Prezident Ursula fon der Lyayeni təbrik etdi .....                        Liftlərdə uşaqlara zorakılıq edən manyak kameraya düşdü - Həbs edildi .....                        Nigar harda olsa Azərbaycan üçün yaşayacaq .....                        Prezident seçkilərinin I turunun nəticələri ləğv edildi .....                        Ərdoğandan şok açıqlama: "İdlib, Hama, Hums və hədəf təbii ki, Dəməşqdir!” .....                        Şəki məktəbində bədbəxt hadisə: müəllim və şagirdlər yaralandı .....                        Bakıda Qərbi Azərbaycan parkı yaradılır .....                        Bakıda bu küçəsindəki avtobus zolağı ilə bağlı YENİLİK .....                        Baydenin Qafqaz üzrə baş müşaviri Bakıya gəldi .....                       
Tarix : 2-11-2024, 05:55
Qəlbimdə yaşamaq, "yanmaq", yaratmaq eşqi...


Ləman RƏCƏBOVA,
Bakı Slavyan Universitetinin
Xarici Dili Müəllimliyi fakültəsinin tələbəsi


Qəlbimdə yaşamaq, "yanmaq", yaratmaq eşqi...

Bəzən olur ki, xəyalən keçmişə qayıdırıq. Xatirələri "oyadırıq". Xəyal nuru mənəvi aləmimizin ən dərin qatına işıq salır. Çox keçmir ki, xəyaldan ayrılır, gələcəyi düşünürük. Bu məqam daxilimizdə doğan sual bizi özümüzlə baş-başa qoyur: mənim üçün yaşamaq nədir? Məsələn, ünlü şairimiz Bəxtiyar Vahabzadə "yaşamaq yanmaqdı" yazırdı. Mətbuat tədqiqatçısı Şirməmməd Hüseynov yaşamağı qanmaqda, dərk etməkdə görürdü. Yazıçı Anar kimlik, milli varlıq, özünüdərk prosesi əsasında yaratdığı əsərə-kitaba "Yaşamaq haqqı" ismini vermişdi. Bu mənada fiziki, mənəvi, bioloji var olma, yaşama və böyümə (sözün hər gerçəkliyində) atlasının müəyyənləşdirdiyi mənzərə fonunda qəlb aləminin dəruni dərinliklərindən eşidilən, insanı oraya səsləyən sədalar yüksəlməyə başlayır. Bu mənzərə gözlər önündə gün işığı qədər aydın, yaxud payız yağışına qarışmış dumantək qarışıq da görünər...
Yaşamaq sadəcə gündəlik işlərimizi həll etdikdən sonra başımızı buludabənzər ağ yastığa qoyaraq rahatlıq tapmaq deyil. Gərək ki, düşünəsən, suallarla özün-özünə müraciət edəsən: Həyat, görəsən, bizi lacivərd səmaya — göyün ənginliklərinə qaldıran xəyallardanmı, ya gözümüzü bağlayanda ürəyimizdən keçən istəklərdənmi ibarətdir? Biz həyatdan nə istəyirik: yaşamaq, görmək, anlamaq, kəşf etmək, sevmək, sevilmək? İnsan həyatı dərk etdiyi andan böyüyür, yaşayır (!).. O, anlayır. Anlayır ki, əsla öz dəyərini dəyərdən salmamalıdır. Həyat prizmasına öz pəncərəsindən baxmağı öyrənməlidir. O, tək qalmaqdan, düşünməkdən və beləcə böyüməkdən qorxmamalıdır. İnkaretmə yanğısına düşməməli, özünü tapmalı və onunla üzləşməlidir. Həyatdan nə istədiyinin fərqinə varmalı və yelkənini başqa dənizlərə açmağı öyrənməlidir.
Məncə, hər insan həyatında bir dəfə də olsa öz yaşamından uzaqlara getməli, həsrət yanğısına düşməli, başqa qəlblərin incəliyinə toxunmalıdır. Fərqində olmalıdır ki, qoca dünyaya nə üçün gəlib və nə istəyir?!
Əgər mən nədənsə əziyyət çəkirəmsə, deməli, burada mənim üçün sıxıntı, narahatlıq var. Bəli, mümkündür ki, bir başqası üçün bu adi haldır. Buna görə insan gərək çətinlikdən, ən əsası həyatdan qaçmasın, qorxmasın... Özünü rüzgara buraxsın və dərindən nəfəs alsın. Başını səmaya qaldırsın: nizamlı şəkildə düzülən durna qatarına nəzər salsın. Məncə biz çox yaxşı bilirik ki, rüzgar o qədər də qorxulu bir şey deyil. Əsas odur ki, gəmini dənizə çıxaracaq qədər cəsarətin olsun. Qasırğa isə hər zaman, hər insanın həyatına bir az da olsa müdaxilə edir.


Paylaş



Bölmə: Tələbə sözü / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!