Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində Şirvanşahlar Sarayı Kompleksində “Qurama Art: Zamanın vəhdəti” adlı sərginin açılışı keçirilib. Sərgi xüsusilə qurama sənətinin ekoloji məsuliyyət və dayanıqlılıq aspektinə diqqət çəkərək, təbiətə hörmət və resursların səmərəli istifadəsini vurğulayır. Sərginin açılış mərasimində çıxış edən İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri İntiqam Babayev sərginin məqsədinin yalnız qurama sənətinin milli irs kimi yaşadılmasının əhəmiyyətini deyil, həm də bu “eko-dost” sənət növü vasitəsilə ekoloji şüurun genişləndirilməsi və ətraf mühitin mühafizəsinə diqqət yetirilməsi istiqamətində töhfə verilməsi olduğunu qeyd edib: "Qurama sənəti qalıq parça materiallarından təkrar istifadə etməklə sıfır tullantı və dayanıqlığı təşviq edir. Tullantı hesab olunan parça qalıqlarına “ikinci həyat” verərək, həm ekoloji məsuliyyət, həm də yaradıcılıq baxımından müsbət təsirlər yarada bilərik. Bu yanaşma, yalnız sənət sahəsində deyil, eyni zamanda cəmiyyətin ekoloji davranışlarının formalaşmasında da əhəmiyyətli rol oynayır". Daha sonra qonaqlar, qurama sənətinin qədim texnikalarını qoruyaraq müasir dövrə adaptasiya edən sərgidə, dayanıqlılıq və ənənənin müasir texnologiya ilə vəhdətini əks etdirən XIX-XXI əsrlərə aid qurama nümunələri və bu sənət növündə yenilik sayılan rəqəmsal qurama nümunələri ilə tanış olublar.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyanın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti ilə telefon danışığında onu Ermənistanla sülh prosesi barədə məlumatlandırıb. Bu barədə Azərbaycan XİN məlumat yayıb. Telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlıq gündəliyi, habelə mövcud regional vəziyyət və Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunub. Qeyd edilib ki, tərəflər Azərbaycanla Birləşmiş Krallıq arasında xüsusilə energetika, təhsil, qarşılıqlı investisiyalar və digər sahələrdə əməkdaşlıqdan məmnunluq ifadə edərək, iki ölkə arasında son vaxtlar siyasi dialoqun intensivləşməsinin, qarşılıqlı səfərlərin, eləcə də hökumətlərarası əməkdaşlıq komissiyalarının işinin bərpasının yeni sahələr üzrə əməkdaşlığın inkişafına təkan verəcəyi bildiriliblər. Nazir Ceyhun Bayramov müqabil tərəfi Azərbaycanın bölgədə dayanıqlı sülhün təsis edilməsi üzrə baxışları, bu istiqamətdə atılan praktiki addımlar, habelə Ermənistanla sülh prosesi barədə ətraflı məlumatlandırıb. Azərbaycan tərəfinin təşəbbüskarı olduğu sülh sazişi üzrə danışıqlar prosesində ciddi proqresin olduğu, ümumilikdə layihənin razılaşdırılması üzrə iş aparıldığı, eyni zamanda Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarının prosesdə əsas maneə təşkil etdiyi diqqətə çatdırılıb. Söhbət zamanı, iki ölkə arasında alternativ enerji sahəsində əməkdaşlığın müxtəlif istiqamətləri, SOCAR və BP arasında günəş enerjisinin istehsalı üzrə aparılan işlər, eləcə də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) hazırlıq məsələləri müzakirə olunub. Telefon danışığı çərçivəsində həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ağadadaş Ağayev məhkəməyə gəlmədi - Həbsi tələb olundu
Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Xalq artisti iştirak etməyib. Zərərçəkən şəxs Nurəddin Cəlilovun nümayəndəsi vəsatət verərək Ağdadaş Ağayevin həbs edilməsini tələb edib. Hakim vəsatəti təmin etməyib. Növbəti proses noyabrın 14-də keçiriləcək. Qeyd edək ki, Ağadadaş Ağayevin atdığı baltanın dəydiyi təmizlikçi Nəzakət Paşayeva cinayət işində zərərçəkən qismində tanınıb. Xalq artisti ilə mühafizəçi Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq- 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.
