30-10-2022, 14:13
Hellouin faciəsi: Ölənlərin sayı 151-ə çatıbOktyabrın 29-da Seulda təxminən 100 min nəfərin iştirak etdiyi Hellouin şənliklərində izdiham yaşanıb. Nəticədə 151 nəfər ölüb, 19-u ağır olmaqla 82 nəfər müxtəlif dərəcədə xəsarət alıb.
Butov.az xəbər verir ki, həyatını itirənlər arasında Çin, Norveç, İran və Özbəkistan vətəndaşları da daxil olmaqla 19 əcnəbi də var. Hadisədə ölənlərin çoxunun 20 yaş civarındakı gənclər olduğu bildirilir. Ölüm hallarına əsasən nəfəs çatışmazlığı səbəb olub. Seul hökumətinin məlumatına görə, hadisədən sonra 355 nəfərin itkin düşməsi barədə məlumat daxil olub.
30-10-2022, 14:10
Rusiyada "Telegram"ın saytına giriş bloklandıRusiya ərazisində "t.me" domeni bloklanıb.
Butov.az xəbər verir ki, qərar Rusiya Federasiyası Baş Prokurorluğunun tələbi əsasında Roskomandzor tərəfindən qəbul edilib. Platformaya vebsayt üzərindən giriş bloklanıb. “Telegam”ın domeninin niyə bloklandığı barədə məlumat verilməyib.
30-10-2022, 14:06
Moskvanın qərarı gözlənilən idi - Zelenski çağırış etdiUkrayna prezidenti Volodimir Zelenski Rusiyanın taxıl sazişindən çıxmasına münasibət bildirib. Bu barədə o, "Telegram" kanalında video paylaşıb. Zelenski deyib ki, Rusiya ərzaq böhranını sentyabr ayında qəsdən ağırlaşdırmağa başlayıb. Dövlət başçısı Rusiyanın qərarının gözlənilən olduğunu vurğulayıb. Ukrayna lideri bildirib ki, Rusiya Federasiyası sentyabr ayından bəri taxıl dəhlizi razılaşması çərçivəsində Ukrayna limanlarını tərk edən 176 gəminin hərəkətinin qarşısını almağa çalışıb. "Rusiya sentyabr ayında ərzaqla yüklənmiş gəmilərin hərəkətinin dayandırılması ilə qəsdən ərzaq böhranını kəskinləşdirməyə başlayıb. Sentyabrdan bəri öz marşrutu ilə gedə bilməyən 176 gəmi taxıl dəhlizində qalıb. Bu, 7 milyondan çox istehlakçının qidasıdır. Bəzi taxıl daşıyıcıları üç həftədən çoxdur ki, gözləyirlər. Əlcəzair, Misir, Yəmən, Banqladeş, Vyetnam, bu və digər ölkələr Rusiyanın qəsdən təhrik etdiyi ərzaq böhranından əziyyət çəkə bilər”. Zelenski həm BMT-ni, həm də G20 ölkələrini Rusiyaya reaksiya verməyə çağırıb. Qeyd edək ki, Rusiya taxıl müqaviləsində iştirakını dayandırdığını bəyan edib.
30-10-2022, 14:03
Bağdadda partlayış - 8 ölü, 20 yaralıİraqın paytaxtı Bağdad şəhərinin şərqində partlayış baş verib. Bu barədə "Reuters" yerli rəsmilərə istinadən məlumat yayıb. Bildirilir ki, partlayış nəticəsində 8 nəfər ölüb, 20-dən çox adam yaralanıb. Mənbələrin bildirdiyinə görə, partlayış futbol stadionu və kafenin yaxınlığında baş verib.
29-10-2022, 23:52
Heydər Əliyev Mərkəzində Türkiyənin yaranmasının 99-cu ildönümü qeyd olunubTədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və Milli Məclisin sədri Sahibə Qafarova iştirak ediblər.
“Türkiyə dünyanın bütün bölgələrində sülh və təhlükəsizliyi təşviq etməyə çalışan böyük bir ölkədir. Biz kənd təsərrüfatından tutmuş texnologiyaya qədər bütün sahələrdə mühüm uğurlar əldə etmişik”, - səfir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müraciətini oxuyaraq bildirib.
Daha sonra səfir qeyd edib ki, Türkiyə və Azərbaycan beynəlxalq arenada, xüsusilə Qarabağ məsələsində hər zaman bir-birini dəstəkləyir. O, bir daha qardaş Azərbaycanı işğal olunmuş torpaqlarının azad edilməsi münasibətilə təbrik edib.
