bizimlə hədə-qorxu dili ilə davranmaq mümkün deyil - Prezident

İkinci Qarabağ müharibəsindən sonra Qarabağda nələr baş verdiyindən tam xəbərdar idik, həm vizual, həm operativ nəzarət edirdik. Yəni, bunu Ermənistana çatdırmağa çalışırdıq ki, bu, bizim nəzarətimizdədir və istənilən an biz əməliyyat keçirə bilərik.
Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində ifadə edib.
Həm Ermənistan rəhbərliyinə, həm də beynəlxalq aktorlara bir dəqiqə ərzində düyməyə basıb bu əməliyyatı keçirəcəyini, onların heç nə də edə bilməyəcəklərini açıq şəkildə dediyini vurğulayan dövlətimizin başçısı bildirib: “Bu hadisələrin gedişatı onu göstərdi ki, - hesab edirəm, bu, təkcə Ermənistan üçün yox, Ermənistanın arxasında dayananlar üçün də bir dərs olmalıdır, - bizimlə hədə-qorxu dili ilə, yaxud da təkəbbürlə davranmaq mümkün deyil”.
10-01-2024, 20:19
Üçtərəfli Bəyanatın qəbul edilməsi bizim böyük siyasi uğurumuzdur

Üçtərəfli Bəyanatın qəbul edilməsi bizim böyük siyasi uğurumuzdur

Üçtərəfli Bəyanatın qəbul edilməsi, o şərtlərlə qəbul edilməsi, hesab edirəm ki, bizim böyük siyasi uğurumuzdur.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.
Dövlətimizin başçısı bildirib ki, əlbəttə, əgər Şuşa işğaldan azad olunmasaydı, o şərtləri biz o Bəyanata saldıra bilməzdik. Yəni, bizim Qələbəmiz, güclü olmağımız imkan verdi ki, biz hətta bu məsələyə aid olmayan şərtləri də oraya saldıraq, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı.
10-01-2024, 20:16
İlham Əliyev: “Biz hamımız xoşbəxtik ki, bu böyük Zəfərin əldə olunmasında iştirak etmişik”

İlham Əliyev: “Biz hamımız xoşbəxtik ki, bu böyük Zəfərin əldə olunmasında iştirak etmişik”

Xocalıda Bayrağı qaldıranda fikirləşirdim, bax, bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xankəndidə isə Bayrağın qaldırılması ədalətin tam bərpası idi və Zəfərimizin son nöqtəsi idi.
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.
Bunların tarixi anlar olduğunu bildirən dövlətimizin başçısı qeyd edib: “Biz hamımız xoşbəxtik ki, bu dövrdə yaşayırıq, bu dövrün şahidləriyik, bu böyük Zəfərin əldə olunmasında iştirak etmişik”.
Xalqımızın bütün təbəqələrinin öz işi ilə bu Qələbəni yaxınlaşdırdığını söyləyən Prezident vurğulayıb ki, bu, ümummilli bir məsələyə, ümummilli hərəkata çevrildi və 30 il ərzində bu mövzu unudulmadı.
10-01-2024, 20:07
Müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayıb

Müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayıb

Sentyabra qədər (2023-cü il – red.) getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.
“İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq. Hesab edirəm ki, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayıb.

9-01-2024, 17:42
Japarov Türkiyənin XİN Başçısını qəbul etdi

Japarov Türkiyənin XİN Başçısını qəbul etdi

Qırğızıstan Prezidenti Sadır Japarov Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.
Tərəflər ikitərəfli və regional məsələləri müzakirə ediblər.
Qeyd edək ki, H.Fidan Qırğızıstanda səfərdədir. O, daha əvvəl həmkarı Cinbek Kulubayevlə görüşüb.

9-01-2024, 17:33
Zəngilan və Qubadlıda iştirak edəcək seçicilərin sayı açıqlandı

Zəngilan və Qubadlıda iştirak edəcək seçicilərin sayı açıqlandı

Fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkisi Zəngilan və Qubadlı rayonlarında 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi üzrə 4 məntəqədə keçiriləcək. Həmin məntəqələrdən 3-ü Zəngilan, 1-i isə Qubadlı rayonu ərazisində yerləşir.
Bu barədə Dairə Seçki Komissiyasının sədri Əli Mönsümov açıqlama verib.
Bildirib ki, dairə üzrə Zəngilan və Qubadlı rayonlarında yerləşən seçki məntəqələrində səsvermə prosesinə hazırlıq işləri gedir. Məntəqələrdən biri Zəngilanın Ağalı kənd tam orta məktəbində yerləşən 33 saylı seçki məntəqəsidir. Bu günə qədər həmin məntəqə üzrə 994 seçici qeydə alınıb ki, onlardan da səsvermə hüququ olan 603 nəfər Ağalıda məskunlaşan sakinlərdir. Kənd üzrə ilk dəfə səsvermədə iştirak edənlərin sayı isə 31 nəfərdir. Ən yaşlı seçici isə 1933-cü il təvəllüdlüdür.
Əli Mönsümovun sözlərinə görə, 33 saylı seçki məntəqəsinə yaxın ərazilərdə çalışan işçilər də bu məntəqədə səsvermədə iştirak edə biləcəklər. Zəngilan rayonu ərazisində çalışan işçilərin səsvermədə iştirakı üçün fəaliyyət göstərəcək digər seçki məntəqəsi Alıbəyli kəndi ərazisində yerləşən 61 saylı məntəqədir. Bu günədək məntəqə üzrə 570 nəfər seçici qeydə alınıb. Üçüncü seçki məntəqəsi isə Ağbənd qəsəbəsindəki 62 saylı seçki məntəqəsidir və burada 561 seçicinin qeydiyyatı aparılıb.
125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsinin Qubadlı rayonu üzrə fəaliyyət göstərəcək seçki məntəqəsi isə Xanlıq kəndi ərazisində yerləşən 63 saylı seçki məntəqəsidir və bu günədək məntəqə üzrə 1466 seçici qeydiyyata alınıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO

Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!