Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                       
Tarix : 30-10-2022, 14:06
Moskvanın qərarı gözlənilən idi - Zelenski çağırış etdi


Moskvanın qərarı gözlənilən idi - Zelenski çağırış etdi

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın taxıl sazişindən çıxmasına münasibət bildirib. Bu barədə o, "Telegram" kanalında video paylaşıb. Zelenski deyib ki, Rusiya ərzaq böhranını sentyabr ayında qəsdən ağırlaşdırmağa başlayıb. Dövlət başçısı Rusiyanın qərarının gözlənilən olduğunu vurğulayıb. Ukrayna lideri bildirib ki, Rusiya Federasiyası sentyabr ayından bəri taxıl dəhlizi razılaşması çərçivəsində Ukrayna limanlarını tərk edən 176 gəminin hərəkətinin qarşısını almağa çalışıb. "Rusiya sentyabr ayında ərzaqla yüklənmiş gəmilərin hərəkətinin dayandırılması ilə qəsdən ərzaq böhranını kəskinləşdirməyə başlayıb. Sentyabrdan bəri öz marşrutu ilə gedə bilməyən 176 gəmi taxıl dəhlizində qalıb. Bu, 7 milyondan çox istehlakçının qidasıdır. Bəzi taxıl daşıyıcıları üç həftədən çoxdur ki, gözləyirlər. Əlcəzair, Misir, Yəmən, Banqladeş, Vyetnam, bu və digər ölkələr Rusiyanın qəsdən təhrik etdiyi ərzaq böhranından əziyyət çəkə bilər”. Zelenski həm BMT-ni, həm də G20 ölkələrini Rusiyaya reaksiya verməyə çağırıb. Qeyd edək ki, Rusiya taxıl müqaviləsində iştirakını dayandırdığını bəyan edib.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!