Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
9-02-2023, 14:16
Sabahın hava proqnozu - Qar gözlənilir


Sabahın hava proqnozu - Qar gözlənilir

Bakıda və Abşeron yarımadasında fevralın 10-da gecə saatlarında arabir qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-3° şaxta, gündüz 1-3° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 777 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında sabah hava bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Arabir duman. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 12-17° şaxta, gündüz 2-7° şaxta olacaq. Yollar buz bağlayacaq.
9-02-2023, 14:10
Xaricdə təhsil alıb qayıdanlara dövlət qulluqçusu adı verilir


Xaricdə təhsil alıb qayıdanlara dövlət qulluqçusu adı verilir

Dövlət Proqramı ilə xaricdə təhsil alıb gəlmiş tələbələr birbaşa dövlət qulluqçusu adı alırlar. Bunu 2019-2023-cü illər üzrə Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova bildirib. Qeyd olunub ki, həmin şəxslər Dövlət Proqramı ilə təhsil aldıqlarına görə, onların diplomlarının tanınması sadə qaydada həyata keçirilir. "Bu da onlar üçün üstünlükdür” , - Turan Topalova vurğulayıb.
9-02-2023, 14:01
Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 3500-ə yaxınlaşır


Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 3500-ə yaxınlaşır

Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 3480 nəfərə çatıb. Bu barədə Suriya mətbuatı məlumat yayıb.
9-02-2023, 13:58
Zəlzələ qurbanlarının sayı 13 minə yaxınlaşır


Zəlzələ qurbanlarının sayı 13 minə yaxınlaşır

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 12 873 nəfərə çatıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Təbii fəlakət zamanı 62 937 nəfər isə yaralanıb.
9-02-2023, 13:53
Fransa prezidenti Zelenskini təltif etdi


Fransa prezidenti Zelenskini təltif etdi

Fransa prezidenti Emmanuel Makron ukraynalı həmkarı Volodimir Zelenskini təltif edib. Makron bu barədə twitter səhifəsində paylaşım edib. Makron Zelenskiyə "Fəxri legion" ordenini təqdim edib. "Ukrayna xalqı üçün. Əziz Volodimir, cəsarətin üçün sənə sayğılar", - deyə Fransa prezidenti yazıb. Qeyd edək ki, Zelenski Fransa paytaxtı Parisdə səfərdə idi.
9-02-2023, 13:49
Güclü külək ağaclara ziyan vurdu


Güclü külək ağaclara ziyan vurdu

Bakıda gecə ərzində davam edən güclü külək nəticəsində paytaxtın müxtəlif yerlərində 15 ağaca ziyan vurub. Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən verilən məlumata görə, dünən günün ikinci yarısından başlayaraq bütün gecə ərzində davam edən güclü külək nəticəsində paytaxtın müxtəlif yerlərində 15 ədəd ağaca ziyan dəyib. Birliyin əməkdaşları tərəfindən ziyan dəymiş ağacların 4-nün sınmış hissələri budanıb, 11 ədəd ağac isə kəsilərək görürülərək ərazi təmizlənib.
9-02-2023, 13:46
Ukraynaya 120 milyard dollar dəyərində yardım edilib - NATO


Ukraynaya 120 milyard dollar dəyərində yardım edilib - NATO

NATO ölkələri münaqişə ərzində Ukraynaya hər cür yardım göstərib. Bu barədə təşkilatın Baş katibi Yens Stoltenberq Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenlə keçirdiyi mətbuat konfransında deyib. “NATO ölkələri Ukraynaya hərbi, humanitar və digər yardımlar daxil olmaqla 120 milyard dollar dəyərində yardım edib”, - deyə Baş katib qeyd edib.
9-02-2023, 13:41
Heydər Əliyev fondundan Türkiyəyə yardım fevralın 14-dək davam edəcək


Heydər Əliyev fondundan Türkiyəyə yardım fevralın 14-dək davam edəcək

Heydər Əliyev Fondu tərəfindən Türkiyəyə çatdırılan humanitar yardım ilkin mərəhələdədir. Bu barədə Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsaslanaraq, həmçinin, Türkiyənin ölkəmizdəki səfirliyinin vətəndaşlarımıza etdiyi çağırışa cavab olaraq Bakı şəhərində yardım kampanyasına start verib. “Belə ki, 8-14 fevral tarixlərində türkiyənin zəlzələ olan regionalrında ehtiyac duyulan ləvazimatlar toplanacaq və ən qısa müddətdə kompleksləşdirilərək Türkiyəyə yola salınacaqdır. Bir daha, Heydər Əliyev Fondu olaraq ölkədə baş vermiş faciə ilə əlaqədər həlak olanların doğmalarına və yaxınlarına baş sağlığı verir, yaralılara şəfa diləyirik”, - deyə Fond rəsmisi qeyd edib.
8-02-2023, 18:32
İran XİN Təbrizdəki konsulluğumuzla bağlı iddiaları təkzib etdi


İran XİN Təbrizdəki konsulluğumuzla bağlı iddiaları təkzib etdi

İran Xarici İşlər Nazirliyi Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun bağlanması ehtimalı ilə bağlı iddiaları təkzib edib. Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kanani fevralın 8-də jurnalistlərə açıqlamasında deyib: "Biz dəfələrlə öz mövqelərimizi ifadə etmişik. Əlaqələri qorumaq və inkişaf etdirmək İran İslam Respublikasının qonşu ölkələrlə bağlı siyasətidir". İranlı diplomat daha sonra əlavə edib: “İranın bununla bağlı mövqeyi aydındır və Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunu bağlamaq planı yoxdur”. Yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan sonra diplomatik korpusun əməkdaşları Bakıya təxliyə edilib. Səfirliyə silahlı hücum nəticəsində 1 nəfər şəhid olub, 2 nəfər yaralanıb. Azərbaycan Prezidenti İlham Əliyev hadisəni terror aktı kimi qiymətləndirərək, olayın hərtərəfli araşdırılmasını və terrorçuların cəzalandırılmasını tələb edib.
8-02-2023, 18:24
Fransa Azərbaycan-Ermənistan sərhədinə jandarmlar yollayır


Fransa Azərbaycan-Ermənistan sərhədinə jandarmlar yollayır

Fransa Azərbaycan və Ermənistan sərhədində yerləşdiriləcək Avropa İttifaqı (Aİ) missiyasının tərkibində jandarmlar göndərəcək. Bu barədə fransalı deputat Natali Loiseau bildirib. Avropa Parlamentinin üzvünün sözlərinə görə, Avropa İttifaqı çox uzun müddət münaqişədən uzaq qaldı. “İndi Avropa İttifaqı daha çox iş görməlidir”. Qeyd edək ki, Avropa İttifaqı bir müddət öncə Ermənistana 2 il müddətinə 100 nəfərdən ibarət müşahidə missiyasının göndərilməsi barədə qərar qəbul edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!