Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
27-02-2023, 16:05
İran əlil olan ermənilərin reabilitasiyasına yardım edəcək


İran əlil olan ermənilərin reabilitasiyasına yardım edəcək

İran 44 günlük Qarabağ müharibəsində əlil olan Ermənistan vətəndaşlarının reabilitasiyası ilə bağlı addımlar atacaq. Bu barədə İranın kooperasiya, əmək və sosial təminat naziri Seyid Soulat Mortazavi açıqlama verib. Bildirilib ki, iranlı nazir Ermənistana səfəri çərçivəsində İrəvanda bu ölkənin əmək naziri Narek Mkrtçyan ilə görüşüb. "Tehran 44 günlük müharibə zamanı əlil olmuş Ermənistan vətəndaşlarının reabilitasiyasına yardım etməyə hazırdır", - deyə o söyləyib.
27-02-2023, 15:50
Avropa İttifaqı Çinin “sülh planı”nı tənqid etdi


Avropa İttifaqı Çinin “sülh planı”nı tənqid etdi

"Çinin "sülh planı" qurbanı və təcavüzkarı eyni səviyyəyə qoyur". Bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel bildirib. "Əslində bu, sülh planı deyil və Çinin məlum mövqeyinin təkrarlanmasından ibarətdir. Bəzi hissəsini bölüşürük, bir neçə vacib məqam isə əskikdir. Əlbəttə, biz bunu təhlil edəcəyik, lakin məsələ artıq aydındır. Əsas problem odur ki, Çinin "sülh planı" təcavüzkarı qurbandan ayırmır, tərəfləri eyni səviyyəyə qoyur”, - Borrel əlavə edib. Qeyd edək ki, Çinin sülh təklifi rəsmi Kiyev tərəfindən də tənqid olunmuşdu.
27-02-2023, 15:46
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında fevralın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi yerlərdə arabir duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq, bəzi yerlərdə arabir duman gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 17-22° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacaq.
27-02-2023, 15:44
ABŞ-ın İraqda yerləşən hərbi bazası partladılıb


ABŞ-ın İraqda yerləşən hərbi bazası partladılıb

İraqın Əl-Divaniyə bölgəsində ABŞ hərbçilərinin avtomobil karvanı partladılıb. ABŞ-ın İraqda yerləşən hərbi bazasına silah-sursat, ərzaq və tibbi ləvazimat daşıyan hərbi avtomobil karvanı partladılıb. Hadisə nəticəsində canlı qüvvə itkisi barədə məlumat yoxdur. Lakin avtomobil karvanındakı 5 hərbi avtomobil məhv edilib. Qeyd edək ki, İraq hökuməti ABŞ hərbi bazalarının çıxarılması haqqında Ağ ev qarşısında dəfələrlə məsələ qaldırsa da, rəsmi Vaşinqton hərbi bazasını ölkə ərazisindən çıxarmağa tələsmir. İraq parlamenti 2021-ci ildə geniş müzakirələr keçirib və nəticədə ölkə ərazisində kənar dövlətlərin hərbi baza saxlamasını qadağan edən qanun qəbul edib. Buna baxmayaraq, İraq ərazisində hələ də ABŞ-nin hərbi bazaları mövcuddur.
27-02-2023, 15:38
ABŞ-ın Rusiya və Çinə söz demək haqqı yoxdur - Pekin


ABŞ-ın Rusiya və Çinə söz demək haqqı yoxdur - Pekin

"ABŞ-ın Rusiya və Çinə ikitərəfli münasibətləri necə inkişaf etdirəcəklərini söyləmək hüququ yoxdur". Bu, Çin Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, rəsmi Pekin təzyiqlərə "dözmək" niyyətində deyil və Çin tərəfindən işinə qarışılmasına adekvat reaksiya verilə bilər. Xatırladaq ki, bundan əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bəyan etmişdi ki, Çin Rusiyaya kömək edəcəyi halda üzləşəcəyi real nəticələri nəzərə alaraq, Ukrayna müharibəsi ilə bağlı necə davranmaq barədə özü qərar verməlidir.
27-02-2023, 15:21
Lavrov ölkəsinin yeni xarici siyasət konsepsiyasından danışdı