Pezeşkian prezident kimi ilk dəfə həzrəti Məsumənin türbəsinə gedib
İran prezidenti Məsud Pezeşkian dövlət turu çərçivəsində bu gün Qum şəhərinə gedib. İran KİV-lərinin məlumatına görə, prezident Pezeşkiyan vəzifəyə gəldikdən sonra ilk olaraq Qumda həzrəti Məsumənin müqəddəs məqbərəsini ziyarət edib. Pezeşkian Quma 1 günlük səfəri çərçivəsində təqlidçi səlahiyyətlilərlə görüşüb.
Azərbaycan dili üzrə sertifikasiya imtahanı bu tarixdə keçiriləcək - DİM sədri açıqladı
Azərbaycan dili üzrə sertifikasiya imtahanı (ADSİ) BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başa çatdıqdan sonra keçiriləcək. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, ADSİ üzrə əvvəlcə sınaq imtahanı keçiriləcək. Məleykə Abbaszadə imtahan tarixinin yaxın zamanda ictimaiyyətə açıqlanacağını qeyd edib. Xatırladaq ki, imtahan iştirakçılarının Azərbaycan dili üzrə biliklərinin qiymətləndirməsi A1, A2 başlanğıc, B1, B2 orta, C1, C2 yuxarı səviyyələrində aparılacaq.
Zelenskinin gizli planı ifşa edildi: ABŞ-dən bunu istəyirmiş
Ukrayna Prezidenti Volodimir Zelenskinin təqdim etdiyi "qələbə planı"nın məxfi hissəsi açıqlanıb. Bu barədə Amerikanın “New York Times” qəzeti anonim mənbələrə istinadən yazıb. Məlumata görə, Zelenski “qələbə planının” məxfi hissəsində ABŞ-dan “Tomahawk” qanadlı raketləri istəyib. Qəzetin adını çəkməyən amerikalı mənbəsinin sözlərinə görə , ABŞ rəsmiləri bu tələbi həm siyasi, həm də obyektiv səbəblərə görə tamamilə qeyri-real hesab edib. Qeyd edək ki, "Tomahawk" ABŞ-nin ən güclü raketlərindən biridir. Raketin uçuş məsafəsi 2400 kilometrdən çoxdur. Bu raketlə Ukrayna ərazisindən Rusiyanın bütün Avropa hissəsini və Uraldan kənarda böyük bir ərazini, Omsk vilayətinin qərb bölgələrini tamamilə vurmaq mümkündür. Bildirilir ki, siyasi səbəblərə görə ABŞ Ukraynaya hətta altı-yeddi dəfə az mənzilli ATACMS taktiki raketləri ilə belə ərazinin dərinliklərinə zərbə endirməyə icazə vermir. Nəşr yazır ki, Zelenskinin fikrincə "Tomahawk" Ukraynanın "qeyri-nüvə çəkindirmə" elementinə çevrilməli idi. Ukrayna prezidenti “Qələbə planı” çərçivəsində Ukraynanın uzaq mənzilli silahların, o cümlədən “Tomaqavk” qanadlı raketlərinin tədarükü tələbi ilə bağlı xəbərləri təsdiqləyib. Zelenski bunu Şimali Avropa mediasının jurnalistləri ilə söhbəti zamanı deyib. Lakin o, məlumatların məxfi olduğunu bildirib. “Bir çox ölkələr Qələbə Planını dəstəkləməyə başlayanda Ukraynanın “Tomaqavk” kimi çoxlu raketlər istədiyini və ya əldə etmək istədiyini söylədilər. Amma bu, Ukrayna ilə Ağ Ev arasında məxfi məlumat idi. Bu mesajları necə başa düşmək olar? Bu o deməkdir ki, tərəfdaşlar arasında məxfi heç nə yoxdur”, - deyə Zelenski bildirib.
