Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
6-01-2023, 00:15
Xersona vurulan ağır zərbələr bir ailənin məhvinə səbəb oldu


Xersona vurulan ağır zərbələr bir ailənin məhvinə səbəb oldu

Rusiya ordusu Ukraynanın Xerson vilayətinə aviazərbələr endirib. Mərmilər vilayətin Berislav şəhərinə düşüb. Ukrayna Prezident Ofisi rəhbərinin müavini Kiril Timoşenko bildirib ki, mərmilərdən biri yaşayış binasına dəyib, nəticədə evdə olan ata, ana və onların 12 yaşlı oğlu həlak olub. “Rusiya səhər “Milad atəşkəsi” haqqında danışır, lakin günortaya qədər bütün ailəni öldürür. Ata, ana və onların 12 yaşlı oğlunun günahı nədir? Onlar sadəcə ukraynalıdır”, - Kiril Timoşenko qeyd edib.
6-01-2023, 00:13
Ərdoğan Zelenski bəzi məsələləri müzakirə etdi


Ərdoğan Zelenski bəzi məsələləri müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı aparıb. Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı Türkiyənin Ukraynaya humanitar yardımı və enerji dəstəyi, taxıl dəhlizindəki inkişaflar müzakirə edilib. Ərdoğan Rusiya ilə Ukrayna arasında davamlı sülhün bərqərar olması üçün köməklik və vasitəçilik vəzifəsini üzərinə götürməyə hazır olduqlarını bildirib. Əsirlərin dəyişdirilməsi ilə bağlı işlərinin davam etdiyini vurğulayan Türkiyə lideri Zaporojye Atom Elektrik Stansiyasında prosesi sürətləndirmək üçün diplomatik töhfələr verə biləcəyini vurğulayıb.
5-01-2023, 14:15
Temperatur aşağı düşəcək - Yağış, arabir qar yağacaq


Temperatur aşağı düşəcək - Yağış, arabir qar yağacaq

Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim, isti hava şəraitindən sonra yanvarın 8-dən başlayaraq havanın dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. G.Məmmədova qeyd edib ki, şimal-şərq küləyi ayın 7-si axşamdan 8-i gündüzədək yarımadanın bəzi yerlərində arabir güclənəcək: "Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12 dərəcə enərək, yanvarın 10-11-də gecə 2 dərəcəyədək şaxta, gündüz 0 dərəcəyə yaxın olacaq. Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq yanvarın 7-si axşamdan ayın 12-dək ölkə ərazisində havanın dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi gözlənilir”. Nazirlik rəsmisinin sözlərinə görə, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək: "Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12 dərəcə enərək, gecə 0-5 dərəcə şaxta, gündüz 4 dərəcəyədək isti, dağlıq rayonlarda isə gecə 10-15, gündüz 5-8 dərəcə şaxta olacaq. Gözlənilən yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlama ehtimalı var".
5-01-2023, 14:13
Hospitaldan oksigen aparatı oğurlandı


Hospitaldan oksigen aparatı oğurlandı

Bakıda hospitaldan oğurluq edilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib. Məlumata görə, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2022-ci il dekabrın 22-də A.Aqarunov küçəsində yerləşən hospitalın həyətindən 5180 manat dəyərində oksigen aparatını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Mirzəyev saxlanılıb.
5-01-2023, 14:10
Paşinyan Laçın dəhliziylə bağlı gözləntilərini qeyd etdi


