Əraqçı ABŞ və İsrailin siyasətini sərt tənqid edib .....                        İsrail–Livan danışıqları Vaşinqtonda keçiriləcək .....                        Tramp: "İranla razılaşma ilə bağlı çox nikbinəm" .....                        Rumıniya ABŞ-dən icazə istəyir: Azərbaycan nefti emal oluna bilər .....                        Tramp Netanyahudan xahiş etdi .....                        Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırdı .....                        Fidan: "İsrailin siyasəti ilə sülh mümkün olmayacaq" .....                        Cənubi Koreya İrana xüsusi nümayəndə göndərir .....                        Azərbaycanla Litva arasında dostluq əlaqələrinin inkişafı müzakirə olunub .....                       
1-04-2026, 21:06
Sarkisyanın partiyası seçkidə iştirak etməyəcək


Sarkisyanın partiyası seçkidə iştirak etməyəcək

Serj Sarkisyanın partiyası Ermənistanda keçiriləcək parlament seçkilərində iştirak etməyəcək.
Sabiq prezidentin rəhbərlik etdiyi "Respublika Partiyası" hərtərəfli müzakirədən sonra bu qərara gəlib.
1-04-2026, 20:23
Xamenei: "Ölkənin siyasəti dəyişməzdir"


Xamenei: "Ölkənin siyasəti dəyişməzdir"

Ölkənin siyasəti dəyişməzdir.
Bu sözləri İranın Ali Rəhbəri Ayətullah Müctəba Xamenei X hesabındakı paylaşmında bildirib.
"İran İslam Respublikasının ardıcıl siyasəti İmam Xomeyninin yolu ilə davam edərək Amerika qarşı müqavimətə dəstəyini davam etdirməkdir. Bu xətt şəhid olmuş liderlərin ideyalarına sadiqlik çərçivəsində həyata keçirilir", - Xameneini bildirib.
1-04-2026, 20:03
Cavid Vəkilov yazır: Gənclərin formalaşmasında   QHT-lərin əhəmiyyəti


Cavid Vəkilov yazır:

Gənclərin formalaşmasında

QHT-lərin əhəmiyyəti


Müasir dövrdə cəmiyyətin inkişafı birbaşa gənclərin bilik səviyyəsi, dünyagörüşü və fəallığı ilə ölçülür. Bu baxımdan gənclərin düzgün istiqamətdə formalaşması yalnız ailə və təhsil müəssisələrinin deyil, həm də qeyri-hökumət təşkilatlarının (QHT-lərin) üzərinə düşən mühüm vəzifələrdən biridir. QHT-lər son illərdə gənclərin inkişafında alternativ və dinamik platforma kimi çıxış edərək onların həm şəxsi, həm də peşəkar bacarıqlarının formalaşmasına mühüm töhfə verir.
QHT-lərin fəaliyyətinin əsas üstünlüklərindən biri onların qeyri-formal təhsil imkanları yaratmasıdır. Ənənəvi təhsil sistemi daha çox nəzəri biliklərə əsaslandığı halda, QHT-lərdə keçirilən təlimlər, seminarlar və layihələr praktik yönümlü olur. Burada gənclər real problemlərin həllində iştirak edir, layihələrin hazırlanması və icrası prosesində yer alır, komanda şəklində işləməyi öyrənirlər. Bu cür təcrübə onların analitik düşüncə qabiliyyətini inkişaf etdirir və gələcək əmək fəaliyyətində daha hazırlıqlı olmalarına şərait yaradır.
Könüllülük fəaliyyəti QHT-lərin gənclərə təqdim etdiyi ən vacib imkanlardan biridir. Könüllü kimi müxtəlif sosial layihələrdə iştirak edən gənclər cəmiyyətin problemlərinə daha həssas yanaşmağa başlayır, empati qurmağı və sosial məsuliyyət hissini inkişaf etdirirlər. Bununla yanaşı, onlar ünsiyyət, təşkilatçılıq və liderlik kimi vacib bacarıqlara yiyələnirlər. Bir çox hallarda gənclər üçün ilk iş təcrübəsi məhz bu fəaliyyətlər vasitəsilə formalaşır.
QHT-lər həmçinin gənclərin sosial fəallığını artırmaqda mühüm rol oynayır. Onlar gəncləri ictimai proseslərdə iştirak etməyə təşviq edir, müxtəlif sosial təşəbbüslər və kampaniyalar vasitəsilə cəmiyyətə faydalı fərdlərə çevrilmələrinə kömək edir. Bu prosesdə gənclər öz hüquq və vəzifələrini daha yaxşı anlayır, vətəndaş məsuliyyəti hissi formalaşır.
Bununla yanaşı, QHT-lər gənclərin beynəlxalq səviyyədə inkişafına da geniş imkanlar yaradır. Müxtəlif proqramlar və layihələr vasitəsilə gənclər digər ölkələrdən olan həmyaşıdları ilə ünsiyyət qurur, yeni mədəniyyətlərlə tanış olur və daha geniş dünyagörüşü əldə edirlər. Bu isə onların daha açıq fikirli və çevik düşünən fərdlər kimi yetişməsinə kömək edir.
Nəticə etibarilə, QHT-lər gənclərin hərtərəfli inkişafında mühüm rol oynayan əsas institutlardan biridir. Onlar gənclərə yalnız bilik və bacarıq qazandırmır, eyni zamanda onları aktiv, məsuliyyətli və təşəbbüskar vətəndaşlar kimi formalaşdırır. Müasir cəmiyyətin gələcəyi məhz bu cür inkişaf etmiş və fəal gənclərdən asılıdır.

