Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
8-02-2023, 17:04
Rusiyadan Türkiyəyə “Be-200” amfibiya təyyarəsi göndərildi


Rusiyadan Türkiyəyə “Be-200” amfibiya təyyarəsi göndərildi

Rusiyaya məxsus “Be-200” amfibiya təyyarəsi Türkiyənin Adana şəhərinə enib. Türkiyənin İskenderun limanında yanğının söndürülməsinə yardım məqsədilə Rusiya FHN-in “Be-200” amfibiya təyyarəsi Adanaya gəlib. Qeyd edək ki, hazırda Türkiyənin zəlzələ baş vermiş Kahramanmaraş bölgəsində Rusiyadan olan 100-dən çox xilasedici işləyir.
8-02-2023, 17:01
Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 2500-ü keçdi


Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 2500-ü keçdi

Suriyada zəlzələ nəticəsində həyatını itirən insanların sayı 2500-ü keçib. Bu barədə "Reuters" nəşri məlumat yayıb. Həmçinin 4500-dən çox yaralının olduğu qeyd edilib.
8-02-2023, 16:59
Türkiyədə zəlzələdən sonra 648 afterşok müəyyən olunub


Türkiyədə zəlzələdən sonra 648 afterşok müəyyən olunub

Kahramanmaraşda 7.7 ballıq zəlzələdən sonra indiyədək 648 afterşok qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD-dan) bildirilib. Məlumata görə, psixoloji yardım məqsədilə əraziyə 2 902 nəfər və 132 nəqliyyat vasitəsi cəlb olunub. Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 6 957 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 38 224 nəfər yaralanıb. Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
8-02-2023, 16:36
Sürücülük vəsiqəsiylə bağlı dəyişiklik qəbul edildi


Sürücülük vəsiqəsiylə bağlı dəyişiklik qəbul edildi

Azərbaycan vətəndaşları Birləşmiş Ərəb Əmirliklərində sürücülük vəsiqəsini dəyişdirdikdə nəzəri və praktiki imtahandan azad ediləcəklər. Bu barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi qanun layihəsində qeyd olunub. “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Anlaşma Memorandumu 2022-ci il noyabrın 16-da Əbu-Dabi şəhərində imzalanıb. Memorandumda qeyd olunan nəqliyyat vasitələrinin kateqoriyalarına uyğun olaraq (minimum yaş həddini nəzərə alaraq) yaşamaq məqsədi olmadan gələn vətəndaşlara verilmiş etibarlı sürücülük vəsiqəsi iki ölkə tərəfindən də tanınır. Yaşamaq məqsədilə gələn vətəndaşlara münasibətdə isə tərəflərin səlahiyyətli orqanları tərəfindən verilmiş sürücülük vəsiqəsini dəyişdirmək məqsədilə müraciət olunduqda həmin vətəndaşlar nəzərdə tutulan nəzəri və praktiki imtahandan azad edilirlər. Bu Memorandumun icrası üçün əlaqələndirmə tərəflərin səlahiyyətli orqanları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi adından Baş Dövlət Polis İdarəsi, Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi adından isə Nəqliyyat vasitəsinə və sürücülərə vəsiqələrin verilməsi üzrə Federal Baş İdarə həyata keçirir. Memoranduma əsasən tərəf dövlətlərin müvafiq milli qanunvericiliyinə edilən hər hansı əlavə və ya dəyişikliklər barədə təxirəsalinmadan diplomatik kanallar vasitəsilə digər tərəfə məlumat verilməlidir. Eyni zamanda hər hansı fikir ayrılığı tərəflər birbaşa danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir. Bu Anlaşma Memorandumu bütün prosedurların tamamlanmasını təsdiq edən sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir. Hazırki Memorandum qeyri-müəyyən müddətə bağlanılır. Ərəb və ingilis dillərində iki əsl nüsxədə imzalanıb. Memorandumun təsvirində hər hansı fikir ayrılığı olduğu təqdirdə, ingilis dilində olan mətnə üstünlük veriləcək.
8-02-2023, 16:28
Miqrasiya Məcəlləsinə dəyişiklik edildi