Lavrov ölkəsinin yeni xarici siyasət konsepsiyasından danışdı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin yeni xarici siyasət konsepsiyasından danışıb. Lavrov bu barədə Rusiya Xarici İşlər Nazirliyinin federasiya subyektlərindəki təmsilçiliklərinin rəhbərləri ilə görüşdə söz açıb. Onun sözlərinə görə, yaxın vaxtlarda Rusiya Federasiyasının xarici siyasət konsepsiyasının yenilənmiş variantı ölkə prezidenti Vladimir Putin tərəfindən təsdiqlənməlidir. Lavrov Rusiyanın müstəqil xarici siyasət kursunu həyata keçirməyə davam edəcəyini vurğulayıb.
27-02-2023, 14:33
Çavuşoğlu İsveç və Finlandiyanın NATO-ya üzvlüyündən danışdı


Çavuşoğlu İsveç və Finlandiyanın NATO-ya üzvlüyündən danışdı

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsveç və Finlandiyanın NATO-ya üzvlüyü prosesindən danışıb. Çavuşoğlu bu barədə macarıstanlı həmkarı Peter Siyarto ilə keçirdiyi birgə mətbuat konfransında söz açıb. O, danışıqların bərpa ediləcəyi tarixi açıqlayıb və bildirib ki, 9 mart tarixində NATO mənzil-qərargahında dialoqa yenidən start veriləcək. Bununla belə, XİN başçısı əlavə edib ki, əgər İsveç üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə, NATO-ya üzv ola bilməyəcək. Macarıstanın xarici işlər naziri isə ölkə prezidenti Katalin Novakın Türkiyəyə səfər edəcəyini elan edib. O, Ukraynadakı müharibədən də danışıb və rəsmi Budapeştin atəşkəs tərəfdarı olduğunu vurğulayıb.
27-02-2023, 14:24
ABŞ-dan Ukraynaya 75.5 milyard dollarlıq dəstək


ABŞ-dan Ukraynaya 75.5 milyard dollarlıq dəstək

2022-ci ilin yanvarından 2023-cü ilin yanvarına qədər ABŞ Ukraynaya yardım üçün 75.5 milyard dollar ayırıb. Bu barədə "The Hill" nəşri yazıb. Məlumata görə, hərbi yardıma 29.3 milyard dollar xərclənib. Vaşinqton daha 45 milyard dolları Ukraynanın ümumi təhlükəsizliyini təmin etmək, iqtisadiyyatını, enerji təhlükəsizliyini və Rusiyanın hücumları nəticəsində yaranan humanitar böhranın öhdəsindən gəlmək imkanlarını bərpa etmək üçün göndərib. Belə ki, 1.9 milyard dollar humanitar yardıma yönəldilib. Nəşr həmçinin Ukraynaya tədarük edilən xüsusi silahlara çəkilən xərcləri də hesablayıb. Hər bir HIMARS-ın qiyməti 4 milyon dollar, bir raket isə 100 min dollardır. Ümumilikdə ABŞ Kiyevə 20 belə sistem göndərib. Bundan əlavə, Ukrayna hər biri 10 milyon dollara başa gələn 31 "Abrams" tankı alacaq. Vaşinqton Kiyevə 8.5 mindən çox “Javelin” tank əleyhinə sistemləri, 1.6 mindən çox “Stinger” zenit sistemi, 13 min qumbaraatan, "Patriot" hava hücumundan müdafiə batareyası, 20 MI-17 helikopteri, 700 "Switchblade" dronu və 1.8 min "Phoenix Ghost" PUA-sı, 109 "Bradley" piyadaların döyüş maşını da tədarük edəcək. Qeyd edək ki, fevralın 20-də ABŞ prezidenti Co Baydenin Kiyevə səfərinin ardınca Vaşinqton Ukrayna üçün 460 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayıb.
27-02-2023, 14:21
İlham Əliyev Rumıniya Parlamentinin nümayəndə heyətini qəbul edib


