Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
6-02-2023, 16:16
Türkiyəni silkələyən zəlzələ bəzi ölkələrdə də hiss olunub


Türkiyəni silkələyən zəlzələ bəzi ölkələrdə də hiss olunub

Türkiyə və Suriyada böyük dağıntılar və insan tələfatına səbəb olan zəlzələ digər ölkələrdə də hiss olunub. Zəlzələ bütün region ölkələrində təsir edib. Belə ki, Gürcüstan, İraq, Livan, İsrail, Fələstin, İordaniya, Səudiyyə Ərəbistanı və Misirdə də yeraltı təkan hiss edilib. Lakin bu ölkələrdə təbiət hadisəsi dağıntı və insan tələfatına yol açmayıb. Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. İlkin məlumata görə, zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.
6-02-2023, 16:12
ABŞ zəlzələylə bağlı Türkiyəyə yardım təklif etdi


ABŞ zəlzələylə bağlı Türkiyəyə yardım təklif etdi

ABŞ zəlzələyə görə Türkiyəyə yardım təklif edib. Prezident Co Baydenin müşaviri Ceyk Sallivan bu barədə açıqlama verib. O qeyd edib ki, ölkəsi zəlzələdən böyük narahatlıq keçirir və Türkiyənin hakimiyyət nümayəndələri ilə əlaqə saxlayıblar. "ABŞ istənilən bütün yardımları etməyə hazırdır. Mövcud vəziyyəti izləməyə davam edəcəyik", - deyə Sallivan söyləyib. Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. İlkin məlumata görə, zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.
6-02-2023, 16:08
İsraildən Türkiyəyə dəstək mesajı


İsraildən Türkiyəyə dəstək mesajı

İsrailin Ankaradakı Türkiyəyə başsağlığı verib. Bununla bağlı səfirliyin twitter səhifəsində müvafiq paylaşım edilib. “Bu gün baş verən zəlzələdən sonra qəlbimiz və dualarımız türk xalqının yanındadır. Həlak olanların sevənlərinə və türk xalqına başsağlığı verir, yaralılara şəfa diləyirik”, - səfirlikdən bildirilib. Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. İlkin məlumata görə, zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.
6-02-2023, 16:06
Səfirliyimizdən Türkiyəyə başsağlığı


Səfirliyimizdən Türkiyəyə başsağlığı

Azərbaycanın Ankaradakı səfirliyi Türkiyəyə başsağlığı verib. Bu barədə səfirliyin tviter hesabında paylaşım edilib. “Kahramanmaraşın Pazarcık rayonunda meydana gələn və ətraf şəhərlərdə də hiss edilən zəlzələdə həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Keçmiş olsun, Türkiyə! Səninləyik, Türkiyə!”, - paylaşımda qeyd olunub. Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. İlkin məlumata görə, zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.
6-02-2023, 16:02
Polşa ilə Rusiya arasındakı sərhəddə elektron sədd quraşdırılacaq


Polşa ilə Rusiya arasındakı sərhəddə elektron sədd quraşdırılacaq

Polşa mart ayından etibarən Rusiya ilə sərhəddə elektron sədd çəkməyə başlayacaq. Bu barədə Polşa Sərhəd Mühafizəsinin mətbuat xidmətinin rəhbəri Anna Mixalskaya bildirib. "Kalininqrad vilayəti ilə sərhəddə elektron səddin tikintisinə martda başlanılması planlaşdırılır. Kalininqrad vilayəti ilə ərazidəki elektron sistem quru sərhədinin təxminən 200 kilometrində işləyəcək. Elektron sədd sensorlar və kameralar sistemidir ki, onun sayəsində hava şəraitindən asılı olmayaraq, sərhəddə qalmadan əraziyə 24 saat nəzarət etmək mümkündür", - deyə A.Mixalskaya vurğulayıb. Qeyd edək ki, ötən ilin noyabrında Polşa-Rusiya sərhədində tikanlı məftilli maneə quraşdırılıb.
6-02-2023, 15:56
Ərdoğan zəlzələylə bağlı açıqlama verdi