Paşinyan Laçın dəhliziylə bağlı gözləntilərini qeyd etdi

Ermənistan baş naziri Nikol Paşinyan ölkəsinin Rusiyadan Laçın dəhlizinin açılması ilə bağlı gözləntilərini dilə gətirib. Paşinyan bu barədə hökumətin iclasında çıxış edib. "Ermənistan dünya ictimaiyyətindən, o cümlədən Rusiyadan Laçın dəhlizinin açılması ilə bağlı daha çox addımlar gözləyir", - deyə Paşinyan bildirib. Ermənistan baş naziri, həmçinin yeni yaradılacaq Daxili İşlər Nazirliyi haqqında da danışıb. O bildirib ki, nazirlik artıq de-yure formalaşdırılıb, hazırda təşkilati işlər görülür. Paşinyan nazir və müavinlərinin gələn həftə təyin oluna biləcəyini söyləyib. O, eyni zamanda qeyd edib ki, yeni qurumun yaradılması müvafiq sahədə effektivliyi artıracaq. Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 25 gündür davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji cinayətlərə son qoyulması tələbi ilə keçirilir.
5-01-2023, 14:07
Xamenei Fransanın satirik jurnalının üz qabığında


Xamenei Fransanın satirik jurnalının üz qabığında

Fransanın qalmaqallı satirik jurnalı olan “Charlie Hebdo” üz qabığında İranla bağlı karikatura yerləşdirib. Xüsusilə də İranın ali rəhbəri Əli Xameneinin karikaturaları jurnalın səhifələrini bəzəyib. Həftəlik jurnalın İslam respublikasının ən yüksək dini və siyasi xadimini ələ salan onlarla karikatura dərc etməsi İranla Fransa arasında diplomatik qalmaqala səbəb olub. Bununla əlaqədar olaraq İran Xarici İşlər Nazirliyi (XİN) Fransa səfirini çağırıb, ona etirazını bildirib və nota təqdim edib. İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian isə bildirib ki, Fransanın bu addımı cavabsız qalmayacaq: “Fransa nəşrinin dini və siyasi hakimiyyətə qarşı karikaturalar dərc etməklə təhqiredici və nalayiq hərəkəti qəti cavabsız keçməyəcək. Biz Fransa hökumətinin öz hüdudlarından kənara çıxmasına icazə verməyəcəyik. Şübhəsiz ki, onlar yanlış yolu seçiblər”. Fransa isə İranın məsələyə münasibətini pisləyərək, Tehranın söz azadlığına qarşı çıxdığını bildirib. Həftəlik jurnal ötən ilin sentyabrında İranda başlayan etiraz hərəkatına dəstək məqsədilə belə addım atdığını bəyan edib. Belə ki, dekabr ayında İrandakı hadisələrlə bağlı karikatura müsabiqəsi elan olunub. Müsabiqəyə dünyanın bir çox ölkələrindən iştirakçılar tərəfindən 300 karikatura göndərilib. Bununla da İslam respublikasının ən yüksək dini və siyasi xadimini ələ salan onlarla karikatura dərc edilib. Karikaturalarda müəlliflər dini özbaşınalıq qarşısında azadlığa bağlılığı nümayiş etdiriblər. Eyni zamanda ali liderin din adı altında ölkəni məhv etdiyini, İranın gələcəyinin olmadığını bildiriblər. Maraqlı məqamlardan biri isə karikatura müəlliflərinin çoxunun iranlı olmasıdır. İranda və xaricdə yaşayan iranlılar adları gizli saxlanılmadan yarışmaya qoşulublar. Jurnalın son səhifəsində qeyd olunub ki, bütün iştirakçılar cəhənnəmə yer qazanıblar. Qeyd edək ki, “Charlie Hebdo” Fransada qalmaqallı media orqanı kimi tanınır. 2015-ci ilin yanvarında jurnalın Məhəmməd peyğəmbərin karikaturalarını dərc etməsi İslam dünyasının etirazına səbəb olmuşdu. Həmin ilin yanvarın 7-də qisas almaq məqsədilə silahlı şəxslər redaksiyaya hücum edərək 12 nəfəri öldürmüşdülər.









