Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
1-11-2024, 17:40
COP29 zamanı bəzi yollarda məhdudiyyətlər olacaq


COP29 zamanı bəzi yollarda məhdudiyyətlər olacaq

COP29 tədbiri zamanı müəyyən yollarda məhdudiyyətlər tətbiq ediləcək. Bu yollarda hərəkətin təhlükəsiz və nizamlı təmin olunması üçün tədbirlər görüləcək.
Bu sözləri DİN-in Nəqliyyatı İnellektual İdarəetmə Mərkəzinin (NİİM) rəisi, polis polkovniki Namidan Piriyev “COP29 nəqliyyat planının təqdimatına dair” xüsusi brifinqdə söyləyib.
Onun sözlərinə görə, vətəndaşların rahat hərəkət edə bilməsi üçün alternativ yollar təklif ediləcək.
“Həmin istiqamətlərə getməli olanlar isə zəruri hallarda, fəsilələrlə gedə biləcəklər. Məhdudiyyətlərin tətbiq olunduğu yollarda yol hərəkəti qaydalarına uyğun məlumatlandırma işarələri qoyulacaq və ətraflı məlumat rəsmi kanallar vasitəsilə paylaşıldığı üçün şəhərdə hərəkətin dayanıqlılığı qorunacaq. Beləliklə, tədbir dövründə həm yerli sakinlərin, həm də qonaqların rahatlığı maksimum dərəcədə təmin ediləcək”, - deyə Namidan Piriyev əlavə edib.
1-11-2024, 17:28
Aeroporta gələnlər yalnız avtobuslarla daşınacaq - RƏSMİ


Aeroporta gələnlər yalnız avtobuslarla daşınacaq - RƏSMİ

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcəyi ilk 3 gündə xaricdən gələn qonaqlar, xüsusilə də yerli vətəndaşlar aeroportda fəaliyyət göstərəcək avtobuslardan istifadə edilməli olacaqlar.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev COP29 günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə deyib.
O bildirib ki, COP29 ilk günlərində hava limanına gələn qonaqlar və vətəndaşlar nəqliyyat vasitələrindən istifadə edərək şəhərə gələ bilməyəcəklər: "İlk 3 gündə nəqliyyat vasitələri aeroporta daxil ola biləcək və "Terminal 2"də vətəndaşları düşürə bilərlər, lakin oradan kimisə aparmaq mümkün olmayacaq. Həmin ərazilərdə fəaliyyət göstərəcək H1 və H2 avtobusları ilə vətəndaşlar ünvanlara gedə bilərlər. H1 üzrə marşrut hava limanı - "28 may" ərazisini, H2 üzrə marşrut isə hava limanı - "Əhmədli" metrosu stansiyasını əhatə edir".
1-11-2024, 17:25
Leyla Əliyeva ağacəkmə aksiyasında - FOTO


Leyla Əliyeva ağacəkmə aksiyasında - FOTO

Noyabrın 1-də Bakının Sabunçu rayonu ərazisində ağacəkmə aksiyası keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva aksiyada iştirak edib.
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) və COP29 könüllülərinin qatıldıqları aksiyada 1000 ədəd Eldar şamı ağacı əkilib.
Ağacəkmə aksiyası 2024-cü ilin Azərbaycan Respublikası Prezidenti tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi çərçivəsində ölkəmizdə yaşıllıq zolaqlarının artırılması və ətraf mühitin mühafizəsinə daha bir töhfə kimi dəyərləndirilə bilər. Aksiya, eyni zamanda, ölkəmizdə keçiriləcək COP29 konfransına dəstəyin və ümumiyyətlə təbiətin qorunması ilə bağlı təşəbbüslərə həmrəyliyin ifadəsidir.
Qeyd edək ki, Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA İctimai Birliyi Azərbaycanda ekoloji tarazlığın bərpası, təbiətə töhfə vermək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək, eləcə də ətraf mühitin mühafizəsi işində ictimai nəzarəti gücləndirmək məqsədi daşıyan çoxsaylı layihələr icra edir.
Ölkəmizdə yeni yaşıllıqların salınması, mövcudlarının qorunması ilə yanaşı, eyni zamanda, əvvəllər heç bir yaşıllıq olmayan sahələrdə də ağacəkmə aksiyalarının keçirilməsi ekoloji durumun yaxşılaşdırılması, yaşıllıq zonalarının artırılması istiqamətində önəmli addımlardandır.