Ərdoğan zəlzələylə bağlı açıqlama verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə ərazisində baş verən güclü zəlzələdən sonra açıqlama yayıb. Bu barədə dövlət başçısı özünün "Twitter" hesabında paylaşım edib. O qeyd edib ki, Fövqəladə Hallar İdarəsinin (AFAD) koordinasiyası ilə bütün müvafiq qurumlar həyəcan vəziyyətindədir. “Axtarış-xilasetmə qruplarımız dərhal zəlzələdən zərər çəkmiş ərazilərə göndərilib. Daxili İşlər Nazirliyi və Səhiyyə Nazirliyi, AFAD, valiliklər və digər bütün qurumlar sürətlə işə başlayıblar. Zəlzələdən sonra başlayan işləri də koordinasiya edirik. Ümid edirik ki, birlikdə bu fəlakətdən ən qısa zamanda və ən az zərərlə çıxacağıq, fəaliyyətlərimizi davam etdiririk”, - Ərdoğan bildirib. Qeyd edək ki, Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb, çoxlu sayda insan həlak olub və yaralanıb.
6-02-2023, 15:53
Türkiyədə güclü zəlzələ baş verib


Türkiyədə güclü zəlzələ baş verib

Türkiyənin Kahramanmaraş bölgəsində güclü zəlzələ baş verib. 7.4 bal gücündə qeydə alınan zəlzələ nəticəsində çoxlu sayda bina dağılıb. Zəlzələdən sonra 6.4 maqnitudalı afterşok qeydə alınıb. Zəlzələ Türkiyənin bir neçə vilayətində, o cümlədən İsrail, Suriya, İraq və Livanda da hiss edilib. Şanlıurfa bölgəsində 16 binanın çökdüyü, dağıntılar altında vətəndaşların qaldığı bildirilib. Bu şəhərdə zəlzələ nəticəsində azı 10 nəfərin öldüyü qeyd olunub. Osmaniyə şəhərində isə 34 bina dağılıb, 5 nəfər həlak olub. Axtarış tədbirləri davam edir. Adana valisi 11 mərtəbəli binanın uçması nəticəsində ölən və yaralananların olduğunu açıqlayıb. Çukurovada isə 3 bina tamamilə dağılıb.



6-02-2023, 15:49
Tanınmış incəsənət xadimi vəfat etdi


Tanınmış incəsənət xadimi vəfat etdi

Müğənni Zeynəb Dostəliyeva vəfat edib. Bu barədə onun yaxınları məlumat yayıb. Sənətçi bir neçə gün əvvəl qaraciyər və böyrək ağrıları ilə xəstəxanaya yerləşdirilmişdi.
6-02-2023, 15:48
Alimin şəxsiyyət nümunəsi