5-01-2023, 14:01
Azərbaycanlı sülhməramlı medalla təltif olundu


Azərbaycanlı sülhməramlı medalla təltif olundu

BMT Cənubi Sudanda fəaliyyət göstərən Azərbaycan sülhməramlısını medalla təltif edib. Bu barədə Azərbaycanın BMT-dəki nümayəndəliyi məlumat yayıb. Məlumatda bildirilir ki, mayor İlkin Xəlilov BMT-nin Cənubi Sudandakı Missiyasının hərbi üzvü kimi vəzifələrini layiqincə yerinə yetirdiyinə və sülhün qorunmasında xidmətlərinə görə BMT-nın medalı ilə təltif olunub.

5-01-2023, 13:56
İdman TV-yə yeni direktor təyin olundu


İdman TV-yə yeni direktor təyin olundu

Tanınmış teleaparıcı Rövşən Binnətli İdman TV-də direktor vəzifəsinə təyin olunub. Bununla bağlı "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov əmr imzalayıb. "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən məlumatı təsdiqləyiblər. Bu təyinata qədər R.Binnətli adıçəkilən televiziyanın direktor müavini idi, eyni zamanda direktor vəzifəsini icra edirdi. Qeyd edək ki, bununla bağlı ilk xəbəri manset.az yayıb.
5-01-2023, 13:53
Əli Əsədov Qarabağ və Şərqi Zəngəzurla bağlı qərar imzaladı


Əli Əsədov Qarabağ və Şərqi Zəngəzurla bağlı qərar imzaladı

Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər üçün müəyyən edilmiş vahid indekslərin siyahısı dəyişib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, Aqrar Sığorta Fondunun - 12-9/ kodu bu siyahıya əlavə edilib. Həmçinin, Xidmətlər bölməsi də Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər üçün müəyyən edilmiş vahid indekslərin siyahısına daxil edilib:
- 17-1/ Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti
- 17-2/ Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti.
Bu Qərar 2023-cü il yanvarın 1-dən qüvvəyə minib.
5-01-2023, 13:50
İran rəhbəri ölkəsinin kosmik nailiyyətləriylə bağlı danışdı


İran rəhbəri ölkəsinin kosmik nailiyyətləriylə bağlı danışdı

Prezident İbrahim Rəisi İranın kosmik sənayedəki nailiyyətləri haqda danışıb. İbrahim Rəisinin sözlərinə görə, Tehran bu sahədə sürətli irəliləyiş əldə etməklə Qərbin sanksiyaları və təcrid planlarının uğursuzluğunu sübut edib. Tehranda ölkənin Ali Kosmik Şurasının iclasında çıxış edən prezident qeyd edib ki, İran kosmik gəmilərin buraxılması texnologiyasına nail olan azsaylı ölkələrdən biridir. “Ölkənin Yerin orbitinə peyklərin yerləşdirilməsi sahəsində gələcək irəliləyişləri İran əleyhinə televiziya və peyk kanallarının yayımı sahəsində düşmənlərin planlarını zərərsizləşdirəcək”. Rəisi bildirib ki, kosmik sənaye ölkənin sərvətləri arasında olmaqla yanaşı, ölkənin ümumi gücünün artmasına töhfə verəcək. İranın ilk peyki “Ümid” 2009-cu ildə, “Müşahidə” peyki isə 2011-ci ildə orbitə göndərilib. 2012-ci ildə İran üçüncü yerli istehsalı olan “Navid” peykini orbitə çıxarıb. 2020-ci ilin aprelində ölkə ilk hərbi peykinin orbitə uğurla buraxıldığını elan edib. 2022-ci ilin martında isə Tehran ikinci hərbi peykini kosmosa göndərib. Həmçinin 2022-ci ilin avqustunda İran yüksək ayırdetmə qabiliyyətinə malik “Xəyyam” peykini orbitə çıxarıb. Peyk “Soyuz 2.1 B” raketindən istifadə etməklə, Moskvanın idarə etdiyi Qazaxıstandakı Baykonur kosmodromundan kosmosa göndərilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!