1-11-2024, 17:25
Leyla Əliyeva ağacəkmə aksiyasında - FOTO


Leyla Əliyeva ağacəkmə aksiyasında - FOTO

Noyabrın 1-də Bakının Sabunçu rayonu ərazisində ağacəkmə aksiyası keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva aksiyada iştirak edib.
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) və COP29 könüllülərinin qatıldıqları aksiyada 1000 ədəd Eldar şamı ağacı əkilib.
Ağacəkmə aksiyası 2024-cü ilin Azərbaycan Respublikası Prezidenti tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi çərçivəsində ölkəmizdə yaşıllıq zolaqlarının artırılması və ətraf mühitin mühafizəsinə daha bir töhfə kimi dəyərləndirilə bilər. Aksiya, eyni zamanda, ölkəmizdə keçiriləcək COP29 konfransına dəstəyin və ümumiyyətlə təbiətin qorunması ilə bağlı təşəbbüslərə həmrəyliyin ifadəsidir.
Qeyd edək ki, Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA İctimai Birliyi Azərbaycanda ekoloji tarazlığın bərpası, təbiətə töhfə vermək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək, eləcə də ətraf mühitin mühafizəsi işində ictimai nəzarəti gücləndirmək məqsədi daşıyan çoxsaylı layihələr icra edir.
Ölkəmizdə yeni yaşıllıqların salınması, mövcudlarının qorunması ilə yanaşı, eyni zamanda, əvvəllər heç bir yaşıllıq olmayan sahələrdə də ağacəkmə aksiyalarının keçirilməsi ekoloji durumun yaxşılaşdırılması, yaşıllıq zonalarının artırılması istiqamətində önəmli addımlardandır.







31-10-2024, 21:12
Mehriban Əliyeva Pantomim Teatrında - FOTO


Mehriban Əliyeva Pantomim Teatrında - FOTO

Oktyabrın 31-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri Azərbaycan Dövlət Pantomim Teatrının binasında mövcud vəziyyətlə tanış olublar.
Mədəniyyət naziri Adil Kərimli Birinci vitse-prezident Mehriban Əliyevaya və ailə üzvlərinə teatr haqqında məlumat verdi.
Bildirildi ki, respublikamızın tanınmış teatr kollektivlərindən olan Azərbaycan Dövlət Pantomim Teatrı 1994-cü ildə teatr-studiya kimi yaradılıb. Studiya altı il müddətində Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərib. 2000-ci il martın 6-da kollektivə dövlət statusu verilib. 2005-ci ildən isə Azərbaycan Dövlət Pantomim Teatrı keçmiş “Şəfəq” kinoteatrının binasında yerləşdirilib.
Otuz ildən artıq dövrdə Pantomim Teatrında bir çox müəlliflərin əsərləri səhnələşdirilib. Teatrın bu növünün əsas üstünlüklərindən biri onun üçün dil baryerinin olmamasıdır. Ötən müddət ərzində kollektiv Almaniya, Avstriya, Bolqarıstan, İsveçrə, Gürcüstan, Qazaxıstan, Mərakeş, Rusiya və digər ölkələrdə Azərbaycan mədəniyyətini uğurla təmsil edib.
Bu gün Pantomim Teatrı ən çox ziyarət olunan və böyük tamaşaçı məhəbbəti qazanan mədəniyyət ocaqlarımızdan biridir.
Qeyd edildi ki, Azərbaycan Dövlət Pantomim Teatrının hazırda yerləşdiyi bina 1900-cü ildə inşa olunub və yerli əhəmiyyətli memarlıq abidələri siyahısındadır.
Mövcud vəziyyətlə tanışlıq zamanı binada görülməli olan zəruri təmir işləri barədə də məlumat verildi.





31-10-2024, 20:26
Ər-arvad dəm qazından boğuldu


Ər-arvad dəm qazından boğuldu

Goranboyda iki nəfər dəm qazından boğularaq ölüb.
Hadisə rayonun Nizami kəndində qeydə alınıb.
Kəlbəcər rayon sakinləri - 1958-ci il təvəllüdlü Əkbərov Kamal Qurbanlı oğlu və həyat yoldaşı, 1960-cı il təvəllüdlü Əkbərova Aidə Əli qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Hər iki şəxs hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
31-10-2024, 20:17
Şəhidimizin xanımı Bakı Sağlamlıq Mərkəzində əməliyyat olundu