Alimin şəxsiyyət nümunəsi

Tanınmış filoloq, görkəmli alim, əməkdar müəllim, professor Abbas Abbasov 50 ildir Bakı Dövlət Universitetində (BDU) çalışır, tam bir qərinə - 33 ildir ki, İngilis dili kafedrasının müdiri, nəşr olunmuş 40-dan çox monoqrafiya, dərslik, lüğət kitablarının və ölkə, beynəlxalq elmi nəşrlərdə dərc olunmuş 100-dən artıq elmi məqalənin müəllifidir. Ali təhsilimizin flaqmanı olan BDU-da elmi fəaliyyəti dövründə yüzlərlə gənc mütəxəssisin, tədqiqatçı alimin, ixtisaslı kadrların yetişdirilməsində böyük rolu, əməyi var.
O, öz sahəsi üzrə çox sayda “ilk”lərə imzasını yazıb. Onun "İngiliscə-rusca atalar sözləri və zərbi-məsəllər lüğəti" (490 səh.), "İngiliscə-rusca hüquq terminləri lüğəti" (435 səh.), "İngiliscə-Azərbaycanca texniki terminlər lüğəti" (400 səh.), "İngiliscə-rusca kimya terminləri lüğəti" (1000 səh.), "İngiliscə-rusca-Azərbaycanca riyaziyyat terminləri lüğəti", “Rusca-ingiliscə idman lüğəti”, “İngilis dili proqramı”, “Riyaziyyatçılar üçün ingilis dili dərsliyi”, “Hüquq fakültəsi üçün ingilis dili dərsliyi”, “Başlanğıclar üçün ingilis dili dərsliyi”, “Coğrafiya fakültəsi tələbələri üçün ingilis dili dərsliyi”, “Hüquq fakültəsi üçün ingilis dili dərsliyi”, “İngilis gülüşü” və digər kitabları illərlə çəkilən zəhmətin, yorulmaz axtarışlarının, müxtəlif sahələrə dair geniş elmi biliklərinin, zəngin dünyagörüşünün sübutudur. Onlarla monoqrafiyanın elmi redaktoru, rəyçisi, dissertasiya müdafiə şuralarının, komissiyaların üzvüdür. Obyektiv, ədalətli, hər kəsin uğuruna könüldən sevinən müəllimdir, əsl “tələbə adamı”dır.
Dilçilik elmimizin ağsaqqalı, AMEA-nın müxbir üzvü, professor Qəzənfər Paşayev “Azərbaycan müəllimi” qəzetinin 14 yanvar 2011-ci il tarixli nömrəsində Abbas müəllimə həsr etdiyi “Tanınmış pedaqoq və alimin uğurları” adlı məqaləsində yazdığı kimi, Abbas müəllim doktorluq dissertasiyası müdafiə etmədən professor adı alan, bu haqqı qazanan azsaylı alimlərimizdən biridir.
Müstəqilliyin təzə vaxtları Amerika səfiri Universitetdə görüş keçirirmiş, Abbas müəllim danışır, tərcüməçilik də edir...Səfir deyir mən heç inanmazdım ki, Azərbaycanda ingils dilini, hələ bir çox çətin ləhcələrini belə dərin, gen-bol bilib sərbəst danışan ola bilər.
Universitetin çoxminlik tələbələri, professor-müəllim ordusu arasında bu elm-təhsil ocağı ilə get-gəli olan, onunla ünsiyyəti olan hər kəsin yaddaşında Abbas müəllimin adının qarşısındakı təyinlər sırasında xarakterinə güzgü tutan Kişi Adam, Yaxşı İnsan sözləri də var. Onun haqqında bu sözləri uzun illər BDU-da birlikdə çalışdıqları mərhum akademikimiz, dilçilik elmimizin sonuncu patriarxı Tofiq Hacıyevdən, tətbiqi riyaziyyat elmimizin korifeyi akademik Məhəmməd Mehdiyevdən, telejurnalistikamızın ən böyük siması professor Qulu Məhərrəmlidən, həmkəndlisi-Şəhid Milli Qəhrəman Şükür Həmidovun atası, nəcib ziyalı Nəriman müəllimdən də eşitmişəm.

