Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
23-02-2023, 14:33
Mirzoyan suriyalı həmkarı ilə görüşdü


Mirzoyan suriyalı həmkarı ilə görüşdü

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı daşıyan təyyarə Suriyanın paytaxtı Dəməşq şəhərinin hava limanına eniş edib. Onu Suriya XİN başçısı Faysal Mikdad qarşılayıb.
23-02-2023, 14:30
İsrail və Fələstin qarşılıqlı zərbələr endirib


İsrail və Fələstin qarşılıqlı zərbələr endirib

İsrail və Fələstinin Qəzza zolağı arasında qarşılıqlı zərbələr endirilib. İsrail ordusunun yaydığı məlumata görə, Qəzza zolağından İsrail ərazisinə 6 raket atılıb. Onlardan 5-i zenit müdafiə vasitələri ilə zərərsizləşdirilib, biri isə açıq ərazilərə düşüb. "İsrail ordusu cavab zərbələri endirir", - məlumatda deyilir. İsrailin Aşkelon, Sderot şəhərlərində və Qəzza zolağına bitişik ərazilərdə hava hücumu ilə bağlı həyəcan siqnalı səslənib. Qeyd edək ki, İsrail və Qəzza zolağı bu yaxınlarda da qarşılıqlı raket atəşinə tutulub. İsrail ordusu daha sonra ərazisinin atəşə tutulmasına cavab olaraq Fələstində HƏMAS-ın hərbi postlarına zərbələr endirib.
23-02-2023, 14:23
İranda dolların məzənnəsi 100 min tümənə çatacaq


İranda dolların məzənnəsi 100 min tümənə çatacaq

“ABŞ və Avropa ölkələri 2023-cü ilin sentyabrında BMT Baş Assambleyasının iclasına qədər İran rejiminə qarşı sanksiyalar tətbiq edəcək”. Bu barədə İsrailin xarici işlər naziri Eli Koen “I24” telekanalına müsahibəsində deyib. O qeyd edib ki, sanksiyalar nəticəsində İranda dolların məzənnəsi tezliklə 100 min tümənə çatacaq. "Eyni zamanda İsrail İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün lazım olan bütün addımları atacaq. Bu gün İran dünya miqyasında terrorizmi maliyyələşdirən bir nömrəli ölkədir. Digər tərəfdən İran Ukrayna ilə mübarizə aparmaq üçün Rusiyaya silah verir. Ona görə də İsrail İrana qarşı mübarizəsini gücləndirəcək”,- deyə XİN rəhbəri bildirib. Xatırladaq ki, İranda son günlər tümənin dollar qarşısında ucuzlaşması Tehran bazarlarında etirazlara səbəb olub. Tehran bazarından, “Əlaəddin” alış-veriş mərkəzindən çəkilən videoda satıcılar və mağaza sahibləri öz həmkarlarını ölkədə dolların məzənnəsinin kritik rekord həddə - 51 min tümənə yüksəlməsinə etiraz olaraq tətilə qoşumağa çağırıblar.
23-02-2023, 14:19
Keçən illə müqayisədə dərmanların qiyməti artıb


Keçən illə müqayisədə dərmanların qiyməti artıb

Azərbaycanda dərmanların qiyməti bahalaşıb. Bu barədə "Banker.az" Dövlət Statistika Komitəsinə istinadən məlumat yayıb. Azərbaycanda dərmanlar 2023-cü ilin yanvar ayı 2022-ci ilin yanvar ayına nisbətən 17.8%, dekabr ayına nisbətən isə 6% bahalaşıb. Onu da qeyd edək ki, bu ilin yanvarında 324.1 min manat dərmanlar istehsal edilib ki, bu da illik müqayisədə 62.3% artım deməkdir.
23-02-2023, 14:15
Türkiyədə söküləcək binaların sayı müəyyən edilib


Türkiyədə söküləcək binaların sayı müəyyən edilib

Türkiyədə zəlzələ ilə bağlı sökülməsi vacib olan tikililərin sayı məlum olub. Bu barədə "TRT Haber" məlumat yayıb. Bildirilib ki, zəlzələyə görə qəzalı vəziyyətə düşən 17 100 bina təcili şəkildə uçurulacaq. Həmçinin o da qeyd olunub ki, Qaziantep vilayətində dəyən ziyanın həcminin təsbit olunması ilə bağlı işlərin 78 faizi tamamlanıb. Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.
23-02-2023, 14:12
Hərbi Hava Qüvvələrinin təlim-məşq uçuşları həyata keçirildi


Hərbi Hava Qüvvələrinin təlim-məşq uçuşları həyata keçirildi

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları həyata keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Plana uyğun olaraq helikopterlər bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə uçuşlar edib. Helikopter ekipajlarının döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlərdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