8 Noyabr prospektində əsaslı təmir işləri yekunlaşır - VİDEO
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Xətai rayonunun 8 Noyabr prospektində əsaslı təmir işlərini yekunlaşdırmaq üzrədir. Bu barədə agentliyə istinadən xəbər verir. Paytaxtın əsas prospektlərindən biri sayılan, uzunluğu 10 km olan 8 Noyabr prospekti uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yolun asfalt-beton örtüyündə çatlar və qabarmalar müşahidə olunurdu. Bu isə paytaxtın əsas işlək prospekti ilə rahat hərəkətə maneə yaradırdı. Layihəyə əsasən aparılan əsaslı təmir işləri çərçivəsində nəqliyyat vasitələrinin sürətli və maneəsiz hərəkətini təmin etmək, eləcə də yolun fasiləsiz olaraq yüksək hərəkətli buraxma qabiliyyətinin təmin edilməsi məqsədilə prospekt boyunca köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunmaqla yeni yol əsası inşa edilib. Ardınca “İnşaat Norma və Qaydaları”na əsasən prospektin zəruri əraziləri hamarlayıcı lay olmaqla asfaltlanıb, ardınca isə 2 laydan ibarət asflat-beton örtüyü döşənib. Əsaslı təmir işləri aidiyyəti qurumlarla razılaşdırılmış şəkildə və yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla koordinasiyalı aparılıb, prospektin müxtəlif hissələrində yeraltı kommunikasiya xətlərinin yenilənməsi işləri görülüb. Prospekt boyunca vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün istismara yararsız səki daşlarının sökülməsi, ərazidən asılı olaraq 2-3.5 metr enində yeni piyada səkilərinin tikintisi işləri icra olunub. Hazırda səki hissələrin bəzək daşlarla (tamet) örtülməsi işləri aparılaraq yekunlaşdırılır. Anoloji işlər prospekt boyunca yolayrıcında da aparılıb. Yolayrıcı zolağın eni ərazidən asılı olaraq 2-2.4 metr arası dəyişir. Razılaşdırılmış layihə əsasında hərəkət zolaqlarının sayı eyni, yəni hər bir istiqamət üzrə 4 zolaq saxlanılmaqla, 1.5 metr (hər bir istiqamət üzrə) enində ayrılmış velosiped zolaqları salınıb, velosiped yolları eni 1.2 metr (hər bir istiqamət üzrə) olan “bufer zona”lar vasitəsilə yolun nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hissəsindən ayrılıb, ərazidə işıqlandırma səviyyəsinin yaxşılaşdırılması məqsədilə tədbirlər görülüb. Hərəkət iştirakçılarının rahat, təhlükəsiz hərəkəti üçün prospektin bir çox hissəsinə üfiqi nişanlanma xətləri çəkilib. Bundan başqa, prospektdə yerləşən yerüstü piyada keçidlərində də təmir-bərpa işləri aparılır. Əsaslı təmir işlərinin tərtib olunmuş qrafikə uyğun yaxın günlərdə tam olaraq yekunlaşdırılması planlaşdırılır.