Şəhidimizin xanımı Bakı Sağlamlıq Mərkəzində əməliyyat olundu

Vətən müharibəsi şəhidi, polkovnik Sədi Musayevin xanımı, “Mənim oğlum qəhrəmandır!” layihəsinin koordinatoru Gülşad Musayeva Bakı Sağlamlıq Mərkəzində əməliyyat olunub.
Mərkəzin ümumi cərrahiyyəsinin şöbəsinin həkimləri Cümşüd Kazımzadə və Vahid Muradov tərəfindən icra olunan “Düz bağırsağın laparoskopik abdominoperineal rezeksiyası” əməliyyat uğurlu nəticə ilə yekunlaşıb. Əməliyyat laparoskopik üsülla və xüsusi steplerlərin istifadəsi ilə baş tutub. Laparoskopik əməliyyat zamanı ənənəvi cərrahi üsullardan fərqli olaraq daha kiçik ölçülü kəsiklər açıldığı üçün pasiyentin reabilitasiya dövrü daha sürətli və asan olur. Həkim pasiyentın vəziyyətinin yaxşı olduğu və yaxın günlərdə evə buraxılacağını bildirib.
Gülşad Musayevanın vəziyyəti ilə daima yaxından maraqlanan Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov və həkim heyətimizin əməliyyat sonrası xəstə ziyarətindən görüntüləri sizlərə təqdim edirik.
Cəlal Qurbanov Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralananlara, habelə şəhid ailəsi üzvlərinin sağlamlığının bərpası, onların müalicə prosesində göstərdiyi xüsusi diqqət və qayğı üçün Asiman Həsənov başda olmaqla bütün Bakı Sağlamlıq Mərkəzi kollektivinə öz minnətdarlığını bildirdirib.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Sədi Musayev 28 sentyabr 2020-ci il Füzuli rayonu, Yuxarı Əbdürrəhmanlı kəndi, Kürdlər yaşayış məntəqəsi istiqamətində gedən döyüşlərdə əməliyyat qrupu zabiti kimi yaşayış məntəqələrinin düşməndən azad olunması uğrunda qəhrəmancasına şəhid olub.
Polkovnik-leytenant Sədi Süleyman oğlu Musayev xidməti dövründə III dərəcəli “Qüsursuz xidmətə görə” medalı və II dərəcəli “Qüsursuz xidmətə görə, “Vətən uğrunda” medalı, və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
31-10-2024, 20:10
Avtobusdan istifadə edənlərin nəzərinə


Avtobusdan istifadə edənlərin nəzərinə

COP29 əməliyyatlarının həyata keçirilməsi ilə bağlı 4 noyabr 2024-cü il tarixindən 10 noyabr 2024-cü il tarixinədək "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi (Atletlər kəndi tərəf), Bakı Olimpiya Stadionu və ətraf ərazilər üzrə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Bununla əlaqədar olaraq "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinə ("Koroğlu" NMM) daxil olan 31 sayda müntəzəm marşrutun son və aralıq dayanacaq məntəqələri dəyişdiriləcək. Həmçinin E1 nömrəli marşrutun fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq. Marşrutların son dayanacaqları müəyyən edilmiş digər ərazilər üzrə təyin ediləcək.
Marşrutlar üzrə edilən dəyişikliklər:

- 1 nömrəli marşrut "28 May" metrostansiyası istiqamətində "Koroğlu" NMM-ə daxil olmadan Heydər Əliyev prospekti kənar hərəkət hissəsində mövcud dayanacaqda ("Koroğlu" metrostansiyası, Atletlər kəndi tərəf) dayanmaqla fəaliyyət göstərəcək;

- 24 nömrəli marşrut "Nəriman Nərimanov" metrostansiyası istiqamətində Ziya Bünyadov prospektində (Yerüstü piyada keçidi), Qaraçuxur qəsəbəsi istiqamətində isə "Koroğlu" NMM ("Piramida" tərəf) dayanacağa daxil olmaqla fəaliyyət göstərəcək;

- 93 nömrəli marşrut "Koroğlu" NMM-ə daxil olmadan fəaliyyət göstərəcək;

- 163, 60 və 13 nömrəli marşrutların son dayanacaq məntəqəsi "Koroğlu" NMM ("Piramida" tərəf) təyin edilmişdir;

- 184 nömrəli marşrut "Ulduz" metrostansiyası və Suraxanı qəsəbəsi istiqamətində "Koroğlu" metrostansiyasında yerləşən dayanacağa daxil olmadan fəaliyyət göstərəcək;

