Tarix : 23-02-2023, 13:54
Lüksembürqun vəziyyətdən xəbərsiz nümayiş etdirdiyi mövqe əsassızdır - XİNLüksemburq nazirinin bölgədəki vəziyyətdən xəbərsiz şəkildə və beynəlxalq hüququn müvafiq prinsiplərinə tamamilə zidd olaraq nümayiş etdirdiyi qərəzli mövqeyi tamamilə əsassızdır. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb. "Görünür ki, əvvəllər olduğu kimi Lüksemburq tərəfi Ermənistan tərəfinin saxta təbliğatının əks olunduğu tezislərdən istifadə təcrübəsindən hələ də əl çəkməyib. Bu kimi təxribat xarakterli və qərəzli bəyanatların bölgənin beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneə ola bilməyəcəyini bir daha bəyan edirik". - deyə XİN-dən bildirilib.
Paylaş
Bölmə: Xəbər / Karusel / Xəbər lenti