Özəl bağçada tərbiyəçi uşağa qarşı kobud rəftar etdi .....                        Türkmən qazı da Zəngəzur dəhlizindən keçəcək .....                        Netanyahu hədələdi: “Əks halda bunu biz edəcəyik!” .....                        Kanaldan meyit tapıldı .....                        Makronun yeni baş naziri narazılıq yaratdı .....                        Minsk qrupunun faydalı fəaliyyəti yox idi .....                        Zərdabda qız qaçıran şəxs həbs edildi .....                        Paşinyan Putinlə nələrdən danışıb? .....                        Trampdan Polşaya hücuma qəribə reaksiya .....                       
10-11-2023, 11:18
Tanınmış bəstəkar dünyasını dəyişdi


Tanınmış bəstəkar dünyasını dəyişdi

Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Mobil Babayev vəfat edib.
Bu barədə Mədəniyyət Naziriyindən məlumat verilib.
Bildirilib ki, o, gecə saatlarında 78 yaşında dünyasını dəyişib.
Xatırladaq ki, M.Babayev 1945-ci il dekabrın 23-də Gəncə şəhərində anadan olub. O, 1953-cü ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin skripka sinfinə qəbul olub, təqribən, 5-6-cı siniflərdə olarkən musiqi bəstələməyə başlayıb. 1964-cü ildə viola və bəstəkarlıq üzrə məktəbdən məzun olub və həmin ildən Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının viola sinfinə daxil olub. 1972-ci ildə Konservatoriyadan məzun olub və diplom işi olan 1-ci simfoniya Rafiq Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrinin ifasında səsləndirib.
1973-cü ildə hərbi xidmətdən qayıtdıqdan sonra Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru, daha sonra isə baş redaktor kimi fəaliyyət göstərib.
Azərbaycan bəstəkarları arasında Mobil Babayev iki yeni musiqi janrının yaradıcısı hesab olunur ki, bunlar da alt və orkestr (kamera, simfonik) üçün konsert və estrada orkestri üçün konsert janrıdır. Bəstəkar həmçinin 100-ə yaxın film, o cümlədən bədii-sənədli, elmi-kütləvi və animasiya filmləri üçün də musiqi yazıb.
M.Babayev 2007-ci ildə "Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb, 2019-cu ildə isə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilib.
9-11-2023, 23:58
“Qarabağ” “Bayer”ə uduzdu


“Qarabağ” “Bayer”ə uduzdu

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununa çıxıb.
Azərbaycan çempionu H qrupundakı dördüncü matçında Almaniyanın "Bayer" komandası ilə üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşmanı ingiltərəli FIFA referisi Kreyq Pouson idarə edib.
Görüşün taleyini 1 qol həll edib. Əsas vaxta əlavə olunmuş 4-cü dəqiqədə Viktor Bonifeysin penaltidən vurduğu qol qonaqlara qələbə qazandırıb.
85-ci dəqiqədə "köhlən atlar"ın əsas qapıçısı Andrey Lunyov zədələnərək Luka Quqeşaşvili ilə əvəzlənib.
Bu nəticədən sonra xallarını 12-yə çatdıran Leverkuzen təmsilçisi 1/8 finala vəsiqəni təmin edib və qrup liderliyini davam etdirir. Altı xalı olan Ağdam klubu isə ikinci pillədə qərarlaşıb.
Qrupun digər görüşündə isə “Hekken” İsveçdə Norveç “Molde”sini sınağa çəkəcək.
Qeyd edək ki, "Bayer" və "Qarabağ" komandaları arasında Almaniyada keçirilmiş görüş meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
9-11-2023, 22:55
Rusiya nüvə sazişindən çıxmasıyla bağlı sərəncüm imzaladı