"COP29 Xüsusi Viza"sına müraciətin təqdim edilməsindən sonra 3 iş günü ərzində vizanın rəsmiləşdirilməsi nəzərdə tutulur. Bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət") "Asan Viza" departamentinin müdiri İsmayıl Rəsulzadə bildirib. Onun sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının Azərbaycanda keçirilməsi ilə əlaqəli ölkəyə səfər edəcək rəsmi şəxslər, nümayəndə heyətləri və digər qonaqların rahatlığının təmin edilməsi üçün xüsusi giriş vizalarının rəsmiləşdirilməsi davam edir. Departament müdiri xatırladıb ki, bununla əlaqədar bu ilin yanvar ayından Agentliyin operatoru olduğu "ASAN Viza" sistemi üzərindən fəaliyyət göstərən portalın hazırlanmasına start verilib: "Ötən dövr ərzində COP29 Azərbaycan Əməliyyat Şirkəti, Xarici İşlər Nazirliyi və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (United Nations Framework Convention on Climate Change - UNFCCC) ilə qarşılıqlı inteqrasiya təmin edilib". İ.Rəsulzadə deyib ki, "COP29 Xüsusi Viza"sı Azərbaycana səfər edən COP29 iştirakçılarından tələb olunur: "Bu vizanı həm rəsmi elektron viza portalı, həm də Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə əldə etmək mümkündür. 200-ə yaxın ölkədən on minlərlə iştirakçının COP29-a qatılacağı nəzərə alınaraq portalın ingilis, alman, fransız, ispan, ivrit, italyan, rus, ərəb, fars, Çin və Koreya dillərində fəaliyyəti təmin edilib".
Onlara da şəhid statusu verilə bilər: təklif müsbət qarşılanıb
Azərbaycanda xidməti vəzifəsini icra edərkən həyatını itirən minatəmizləyənlərə şəhid statusu verilə bilər. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Arzu Nağıyev təklifin müsbət qarşılandığını bildirib. O qeyd edib ki, bu təklif “Minatəmizləmə fəaliyyəti haqqında” qanunun müzakirə mövzusu deyil. “Digər tərəfdən, münatəmizləyənlərə bəzi güzəşt və imtiyazların verilməsi də təklif olunmuşdu. Bu güzəşt və imtiyazların onlara verilməsi üçün müvafiq qanunlara dəyişiklik edilməsi ilə bağlı aidiyyəti qurumlarla danışıqlar aparılıb”, - Komitə sədri vurğulayıb. Xatırladaq ki, oktyabrın 16-da Milli Məclisdə xidməti vəzifəsini icra edərkən həyatını itirən minatəmizləyənlərə şəhid statusunun verilməsi təklif edilib. bu təkliflə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov çıxış edib. O qeyd edib ki, bu işlə məşğul olanların statusu məsələsi vacibdir: “Minatəmizləmə əməliyyatı zamanı həyatını itirən şəxslərin şəhid statusu almasına baxılmasını xahiş edirik”. Bəhruz Məmmədov qeyd edib ki, ilk dəfə ANAMA əməkdaşı mina partlaması nəticəsində həyatını itirdi: "Bu hadisə Xankəndidə tələ minasının partlaması nəticəsində baş verdi. Ondan sonra bütün ANAMA əməkdaşları bizə müraciət etdi. O zaman biz bunu qanun layihəsinə sala bilmədik. Amma indi biz ANAMA olaraq, minatəmizləmə prosesi zamanı həyatını itirən əməkdaşlarımıza şəhid statusunun verilməsini təklif edirik”.
ABŞ-da yeni prezidentin andiçmə tarixi açıqlandı - Bayden də qatılacaq
ABŞ lideri Co Bayden 5 noyabr tarixli prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq, 2025-ci il yanvarın 20-də öz xələfinin inauqurasiya mərasimində iştirak edəcək. Bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib. "O bunu edəcək" deyə Karine Jan-Pye jurnalistin müvafiq sualını cavablandırıb. Jan-Pyerin sözlərinə görə, ABŞ xalqı “hakimiyyətin dinc yolla ötürülməsini görməlidir”. "Prezidentdən görəcəyiniz şey budur", - o deyib. “İnauqurasiyada iştirak etmək bu prosesin bir hissəsidir. Tarixən bu, müntəzəm olaraq baş verir. O, şübhəsiz ki, andiçmədə iştirak edəcək”, – Ağ Evin mətbuat katibi bildirib.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!