23-02-2023, 14:09
Vardanyanın yerinə gələcək şəxs Paşinyanın “xeyir-duasını” aldı


Vardanyanın yerinə gələcək şəxs Paşinyanın “xeyir-duasını” aldı

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki separatçıların "dövlət naziri" Ruben Vardanyanın "vəzifədən" uzaqlaşdırılacağı gözlənilir. Bu barədə Ermənistanın "Past" qəzetində dərc olunan məqalədə bildirilir. Nəşr yazır ki, Vardanyanın yerinə gətiriləcək Qurgen Nersisyan dünən Ermənistan Baş naziri Nikol Paşinyanın yanına gedib və yeni "vəzifə" üçün onun "xeyir-duasını" alıb. Nersisyanla birlikdə separatçıların rəhbəri Arayik Harutyunyanın da Paşinyanla görüşdüyü deyilir. Ermənistanın "Hraparak" qəzeti isə yazır ki, Vardanyan "vəzifədən" azad edilsə də, Xankəndidə qalmağa davam edəcək. Bundan əvvəl "Past" nəşri bildirmişdi ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdə separatçıların "dövlət naziri" Ruben Vardanyanın "yoldan çəkiləcəyinə" söz verib. İddiaya görə, Mirzoyan baş nazir Nikol Paşinyanın adından Kremlin himayə etdiyi erməni milyarder Vardanyanın Qarabağdan uzaqlaşdırılacağını bildirib. Qeyd edək ki, rəsmi Bakı Azərbaycanın öz vətəndaşları hesab etdiyi Qarabağın erməni icması ilə münasibətlər qurmağa hazır olduğunu və onlara bütün Azərbaycan vətəndaşlarının malik olduğu qədər hüquq və təhlükəsizlik təminatı veriləcəyini elan edib, lakin bunun üçün Moskvadan göndərilən Ruben Vardanyanın Qarabağı tərk etməsi tələb olunub.
23-02-2023, 14:02
İşğaldan azad edilmiş ərazilərdə silah-sursat tapılıb


İşğaldan azad edilmiş ərazilərdə silah-sursat tapılıb

İşğaldan azad edilmiş ərazilərdə xeyli silah-sursat aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Tərtər və Laçın Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə keçirilən nəzarət profilaktik tədbirlər zamanı erməni hərbi birləşmələrinin tərk etdikləri mövqelərdən xeyli silah-sursat tapılıb. Tərtər rayonunun Talış kəndi ərazisində 1 ədəd tank əleyhinə idarə olunan raket sistemi, 17 müxtəlif təyinatlı mərmi, Laçın rayonunun Qarıkaha kəndində isə 3 əl qumbarası aşkar edilərək aidiyyatı üzrə təhvil verilib.
23-02-2023, 13:59
Bosfor boğazında gəmilərin hərəkəti dayandı


Bosfor boğazında gəmilərin hərəkəti dayandı

Bosfor boğazı vasitəsilə gəmilərin hərəkəti müvəqqəti dayandırılıb. Bu barədə "TRT Haber" məlumat yayıb. Boğaz hər iki istiqamətdə gəmilərin hərəkəti üçün müvəqqəti olaraq bağlanıb. Bildirilib ki, buna səbəb qatı duman və görmə məsafəsinin minimuma enməsi, əlverişsiz hava şəraitdir. Beykoz-Sarıyer və Sarıyer-Rumelikavağı-Anadolukavağı istiqamətlərində səfər marşrutları da ləğv olunub. Ləğv olunmayan digər marşrutlarda isə gecikmələrin ola biləcəyi barədə xəbərdarlıq edilib. "Hava şəraiti yaxşılaşdıqdan sonra hərəkət bərpa olunacaq", - məlumatda bildirilib.
23-02-2023, 13:54
Lüksembürqun vəziyyətdən xəbərsiz nümayiş etdirdiyi mövqe əsassızdır - XİN


Lüksembürqun vəziyyətdən xəbərsiz nümayiş etdirdiyi mövqe əsassızdır - XİN

Lüksemburq nazirinin bölgədəki vəziyyətdən xəbərsiz şəkildə və beynəlxalq hüququn müvafiq prinsiplərinə tamamilə zidd olaraq nümayiş etdirdiyi qərəzli mövqeyi tamamilə əsassızdır. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb. "Görünür ki, əvvəllər olduğu kimi Lüksemburq tərəfi Ermənistan tərəfinin saxta təbliğatının əks olunduğu tezislərdən istifadə təcrübəsindən hələ də əl çəkməyib. Bu kimi təxribat xarakterli və qərəzli bəyanatların bölgənin beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneə ola bilməyəcəyini bir daha bəyan edirik". - deyə XİN-dən bildirilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!