İnsan təkcə onu dünyaya gətirən Ata-Ananın deyil, həm də doğulduğu, havasını udduğu, göz açıb ilk gördüyü, ayaq açıb ilk yeridiyi, könül verib ilk sevdiyi, güc-qüvvət, ruh, enerji aldığı yerin, yurdun da övladıdır. Abbas müəllimin Alyanlı, Ziyarət dağları kimi əzəmətli boy-buxunu, ağayana yerişi, məğrur duruşu, ləngərli sözləri, müdrik söhbətləri, nüfuzedici baxışı da təsdiq edir; bu Kişi belə doğulub, yaşayıb, elə yaddaşlarda da belə qalacaq. Onu dəfələrlə xaricə dəvət ediblər, Abbas müəllim ondan da, çox vəzifələrdən də imtina edib. Elə doktorluğu da bürokratik, süni əngəllərə görə müdafiədən imtina edib.
Dəyərli dostum Abbas Abbasovu Qubadlı camaatı öz təşəbbüsü ilə mənim bildiyim qədər iki dəfə Milli Məclisə seçmək üçün razı salmağa çalışıblar, etiraz edib ki mənlik deyil. Tez-tez el məclislərində birlikdə oluruq, hər dəfə onun el-oba, böyük-kiçik, rəhbərlik yanında nə qədər layiqli nüfuz, xətir-hörmət sahibi olduğunu görür, sevinirəm.
1988-1993-cü illərdə bədbəxt, bədnam qonşularımızın dışarıdan fitnə-fəsadla üstümüzə qısqırdıldığı günlərdən Abbas müəllimin bir ayağı Qubadlıda idi. Vəzifəli, imkanlı adamları da səfərbər eliyirdi, silah-sursatla, dava-dərmanla, gərəkli əşyalarla gəlirdi. Səngərdə əldə silah dayanan yurd keşikçiləri ilə həmdərd, həmsöhbət olurdu, sözüynən, ağlıynan, məsləhətləriynən ruh verirdi, bu namərdliyin tarixindən danışırdı. O zamanlar sonu hələ görünməyən mətləbləri andırırdı.
Abbas müəllim neçə dəfə Universiteti atıb sıravi döyüşçü olmaq fikri ilə Qubadlıya gəlmək istəmişdi, ancaq baxırdı ki torpaqların ölüm-dirim məsələsi Bakıda həll olunur. Yığışırdılar dəstə-dəstə alim, ziyalı, ağsaqqal Prezident Aparatının, Müdafiə Nazirliyinin qarşısına, hökumət adamlarının kabinetinin qabağına, vəziyyəti izah edirdilər, silah-sursat, yardım tələb edirdilər, az qala əlbəyaxa davaya çıxırdılar. Ancaq nə fayda, plan, ssenari cızılmış, hökm verilib icraya yönəlmişdi...Və sonra özünün də çox sayda qardaşları, qohum-əqrəbası da daxil didərginlərin yerləşdirilməsinə, 28 il sürən ağır yaşamına dəstək vermək. Zatən o kişinin soyu dədə-babadan məkrli rus-erməni zülmündən əziyyət çəkib; SSRİ adlanan şər imperiyasında sovet hökuməti ən gec Alyanlı obalarında (Hat, Deştahad, Başarat, Armudluq kəndləri) bərqərar tutub.
30-cu illərdə sosializmin tam və qəti qələbəsinə mane olan yeganə məkan Alyanlı (türk tayfa adıdır), sonacan da müqavimət göstərən silaha sarılıb dağlara qalxan Alyanlı qaçaqları olmuşdu. Axır ki, M.Bağırov Stalindən gələn qəti göstərişin icrasını təmin etmək üçün əksəri erməni-rus millətindən olan NKVD və sərhəd qoşun dəstələri ilə Alyanlı ətrafı keçilməz meşə, dağ, kaha, qaya, obaları mühasirəyə alır, günlərlə sürən atışmalarda ən yaxın silahdaşları da daxil xeyli itkiyə məruz qalır, özü də ölümdən təsadüfən qurtulur, qaçaqları güc yolu ilə məhv edə bilmir, sonda fitnə-fəsadla aldadır, yalandan kişi sözü, vəd verib qaçaqları üzə çıxarandan dərhal sonra hamısını və Alyanlı obalarının yetkin kişi cinsindən olan bütün yetkin gənclərini camaatın gözü qabağında sorğu-sualsız, məhkəməsiz, hökmsüz güllələdir, sağ qalan arvad-uşaq hamını, Abbas müəllimin doğmaları da aralarında olmaqla Bərdədə bir düzəngaha köçürdür, indi A(Ə)lyanlı adlanan kəndin sakinləri o ellərin camaatının törəmələridir.
