Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
1-03-2023, 15:43
Agentlikdən İranla bağlı xəbərdarlıq - Nüvə silahına çox yaxındır


Agentlikdən İranla bağlı xəbərdarlıq - Nüvə silahına çox yaxındır

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA - MAQATE) İranın demək olar ki, nüvə silahı dərəcəsinə qədər zənginləşdirilmiş urana malik olduğunu təsdiqləyib. İranda son üç ayda 60%-dən çox zənginləşdirilmiş uranın miqdarı 25.2 kiloqramdan 87.5 kiloqrama yüksəlib. Bildirilib ki, bir nüvə bombasının istehsalı üçün 60%-ə qədər zənginləşdirilmiş 55 kiloqram uran kifayət edir. Yəni İran nüvə silahı üçün materialı 12 günə əldə edə bilər. Qeyd edək ki, Tramp administrasiyası 2018-ci ildə Birgə Hərtərəfli Fəaliyyət Planından çıxdıqdan sonra İran nüvə proqramının inkişafında irəliləyişlə yanaşı, nüvə silahı yaratmaq qabiliyyətini əsaslı şəkildə inkişaf etdirib.
1-03-2023, 15:39
İlham Əliyev Bosniya və Herseqovinanın lideri ilə görüşüb


İlham Əliyev Bosniya və Herseqovinanın lideri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç ilə görüşüb. Dövlətimizin başçısı Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak etmək üçün ölkəmizə səfər etdiyinə görə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrinə minnətdarlığını bildirdi, səfər zamanı ikitərəfli əlaqələrimizlə bağlı müzakirələr aparmaq üçün imkanların da yarandığını dedi. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri ölkəmizdə olmasından məmnunluğunu bildirdi, Bakının gözəlliyinin onu heyran etdiyini dedi. Qonaq münasibətlərimizin yüksək səviyyədə olduğunu qeyd etdi, COVID-19 dövründə və Bosniya və Herseqovinada baş vermiş daşqınlar zamanı Azərbaycanın onun ölkəsinə göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini vurğuladı. Jelka Tsviyanoviç iqtisadiyyat, ticarət, investisiya, enerji və digər sahələrdə əməkdaşlıq üçün böyük imkanların olduğunu qeyd etdi. Görüşdə Azərbaycan ilə Bosniya və Herseqovina arasında siyasi münasibətlərin çox yaxşı səviyyədə olduğu qeyd edildi. Ancaq iqtisadi-ticari əlaqələrin daha da gücləndirilməsinin, həmçinin biznes dairələri arasında birbaşa təmasların təşviqinin vacibliyi bildirildi. Söhbət zamanı Bakı və Sarayevo şəhərlərinin hələ ötən əsrin 70-ci illərindən qardaşlaşmış şəhərlər olduğu xatırlanaraq, şəhərlərarası əlaqələrin inkişafının da önəmi vurğulandı. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri dövlətimizin başçısını ölkəsinə rəsmi səfərə dəvət etdi. Azərbaycan Prezidenti dəvəti məmnuniyyətlə qəbul etdi.
1-03-2023, 15:35
Dumanlı hava şəraiti sabaha qədər davam edəcək


Dumanlı hava şəraiti sabaha qədər davam edəcək

Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti martın 2-si səhərədək fasilələrlə müşahidə olunacaq. Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, dumanlı hava şəraitinə səbəb Xəzər dənizindən cənub-şərq axınları ilə rütubətli hava kütlələrinin quruya doğru hərəkət etməsidir. Onun szölərinə görə, yüksək təzyiq sahəsində yer səthində gündüz saatlarında havanın temperaturunun yüksək olması nəticəsində atmosferin aşağı qatlarında olan isti hava axını yuxarıya doğru hərəkət edir: "Gecə saatlarında da temperaturun nisbətən aşağı olması, yer səthində və yuxarı hündürlüklərdə az sürətli cənub-şərq küləklərinin üstünlüyü dumanın əmələ gəlməsinə səbəb olub”. G.Məmmədova qeyd edib ki, Bakı, Maştağa, Binə, Neft Daşları, Pirallahı, Çilov adası, Şabran, Zərdab, Kürdəmir, İmişli, Sabirabad, Cəfərxan, Salyan, Hacıqabul, Neftçala, Biləsuvar, Lənkəran, Astarada dumanlı hava şəraiti müşahidə olunub, görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb: "Müqayisə üçün bildirək ki, fevralda dumanlı günlər Abşeron yarımadasında 2012, 2013, 2014, 2015, 2016, 2018, 2019, 2020, 2021, 2022-ci illərdə qeydə alınıb. Lakin bu il fevral ayında Bakı şəhəri və onun ətrafında, əvvəlki illərdən fərqli olaraq 3 gün ərzində davamlı qatı duman müşahidə edilir".
1-03-2023, 15:30
Ukraynada azərbaycanlı vətəndaşların meyidi tapılıb


Ukraynada azərbaycanlı vətəndaşların meyidi tapılıb

Ukraynanın Zaporojye vilayətinin hazırda işğal altda olan Toxmaq şəhəri ətrafında azərbaycanlıların meyitləri tapılıb. Bunlar 28 yaşlı Şahin Qarayev və 25 yaşlı Ruslan Alıyevdir. Onların hər ikisi Ukrayna vətəndaşlarıdırlar. Uzun zamandır itkin düşmüş hər iki azərbaycanlının meyitləri üzərində ciddi işgəncə əlamətləri olduğu bildirilir. Hazırda onların meyitlərinin azərbaycanlılar tərəfindən ailələrinə çatdırılması prosesi gedir.
1-03-2023, 15:16
Qərbin Cənubi Qafqaza soxulmaq cəhdləri kobudluqdur - Zaxarova


