Canlı ifalar, rəngarəng anlar: .....                        Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                       
3-10-2024, 16:43
Bakı-Şamaxı yolunda hərəkət məhdudlaşdırılacaq


Bakı-Şamaxı yolunda hərəkət məhdudlaşdırılacaq

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 11-ci kilometrindən (“Ekologiya postu”) Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 23-cü kilometrinə qədər aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq sabah saat 06:00-dan başlayaraq Şamaxı istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə işlərin aparıldığı zolaqlar üzrə qismən məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
"Yol bağlanmır. Sürücülərdən qeyd olunan tarixdən etibarən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.
3-10-2024, 16:37
Litva XİN rəhbərinin səsləndirdiyi fikirlər qəbuledilməzdir - Ayxan Hacızadə


Litva XİN rəhbərinin səsləndirdiyi fikirlər qəbuledilməzdir - Ayxan Hacızadə

Litva Respublikasının xarici işlər naziri Qabrielius Landsberqisin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2 oktyabr tarixli iclası zamanı Azərbaycana qarşı səsləndirdiyi fikirlər tamamilə əsassız və qəbuledilməzdir.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Q.Landsberqisin Avropa Şurası Parlament Assambleyasında Azərbaycan əleyhinə səsləndirdiyi fikirləri şərh edərkən deyib.
Bildirilib ki, Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın dalana dirəndiyini qeyd edən, Avropa Şurası Parlament Assambleyası ilə dialoqa, açıq məsələləri həll etməyə çağıran Litva xarici işlər nazirinə xatırlatmaq istərdik ki, dialoqu dayandıran və bundan imtina edən Azərbaycan deyil, məhz AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması barədə ədalətsiz və hüquqi cəhətdən suallar doğuran təşəbbüsü dəstəkləyən 76 nəfər parlament üzvləri olub. Avropa Şurası nizamnaməsinin pozulması, AŞPA tərəfindən səlahiyyətlərin aşılması nəticəsində baş vermiş məlum addımdan sonra da Azərbaycan tərəfi müxtəlif kanallarla dialoqa açıqlığını, vəziyyətin həllində səmimi şəkildə maraqlı olduğunu nümayiş etdirib. Görünən odur ki, Avropa Şurası Nazirlər Komitəsində sədr olan Litva tərəfi Azərbaycanın AŞPA-da hüquqlarının əlindən alınmasından qətiyyən narahat deyil.
AŞPA daxilində Azərbaycana qarşı son illər, xüsusilə də ərazilərimizin Ermənistan işğalından azad edilməsindən sonra qərəzli yanaşmalar, ölkəmizin beynəlxalq hüquqa və ədalətə söykənən mövqeyinə kölgə salınmağa yönəlmiş cəhddir. AŞPA-da təmsilçilik Azərbaycanın haqqıdır və bu haqqın qeyd-şərt olmadan təmin edilməsi zəruridir.
Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri barədə məsələyə səs verdiklərinə görə Avropa Şurası Parlament Assambleyası deputatlarının Azərbaycana girişinə qoyulan qadağa ilə bağlı fikirlərə gəldikdə qeyd edək ki, bu qərar Azərbaycan Respublikasının qanunvericiliyi əsasında suveren hüququmuz çərçivəsində atılıb və bu tədbir bir çox ölkələrin, o cümlədən Avropa Şurası üzv dövlətlərinin mövcud təcrübəsinə uyğundur. Azərbaycan nümayəndələrini AŞPA-da görmək istəməyən parlament üzvlərini Azərbaycanda görmək kimi bir niyyətimiz və öhdəliyimiz yoxdur.
Nazir Landsberqisin AŞPA-nın tribunasından istifadə edərək Azərbaycanda insan hüquqları ilə bağlı səsləndirdiyi əsassız fikirləri də qətiyyətlə qınayırıq. Azərbaycanda milli qanunvericiliyə və Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olaraq bütün əsas hüquq və azadlıqlara tam hörmət edilir. Əsaslı sübutlar əsasında başlanmış və qanunvericiliyin tələblərinə uyğun olaraq aparılan təhqiqatları “ifadə azadlığını məhdudlaşdıran sanksiyalar” kimi qələmə vermək tamamilə yanlışdır.
Azərbaycanın Qarabağ bölgəsindən könüllü şəkildə Ermənistana köçmüş ermənilərin hüquqlarının Avropa İnsan Hüquqları Konvensiyası çərçivəsində qorunduğuna, onların geri qayıdış hüquqlarına hörmət edilməsinin vacib olduğuna istinad edən Litva naziri nədənsə Ermənistan ərazisindən qovulmuş 300 mindən çox azərbaycanlının hüquqları barədə danışmır.
Bu kimi qərəzli mövqedən çıxış etmək əvəzinə, Litva nazirinin öz fəaliyyətinə diqqət yetirməsi, həmçinin Azərbaycanla dialoq və əməkdaşlığın bərpası üçün zəruri addımlar atmağa AŞPA-ya çağırış etməsi daha yaxşı olardı.
3-10-2024, 16:19
Sergey Narışkin Bakıya gəldi


