Xırdalanda qəza - Motosiklet sürücüsü öldü .....                        İsrail ilk dəfə Xəzərdəki İran gəmilərinə hücum edib - TƏSDİQLƏNDİ .....                        ABŞ-nin Azərbaycandakı səfirliyi müvəqqəti bağlanır .....                        Nazirin müavinlərinin sayı artırıldı .....                        Zaur Əliyev vəzifəsini itirdi .....                        Azərbaycanda yeni agentlik yaradıldı .....                        İcbari Tibbi Sığortanın bu səlahiyyətləri TƏBİB-ə verildi .....                        İlham Əliyev MDB ilə bağlı vacib sənədi TƏSDİQLƏDİ .....                        ABŞ İran neftinə sanksiyaları ləğv edə bilər .....                       
29-01-2026, 17:29
Gənclər və İdman Nazirliyində nöqsanlar aşkarlandı


Gənclər və İdman Nazirliyində nöqsanlar aşkarlandı

Hesablama Palatası Gənclər və İdman Nazirliyinin idmanın inkişafı istiqamətində fəaliyyətinin auditini aparıb.
Auditin nəticələri qurumun bu günkü Kollegiya iclasında təqdim edilib.
İclasda aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə audit olunan qurum tərəfindən zəruri tədbirlərin görülməsi barədə qərar qəbul olunub.
İclasın ikinci hissəsində 2026-cı ilin İş Planına əsasən bir nəzarət tədbirinin başlanılması ilə bağlı proqram müzakirə edilərək təsdiqlənib.
29-01-2026, 17:22
Taleh Kazımov özünə 7-ci müşavir təyin etdi


Taleh Kazımov özünə 7-ci müşavir təyin etdi

Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyində dəyişiklik olub.
Məlumata görə,AMB-ın sədri Taleh Kazımovun əmri ilə baş direktor Rəna Məlikova AMB sədrinin müşaviri vəzifəsinə təyin edilib.
Bununla da Mərkəzi Bankın sədrinin müşavirlərinin sayı 7-yə çatıb.

29-01-2026, 17:17
Prezident Şahin Bağırovla bağlı sərəncam İMZALADI


Prezident Şahin Bağırovla bağlı sərəncam İMZALADI

Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin bir sıra əməkdaşlarına ali xüsusi rütbələr verilib.
Ölkə başçısının sərəncamına əsasən, Dövlət Gömrük Komitəsinin sədri Şahin Soltan oğlu Bağırova “Gömrük xidməti general-polkovniki” ali xüsusi rütbəsi verilib.
29-01-2026, 17:12
İlham Əliyev gömrükçüləri təltif etdi - SİYAHI


İlham Əliyev gömrükçüləri təltif etdi - SİYAHI

Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, gömrük orqanlarında səmərəli fəaliyyətinə görə Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşları təltif ediliblər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Quliyev Bəhruz Faiq oğlu

Şirinov Natiq Telman oğlu

“Tərəqqi” medalı ilə

Alverdiyev Tariyel Mehman oğlu

Məmmədov Elşən Malik oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Alışov Elvin Mahir oğlu

Bayramov Rəşad Fərrux oğlu

Dünyamalılı Emin Əhəd oğlu

Həsənov Rüstəm Abı oğlu

İsmayılov Amid Raqif oğlu

İsmayılov Seyfulla Lətif oğlu

Qasımov Orxan Araz oğlu

Quliyev Arif Mahmud oğlu

Qurbanov Vasif Elçin oğlu

Nəsibov Elxan Şiraslan oğlu

Nuriyev Nurlan Səxavət oğlu

Tağıyev Namiq İntiqam oğlu

Vəliyev Turqut Tehran oğlu.
29-01-2026, 17:07
Prezident onlara general rütbəsi verdi - ADLAR


Prezident onlara general rütbəsi verdi - ADLAR

Azərbaycan Dövlət Gömrük Komitəsinin bir sıra əməkdaşlarına ali xüsusi rütbələr verilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına ali xüsusi rütbələr verilib:

“Gömrük xidməti general-mayoru” ali xüsusi rütbəsi

Fuad Elxan oğlu Məmmədov – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Fuad Mikayıl oğlu Aslanov – Rəqəmsal İdarəetmə Baş İdarəsinin rəisi