- 197 və 198 nömrəli marşrutlar son dayanacaq məntəqəsi Zabrat dairəsi olmaqla fəaliyyət göstərəcək;

- 14 sayda (7B, 38, 71, 107, 118A, 118B, 131, 139, 173A, 173B, 189, 204, 216, 217, M8) marşrutun son dayanacaq məntəqəsi “Ulduz” metrostansiyası təyin edilmişdir;

- 15, 148 və 162 nömrəli marşrutların son dayanacaq məntəqəsi "Qara Qarayev" metrostansiyası təyin edilmişdir;

- 166 və 38 nömrəli marşrutlar "Koroğlu" NMM-ə (Atletlər kəndi tərəf) daxil olmadan fəaliyyət göstərəcək;

- 62, 70, 184 və 214 nömrəli marşrutlar "Koroğlu" NMM-ə (Atletlər kəndi və "Piramida" tərəf) daxil olmadan fəaliyyət göstərəcək.

H1 nömrəli marşrutun hərəkət sxemində dəyişiklik nəzərdə tutulmayıb.
Sərnişinlərdən müvəqqəti dəyişiklikləri anlayışla qarşılamaq və təyin edilmiş hərəkət sxemlərinə uyğun olaraq ictimai nəqliyyat xidmətlərindən istifadə etmələri xahiş olunur.
31-10-2024, 19:57
Mehriban Əliyeva qızları və gəlini ilə açılışda


Mehriban Əliyeva qızları və gəlini ilə açılışda

Oktyabrın 31-də Bakının Xətai rayonundakı Alim Məmmədov adına uşaq bağçası-körpələr evi təmirdən sonra yenidən istifadəyə verilib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri bağçada yaradılmış şəraitlə tanış olublar.
Uşaq bağçasının direktoru Liya Məcidova Birinci vitse-prezidentə və ailə üzvlərinə bağçada görülən işlər barədə məlumat verib.
Bildirilib ki, 1958-ci ildə inşa olunan Alim Məmmədov adına uşaq bağçası-körpələr evi ötən müddətdə istismara yararsız vəziyyətə düşdüyünə görə təmirə ehtiyac yaranmışdı. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, uşaq bağçası-körpələr evi müasir tələblər səviyyəsində təmir olunub.
Yüz yerlik uşaq bağçası-körpələr evi zəruri avadanlıq və ləvazimatlarla təmin olunub. Bu məktəbəqədər müəssisədə uşaqlar 5 qrup üzrə təhsil alırlar.
Bağçanın həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri görülüb, uşaqlar üçün oyun meydançası yaradılıb.
Qeyd edək ki, ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə xüsusi qayğı göstərilir. Uşaq bağçalarının yenidən qurulması ilə bağlı həyata keçirilən layihələr bu baxımdan mühüm rol oynayır.
Uşaqların təlim-tərbiyəsi Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən biridir. Fondun həyata keçirdiyi layihələr məktəbəqədər təlim-tərbiyə müəssisələrinin inkişafına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə səbəb olub. Gələcəyimiz olan uşaqların sosial rifahının yaxşılaşdırılmasına hesablanan belə tədbirlər ölkəmizdə aparılan siyasətin uğurlu və məntiqi nəticəsidir.


31-10-2024, 19:38
COP29 üçün 50 mindən çox şəxs qeydiyyatdan keçib


COP29 üçün 50 mindən çox şəxs qeydiyyatdan keçib

COP29-da iştirak üçün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi vasitəsilə 50 mindən artıq şəxs qeydiyyatdan keçib və bu proses davam etdiyi üçün say daha da artacaq.
Bu barədə Prezident Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin 8-ci iclasında bildirib.
Prezident Administrasiyasının rəhbəri COP29 zamanı Bakıda nəqliyyatın planlı şəkildə təşkil olunması ilə bağlı hazırlanmış Nəqliyyat Planının icrasının təmin edilməsinin vacibliyini vurğulayıb.
Samir Nuriyev, eyni zamanda, Bakı Olimpiya Stadionunda yekunlaşmaqda olan hazırlıq işləri, dövlət qurumları tərəfindən beynəlxalq tərəfdaşlarla birlikdə təşkil ediləcək tədbirlər və digər məsələlər barədə danışıb.
Təşkilat Komitəsinin sədri xarici medianın və qeyri-hökumət təşkilatlarının da COP29-da iştiraka böyük maraq göstərdiyini bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!