İlham Əliyev Rumıniya Parlamentinin nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri İon-Marçel Çolakonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Dövlətimizin başçısı ölkələrimiz arasında təmasların müntəzəm xarakter daşımasından məmnunluğunu bildirərək, iki ölkənin prezidentlərinin qarşılıqlı səfərlərinin bu istiqamətdə atılmış önəmli addım olduğunu qeyd etdi və Rumıniya Parlamentinin Deputatlar Palatasının sədrinin ölkəmizə geniş heyətlə səfər etməsini də əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirdi. İkitərəfli gündəliyin genişləndiyini qeyd edən Prezident İlham Əliyev münasibətlərimizin mahiyyətinin keyfiyyətcə müsbətə doğru dəyişdiyini dedi. Dövlətimizin başçısı bunun yaxşı nümunəsi kimi enerji sahəsində əməkdaşlığın dərinləşdiyini, o cümlədən Azərbaycan qazının artıq Rumıniya bazarına çatdırıldığını vurğuladı və yaşıl enerji ilə bağlı layihənin həyata keçirilməsindən sonra bu istiqamətdə daha böyük işlərin görüləcəyinə ümidvar olduğunu bildirdi. Azərbaycan Prezidenti ölkələrimiz arasında münasibətlərin digər istiqamətlərdə də inkişaf etdirilməsi üçün yaxşı potensialın mövcud olduğunu dedi, İon-Marçel Çolakonun ölkəmizə səfərinin parlamentlərarası əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə etdi. Rəhbərlik etdiyi nümayəndə heyətinə öz həmkarları ilə bərabər, hökumət nümayəndələrinin də daxil olduğunu bildirən Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri Azərbaycanda keçirəcəyi görüşlər zamanı əlaqələrin genişləndirilməsi, o cümlədən beynəlxalq təşkilatlarda əməkdaşlığın möhkəmlənməsi məsələsinin də müzakirə ediləcəyini bildirdi. İon-Marçel Çolako Azərbaycan və Rumıniya prezidentlərinin qarşılıqlı səfərlərinin münasibətlərimizin inkişafında xüsusi önəmini qeyd edərək strateji tərəfdaşlıq əlaqələrimizin daha da genişlənəcəyinə əminliyini ifadə etdi. Qonaq dedi ki, Azərbaycan Cənubi Qafqazda sabitliyin təmin olunmasında mühüm rola malikdir və Avropa İttifaqının strateji tərəfdaşıdır. Görüşdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında imzalanmış dördtərəfli Anlaşma Memorandumunun və bu çərçivədə Azərbaycanın bərpaolunan enerji potensialı əsasında Qara dənizin dibi ilə elektrik xəttinin çəkilməsi layihəsinin əhəmiyyəti vurğulandı. Həmçinin Rumıniyanın Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığının inkişafına verdiyi dəstək yüksək qiymətləndirildi.
27-02-2023, 14:12
Ukrayna İrana məxsus 11 PUA-nı məhv edib


Ukrayna İrana məxsus 11 PUA-nı məhv edib

Bu gecə Ukraynaya atılan 14 “Şahed”dən 11-i səmada məhv edilib. Bu barədə Ukrayna ordusunun Hərbi Hava Qüvvələri məlumat yayıb. "Fevralın 26-dan 27-nə keçən gecə düşmən şimaldan İran istehsalı olan “Şahed” tipli zərbə dronları ilə Ukraynaya hücum edib. Ümumilikdə 14-ə qədər kamikadze PUA buraxılıb, onlardan 11-i hava hücumundan müdafiə vasitələri ilə məhv edilib", - deyə məlumatda qeyd olunub. Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!