Özəl bağçada tərbiyəçi uşağa qarşı kobud rəftar etdi .....                        Türkmən qazı da Zəngəzur dəhlizindən keçəcək .....                        Netanyahu hədələdi: “Əks halda bunu biz edəcəyik!” .....                        Kanaldan meyit tapıldı .....                        Makronun yeni baş naziri narazılıq yaratdı .....                        Minsk qrupunun faydalı fəaliyyəti yox idi .....                        Zərdabda qız qaçıran şəxs həbs edildi .....                        Paşinyan Putinlə nələrdən danışıb? .....                        Trampdan Polşaya hücuma qəribə reaksiya .....                       
11-11-2023, 10:38
Azərbaycandan Türkiyəyə maddi 100 milyon dollarlıq dəstək - Saziş təsdiqləndi


Azərbaycandan Türkiyəyə maddi 100 milyon dollarlıq dəstək - Saziş təsdiqləndi

Türkiyə Pezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin zəlzələ nəticəsində böyük dağıntılara məruz qalan Kahramanmaraş vilayətində Azərbaycan hökumətinin yaşayış binaları və sosial infrastruktur obyektləri tikməsini nəzərdə tutan sazişi təsdiqləyib.
Bu barədə qərar “Rəsmi Gazete”də dərc olunub.
Sazişə əsasən, Azərbaycan Kahramanmaraş vilayətində baş verən zəlzələdən zərərçəkmiş bölgələrin birində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzi tikəcək.
Azərbaycan hökuməti layihənin reallaşması üçün 100 milyon ABŞ dolları ayıracaq.
Sənəd 2 il müddətinə qüvvədə qalacaq.
Əməkdaşlıq sazişi çərçivəsində Türkiyənin Ətraf, Şəhərsalma və İqlim dəyişikliyi Nazirliyinin Mənzil İnkişaf İdarəsi (TOKİ), Azərbaycandan isə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) icraçı qurum qismində iştirak edəcək.
MİDA və TOKİ məsul şəxslərindən ibarət İşçi qrup formalaşdırılacaq. Qrup layihəni müəyyənləşdirilmiş vaxt ərzində başa çatdırmaq və tikinti işlərinin həyata keçirilməsi zamanı yarana biləcək təşkilati və hüquqi problemleri ilkin olaraq aradan qaldırmaq məqsədilə birgə çalışacaq.
Xatırladaq ki, “Azərbaycan və Türkiyə arasında Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçaçı və mədəniyyət mərkəzi tikintisi barədə əməkdaşlıq haqqında” saziş 2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində imzalanıb. Sənədi Azərbaycan tərəfdən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Türkiyə tərəfdən isə ətraf, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki imzalayıblar.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ olub.
Yeraltı təkanlar ölkənin 11 əyalətində və qonşu dövlətlərdə hiss olunub. Türkiyə hakimiyyəti zəlzələni “əsrin fəlakəti” adlandırıb. Təbii fəlakət nəticəsində Türkiyədə 50,5 min nəfər ölüb.
11-11-2023, 10:26
Beynəlxalq Federasiyası Futbol dünya reytinqini açıqladı - “Neftçi” və “Sabah” geriləyib


Beynəlxalq Federasiyası Futbol dünya reytinqini açıqladı - “Neftçi” və “Sabah” geriləyib

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
403 komandadan ibarət siyahıya Azərbaycanın yenə 3 təmsilçisi düşüb.
Ötən ay 61-ci yerdə qərarlaşan “Qarabağ” (131,5 xal) hazırkı reytinqdə 70-ci ola bilib.
"Neftçi" və "Sabah" klubları da geriləyiblər. "Ağ-qaralar" 318-ci sıradan 340-a, "bayquşlar" isə 302-ci mövqedən 342-ci pilləyə düşüblər.
Qeyd edək ki, dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (296 xal) başçılıq edir. İspaniya təmsilçisi “Real” 288 xalla ikincidirsə, Misirin "Əl-Əhli" (244) komandası üçüncü yerə yüksəlib.
11-11-2023, 10:07
Qubanın dağlıq ərazilərinə qara bürünüb


Qubanın dağlıq ərazilərinə qara bürünüb

Quba rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.
Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən Modern.az-a bildiriblər ki, Qrız və Qudyalçay-Xınalıq məntəqələrində qarın hündürlüyü 1 santimetr olub.
Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur mənfi 3 dərəcəyədək aşağı düşüb.



11-11-2023, 09:30
Ərdoğan Səudiyyə Ərəbistanına yola düşür


Ərdoğan Səudiyyə Ərəbistanına yola düşür

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan 8-ci Fövqəladə İslam Zirvə Toplantısında iştirak etmək üçün bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada gedəcək.
Sammitdə İslam dünyasının nümayəndələri baş verənlərə qarşı atılacaq konkret addımlar barədə fikir mübadiləsi aparacaqlar.
Zirvə iclasında çıxış edəcək Türkiyə Prezidentinin toplantı çərçivəsində iştirakçı liderlərlə də ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.
10-11-2023, 17:53
Rusiya ilə Ukrayna arasında müharibə uzun müddət davam edəcək - Şolts