Sergey Narışkin Bakıya gəldi

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin oktyabrın 2-də Bakıya səfər edib.
Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

3-10-2024, 16:12
"Toyota" Amerikada elektromobil istehsalını təxirə salıb


"Toyota" Amerikada elektromobil istehsalını təxirə salıb

Yaponiyanın “Toyota Motor” şirkəti Amerikada elektrik avtomobillərinin istehsalına başlamasını 2026-cı ilin birinci yarısına təxirə salacaq.
Bu qərar tələbin zəifləməsi və əsas avtomobil bazarında elektromobillərin satışının yavaşlaması ilə bağlıdır.
İlkin olaraq, "Toyota Motor" 2025-ci ildə Kentukkidəki bir zavodda elektrik mühərrikli yeni yolsuzluq avtomobillərinin istehsalına başlamağı planlaşdırırdı və layihəyə 1,3 milyard dollar sərmayə qoyurdu, lakin şirkət bu yaxınlarda layihənin işə salınmasının təxirə salındığını elan etdi.
3-10-2024, 15:46
Prezident “Sarıqışlar” Su Elektrik Stansiyasının açılışında


Prezident “Sarıqışlar” Su Elektrik Stansiyasının açılışında

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan rayonunda “Azərenerji” ASC-nin “Sarıqışlar” Su Elektrik Stansiyasının açılışında iştirak edib.
Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
3-10-2024, 15:38
Metroda faciə: Sərnişin qatarın altına düşüb öldü


Metroda faciə: Sərnişin qatarın altına düşüb öldü

"Bakı Metropoliteni" 28 May stansiyasında sərnişin qatarın altına düşüb.
Bu barədə "Bakı Metropoliteni" QSC-dən xəbər verilib.
"Qatar maşinisti dərhal əyləcləməni sıxıb. Yüksək gərginlik aradan qaldırılıb. Sərnişinin stansiya yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilib. Kişi sərnişin qatarın altından çıxarılsa da, təəssüf ki, dünyasını dəyişib", - məlumatda deyilir.
Qeyd olunur ki, hadisə nəticəsində qatarların hərəkətində 17 dəqiqə yubanma qeydə alınıb.
3-10-2024, 15:33
Buraxılış imtahanlarında dəyişiklik: yeni model hazırlanır


Buraxılış imtahanlarında dəyişiklik: yeni model hazırlanır

2025-ci ildə ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında xarici dil (ingilis, alman, fransız, rus, ərəb və fars) fənlərindən yeni imtahan modeli tətbiq ediləcək.
Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, yeni imtahan modeli aprobasiyadan keçirilib, modelə dair tapşırıq nümunələri Dövlət İmtahan Mərkəzi tərəfindən 2023-2024-cü illərdə nəşr olunmuş ümumtəhsil müəssisələrinin 8 və 9-cu sinif dərsliklərinə uyğun hazırlanmış “Qiymətləndirmə tapşırıqları” kitablarında (ingilis dili fənnindən) verilib.
Yeni imtahan modelinə dair ingilis dili fənnindən tapşırıq nümunələri, dinləmə mətni və şəkil üzrə tapşırığın (26 saylı) qiymətləndirmə meyarları ilə (Azərbaycan və rus dillərində) aşağıdakı keçidlərdən istifadə etməklə tanış ola bilərsiniz.

Tapşırıq nümunələri (ingilis dili)

Dinləmə mətni

Qiymətləndirmə meyarları (Azərbaycan dilində)

Qiymətləndirmə meyarları (Rus dilində)

Nəzərinizə çatdırırıq ki, proqram, imtahanda mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan seçilmiş altstandartlar, imtahan modelinə uyğun tapşırıq nümunələri və qiymətləndirmə meyarları “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq.
3-10-2024, 15:27
İlham Əliyev Zəngilan İstirahət Kompleksində


İlham Əliyev Zəngilan İstirahət Kompleksində

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub.
Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
3-10-2024, 15:21
SURAXANI RAYONUNDA “KƏLAĞAYI FESTİVALI” KEÇİRİLİB