Abbas müəllimin atası II Dünya savaşında həlak olub, evin böyüyü kimi ağır külfətin ağırlığı onun çiyninə düşüb. Uşaqlıq dostu, həmkəndlisi, qohumu Başaratlı İnsan Əli - Şəmkir rayonunun prokuroru Əli Əliyev haqqında yazmışdım ki, onun I davada elədiyi yardımı Müdafiə Nazirliyi də Qubadlıya eləsəydi, bizim itkilərimiz bu qədər çox, erməninin ölüsü bir belə az olmazdı. Abbas müəllimin qan qohumu Müzəffər İbadov Başaratda kolxoz sədri, sovet sədri idi, dava başlayandan əli silah tutanları başına yığıb rayon mərkəzindən ən uzaq məsafədə yerləşən, Qaçaq Tavatın, Alyanlı qaçaqlarının zamanından qonşuluqdakı ermənilərlə məxsusi haqq-hesabı, qanlılığı olan Alyanlı obalarının müdafiəsini də üstünə götürmüşdü.
1992-ci il oktyabrın 12-də erməni yaraqlıları çoxdan qanına susadıqları Müzəffər kişini bir üzü Şuşaya baxan Topağac səmtində mühasirəyə alırlar, son gülləsinə qədər vurub qırır, ancaq özü də səngərdə gülləbaran olur. Və yaraqlılar buranı daimi nəzarətdə saxlayır, nəşinin götürülməsinə imkan vermirlər. Abbas müəllim uşaqlıqdan mal otarıb meyvələrini dərdiyi, hər qarışına bələd olduğu bu meşəliklərdən qan qohumu dostunun nəşini necə çıxarıb götürdüklərini mənə danışıb, hər dəfə bədənim titrəyib. Abbas müəllimi bu sərhəd səfərlərində vəfalı ömür-gün yoldaşı, BDU-nun baş müəllimi Roza xanım Abbasova da tək buraxmırdı, onunla birlikdə olurdu, ata-anasını itirən körpələri, qanına qəltan edilən gənclərimizi, başsız qalan ailələri görürdü, qayıdıb Bakıda yardımlar yığıb toplayırdı, təzədən qayıdıb yerinə, ehtiyacı olanlara çatdırırdı.
Kaş həyatdan vaxtsız köçən Roza müəllimə biləydi ki, Abbası ona nə qədər sadiq qalıb, onun kafedrada, elmi şurada müzakirə və təsdiqdən keçmiş monoqrafiyasını, yarımçıq qalan, bürokratik əngəllər və zamanın faciəli hadisələri üzündən müdafiə mərhələlərini tamamlayıb sona çatdıra bilmədiyi tədqiqatını Abbası bu son illərdə layiqincə, böyük zəhmət hesabına başa çatdırıb, təkmilləşdirib, tamamlayıb mükəmməl möhtəşəm bir tədqiqat əsərini -“Azərbaycan dilinin Qubadlı şivələri” monoqrafiyasını (təəssüf ki bizdə hələ də müdafiə mərhələlərini keçmədən hazır elmi nəticələri ortada olan tədqiqata görə elmi dərəcə vermə qaydası yoxdur) Roza xanımın əbədiyaşar xatirəsinə həm də sevgi abidəsi olaraq təkrar nəşr etdirib dilçilik elmimizə, cəmiyyətə, Zəngəzur camaatına ərməğan edib. Var ol, Karlı Kişi! Abbas müəllimin (və Roza xanımın) ailəsində onların adına layiq ləyaqətli diplomat, müəllim, alim övladları da bu Vətənin xidmətindədir.
2021-ci il oktyabrın 25-i Qubadlının yağı tapdağından qurtuluşunun 1-ci ili cənab Prezident, Ali Baş Komandan və Birinci vitse-prezidenti qarşılamaq üçün kiçik bir qrupla Qubadlıya gedirik, təbii ki, rayon ziyalıları adından ilk sözü də demək, xoş gəldin eləmək haqqı Abbas müəllimə verilir. Hər şey də əla olur.
Abbas müəllim belə Kişidir və bu Vətənin Abbas müəllim kimi qeyrətli kişi, alim, ziyalılara ehtiyacı çoxdur, çünki belə örnəklər çox azalıb. Doğum gününüz mübarək, bundan sonra da sizə sağlam, uzun, xeyirli ömür diləyirəm, əziz Abbas müəllim!