Elmir Bahadur oğlu Ramazanov – Bakı Baş Gömrük İdarəsinin rəisi.
29-01-2026, 17:00
Sərhəd Xidməti bu işlərə 6,5 milyon ayırdı


Sərhəd Xidməti bu işlərə 6,5 milyon ayırdı

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti (DSX) maddi-texniki bazanın gücləndirilməsi, infrastrukturun yenilənməsi və xidmət şəraitinin yaxşılaşdırılması məqsədilə genişmiqyaslı satınalma paketini elan edib.
7 müxtəlif istiqamət üzrə keçirilən müsabiqələrin ümumi ehtimal olunan qiyməti 6.564.342,31 AZN təşkil edir.
DSX tərəfindən elan olunan müsabiqələr həm avadanlıq təminatını, həm də əsaslı təmir-bərpa işlərini əhatə edir. Ən böyük pay isə mühəndis-texniki sistemlərin təmirinə ayrılıb:
Texniki sistemlər və mühəndis qurğularına - çiller sistemləri, isitmə-soyutma, havalandırma və suvarma sistemlərinin əsaslı təmiri üçün 3.721.519,87 azn vəsait nəzərdə tutulub.
29-01-2026, 16:51
Kamran Əliyev Tərtərin prokurorunu işdən çıxardı


Kamran Əliyev Tərtərin prokurorunu işdən çıxardı

Tərtər rayon prokuroru Əli Qurbanov vəzifəsindən azad edilib.
Bu barədə baş prokuror Kamran Əliyev Əmr imzalayıb.
Baş prokurorun digər Əmri ilə Əli Qurbanov Tərtərin hərbi prokuroru təyin edilib.
Qeyd edək ki, Tərtər rayon prokurorunun səlahiyyət müddəti bu gün başa çatıb.
29-01-2026, 16:42
"Qarabağ"ın oyunçularına bu qədər pul mükafatı veriləcək


"Qarabağ"ın oyunçularına bu qədər pul mükafatı veriləcək

"Qarabağ" klubunun oyunçuları Çempionlar Liqasının əsas mərhələnin 8-ci turunda "Liverpul"a 0:6 hesabı ilə məğlub olmalarına baxmayaraq, “pley-off” mərhələsinə vəsiqə qazandıqları üçün əhəmiyyətli bonuslar alacaqlar.
Hələ Almaniyanın "Ayntraxt Frankfurt" komandası ilə 7-ci tur matçından (3-2) əvvəl komanda 10 xal qazanıb növbəti mərhələyə keçəcəyi təqdirdə futbolçulara 200 000 manat mükafat vəd edilmişdi.
Beləliklə, Çempionlar Liqasının “pley-off” mərhələsinə vəsiqə qazandıqlarına görə, əsas heyətin oyunçuları hər biri 200.000 manat mükafat alacaq. Meydana çıxan ehtiyat oyunçular bu məbləğin 75%-ni, ehtiyat oyunçular skamyasında qalanlar isə 50%-ni alacaqlar.
29-01-2026, 16:08
Yasamalda 2 oğru qadın tutuldu


Yasamalda 2 oğru qadın tutuldu

Yasamal rayonu ərazisində yerləşən evlərin birindən 708 manat, mobil telefon və bank kartı oğurlanıb.
Əməli törətməkdə şübhəli bilinən 26 yaşlı L.Xudaverdiyeva müəyyən olunaraq saxlanılıb.
Digər oğurluq hadisəsi zamanı zərərçəkənin itirdiyi bank kartını tapıb 495 manatlıq alış-veriş edən 47 yaşlı P.Sultanova saxlanılıb.
29-01-2026, 15:56
Fövqəladə vəziyyətdə rabitə müəssisələrini bu qurum idarə edəcək


Fövqəladə vəziyyətdə rabitə müəssisələrini bu qurum idarə edəcək

Nazirlər kabineti 15 fevral 2012-ci il tarixli qərarı ilə təsdiqlənmiş "Fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar"da dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, rabitə müəssisələri və poçt rabitəsinin milli operatoru öz funksiyalarını "Fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar"a uyğun yerinə yetirmədikdə, fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə belə rabitə müəssisələrinin ümumistifadəli telekommunikasiya şəbəkələri və poçt rabitəsinin milli operatorunun obyektləri üzərində birbaşa idarəetmə müvəqqəti olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi vasitəsilə həyata keçirilə bilər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!