Cavid Vəkilov,

Gənc İctimai-Siyasi Fəal
Müvəkkil Hüquq Mərkəzi Könüllülər Departamentinin rəhbəri
1-04-2026, 19:59
Bakı və Türkmənbaşı limanları əməkdaşlığı genişləndirir - FOTO


Bakı və Türkmənbaşı limanları əməkdaşlığı genişləndirir - FOTO

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov və Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Nökərqulu Ataqulıyev arasında Bakı Beynəlxalq Dəniz Limanında görüş keçirilib.
Türkmənistan nümayəndə heyətinə Bakı Limanı haqqında, o cümlədən ADY-yə inteqrasiyasından sonra burada görülmüş işlər və Orta Dəhlizlə multimodal daşımalarda limanın rolu barədə geniş məlumat verilib.
Qeyd olunub ki, ötən il limanda rekord həcmdə - 100 min TEU konteynerdən çox yük aşırılıb, bu da Azərbaycanın nəqliyyat infrastrukturuna böyük investisiyalarının nəticəsində mümkün olub.
İkitərəfli müzakirələr zamanı Türkmənbaşı Beynəlxalq Dəniz Limanında dəniz dibinin dərinləşdirilməsi ilə infrastrukturun təkmilləşdirilməsi və liman üzərindən yükdaşımaların artırılması barədə fikir mübadiləsi aparılıb.
Tərəflər iki ölkənin dəmir yolları və beynəlxalq dəniz limanları arasında koordinasiyalı fəaliyyətin təmin edilməsi üçün rəqəmsal məlumat mübadiləsinin vacibliyini qeyd ediblər.
Eyni zamanda, Orta Dəhlizin və Avrasiya Nəqliyyat Marşrutunun inkişafı çərçivəsində multimodal daşımalar üzrə əməkdaşlığın genişləndirilməsi və Şərq-Qərb-Şərq istiqamətində yük axınının artırılması üçün görülə biləcək işlər vurğulanıb.







1-04-2026, 19:48
Ceyhun Bayramov Hindistanın yeni səfirini qəbul edib - FOTO


Ceyhun Bayramov Hindistanın yeni səfirini qəbul edib - FOTO

1 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Hindistanın ölkəmizə yeni təyin olunmuş səfiri Abhay Kumarı qəbul edib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Hindistan arasında mövcud münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin əməkdaşlıq məsələləri ilə yanaşı, iki ölkə arasında fikir ayrılığı təşkil edən məsələlərin müzakirəsi baxımdan faydalı olacağını qeyd ediblər.
Görüşdə ölkələr arasında tarixi münasibətlərin əlaqələrin təməlini formalaşdırdığı bildirilib, birbaşa təyyarə reyslərinin mövcudluğu, turizm və təhsil sahəsində əməkdaşlığın inkişafı ilə bağlı məmnunluq ifadə olunub.
Enerji sahəsində əməkdaşlığa toxunularaq, Hindistanın "ONGC Videsh" şirkətinin Azərbaycanın "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərində paya sahib olması ikitərəfli iqtisadi əlaqələrin mühüm istiqamətlərindən biri olduğu bildirilib.
Görüş zamanı, həmçinin Yaxın Şərqdə mövcud gərginlikdən narahatlıq ifadə olunub. Hindistan səfiri ölkəsi adından İran ərazisindən Hindistan vətəndaşlarının təxliyəsi zamanı göstərilən dəstəyə görə Azərbaycan tərəfinə dərin təşəkkürünü ifadə edib.
Nazir Ceyhun Bayramov səfiri yeni təyinatı münasibətilə təbrik edərək ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Səfir Abhay Kumar səmimi qəbula görə təşəkkürünü bildirərək, fəaliyyəti dövründə Azərbaycan-Hindistan münasibətlərinin bütün istiqamətlər üzrə genişləndirilməsinə töhfə vermək niyyətində olduğunu xüsusi vurğulayıb.

