Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
6-02-2023, 17:10
Ermənistan və İrandan zəlzələylə bağlı başsağlığı mesajı


Ermənistan və İrandan zəlzələylə bağlı başsağlığı mesajı

Ermənistan Türkiyəyə zəlzələ ilə bağlı başsağlığı verib. Bu barədə ölkənin baş naziri Nikol Paşinyan twitter səhifəsində yazıb. "Türkiyə və Suriyada çoxlu sayda insan itkisi ilə nəticələnən dağıdıcı zəlzələ xəbəri məni kədərləndirdi. Qurbanların ailələrinə başsağlığı diləyir, yaralılara təcili şəfalar diləyirik. Ermənistan yardım göstərməyə hazırdır", - deyə o bildirib. İran XİN-in sözçüsü Nəsir Kənani isə ölkəsinin Türkiyəyə başsağlığı verdiyini və yardım göndərməyə hazır olduğunu açıqlayıb.
6-02-2023, 17:05
Fövqəladə Hallar Nazirliyinin qüvvələri qardaş ölkəyə yollandı


Fövqəladə Hallar Nazirliyinin qüvvələri qardaş ölkəyə yollandı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasına köməklik göstərmək üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb. 370 nəfərdən ibarət şəxsi heyət Heydər Əliyev Beynəlxalq Aeroportundan yola salınıb. Uçuşdan əvvəl şəxsi heyətə müvafiq təlimatlar verilib. Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 bal gücündə zəlzələ olub. Nəticədə 284 nəfər ölüb, 2 323 nəfər yaralanıb. 1 710 bina dağılıb.


6-02-2023, 17:02
Sabahın havası - Buludlu, yağmursuz olacaq


Sabahın havası - Buludlu, yağmursuz olacaq

Azərbaycanda fevralın 7-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə çiskinli yağış yağacağı, duman ehtimalı var. Mülayim şimal-qərb küləyi axşama doğru güclənəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın qərb rayonlarından başlayaraq havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 0-5° şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
6-02-2023, 16:59
Zəlzələ qurbanı olan soydaşlarımızın son durumuyla bağlı görüntülər


Zəlzələ qurbanı olan soydaşlarımızın son durumuyla bağlı görüntülər

İranın Qərbi Azərbaycan vilayətindəki Xoy şəhərində bir həftə əvvəl - yanvarın 28-də 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsinə azərbaycanlıların yaşadığı bu bölgə güclü dağıntılara məruz qalıb. 175 min əhalisi olan Xoy şəhərində azı 3 nəfər ölüb, 900-dən çox insan yaralanıb. Qərbi Azərbaycan vilayətinin qubernatoru bildirib ki, zəlzələ 70 kənddə binalara 20-50 faiz ziyan vurub. Zəlzələ nəticəsində şəhər və kənd yerlərində 12 minə yaxın yaşayış binası dağılıb. Evləri dağılan soydaşlarımız arasında 25 mindən çox çadır paylanıb. Zəlzələ qurbanları olan azərbaycanlıların mətbuata söylədiklərinə görə, İran hökuməti onların problemlərinə ciddi diqqət yetirmir. Butov.az xəbər verir ki, “İsna” agentliyinin fotoqrafı dünən - fevralın 5-də Xoy şəhərindəki vəziyyəti lentə alıb. Təqdim edtdiyimiz bu fotoşəkillər zəlzələdən bir həftə sonra Xoy şəhərindəki zərər çəkmiş soydaşlarımızın vəziyyətini göstərir.












6-02-2023, 16:47
Putin Türkiyə və Suriyaya başsağlığı verdi


Putin Türkiyə və Suriyaya başsağlığı verdi

Rusiya prezidenti Vladimir Putin zəlzələ ilə bağlı Türkiyə və Suriya liderlərinə başsağlığı verib. O, zəlzələdən kədərləndiyini ifadə edib. "Rusiya yardım göstərməyə və zəlzələnin fəsadlarının aradan qaldırılmasına kömək etməyə hazırdır", - deyə başsağlığı mətnində bildirilib.
6-02-2023, 16:43
Zelenski zəlzələ ilə bağlı paylaşım etdi


Zelenski zəlzələ ilə bağlı paylaşım etdi

Ukrayna prezidenti Volodimir Zelenski zəlzələ ilə bağlı Türkiyəyə başsağlığı verib. O, twitter səhifəsində bu barədə türkcə paylaşım edib. "Prezident Ərdoğana və türk xalqına, zəlzələdə həyatını itirənlərin ailələrinə başsağlığı diləklərimi çatdırır, bütün yaralılara tezliklə sağalmalarını diləyirəm. Bu çətin zamanda türk xalqının yanındayıq. Təbii fəlakətin nəticələrinin öhdəsindən gəlmək üçün lazımi yardımı təmin etməyə hazırıq", - deyə o yazıb. Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. İlkin məlumata görə, zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.

6-02-2023, 16:39
Ceyhun Bayramov türkiyəli həmkarına başsağlığı verdi


Ceyhun Bayramov türkiyəli həmkarına başsağlığı verdi

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Başramov Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğluya zəng vuraraq qardaş ölkənin Kahramanmaraş, Qaziantep və digər cənub bölgələrində baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların ailələrinə, Türkiyə hökumətinə və xalqına başsağlığı diləklərini çatdırıb. Nazir yaralıların tezliklə sağalmasını arzulayıb. Ceyhun Bayramov Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu və zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində hər bir yardım göstərməyə hazır olduğunu vurğulayıb. Azərbaycan Respublikasının Prezidentinin tapşırığı əsasında yaxın saatlarda axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələrinin qardaş Türkiyəyə yola düşəcəyini bildirilib. Nazir Mövlud Çavuşoğlu bu həmrəyliyə və göstərilən dəstəyə görə minnətdarlığını diqqətə çatdırıb.
6-02-2023, 16:35
İsrail XİN Türkiyəyə yardım ayırdı


İsrail XİN Türkiyəyə yardım ayırdı

İsrailin Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə yardım ayırıb. Bu barədə İsrailin XİN başçısı Eli Koen twitter hesabında yazıb. “Mən Xarici İşlər Nazirliyinə Türkiyəyə ağır fəlakətlə mübarizə üçün sürətli yardım proqramına rəhbərlik etməyi tapşırdım. Qəlbimiz həlak olanların yanındadır və yaralananların tezliklə sağalmasını arzu edirik”, - deyə XİN başçısı vurğulayıb. Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. İlkin məlumata görə, zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.
6-02-2023, 16:31
Türk dünyasından zəlzələylə bağlı dəstək paylaşımı


Türk dünyasından zəlzələylə bağlı dəstək paylaşımı

Türk Dövlətləri Təşkilatı baş verən zəlzələyə görə Türkiyəyə başsağlığı verib. Bu barədə qurumun twitter səhifəsində paylaşım edilib. Başsağlığında deyilir:

6-02-2023, 16:24
Deputatın ailəsi zəlzələnin qurbanı oldu


Deputatın ailəsi zəlzələnin qurbanı oldu

Türkiyədə baş verən zəlzələ çoxsaylı insan tələfatına və dağıntılara səbəb olub. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Hatayı təmsil edən deputatı Hüseyn Yaymanın ailəsi də dağıntılar altında qalıb. Bu barədə deputatın özü məlumat verib. "İki qardaşım, bacım və onların həyat yoldaşları, uşaqları dağıntıların altındadır", - deyə o bildirib. Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. İlkin məlumata görə, zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!