Rusiya nüvə sazişindən çıxmasıyla bağlı sərəncüm imzaladı

Rusiya hökuməti nüvə silahlarının ləğvi məqsədilə Yaponiya hökuməti ilə əməkdaşlıq haqqında sazişə xitam verir.
Bununla bağlı sərəncamı Rusiyanın Baş naziri Mixail Mişustin imzalayıb.
“Rusiya Federasiyası hökuməti ilə Yaponiya hökuməti arasında Rusiya Federasiyasında ixtisar edilməli olan nüvə silahlarının ləğvinə kömək etmək və bu məqsədlər üçün Əməkdaşlıq Komitəsinin yaradılması üzrə əməkdaşlıq haqqında 1993-cü il oktyabrın 13-də Tokioda imzalanmış sazişə xitam verilsin, - sərəncamda deyilir.
Rusiya Xarici İşlər Nazirliyinə qərarla bağlı Yaponiya tərəfini xəbərdar etmək tapşırılıb.
Razılaşmanın məqsədi Moskvanın ikitərəfli və ya çoxtərəfli müqavilələrə, eləcə də birtərəfli qərarlara uyğun olaraq azaltmalı olduğu nüvə silahlarının təhlükəsiz şəkildə məhv edilməsini asanlaşdırmaq idi. Bu məqsədlə komitə də yaradılmışdı.
9-11-2023, 22:38
Lavrov: “Biz heç vaxt kiminləsə “dost” deyilik və ya kiməsə qarşı deyilik”


Lavrov: “Biz heç vaxt kiminləsə “dost” deyilik və ya kiməsə qarşı deyilik”

Hazırda aktiv şəkildə Ermənistanla “dostluq” edən Qərb ölkələri Rusiya Federasiyasına qarşı onunla dostluq etmək istəyir.
Bunu Rusiyanın XİN başçısı Sergey Lavrov yerli kanallara müsahibəsində deyib.
Lavrov qeyd edib ki, Ermənistan KTMT-nin üzvü, Rusiyanın ən yaxın müttəfiqi və strateji tərəfdaşı kimi xarici tərəfdaşları ilə münasibətləri necə quracağına özü qərar verməlidir.
“Bizim Ermənistanın xarici tərəfdaşlarına, dostlarına, heç bir qərəzimiz yoxdur. Biz heç vaxt kiminləsə “dost” deyilik və ya kiməsə qarşı deyilik”, - o vurğulayıb.
9-11-2023, 22:22
Paşinyan Fransa Prezidentiylə görüşdü


Paşinyan Fransa Prezidentiylə görüşdü

Ermənistan Baş naziri Nikol Paşinyan Fransaya səfər edib.
Bu barədə erməni mətbuatı məlumat yayıb.
Bildirilir ki, o, Parisdə Fransa Prezidenti Emmanuel Makronla görüşüb.
Görüş Yelisey sarayında baş tutub.
9-11-2023, 21:45
Qalata qülləsində bayrağımız və Xarıbülbül rəsmləri işıqlandırıldı


Qalata qülləsində bayrağımız və Xarıbülbül rəsmləri işıqlandırıldı

İstanbuldakı tarixi Qalata qülləsi Azərbaycanın üçrəngli Dövlət Bayrağı və Xarıbülbül rəsmləri ilə işıqlandırılıb.
Təşəbbüs Azərbaycanın Zəfər Gününün ildönümü və Dövlət Bayrağı Günü münasibətilə baş tutub. Ərazidə olan yerli əhali və turistlərin diqqətini çəkən lazer işıqlandırması bir neçə dəfə təkrarlanıb.
Xatırladaq ki, noyabrın 8-i və 9-u dünyanın ən böyük meqapolislərindən olan İstanbulun iki qitəsini birləşdirən “Fatih Sultan Mehmet” və “15 İyul Şəhidləri” körpülərində də Azərbaycan Bayrağının rəngləri həkk olunub.
İşıqlandırılma Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü və Türkiyənin bir sıra dövlət qurumlarının dəstəyi ilə həyata keçirilir.


