1-03-2023, 20:12
Azərbaycan XİN Yunanıstana başsağlığı veribAzərbaycan XİN qatar qəzası ilə bağlı Yunanıstana başsağlığı verib. Bu barədə XİN-in "Twitter" hesabında bildirilib. “Yunanıstanda Larissa yaxınlığında onlarla insanın həyatını itirməsi ilə nəticələnən dəhşətli dəmir yolu qəzasına görə dərindən kədərləndik. Bütün qurbanların ailələrinə dərin hüznlə başsağlığı veririk və yaralıların tezliklə sağalmasını diləyirik. Fikirlərimiz Yunanıstan xalqı və hökuməti ilədir”, - paylaşımda deyilir. Qeyd edək ki, Yunanıstanda iki qatarın toqquşması nəticəsində 32 nəfər həlak olub, 85 nəfər xəsarət alıb.
1-03-2023, 20:09
Rusiya Ukraynanın Krıma PUA-larla hücum etdiyi açıqlayıbRusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Krıma PUA-larla hücum etdiyini açıqlayıb. Bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-leytenant İqor Konaşenkov bildirib. Onun sözlərinə görə, hücumun qarşısı alınıb, ümumilikdə 10 PUA məhv edilib. Qeyd edək ki, bu gün Krımda güclü partlayışların olması haqda xəbərlər yayılmışdı.
1-03-2023, 20:05
ABŞ artıq Çinə qara yaxa bilməyəcək - Rəsmi PekinÇin koronavirusun mənşəyi ilə bağlı istənilən siyasi manipulyasiyanın əleyhinədir. Bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mao Nin deyib. Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Reyin bəyanatını şərh edən XİN rəsmisi ABŞ-ı elmə və faktlara hörmətlə yanaşmağa, bu məsələni siyasiləşdirməməyə çağırıb. "Xüsusi xidmət orqanlarının elmi məsələlərlə məşğul olması özlüyündə koronavirusun mənşəyi məsələsinin siyasiləşməsidir. Laboratoriya sızması fərziyyəsini növbəti dəfə ortaya atan ABŞ artıq Çinə qara yaxa bilməyəcək və öz reputasiyasını daha da korlayacaq", - deyə Pekinin cavabında vurğulanıb. Qeyd edək ki, Kristofer Rey Vaşinqtonun pandemiyaya Uxan şəhərindəki laboratoriyadan sızmanın səbəb olduğunu daha inandırıcı hesab etdiyini bildirmişdi.
1-03-2023, 20:01
Ərdəbildə məktəbli qızlar arasında kütləvi zəhərlənmə baş veribBu gün 2 saat ərzində İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətinin Ərdəbil şəhərində qızların təhsil aldığı 7 orta məktəbdə 108 şagird zəhərlənib. Bunu Ərdəbil Tibb Elmləri Universitetinin rektoru Əli Məhəmmədian Ərdi deyib. Onun sözlərinə görə, orta məktəblərdə şagirdlər qaz və yaxud ona bənzər iy hiss edib və tənəffüs sistemində problem yaşandığına görə xəstəxanalara köçürülüblər. Hazırda şagirlərin vəziyyəti qənaətbəxşdir.
1-03-2023, 16:02
Çavuşoğlu rusiyalı həmkarı ilə Hindistanda görüşübTürkiyənin XİN başçısı Mövlud Çavuşoğlu Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb. Bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova "Telegram" kanalında məlumat yayıb. Görüş Hindistanda keçirilib. Detallar barədə məlumat verilməyib. Qeyd edək ki, hər iki nazir Hindistanın Yeni Dehli şəhərində səfərdədir.
1-03-2023, 16:00
Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbPrezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 2005-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1988-2004-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2023-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar. “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2023-cü il aprelin 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
1-03-2023, 15:57
Kılıçdaroğlu vahid namizədlə bağlı açıqlama verdiTürkiyənin müxalif "Millət İttifaqı"na daxil olan Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu vahid namizədlə bağlı yeni açıqlama verib. Partiya sədri ittifaqın vahid namizədinin sabah müəyyən ediləcəyini deyib. "Namizədimizi sabah təyin edəcəyik, amma daha sonra, başqa tarixdə açıqlayacağıq", - deyə o bildirib. Qeyd edək ki, seçkilərin növbədənkənar qaydada 14 mayda keçirilməsi gözlənilir.
1-03-2023, 15:54
Ukrayna Rusiyaya PUA ilə hücum etmir - PodolyakUkrayna Rusiya ərazisinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum etmir. Bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak "Twitter" hesabında yazıb. O istehza ilə qeyd edib ki, Rusiyaya PUA hücumlarını yadplanetlilər təşkil edib. “Biz öz ərazilərimizi azad etmək üçün müharibə aparırıq", - Podolyak bildirib. Qeyd edək ki, Ukraynanın Rusiyanın paytaxtı Moskva daxil olmaqla müxtəlif bölgələrə pilotsuz uçuş aparatları ilə hücumlar təşkil etdiyi iddia olunur. Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ukrayna gecə saatlarında PUA-lardan istifadə edərək Krasnodar bölgəsi və Adıgey Respublikasındakı mülki infrastruktura hücum etməyə cəhd göstərib.
1-03-2023, 15:51
Təbriz şəhərindəki Azərbaycanşünaslıq Mərkəzi bağlanıbİran hakimiyyəti Güney Azərbaycanın Təbriz şəhərindəki universitetdə fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzini bağlayıb. Bu barədə mərkəzin sosial şəbəkədəki səhifəsində məlumat yer alıb. Məlumata görə, Tehran rejimi Azərbaycanşünaslıq Mərkəzinin fəaliyyətini dayandırmaqla yanaşı, onun üzvlərinə qarşı təzyiq və təqibləri də artırıb. Qeyd edilib ki, mərkəzin Təbrizdən olan iki üzvü Hadi Heydəri Azad və İbrahim Əhmədpur fevralın 27-də həbs olunub.
1-03-2023, 15:47
Yunanıstanda 3 günlük matəm elan edildiYunanıstanda qatar qəzası ilə əlaqədar olaraq matəm elan olunub. Ölkədə matəm 3 gün müddətinə qüvvədə olacaq. Qeyd edək ki, hadisə nəticəsində 32 nəfər ölüb, 85 nəfər isə yaralanıb.