Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
2-12-2022, 14:03
Bu qanun layihəsi ilə bağlı yeni cərimə müəyyən edildi


Bu qanun layihəsi ilə bağlı yeni cərimə müəyyən edildi

Ölümün qeydə alınması qaydalarının pozulmasına görə inzibati məsuliyyət müəyyən edilir. Bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi təklif edilən yeni - 562-1-ci maddədə əksini tapıb. Yeni maddəyə əsasən, ölümün qeydə alınmasının pozulmasına görə cərimə müəyyənləşir. Layihəyə əsasən, tibb müəssisəsi tərəfindən ölüm haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə vəzifəli şəxslər 150 manatdan 300 manatadək məbləğdə cərimə ediləcək. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölüm haqqında məlumatın informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə də vəzifəli şəxslərin 150 manatdan 300 manatadək məbləğdə cərimə edilməsi təklif olunur. Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
2-12-2022, 13:59
Ərdoğanın sözçüsündən sərt reaksiya


Ərdoğanın sözçüsündən sərt reaksiya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın İsveçdə "Sweden Public TV"nin qonağı olub. İbrahim Kalın çəkiliş zamanı təxribatçı suallara tuş gəlib. O, Türkiyə ilə bağlı qərəzli sualdan əsəbiləşərək verilişi yarımçıq tərk edib. Jurnalistin Türkiyəni cinayətkarlar üçün təhlükəsiz liman kimi təsvir etməsi Kalının etirazına səbəb olub. Prezidentin sözçüsü deyib: “Əgər Türkiyənin mafiyaya bir növ sığınacaq verdiyini, onları qoruduğunu iddia edirsinizsə, bunu nəzərdə tutursunuzsa, mən bunu qəti şəkildə rədd edirəm. Türkiyə bu iddiaları qəti şəkildə təkzib edir. Deyirsiniz ki, Türkiyədə filan yer kokain qaçaqmalçılığının, yaxud narkotik alverçilərinin mərkəzidir. Bu fikir reallığı əks etdirmir. Haradır siz deyin yeri? Siz bütöv bir ölkəni dəhşətli bir şeydə ittiham edirsiniz. Türkiyə cinayətkarlar üçün sığınacaq yeri deyil". "Fərqli gündəminiz var. Siz Türkiyənin kokain qaçaqmalçılığının və mafiya liderlərinin mərkəzi olduğunu iddia edirsiniz. Bu, PKK və FETÖ-nün yaydığı yalan məlumatlardır. Bu sualı verməklə, siz jurnalistikanın prinsiplərinə zidd gedirsiniz. Çünki yalan ittihamları fakt kimi təqdim edib cavab gözləyirsiniz. Mən daha verilişə davam etmək istəmirəm. Verilişi dayandırın",- deyərək Kalın studiyanı tərk edib.
2-12-2022, 13:53
Türkiyə prezidenti: “Terrorçuların çörəyinə yağ çəkməyin”


Türkiyə prezidenti: “Terrorçuların çörəyinə yağ çəkməyin”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xarici mətbuat orqanlarını tənqid edib. Ərdoğan bu barədə II Beynəlxalq Strateji Kommunikasiya Zirvəsinin açılışına göndərdiyi məktubda qeyd edib. O, İstanbulun “İstiqlal” küçəsində baş vermiş son terror olayının beynəlxalq media tərəfindən işıqlandırılması zamanı istifadə olunan üsluba etirazını bildirib. “Xəbərin dili elədir ki, terrorçuların çörəyinə yağ çəkilir”, - deyə Türkiyə Prezidenti qeyd edib. Ərdoğan bu cür halların təkrarlanmasının və skandal xarakterli xəbərlərin dərc olunmasının yolverilməz olduğunu vurğulayıb.
2-12-2022, 13:50
Prezidentdən qanun layihəsi ilə bağlı təklif


Prezidentdən qanun layihəsi ilə bağlı təklif

Prezident İlham Əliyev “Dövlət-özəl tərəfdaşlığı haqqında qanun layihəsi”nə 2-ci oxunuş çərçivəsində 7 dəyişiklik təklif edib. Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib. “Həmin dəyişikliklər 2-ci oxunuşda öz əksini tapıb. Onlar əsasən uyğunlaşdırma, dəqiqləşdirmə və bir çox hallarda mexanizminin işləməsi ilə bağlı təkliflərdir”, - deyə komitə qeyd edib.
2-12-2022, 13:47
Sabah hava soyuq olacaq - Yağış, qar gözlənilir


Sabah hava soyuq olacaq - Yağış, qar gözlənilir

Dekabrın 3-də Bakıda və Abşeron yarımadasında gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 7-9° isti, Bakıda gecə 5-7° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 6-9° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.
2-12-2022, 13:42
Makrona reaksiya: “Həddini aşma!”


Makrona reaksiya: “Həddini aşma!”