Qərbin Cənubi Qafqaza soxulmaq cəhdləri kobudluqdur - Zaxarova

"Ermənistan və Azərbaycanın Rusiya Federasiyası ilə birgə hazırladıqları sülh təşəbbüslərinin həyata keçəcəyinə ümid var". Bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib. "Qərbin Cənubi Qafqaza soxulmaq cəhdləri kobudluqdur. Belə bir siyasət problemin həlli üçün deyil, tam əks məqsədlərlə aparılır. Problemin Qərbin iştirakı ilə həlli mövzusunda uğurlu nümunələr yoxdur, amm kollektiv Qərbin təşəbbüsü ilə münaqişələrin sayı artmaqdadır", - deyə o bildirib.
1-03-2023, 15:11
Vardanyanın adamlarından təmizlənmə prosesinə start verilib


Vardanyanın adamlarından təmizlənmə prosesinə start verilib

Separatçıların "dövlət naziri" postundan uzaqlaşdırılan Ruben Vardanyanın komandası qondarma rejimdən uzaqlaşdırılır. Bu barədə “İravunk” qəzeti məlumat yayıb. İddia edilir ki, Vardanyanın özü ilə gətirdiyi kadrlar Azərbaycanın tələbi ilə "vəzifədən" kənarlaşdırılır. Qəzetin yaydığı məlumatda konkret adlar açıqlanmayıb. Lakin bildirilir ki, qondarma rejimin Vardanyanın adamlarından təmizlənmə prosesinə start verilib. Bundan əlavə, işdən çıxarılan şəxslərə Qarabağı tərk etmələri barədə tapşırıq verildiyi deyilir. Qeyd olunub ki, təmizləmə əməliyyatı yeni "dövlət naziri" Qurgen Nersisyan tərəfindən başladılıb. Xatırladaq ki, fevralın 22-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki separatçıların "dövlət naziri" Ruben Vardanyan "vəzifəsindən" uzaqlaşdırılıb, onun yerinə Qurgen Nersisyan gətirilib. Nersisyan 1985-ci ildə Azərbaycanın Xankəndi şəhərində anadan olub. 2007-ci ildə Xankəndidə hüquq ixtisası üzrə ali təhsil alan Nersisyan 2021-ci ildən bu günə qədər separatçıların "baş prokuroru vəzifəsində" işləyib. Xankəndi separatçıları arasında "Sorosun adamı" kimi tanınan Nersisyanın Nikol Paşinyanın komandasına yaxın olduğu, Ermənistan hakimiyyəti ilə yaxşı münasibətlər qurduğu bildirilir. Vardanyanın yerinə Nersisyanın gətirilməsi onun "Sorosun adamı" olması ilə əlaqələndirilir.
28-02-2023, 23:51
İranın milli valyutası rekord həddə dəyərdən düşüb


İranın milli valyutası rekord həddə dəyərdən düşüb

İranın milli valyutası rekord həddə dəyərdən düşüb. Hazırda 1 dollar 600 min İran realına bərabərdir. Məlumata görə, İranın milli valyutasının dəyərdən düşməsinin səbəbi ölkədə baş verən kütləvi aksiyalardır. Maliyyə üzrə mütəxəssislər hesab edir ki, ABŞ və Avropa dövlətləri ilə rəsmi Tehranın nüvə proqramını məhdudlaşdırılması ilə əlaqədar apardıqları danışıqların pozulması və beynəlxalq iqtisadi sanksiyalar rialın dəyərdən düşməsinə səbəb olub. Onu da bildirək ki, hazırda İranda inflyasiyanın səviyyəsi 53,4 faizdir.
28-02-2023, 23:47
Bosniya və Herseqovina rəsmisi Azərbaycana gəlib


Bosniya və Herseqovina rəsmisi Azərbaycana gəlib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç fevralın 28-də Azərbaycan Respublikasına səfərə gəlib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.
28-02-2023, 23:44
Səfirimiz İsraildə fəaliyyətə başlayıb


Səfirimiz İsraildə fəaliyyətə başlayıb

Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov fəaliyyətə başlayıb. Bu barədə o, özünün "Twitter" hesabında məlumat yayıb. Diplomat paylaşımı ilə İsraili salamlayıb: “Şalom, İsrail!” Xatırladaq ki, yanvarın 11-də Prezident İlham Əliyevin sərəncamı ilə Muxtar Məmmədov Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
28-02-2023, 23:41
Avropa Ukrayna üçün lazımi sayda “Leopard 2” tədarükünə hazır deyil


Avropa Ukrayna üçün lazımi sayda “Leopard 2” tədarükünə hazır deyil

Avropa ölkələri Ukraynaya lazımi sayda "Leopard 2" tankları tədarük etməyə hazır deyil. Bu barədə "The New York Times" nəşri yazıb. Bildirilir ki, Avropa ölkələri Ukrayna Silahlı Qüvvələrinə lazımi sayda tank verməyə mane olan çətinliklərlə üzləşib. Nəşrin alman mənbələri bildirir ki, fevralın 24-də Ukraynaya 10 ədəd "Leopard 2A5" tankı verməyə hazır olduğunu elan edən İsveçdə hərbçilər Ukrayna Silahlı Qüvvələrinə maşınların verilməsinə qarşı çıxıblar. Qeyd edək ki, Almaniya, Danimarka, İspaniya, Kanada, Niderland, Norveç, Polşa və Portuqaliya Ukraynaya "Leopard 2" tankı verəcəyini açıqlayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!