Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
24-01-2023, 22:21
Conson Ukraynanın NATO-ya üzvlüyünü vacib hesab edir


Conson Ukraynanın NATO-ya üzvlüyünü vacib hesab edir

Böyük Britaniyanın sabiq baş naziri Boris Conson Ukraynanın NATO-ya üzvlük perspektivlərindən danışıb. Conson bunun vacib olduğunu vurğulayıb. "Ukrayna aydınlıq, sabitlik və uzunmüddətli sülh naminə NATO-ya daxil olmalıdır", - deyə keçmiş baş nazir qeyd edib. Qeyd edək ki, Conson ötən həftə Ukraynaya səfər etmişdi.
24-01-2023, 22:16
Xarici İşlər Nazirliyində dilimizi bilən adam yoxdur - Deputat


Xarici İşlər Nazirliyində dilimizi bilən adam yoxdur - Deputat

Xarici İşlər Nazirliyində Azərbaycan dilini bilən bir adam yoxdur. Bilənlər də yaddan çıxarıb. Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin iclasında deputat Nizami Cəfərov deyib. Deputat bəzi sözlərin tərcüməsində səhvlərin olduğunu bildirib: “Qeyri-maddi ifadəsini dəyişdirə bilmirik, hərfi tərcümə edirik. Bizim dilimizi məhv edən konvensiyalarıdır. “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsinin adını düzgün yazmaq lazımdır. Qeyri-maddi mədəni nədir?.Mən dilçiliklə məşğulam, amma bilmirəm bu nədir. Bunun izahını vermək lazımdır. UNESCO-da Novruz bayramı qeyri-maddi mədəni irs kimi qeydiyyatdan keçib. Bu necə qeyri-maddi mədəni irs ola bilər? Xarici İşlər Nazirliyi ilə də müzakirələr aparmaq lazımdır, amma nazirlikdə Azərbaycan dilini bilən bir adam yoxdur”.
24-01-2023, 22:12
BMT-nin baş katibindən Talibana çağırış


BMT-nin baş katibindən Talibana çağırış

BMT-nin baş katibi Antonio Quterreş Əfqanıstanda 2021-ci ilin avqustundan hakimiyyəti ələ keçirmiş Taliban qruplaşmasını qadınların təhsil hüququnu əlindən alan qərarını ləğv etməyə çağırıb. O, twitter səhifəsində bu barədə yazıb. "İndi təhsilə əlçatanlığı əngəlləyən bütün diskriminativ qanun və qərarlara son verməyin vaxtıdır. Talibanı Əfqanıstandakı qız uşaqları və qadınların orta və ali təhsilə çatımlılığına yönələn çirkin və öz-özünü baltalayan qadağanı aradan qaldırmağa çağırıram", - deyə baş katib qeyd edib. Xatırladaq ki, bu gün Beynəlxalq Təhsil Günüdür.
24-01-2023, 22:07
Ermənistan ombudsmana yeni namizəd təyin edib


Ermənistan ombudsmana yeni namizəd təyin edib

Ermənistanda ombudsman vəzifəsinə hakimiyyətin yeni namizədinin kimliyi müzakirə olunur. “Hraparak” qəzeti öz mənbələrinə istinadən əmək nazirinin müavini Tatevik Stepanyanın bu vəzifəyə təyin olunacağını yazıb. Qəzet bildirir ki, 40 yaşlı namizəd 2020-ci ilə qədər geyim mağazalarından birində menecer işləyib. "Həmçinin onun bioqrafiyasında müxtəlif kurslar və ictimai fəaliyyətlər var", - deyə "Hraparak" yazıb. Qeyd edək ki, Ermənistanın sabiq ombudsmanı Kristine Qriqoryan dünən istefa verib.
24-01-2023, 16:13
Zelenskidən müharibənin 11-ci ayının tamamlanmasıyla bağlı paylaşım


Zelenskidən müharibənin 11-ci ayının tamamlanmasıyla bağlı paylaşım

Ukrayna prezidenti Volodimir Zelenski müharibənin başlamasının 11-ci ayının tamam olması ilə əlaqədar paylaşım edib. Onun paylaşımı rəsmi "Telegram" kanalında yerləşdirilib. "Bu gün tam 11 ay tamam olur ki, genişmiqyaslı müharibə gedir. 335-ci gündür. Bütün qüvvələrimizi bir şey naminə birləşdirəcəyik - qələbə. Ukraynanın qələbəsi naminə!", - deyə Zelenski yazıb. Qeyd edək ki, müharibə ötən ilin 24 fevralında başlayıb.
24-01-2023, 15:23
Zelenskidən müharibənin 11-ci ayının tamamlanmasıyla bağlı paylaşım


