Oxumadan "Prava" almaq istəyənlərə XƏBƏRDARLIQ .....                        Bayraktar: Normallaşma Ermənistanla əməkdaşlığı gücləndirəcək .....                        Azərbaycanda ticarət mərkəzində dava .....                        Nərimanovda yaşayış binasında yanğın .....                        Təcili İranı tərk edin! - ÇAĞIRIŞ .....                        Yardımlıda ATIŞMA: Nə baş verir? .....                        Tramp İrana zərbə ehtimalını nəzərdən keçirir .....                        "Qarabağ" Nigeriyada bəyəndiyi iki oyunçunu Azərbaycana gətirir .....                        Müharibə üçün hər şey hazırdır! – Hər an başlaya bilər .....                       
Tarix : 2-12-2022, 13:59
Ərdoğanın sözçüsündən sərt reaksiya


Ərdoğanın sözçüsündən sərt reaksiya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın İsveçdə "Sweden Public TV"nin qonağı olub. İbrahim Kalın çəkiliş zamanı təxribatçı suallara tuş gəlib. O, Türkiyə ilə bağlı qərəzli sualdan əsəbiləşərək verilişi yarımçıq tərk edib. Jurnalistin Türkiyəni cinayətkarlar üçün təhlükəsiz liman kimi təsvir etməsi Kalının etirazına səbəb olub. Prezidentin sözçüsü deyib: “Əgər Türkiyənin mafiyaya bir növ sığınacaq verdiyini, onları qoruduğunu iddia edirsinizsə, bunu nəzərdə tutursunuzsa, mən bunu qəti şəkildə rədd edirəm. Türkiyə bu iddiaları qəti şəkildə təkzib edir. Deyirsiniz ki, Türkiyədə filan yer kokain qaçaqmalçılığının, yaxud narkotik alverçilərinin mərkəzidir. Bu fikir reallığı əks etdirmir. Haradır siz deyin yeri? Siz bütöv bir ölkəni dəhşətli bir şeydə ittiham edirsiniz. Türkiyə cinayətkarlar üçün sığınacaq yeri deyil". "Fərqli gündəminiz var. Siz Türkiyənin kokain qaçaqmalçılığının və mafiya liderlərinin mərkəzi olduğunu iddia edirsiniz. Bu, PKK və FETÖ-nün yaydığı yalan məlumatlardır. Bu sualı verməklə, siz jurnalistikanın prinsiplərinə zidd gedirsiniz. Çünki yalan ittihamları fakt kimi təqdim edib cavab gözləyirsiniz. Mən daha verilişə davam etmək istəmirəm. Verilişi dayandırın",- deyərək Kalın studiyanı tərk edib.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!