SURAXANI RAYONUNDA “KƏLAĞAYI FESTİVALI” KEÇİRİLİB

24 sentyabr, 2024-cü ildə Suraxanı Rayon İcra Hakimiyyətinin dəstəyi, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin və şəxsi “Kəlağayı Muzeyi”nin birgə təşkilatçılığı ilə Hövsan qəsəbəsindəki Hövsan parkında Ictimai Birliyin “Sazlı, sözlu Kəlağayı Günləri” layihəsi çərçivəsində “Kəlağayı Festivalı” keçirilib. Yerli sakinlərin və qonaqların böyük marağı və aktivliyi şəraitində keçən möhtəşəm tədbiri Suraxanı Rayon İcra Hakimiyyətinin İctiai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevinc Ağayeva açaraq sözü Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri və şəxsi “Kəlağayı Muzeyi”nin direktoru şair, publisist Güllü Eldar Tomarlıya verdi. Güllü Eldar Tomarlı festival iştirakçılarını salamladı. Qarabağ müharibəsində Vətən, torpaq, el yolunda canlarını fəda edən şəhidlərin ruhu ehtiramla yad edildi, Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.
Güllü Eldar Tomarlı xalqımızın milli dəyəri kəlağayının mənəvi dünyamızdakı yerindən, Azərbaycan xanımlarının başının tacı, abır-həya, namus, ismət, yaraşıq və gözəllik rəmzi olmasından, onun tanıdılmasında, təqdimi və təbliğində İctimai Birliyin, “Kəlağayı Muzeyi”nin gördüyü işlərdən söhbət açdı. Qeyd etdi ki, kəlağayı 2014-cü ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib və beynəlxalq səviyyədə tanıdılmasına səbəb olub. Bu il əlamətdar hadisənin 10 illiyidir. Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və şəxsi “Kəlağayı Muzeyi” bununla əlaqədar Azərbaycanın bölgələrində müxtəlif tədbirlər - şəhidlərin anım günləri, ali və orta məktəblərdə görüşlər, ölkəmizdə ilkə imza ataraq Xətai rayonunda və Şuşada “Kəlağayı Festivalı” keçirilib. Bu gün də Suraxanı rayonunda bu möhtəşəm tədbir baş tutdu.

Festivalın bədii hissəsindən əvvəl sərgi təşkil olundu. Sərgidə Şəkidəki, İsmayıllıdakı kəlağayı ustalarının milli atributlarımızı təbliğ edən kəlağayıları, unikal portret kəlağayılar, mənəvi dəyərlərimizi, kəlağayıları vəsf edən kitablar, Güllü Eldar Tomarlının “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfələri - toxuma əl işləri, quramalar nümayiş olundu. Xalqımızın adət-ənənələrini, məşğuliyyətini, sənətkarlığını, dünyagörüşünü özündə yaşadan müxtəlif qədim məişət əşyaları tədbir iştirakçılarının marağına səbəb oldu.
Fesivalda şairlərdən -- Brilyant Atəş, Zərifə Sufi Mikayıkzadə, Könül İbrahimsoy, yazıçı, araşdırmaçı Vaqif Osmanlı, 327 saylı məktəbin direktoru Könül Əliyeva, filologiya üzrə fəlsəfə doktoru, türkoloq Aytən Qurbanova, biologiya üzrə elmlər doktoru Tubu Qasımzadə və başqaları çıxış edərək kəlağayının müxtəlif xüsusiyyətlərindən, min illərdir milli dünyamızı özündə yaşatmasından, ornament və naxışların ötürdüyü informasiyadan, milli mənəviyyata, geyimə, əxlaqa gənclərimizin laqeydliyindən söz açdılar. Belə tədbirlərin gənclərin tərbiyəsində müsbət rolunu önə çəkdilər.
Festival boyu milli musiqimizin, poeziyamızın, aşıq yaradıcılığının nümunələrini seyrçilərə uğurla təqdim edən Əməkdar Mədəniyyət işçisi aşıq və müğənni Solmaz Kosayeva, gnc müğənni, bəstəkar Arif Mehmandost, aşıqlardan Gözəl Kəlbəcərli, Şaiq İncəli, Rəvanə Lerikıi, muğam üçlüyü və başqalarının ifaları sürəkli alqışlarla qarşılandı.

Belə tədbirlərin keçirilməsində məqsəd xalqımızın milli-mənəvi dəyərlərini gənc nəsillərə tanıtmaq, təbliğ etməkdir, adət-ənənələrimizin, sənətimizin, mədəniyyətimizin, mənəviyyatımızın yaşadılmasıdır.
Sonda Güllü Eldar Tomarlı kəlağayının UNESCO-nun Qeyri-maddi Mənəvi İrs Siyahısına daxil edilməsinin 10 illiyi ilə əlaqədar “Sazlı, Sözlü Kəlağayı Günləri”nin ilboyu davam edəcəyini vurğuladı. Tədbirə dəstək olan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevə əməkdaşlarına, dövlət qurumlarına təşəkkürünü bildirdi.
3-10-2024, 15:13
Qətl törətməkdə şübhəli bilinən şəxs Vətən müharibəsi əlilidir


Qətl törətməkdə şübhəli bilinən şəxs Vətən müharibəsi əlilidir

Xəbər verdiyimiz kimi, oktyabrın 2- Tərtər rayonunda 1974-cü il təvəllüdlü Abdullayev Yaşar Nadir oğlunun üzərində xəsarətlərlə xəstəxanaya daxil olması və göstərilən tibbi müdaxilələrə baxmayaraq ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü Qayıbov İnqilab Ələsgər oğlu müəyyən olunaraq saxlanılıb.
Hadisəni tərdən İnqilab Qayıbov Vətən müharibəsinin iştirakçısı olub. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb və onun müharibə zamanı çəkilmiş fotosu paylaşılıb.
Bildirilib ki, İnqilab Qayıbov müharibədə snayper kimi xidmət edib. Onun Suqovuşan istiqamətidnə döyüşdüyü qeyd edilib. İ.Qayıbovun II qrup əlil olduğu da bildirilib.
Qeyd edək ki, faktla bağlı hazırda araşdıma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!