9-11-2023, 20:10
Qaribaşvili Makronla bir sıra məsələləri müzakirə etdi


Qaribaşvili Makronla bir sıra məsələləri müzakirə etdi

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Fransa prezidenti Emmanuel Makronla görüşüb.
Görüş zamanı Avropa İttifaqı (Aİ) Şurasının Gürcüstana Aİ-yə namizəd ölkə statusunun verilməsi ilə bağlı Avropa Komissiyasının qəbul etdiyi qərar müzakirə olunub.
Gürcüstanın baş naziri qeyd edib ki, bu, tarixi qərardır və Gürcüstan 2023-cü ilin dekabrında Avropa İttifaqı Şurasından status almağı gözləyir. O vurğulayıb ki, bu qərar Gürcüstanın Avropa gələcəyini müəyyən edəcək.
Tərəflər iki ölkə arasında əməkdaşlığı, onun müxtəlif sahələrdə dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.
Görüşdə regionda və dünyada təhlükəsizlik məsələləri də müzakirə olunub.
İki ölkənin liderləri Gürcüstanın Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin təmin edilməsində oynaya biləcəyi müsbət rolu qeyd ediblər.
9-11-2023, 19:41
Özbəkistan Prezidenti Qarabağdan danışdı


Özbəkistan Prezidenti Qarabağdan danışdı

"Əminəm ki, tezliklə Qarabağ çox inkişaf edən diyara çevriləcək".
Bunu Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Daşkənddə görüşündə deyib.
"Siz Xankəndidə Bayraq qaldırdınız və biz bunun bütün məsələlərə nöqtə qoyduğunu gördük. Güclü Azərbaycan artıq irəliyə doğru addımlayacaq və Azərbaycan xalqının, Azərbaycanın dostlarının, o cümlədən özbək xalqının, Özbəkistanın və Özbəkistan rəhbərliyinin də uzun illər gözlədiyi uğurlara nail olacaq", - Ş.Mirziyoyev bildirib.
Özbəkistan lideri qeyd edib: "Qarabağ gələcəkdə Azərbaycanda çiçəklənən torpaq olacaq, çünki Siz çox işlər görürsünüz. Mən Şuşada və Füzulidə həyata keçirilən bütün işləri öz gözləri ilə görmüş insanam. Çox şadam ki, orada olmuşam. Mən də onların nələr etdiklərini, özlərindən sonra nələr qoyub getdiklərini və Sizin səyləriniz sayəsində görülən işləri danışacağam. Yaxın ölkə olaraq, daha böyük uğurlar diləyirəm. Azərbaycan xalqı kimi, biz də ədalətin onsuz da zəfər çalacağını, Azərbaycan xalqının öz Qələbəsini qazanacağını gözləyirdik".
9-11-2023, 19:13
Qarabağın uzun illər sonra öz əzəli ərazisinə qovuşduğuna sevinirik - Rəisi


Qarabağın uzun illər sonra öz əzəli ərazisinə qovuşduğuna sevinirik - Rəisi

"Biz çox sevinirik ki, Qarabağ uzun illər sonra öz əzəli ərazisinə qovuşdu".
Bunu İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Daşkənddə görüşü zamanı deyib.
"Bu, Azərbaycandır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə bildi. Ümid edirik ki, Qarabağ yenidən qurulacaq və bərpa olunacaq. Biz bu planda əvvəlki kimi, Qarabağın bərpasında Sizə dəstək verməyə, öz xidmətlərimizi, o cümlədən mühəndis-texniki sahədə, təklif etməyə hazırıq", - İran Prezidenti bildirib.
İ.Rəisi qeyd edib ki, İran şirkətləri Qarabağın bərpasına kömək etməyə hazırdır.
9-11-2023, 18:23
Zurabişvili icazəsiz Fransaya səfər etdi


Zurabişvili icazəsiz Fransaya səfər etdi

Gürcüstan Prezidenti Salome Zurabişvili Fransaya səfər edib.
O, 10-11 noyabr tarixlərində keçiriləcək Paris Sülh Forumunda iştirak edəcək.
Zurabişvili Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və İsveçrə Prezidenti Alen Berse ilə birlikdə noyabrın 10-da böhranlar və münaqişələrə həsr edilmiş paneldə çıxış edəcək.
Prezidentin səfər üçün hökumətdən icazə almadığı bildirilir. Qeyd edək ki, Zurabişvili bundan əvvəl də icazəsiz xarici ölkələrə səfər edib. Buna görə hökumət onu impiçment etmək istəsə də, uğurlu nəticə əldə edə bilməyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!