Hacı Nərimanoğlu,
“Zəngəzur” Cəmiyyətləri Birliyinin sədri
6-02-2023, 15:26
KARVAN YOLU

KARVAN YOLU

Ulu Yaradanın möcüzələrindən biri də Karvan Yoludu, o yol ki, zəvvarların azmadan, sağ-salamat mənzil başına çatması – müqəddəs yerləri ziyarət etməsi üçün bələdçilik edir. Ulduzlar toplusu olan bu “səmavi yol” insan övladlarının arzularına qovuşmasına xidmət edən yoldu...
Azərbaycan millətinin bu günkü Karvan Yolu Zəngəzura, Göyçəyə, İrəvana gedən yolu – bizim üçün dünyanın ən müqəddəs məkanına, Məkkə-Mədinəyə gedən kimi, dədə-baba yurdlarına gedən yol. Bu yol azadlıq yoludu, haqq yoludu, Qarabağdan, Şuşadan keçən yoldu – odlar ayaqlayandan, necə ağrı-acılar görəndən sonra, necə igid oğullarımızın, şəhiddlərimizin müqəddəs qanı bahasına gedilən yol. Bu, həm də zamanın hər cür haqsızlıqlarına qatlanmış, iblisdən yaman olan düşmənin çirkin, murdar sifətini görmüş, saysız-hesabsız üzüntülər yaşamış didərgin insanların sınaq yoludu – həm Allah qarşısında, həm də müqəddəs baba yurdlarına dönüşün sınaq yolu. Özünə “türkəm”, “azərbaycanlıyam”, “müsəlmanam”, “haqqın tərəfindəyəm”, – deyən hər kəsin sevə-sevə, göynəyə-göynəyə, yana-yana illərlə, ümidlə gözlədiyi yoldu bu yol.
Bu səfərin gerçəkləşməsi üçün tarix bizə gözəl bir şans yaradıb – Karvan Yolumuza parlaq ulduzlar düzüb ki, biz təkcə 1988-1991-ci illərdə yox, iki yüz ilə yaxın bir zaman kəsiyində zaman-zaman baba yurdlarımızdan min bir siyasi hiylə ilə, min bir əzabla qovulan, didərgin salınan, sürgünlərə, məşəqqətlərə, deportasiyalara, soyqırımlara məruz qalan insanların övladları öz halal torpaqlarına qayıtsınlar. Bu gün ən parlaq ulduzlarımız məhz Karvan Yolunda parlamalıdırlar ki, qədim İrəvanımıza, Zəngəzurumuza, Göyçəmizə dönə bilək.
Qərbi Azərbaycanlıların öz yudrlarına dönməsi ilə İrəvan qalasında öz yurdlarını qoruyarkən rus süngüsü ilə qətlə yetirilən, şəhid olan Hüseyqqulu xanların ruhlarını şad etmiş oluruq. Bunun üçün əlimizdən gələni etməli, yüz illərdi Təbrizə, Dərbəndə, İrəvana – dörd-beş yerə parçalanan və öz dədə-baba torpaqları ilə həmsərhəd olan millətin bütövləşməsi üçün tarixi şansdan bəhrələnməliyik. Bu gün Azərbaycan dövləti, dövlət rəhbəri, Azərbaycanı sevən hər ziyalı, hər kəs üçün Qərbi Azərbaycana qayıdış işi, konsepsiyası müqəddəs Karvan Yolunda bir ulduz olmağı bacarmaqdı. Bu məqsəd üçün atılan hər addım bizi tarixi qələbəyə aparır, itirdiklərimizi qaytarmağa aparır, özümüzü özümüzə qaytarmağa, müqəddəs qəbirlərimizi və ziyarətgahlarımızı ziyarətə aparır. Bu müqəddəs səfərə hazırlaşan hər kəs özlüyündə bir zəvvardı, onun büründüyü ehram onun mənəviyyatı, ata-babasına olan məhəbbəti, millətinə, dövlətinə, torpaqlarının bütövlüyünə sədaqətidi...