Rusiya ilə Ukrayna
arasında müharibə uzun müddət davam edəcək - Şolts


Almaniya kansleri Olaf Şolts Rusiya ilə Ukrayna arasında müharibənin uzun müddət davam edə biləcəyini bildirib.
O, buna hazır olmağa çağırıb.
Kansler qeyd edib ki, Rusiyanın hərbi əməliyyatları dayandıracağına və qoşunlarını geri çəkəcəyinə dair heç bir əlamət yoxdur. NATO-nun baş katibi Yens Stoltenberq də oxşar bəyanatla çıxış edib.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
10-11-2023, 17:14
Paşinyan Makronla görüşündə müzakirə olunan məsələləri açıqladı


Paşinyan Makronla görüşündə müzakirə olunan məsələləri açıqladı

Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronla görüşdə müzakirə olunan məsələləri açıqlayıb.
Nikol Paşinyan bu barədə öz X səhifəsində yazıb.
O, Makronla söhbəti "gözəl" adlandırıb.
“Biz müstəsna dostluq münasibətlərinin dərinləşdirilməsi və Ermənistan-Fransa ikitərəfli gündəliyinin gücləndirilməsi, Aİ ilə əməkdaşlığı, eləcə də Cənubi Qafqazdakı vəziyyətlə bağlı məsələləri müzakirə etdik”, - Paşinyan bildirib.
Qeyd edək ki, noyabrın 9-da Ermənistan baş naziri Fransa prezidenti Emmanuel Makronla görüşüb. Noyabrın 10-da Nikol Paşinyan VI Paris Sülh Konfransının açılış mərasimində iştirak edib, daha sonra isə panel müzakirəsinə qatılacaq.
10-11-2023, 16:40
İsrail və Qazaxıstanın XİN Başçıları telefon danışığı apardı


İsrail və Qazaxıstanın XİN Başçıları telefon danışığı apardı

İsrailin xarici işlər naziri Eli Kohen qazaxıstanlıların Qəzza zolağından təxliyəsinə şəxsən nəzarət edəcək.
Bu barədə Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu ilə İsrailin xarici işlər naziri Eli Kohen arasında telefon danışığı olub.
Nurtleu israilli həmkarına Qəzza zolağında yerləşən Qazaxıstan vətəndaşlarının təxliyəsinə köməklik göstərilməsi üçün xahişlə müraciət edərək, bu vəzifənin ölkə üçün əsas prioritet olduğunu qeyd edib.
O, həmçinin Koheni qazaxıstanlıların vətənlərinə tezliklə qayıtması üçün Misir hakimiyyəti ilə işlərin gedişi barədə məlumatlandırıb.
Kohen həmkarına təqdim etdiyi məlumata görə təşəkkür edib və əmin edib ki, İsrail tərəfi Qazaxıstan vətəndaşlarının təxliyəsi məsələsinin həlli üçün bütün səylərini göstərəcək və bu məsələ onun şəxsi nəzarətində olacaq.
10-11-2023, 16:26
Keçmiş deputat Rusiyaya görə həbs olundu


Keçmiş deputat Rusiyaya görə həbs olundu

Riqa Şəhər Məhkəməsi Latviya parlamentinin keçmiş deputatı Yanis Adamsonsu Rusiya Federasiyasına casusluqda ittiham edərək 8,5 il müddətinə azadlıqdan məhrum edib.
Bu barədə "Ukrayna Pravda" nəşri məlumat yayıb.
Eks-deputat, həmçinin dələduzluqda, habelə icazəsiz odlu silah və döyüş sursatı əldə edib saxlamaqda ittiham olunur.
O, özünü günahkar hesab etmir və hökmdən apellyasiya şikayəti verməyi planlaşdırır.
10-11-2023, 16:13
"Fransa ilə hərbi sahədə əməkdaşlıqda irəliləyiş var" - Qriqoryan


"Fransa ilə hərbi sahədə əməkdaşlıqda irəliləyiş var" - Qriqoryan

"İrəvan həm kollektiv Avropa, həm də ayrı-ayrı ölkələrlə təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməyə ümid edir".
Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsseldə keçirilən Ermənistan-Avropa konfransında qeyd edib.
O deyib ki, son dövrlərdə "intensiv dialoq inkişaf edib".
"Fransa ilə hərbi sahədə əməkdaşlıqda irəliləyiş var", - Qriqoryan bildirib.
10-11-2023, 15:46
Saakaşvili müalicə müəssisəsindən həbsxanaya köçürülür


Saakaşvili müalicə müəssisəsindən həbsxanaya köçürülür

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili müalicə müəssisəsindən həbsxanaya köçürüləcək.
Gürcüstan ədliyyə naziri Rati Breqadzenin sözlərinə görə, məhkum Saakaşvilinin vəziyyəti kəskin şəkildə yaxşılaşıb və o, həkimlərin qərarı və tövsiyəsi əsasında mülki klinikadan həbsxanaya köçürüləcək.
"Mən onun səhhətinin yaxşılaşması ilə bağlı qənaətləri təsdiqləyirəm. Biz buna sevinirik və həkimlərin müvafiq qərarı və tövsiyəsi olanda o, cəzaçəkmə müəssisəsinə köçürüləcək", - Breqadze bildirib.
2021-ci il oktyabrın 1-də həbs olunduqdan sonra Saakaşvilinin səhhətində problemlər yaranıb. Bir müddət sonra o, "Vivamed" klinikasına köçürülüb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!