Tədbirdə Milli Məclisin sədri Sahibə Qafarova Prezident İlham Əliyevin adından qardaş Türkiyə xalqını Cümhuriyyət bayramı münasibətilə səmimi təbrik edib və xoş arzularını ifadə edib.
29-10-2022, 20:29
Ərdoğan yerli istehsal avtomobili sınaqdan keçirib Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli "Togg" avtomobilinin istehsal edildiyi şirkətə baş çəkib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Bildirilir ki, Ərdoğan avtomobilin istehsalında iştirak edən şəxslərlə görüşdən sonra maşını sınaqdan keçirib. Qeyd edilir ki, tezliklə avtomobillərin kütləvi istehsalına başlanılacaq.
29-10-2022, 20:27
Ukraynadan Rusiyanın taxıl sazişindən çıxmasına reaksiyaUkrayna xarici işlər naziri Dmitri Kuleba Rusiyanın taxıl sazişindən çıxmasına reaksiya verib. Bu barədə nazir özünün "Twitter" hesabında yazıb. XİN başçısı deyib ki, Moskva taxıl dəhlizini bloklamaq üçün saxta bəhanədən istifadə edir."Biz xəbərdarlıq etmişdik. İndi Moskva milyonlarla insanın ərzaq təhlükəsizliyini təmin edən taxıl dəhlizini bloklamaq üçün saxta bəhanədən istifadə edir. Mən bütün dövlətləri Rusiyadan aclıq oyunlarını dayandırmağı və öhdəliklərini yerinə yetirməyi tələb etməyə çağırıram", - Kuleba vurğulayıb. Qeyd edək ki, Rusiya taxıl müqaviləsində iştirakını dayandırdığını bəyan edib.
29-10-2022, 20:25
"Neftçi" növbəti dəfə qələbə qazandıAzərbaycan Premyer Liqasının XII turu çərçivəsində "Neftçi” səfərdə “Zirə” klubu ilə qarşılaşıb.
Butov.az xəbər verir, "Ağ-qaralar” rəqibini 3 cavabsız qolla məğlub edib. Bu nəticə ilə xallarının sayını 25-ə yüksəldən “Neftçi” 3-cü pillədə yerini bir qədər də möhkəmlədib. “Zirə” isə 19 xalla 4-cü pillədə qalıb.
“Zirə” – “Neftçi” - 0:3
Qol: Yeqor Boqomolski, 6, Qodsyev Donyo, 75, Emin Mahmudov, 83
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
Zirə İdman Kompleksinin stadionu
29-10-2022, 20:21
Rusiya taxıl sazişindən imtina etdiRusiya İstanbulda imzalanan taxıl müqaviləsində iştirakını dayandırır. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik Ukraynanı mülki gəmilərə hücum etməkdə ittiham edib."Oktyabrın 29-da Kiyev tərəfindən həyata keçirilən terror aktını nəzərə alaraq, Rusiya tərəfi Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracına dair sazişlərin həyata keçirilməsində iştirakını dayandırır", - nazirlik bildirib. Xatırladaq ki, iyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə ixracı probleminin həlli üçün sənədlər paketi imzalanıb. İmzalanan sənədlərdən biri Ukraynanın nəzarətində olan Qara dəniz limanlarından taxıl ixracının mexanizmini müəyyən edib. Türkiyə, Ukrayna, Rusiya və BMT tərəfindən yaradılmış dördtərəfli koordinasiya mərkəzi silah qaçaqmalçılığı və təxribatların qarşısını almaq üçün taxıl gəmilərinə baxış keçiriblər.
29-10-2022, 20:02
Rusiya Ukraynanın 2370 PUA-sını vurubMüharibə başlayandan bəri Rusiya qoşunları Ukraynaya məxsusu 2370 pilotsuz uçuş aparatını məhv edib. Müharibə başlayandan bəri Rusiya qoşunları Ukraynaya məxsusu 2370 pilotsuz uçuş aparatını məhv edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi bəyan edib.“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 327 təyyarə, 164 helikopter, 2370 pilotsuz uçuş aparatı, 384 zenit-raket kompleksi, 6162 tank və digər zirehli döyüş maşını, 878 reaktiv yaylım atəşi sistemli, 3536 sahə artilleriya qurğusu və minaatan, həmçinin 6863 ədəd xüsusi təyinatlı hərbi maşın sıradan çıxarılıb”, - nazirliyin məlumatında deyilir.