Fransa Milli Assambleyası Senatın qətnaməsini kopyalayıb. Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov parlamentin bugünkü iclasında deyib. Komitə sədri Fransaya çağırış edərək bildirib: “Fransanın xarici işlər naziri qeyd edib ki, qətnamə Fransa hakimiyyətinin mövqeyini əks etdirmir. Bu qədər ikiüzlülük, bu qədər yalan olar? Bu qətnamədə yenə “Dağlıq Qarabağ” yazırlar. Orada Ermənistan abidələrinin qorunmasından danışırlar. Hansı erməni abidələrindən danışılır? Hamısı Azərbaycan abidəsi olub. Həmçinin qeyd edirlər ki, orada yaşayan ermənilərin təhlükəsizlik məsələsi vacibdir. Bəs Fransa 30 il ərzində bizim 1 milyondan çox qaçqınımız üçün niyə səsini çıxarmırdı. Görünür, Fransa yenə erməni lobbisinin qurbanı olub. Tarixə nəzər salsaq, görərik ki, bu günə qədər Fransa 5 respublika yaradıb, amma içini qura bilməyib. Afrikanın 14 ölkəsi Fransaya vergi verir, səbəb olaraq Fransa bildirir ki, mən sizə müstəqillik vermişəm. Artıq dünya ölkələri Fransanın üzünü görməlidir. Fransa niyə qoymur ki, Azərbaycan və Ermənistan arasında sülh yaradılsın, niyyəti nədir? Bilin və agah olun ki, Fransa Prezidenti, parlamenti həddinizi aşmayın, Qarabağ Azərbaycandır!”. Qeyd edək ki, bu yaxınlarda Fransa Milli Assambleyası Azərbaycan əleyhinə qətnamə qəbul edib.
2-12-2022, 13:38
Yük maşını aşdı, sürücü həyatını itirdi


Yük maşını aşdı, sürücü həyatını itirdi

Dekabrın 1-də saat 10 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində Biləsuvar rayon sakini Nadir Kazımovun idarə etdiyi yükü yanacaq olan “Mercedes” markalı avtomobil aşıb. Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Rəsmi məlumata görə, nəticədə sürücü hadisə yerində ölüb. Dağılan yanacaq yoldan təmizlənib. Hazırda Şuşa Rayon Polis Şöbəsində araşdırma aparılır.
2-12-2022, 13:35
Əlilliklə bağlı pensiyalarda dəyişiklik olacaq


Əlilliklə bağlı pensiyalarda dəyişiklik olacaq

Əlilliyin qiymətləndirilməsinin yeni qaydaları qüvvəyə mindikdən sonra təyin olunan pensiyanın məbləği də dəyişəcək. Yəni pensiyanın məbləği orqanizmin funksiyalarının pozulması faizindən asılı olacaq. 2023-cü ilin yanvar ayının 1-də qüvvəyə minəcək yeni qaydalara əsasən, əlillik I, II və III qrup dərəcələndirilməsi əsasında aparılmayacaq. Dövlət Sosial Müdafiə Fondunun Pensiya Təminatı Departamentinin müdiri Eyvaz İsmayılov ''Xəzər Xəbər''ə deyib ki, yeni qaydalara görə, əlillik orqanizm funksiyalarının pozulması faizinə uyğun təyin ediləcək. Yeni qaydalarda orqanizm funskiyaları 30 faizdən artıq pozulan şəxslərin əlilliyinin, xəstəliklərinin ağırlıq dərəcəsinə uyğun olaraq, 3 fərqli faiz aralığında müəyyən edilməsi nəzərdə tutulur. Yeni qaydalara əsasən, həmin şəxslərə təyin olunan pensiyanın məbləğinin əmək qabiliyyətinin itirilmə faizinə uyğun ödənilməsi mexanizmi müəyyən ediləcək. Başqa sözlə, əvvəlki qaydalarda eyni əlillik dərəcəsi olan şəxslərin sığorta göstəricilərinə görə hesablanan pensiya məbləğləri eyni idi. Ancaq yeni qaydalara görə, orqanizmin funksiyalarının pozulması faizi artdıqca şəxslərə ödənən pensiya məbləğləri də artacaq.
2-12-2022, 13:30
Baydendən Makrona hədiyyə


Baydendən Makrona hədiyyə

ABŞ və Fransa prezidentləri Co Baydenlə Emmanuel Makron bahalı hədiyyələr mübadiləsi aparıblar. Bu barədə Ağ Ev məlumat yayıb. ABŞ lideri həmkarına əvvəllər Ağ Evin həyətində yığılmış ağacdan hazırlanmış güzgü hədiyyə edib. Bundan başqa, Bayden Makrona amerikalı musiqiçilərin yazıları olan vinil disklər kolleksiyasını, həmçinin amerikalı ixtiraçı Tomas Edisonun 1877-ci ildə yaratdığı ilk fonoqraf patentinin arxiv surətini bağışlayıb. Makronun həyat yoldaşına isə qızıl və zümrüddən hazırlanmış bəzək əşyaları hədiyyə edilib. Makron öz növbəsində Baydenə vinil diski, Bayden və həyat yoldaşının ilk görüşdə baxdıqları 1966-cı ildə çəkilmiş "Kişi və qadın" filminin orijinal CD-sini verib. Bundan əlavə, fransalı lider ABŞ prezidentinə 2012-ci ildə iki ölkə arasında ilk tarixi əlaqələrin rəmzi olan Kristof Spasskinin fransız evinin hazırladığı yeməkləri, eləcə də dünyaca məşhur fransız brendi Saint James-in sviterini və LIP şirkətinin saatını hədiyyə verib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!