Əksinə, bu işə mane olanlar üçün isə ən yüngül söz: “Sapı özümüzdən olan baltalar”dı. Zəngəzura, Göyçəyə... – qədim Azərbaycan torpaqlarına qayıdış üçün Qərbi Azərbaycan İcmasının apardığı məqsədyönlü iş üçün dövlətimizin rəhbərinin xeyir duası, tövsiyə, kömək və göstərişi bu gün gündəmdədi və Azərbaycanı sevənlər üçün bir sevinc, qürur dolu tarixi hadisədir. Bu işdə baba yurdlarına dönüş var, mədəni, mənəvi irsimizin, yüz illərdi itirilənlərin bərpası var və hər şeydən qabaq düşmən ayağı altında olan torpaqlarımıza – ata-baba yurdlarımıza qayıdış var . Buna kömək etmək, xeyir-dua vermək əvəzinə bəziləri, özü də özünə “ziyalı” deyən, yüksək vəzifələrdə işləmiş, babasının qəbirləri düşmən ayağı altında olanlar hədyan deyir, irad tuturlar. Gündəmdə qalmaq naminə, “mən də varam” naminə öz mənliyini ayaqlar altına atan, təlxəklik edənlər düşünmürlərmi ki, bu, millətin, dövlətin ümumxalq işidir. Bu, yağı dəyirmanına su tökmək, dünyanın hegemon dövlətlərindən dəstək alan, başımıza min cür müsibətlər gətirən çox hiyləgər və bizə qarşı sonsuz nifrəti olan, son dərəcə haqsız bir düşmənə dəstək olmaqdı. Və çox maraqlıdır ki, elə bir ziyalıya qara yaxmağa çalışırlar ki, özlərinin və gördüyü işlərin çəkisi o ziyalının – Əziz Ələkbərlinin Qərbi Azərbaycanla bağlı tədqiqiatlarının, əsərlərinin bir vərəqinin çəkisi qədər deyil. Onların bu çirkin addımları təkcə Ə.Ələkbərliyə yox, həm də mənə və mənim kimi yüz minlərlə Qərbi Azərbaycanda doğulmuş insanlara qarşıdır. Və həm də dövlət rəhbərinə qarşıdır. Çünki Azərbaycan Respublikasının Prezidenti doğum günündə Qərbi Azərbaycandan olan ziyalılarla görüşündə: – doğum günümü ancaq ailə üzvlərimlə qeyd eləmişəm və hesab edirəm ki, bugünkü gün istisna deyil, yenə də ailə üzvlərimlə birlikdə qeyd edirəm, – deməsi Azərbaycanı sevən və bizə düşmən olanlara çox tutarlı bir mesaj deyilmi?!
Burda Azərbaycanın bütöv olması üçün millətimizin birliyinə, bütün çətinlikləri, problemləri yalınız doğma insanlarla həll etməyin mümkünlüyünə eyham deyilmi?! Bəli, prezidentin Qərbi Azərbaycan İcmasına rəhbərlik etməyi ehtimad etdiyi insana – Ə.Ələkbərliyə qarşı deyilən hər söz Azərbaycanın bütövlüyü üçün çalışan hər kəsə deyilən sözdü. Siz fərqindəsinizmi bu alim hansı əzab əziyyətlə, hansı zəhmətlə Qərbi Azərbaycanla bağlı qırxa yaxın tədqiqat əsərini ərsəyə gətirib?! Siz fərqindəsinizmi ki, bu gün sizin gündəmdə olmaq üçün bir ziyalıya qarşı dediyiniz söz yurdlarımıza dönmək üçün qayıdan karvana mane olmaqdı. Siz düşünə bilərsiniz ki, mən həmin icmanın şöbə müdiri olduğuma görə ona yarınmaq üçün bu sözləri deyə bilərəm...