Miqrasiya Məcəlləsinə dəyişiklik edildi

Atası, anası, əri (arvadı), övladı, bacısı və ya qardaşı Azərbaycan vətəndaşı olanlara daimi yaşamaq icazəsi veriləcək. Bu, Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb. Layihəyə görə, Məcəllənin 46-cı maddəsində əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün tələb olunan sənədlər sadalanır. Yeni layihəyə əsasən bu sənədlər siyahısına, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin və ya müraciətlə əlaqəli hüquqi şəxsin son 1 ildə təqdim etdiyi bəyannamə üzrə dövriyyəsinə dair vergi orqanından əldə edilmiş sənəd daxil edilir.
8-02-2023, 16:20
Zelenskidən Baydenə təşəkkür mesajı


Zelenskidən Baydenə təşəkkür mesajı

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın dövlət başçısı Co Baydenə təşəkkür edib. Zelenski bu barədə twitter səhifəsində yazıb. "Millətə səslənişində Ukrayna üçün güclü dəstək sözlərinə görə təşəkkürlər, Bayden. Biz ABŞ-a Ukraynaya yardımlarda liderlik etdiyi üçün, Amerika xalqına Ukrayna ilə həmrəylik göstərdiyi üçün minnətdarıq. Dəyərlərimiz eynidir, ortaq hədəfimiz isə zəfərdir. Ukrayna azad şəkildə öz gələcəyini seçir. Belə də olacaq", - deyə o bildirib. Qeyd edək ki, Bayden çıxışı zamanı Ukraynaya dəstəyin davam edəcəyini vurğulamışdı.
8-02-2023, 16:16
Rusiya zəlzələylə bağlı İrana 35 ton humanitar yardım yolladı


Rusiya zəlzələylə bağlı İrana 35 ton humanitar yardım yolladı

Rusiya İrana zəlzələ ilə bağlı 35 ton humanitar yardım yollayıb. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, göyərtəsində 35 ton humanitar yardım daşıyan Rusiya FHN-ə məxsus təyyarə İrana uçub. Qeyd edək ki, bir neçə gün öncə Qərbi Azərbaycan ostanının Xoy şəhərində güclü zəlzələ olub. Təbii fəlakət nəticəsində 3 nəfərin öldüyü, 1200-dən çox insanın yaralandığı, habelə minlərlə insanın evləri dağıldığı üçün şaxtalı havada küçədə qaldığı bildirilmişdi.
8-02-2023, 16:12
201 nəfər vətəndaşımız təxliyə olundu


201 nəfər vətəndaşımız təxliyə olundu

“Dünəndən etibarən təxminən 201 nəfər vətəndaşımız təxliyə olunub”. Bunu APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib. XİN sözçüsü bildirib ki, onların arasında 3-4 nəfər Türkiyə Respublikasının vətəndaşları da var: “Onlar da təxliyə olunublar. Təxliyə prosesi davam edir. Avtobuslar hazırda yoldadır və Gürcüstan sərhədinə yollanırlar”.
8-02-2023, 16:09
Jurnalist ailəsi ilə birlikdə zəlzələdə həyatını itirdi


Jurnalist ailəsi ilə birlikdə zəlzələdə həyatını itirdi

Türkiyənin "DHA" xəbər agentliyinin Hataydakı müxbiri İzzət Nazlı ailəsi ilə birlikdə zəlzələdə həyatını itirib. Zəlzələ nəticəsində İ.Nazlı, onun həyat yoldaşı və 2 uşağı dağıntılar altında qalıb. Hadisədən 35 saat sonra onların cəsədləri aşkar edilib. Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.




8-02-2023, 15:57
Kosovada matəm elan olundu


Kosovada matəm elan olundu

Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində çoxlu sayda insan tələfatı ilə əlaqədar fevralın 8-i Kosovoda milli matəm elan olunub. Bunu Kosovo Prezidenti Vyosa Osmani deyib. “Bu kimi faciələr zamanı dəstəyə ehtiyacı olanların yanında olmalıyıq. Türkiyə və Suriya xalqlarının ağrısı bizim də ağrımızdır. Buna görə fevralın 8-i Kosovoda milli matəm elan edilib. Kosovo lazımi dəstəyini davam etdirməyə tam hazırdır”, - deyə Osmani bildirib. Qeyd edək ki, Kosovo axtarış-xilasetmə əməliyyatlarına dəstək olmaq üçün təhlükəsizlik qüvvələrinin 30 nəfərlik heyətini Türkiyəyə göndərib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!