1-04-2026, 19:32
Xamenei ictimaiyyət qarşısına çıxacaq


Xamenei ictimaiyyət qarşısına çıxacaq

İranın Ali Rəhbəri Ayətullah Müctəba Xameneinin səhhəti yaxşıdır.
Bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi bildirib.
Onun sözlərinə görə, Müctəba Xamenei müəyyən müddətdən sonra ictimaiyyət qarşısına çıxacaq.
1-04-2026, 19:19
Ermənistanda Qarabağ hərəkatına son qoyulmalıdır - Paşinyan


Ermənistanda Qarabağ hərəkatına son qoyulmalıdır - Paşinyan

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətlərin Ermənistan üçün vacib olduğunu bildirib.
Paşinyan bunu Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşündə bildirib.
O vurğulayıb ki, Azərbaycanla sülh İrəvanın Moskva ilə münasibətlərinə müsbət təsir göstərir.
"Əlbəttə ki, Rusiya ilə münasibətlərimiz çox dərindir, bizim üçün çox vacibdir. Fikrimcə, bu münasibətlər regionumuzdakı yeni reallıqlar kontekstində, nəhayət ki, Ermənistan və Azərbaycan arasında sülh bərqərar olduqda dinamik şəkildə inkişaf edir", - Ermənistanın Baş naziri bildirib.
Paşinyan Putinin Bakı və İrəvan arasındakı münasibətlərin normallaşmasında mühüm və əsas rolunu vurğulayıb: "Aydındır ki, siz də şəxsən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində əsas, çox vacib rol oynamısınız və oynamaqda davam edirsiniz".
Paşinyan Ermənistanda Qarabağ hərəkatına son qoyulmasının vacibliyini də vurğulayıb. Bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub, iki ölkə bir-birinin ərazi bütövlüyünü tanıyıb.
"Qarabağa gəldikdə isə, biz bunu dəfələrlə, əsasən, işçi formatda müzakirə etmişik. Bəli, biz Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdıq, lakin bunu yalnız Rusiya Federasiyasının ali rəhbərliyi bu barədə iki dəfə publik şəkildə danışdıqdan sonra etdik. Xatırlayırsınız, biz bu barədə dəfələrlə danışmışıq.
Biz KTMT ilə problemlərimizi heç vaxt gizlətməmişik, çünki 2022-ci ildə konkret bir vəziyyəti var idi və KTMT mexanizmləri işləməli idi, amma işləmədi. Bu, əlbəttə ki, KTMT ilə münasibətlərimizdə yaranan vəziyyətə gətirib çıxardı".
Paşinyan həmçinin Ermənistanın tezliklə Azərbaycan vasitəsilə Rusiyaya mal ixrac edəcəyinə ümid etdiyini söyləyib.
O əlavə edib ki, Ermənistan və Rusiya arasındakı münasibətlər heç vaxt sual altında olmayacaq.
1-04-2026, 18:59
Əli Əsədov TDT-nin Baş katibi ilə görüşdü


Əli Əsədov TDT-nin Baş katibi ilə görüşdü

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 1-də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev ilə görüşüb.
Bu barədə Nazirlər Kabinetindən xəbər verilib.
Görüşdə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub, təşkilatın çoxtərəfli platforma qismində artan rolu vurğulanıb.
Təşkilata üzv dövlətlər arasında siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlığın son illər ərzində əhəmiyyətli dərəcədə genişləndiyi qeyd edilib.
Görüşdə Azərbaycanın TDT-yə sədrliyi dövründə əməkdaşlığın daha da inkişaf etdirilməsi, təşkilatın beynəlxalq nüfuzunun artırılması istiqamətində səylərin davam etdiriləcəyi bildirilib.
1-04-2026, 18:51
Özbəkistanın Baş naziri Azərbaycana gəldi


Özbəkistanın Baş naziri Azərbaycana gəldi

Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov aprelin 1-də Azərbaycan Respublikasına səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.
1-04-2026, 18:46
Kremldə Putin-Paşinyan görüş keçirilir


Kremldə Putin-Paşinyan görüş keçirilir

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar aparır.
Paşinyan Moskvada səfərdədir.
Bildirilib ki, görüşdə tərəflərin Rusiya-Ermənistan strateji tərəfdaşlığının mövcud vəziyyətini və perspektivlərini, əsas regional məsələləri, eləcə də Cənubi Qafqazda iqtisadi, nəqliyyat və logistika əlaqələrinin inkişafını müzakirə edəcəkləri gözlənilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!