Zelenskidən müharibənin 11-ci ayının tamamlanmasıyla bağlı paylaşım

Ukrayna prezidenti Volodimir Zelenski müharibənin başlamasının 11-ci ayının tamam olması ilə əlaqədar paylaşım edib. Onun paylaşımı rəsmi "Telegram" kanalında yerləşdirilib. "Bu gün tam 11 ay tamam olur ki, genişmiqyaslı müharibə gedir. 335-ci gündür. Bütün qüvvələrimizi bir şey naminə birləşdirəcəyik - qələbə. Ukraynanın qələbəsi naminə!", - deyə Zelenski yazıb. Qeyd edək ki, müharibə ötən ilin 24 fevralında başlayıb.
24-01-2023, 15:18
Almaniyanın Ukraynaya dəstəyi münasibətlərimizə təsir edəcək - Peskov


Almaniyanın Ukraynaya dəstəyi münasibətlərimizə təsir edəcək - Peskov

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Ukraynaya tank tədarükündən danışıb. O, Almaniyanın belə addım atacağı təqdirdə Moskvanın necə reaksiya verəcəyini açıqlayıb. "Kiyevə "Leopard" tanklarının tədarükü istər-istəməz Rusiya və Almaniya arasında gələcək münasibətlərə təsir göstərəcək", - deyə Peskov Berlinə xəbərdarlıq edib. "Kremldə Kiyevin Minskə hücum etməmək paktı təklif etdiyinə dair heç bir məlumat yoxdur. Zelenski ilə CIA-in Yevgeni Priqojinin həyatına sui-qəsdi müzakirə etdiyi barədə məlumatı xüsusi xidmət orqanlarından soruşmaq lazımdır. Rusiya Federasiyası nadir və dəyərli mütəxəssislərin, o cümlədən İT sənayesinin mütəxəssislərinin geri qayıtması üçün şərait yaratmaqda maraqlıdır", - deyə sözçü əlavə edib.
24-01-2023, 15:07
XİN rəhbəri Zəngəzur dəhlizinin xüsusi əhəmiyyətindən danışdı


XİN rəhbəri Zəngəzur dəhlizinin xüsusi əhəmiyyətindən danışdı

Zəngəzur dəhlizi bütün bölgə ölkələri arasında əməkdaşlığın inkişafı üçün xüsusi əhəmiyyət daşıyacaq. Bunu İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 26-cı iclasında çıxışı zamanı xarici işlər naziri Ceyhun Bayramov bildirib. Nazir, həmçinin Azərbaycanın Şərqi Zəngəzur İqtisadi Rayonundan Naxçıvan Muxtar Respublikasına nəqliyyat dəhlizinin yaradılması istiqamətində görülən tədbirlərin vacibliyini vurğulayıb.
24-01-2023, 15:03
Makron erməni həmsədrləriylə Qarabağdakı vəziyyəti müzakirə etdi


Makron erməni həmsədrləriylə Qarabağdakı vəziyyəti müzakirə etdi

Fransa prezidenti Emmanuel Makron Yelisey sarayında Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədrləri Ara Toranyan və Murad Papazyanı qəbul edib. Məlumatı Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının mətbuat xidməti yayıb. Emmanuel Makron erməni icmasının nümayəndələri ilə Laçın yolunda azərbaycanlı ekofəalların keçirdiyi aksiya nəticəsində Qarabağda yaranmış vəziyyəti müzakirə ediblər. Ara Toranyan və Murad Papazyan Fransa Prezidenti tərəfindən onlara göstərilən diqqətə görə minnətdarlıqlarını və Fransanın Qarabağ ermənilərinin müdafiəsində öz rolunu gücləndirəcəyinə ümid etdiklərini bildiriblər.
24-01-2023, 14:59
Sabaha olan hava şəraiti - Buludlu, yağmursuz olacaq


Sabaha olan hava şəraiti - Buludlu, yağmursuz olacaq

Azərbaycanda yanvarın 25-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz hava hökm sürəcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!