Mən Əziz müəllimi otuz ilə yaxındır ki, tanıyıram və bəlkə də kitabları işıq üzü görəndə də, dörməmişdən qabaq da ilk oxucularından biri mən olmuşam. Biz bir məfkurənin, bir əqidənin adamları olduğumuzdan, onun millətə, dövlətə və dövlətçiliyimizə xidmət etdiyindən, həm də dədə-baba torpaqlarımızın tarixini yaratdığından mən onun silahdaşı, milli ideya, milli mənlik soydaşıyam. Bizim bir-birimizə hörmət və münasibətimiz də vətənpərvərlikdən qaynaqlanır. Mən onlarla bədii, publisistik əsərlərin, kitabın müəllifi olan yazaram və bədii yazılarımdakı vətən həsrəti, yurd istəyi, başımıza gələn fəciələri də Əziz müəllim özününkü sayır və sayıb. Otuz ildən çoxdur ki, mənim bütün əsərlərimin redakroru da məhz Əziz Ələkbərlidir.
Biz tanış olduğumuz ilk gündən ata-baba yurdlarımıza qayıtmaq amalı üçün çalışmışıq. Mən yazıçı kimi bədii əsərlərimdə, telejurnalist kimi verilişlərimdə, Əziz müəllim də bir alim kimi öz tədqiqatlarında, araşdırmalarında. Belə bir insana qara yaxmaq millətinə, dövlətinə qara yaxmaqdır, düşməni sevindirib, dostu kədərləndirməkdir. Sizdə vətənpərlik, təəssübkeşlik olsa Qərbi Azərbaycandan, ya ölkəmizin başqa guşələrindən olan ziyalılar kimi gəlib deyərdiniz ki, mən nə kömək edə bilərəm. Azərbaycan Respublikasının Prezidentinin QAİ-nin binasının açılışındakı çıxışına qulaq asandan sonra siz qayıdış konsepsiyası haqqında təklifinizi vermiş olsaydınız öz ziyalılığınızı ortaya qoymuş olardınız.
Amma çox təssüflər... Elə ümummilli təəssübkeşlik var ki, orda nə iqtidar, nə müxalifət, nə də Şəkili-Bakılı sərgilənmir, 44 günlük müharibədə olduğu kimi. Qərbi Azərbaycana qayıdış da o müharibənin davamıdır, amma topsuz-tüfəngsiz – silahsız, sülhlə. Burda ziyalı da, fəhlə də, qulluqçu da mərhum S.Vurğunun dediyi kimi olmalıdır:
Bilsin ana torpaq, eşitsin Vətən
Müsəlləh əsgərəm mən də bu gündən...

Qərbi Azərbaycanlı “ziyalısı”, dediyin sözlərin, atdığın addımın fərqindəsənmi ki, bu gün Şimaldan, Cənubdan, Qərbdən Vətənimizə olan düşmən təpkilərinə dəstək olursan?! Ay ata-baba qəbirləri düşmən ayağı altında olan insan. Görünür sizin kimilər üçün fərqi yoxdu – rəhmətlik Sabir demiş: “millət necə tarac olur-olsun nə işim var, düşmənlərə möhtac olur-olsun nə işim var?!”
Sizin Əziz Ələkbərliyə atdığınız “tolamazdı” balalarınıza, babalarınıza atdığınızdı, əgər özünüzü dərk edirsinizsə. Bəli, bu gün Qərbi Azərbaycan İcmasının yolu Karvan Yoludu – dədə-baba yurdlarımıza gedən yol!
Miraslan BƏKİRLİ
yazıçı-jurnalist


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!