Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
20-10-2022, 14:41
Zəngilan iki ildir azaddır


Zəngilan iki ildir azaddır

Zəngilan şəhərinin işğaldan azad edilməsindən 2 il ötür. Butov.az xatrıladır ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı nəticəsində Zəngilan şəhəri oktyabrın 20-də erməni işğalından azad edilib. Azərbaycan Ordusunun Zəngilan rayonunun yaşayış məntəqələrini işğaldan azad etməyə başlaması barədə xəbəri Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bəyan edib. Prezident İlham Əliyev müraciətində oktyabrın 20-də Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen olub), Vəng kəndlərinin (Dövlət başçısı həmin müraciətində Vəng kəndinə Çinarlı adı verdiyini açıqlayıb) işğaldan azad edildiyini bildirib. Dövlət başçısı daha sonra şanlı Azərbaycan Ordusunun Zəngilan rayonu ərazisinə də daxil olduğunu, yaşayış məntəqələrini azad etdiyini vurğulayıb. Prezident İlham Əliyev Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunduğunu elan edib. Zəngilan rayonunun işğaldan azad edilməsi ilə Azərbaycan Ordusu Ermənistanla sərhədə çıxıb.
20-10-2022, 14:36
Keçmiş köçkünlərin hamısı öz torpaqlarına qayıdacaq - Prezident


Keçmiş köçkünlərin hamısı öz torpaqlarına qayıdacaq - Prezident

"Əlbəttə, mən deyirdim ki, biz mütləq qayıdacağıq. Deyirdim ki, öz torpaqlarımıza qayıdacağıq və qayıtdıq". Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilanda Ağalı kəndinin sakinləri ilə görüşündə deyib."İndi burada yaşayırıq. Sizin də qayıdışınız bunu göstərir ki, keçmiş köçkünlərin hamısı öz doğma torpaqlarına qayıdacaq. Çünki bəziləri hesab edirdilər ki, indi 30 il keçib, heç kim qayıtmaz. Amma baxın, görün, siz də qayıtmısınız", - Prezident İlham Əliyev qeyd edib.
20-10-2022, 14:32
Rusiya Müdafiə Nazirliyindən Qarabağ açıqlaması: iki marşrut üzrə...


Rusiya Müdafiə Nazirliyindən Qarabağ açıqlaması: iki marşrut üzrə...

Rusiya sülhməramlı kontingenti Qarabağda üzərinə düşən vəzifələri yerinə yetirməkdə davam edir. Bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, Rusiya sülhməramlıları tərəfindən 30 müşahidə məntəqəsində vəziyyətin gecə-gündüz monitorinqi və atəşkəs rejiminin saxlanmasına nəzarət həyata keçirilir. Son vaxtlar Rusiya sülhməramlı qoşunlarının məsuliyyəti zonasında heç bir qanun pozuntusu qeydə alınmayıb. Məlumatda bildirilib ki, Xocavənd və Ağdərə istiqamətində iki marşrut üzrə patrul əməliyyatları aparılıb. Belə ki, Azərbaycan Respublikasının dörd karvanı Şuşa-Laçın və Şuşa -Zarıslı marşrutları üzrə müşayiət olunub. Rusiya sülhməramlı kontingentinin mühəndis-sapyor dəstələri obyektlərin və ərazinin minalardan təmizlənməsini davam etdirir. Gün ərzində 1,1 ha ərazi təmizlənib. “Rusiya sülhməramlılarının təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək insidentlərin qarşısının alınması məqsədilə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı əməkdaşlıq davam etdirilir”, - məlumatda deyilir.
20-10-2022, 14:29
ATƏT Ermənistana qiymətləndirmə qrupu göndərir


ATƏT Ermənistana qiymətləndirmə qrupu göndərir

ATƏT Ermənistan hakimiyyətinin dəvəti ilə İrəvana ehtiyacların qiymətləndirilməsi üçün qrup göndərəcək. Bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb. Oktyabrın 21-27-də baş tutacaq səfərin məqsədi ATƏT-in inteqrasiya olunmuş təhlükəsizlik konsepsiyası çərçivəsində onun mandatı və təcrübəsi əsasında sərhədyanı ərazilərdə vəziyyəti qiymətləndirməkdir. Texniki qrup Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşən ərazilərə səfər edəcək.
20-10-2022, 14:27
Hulusi Akar amerikalı həmkarı ilə danışıqlar apardı


Hulusi Akar amerikalı həmkarı ilə danışıqlar apardı

Türkiyənin milli müdafiə naziri Hulusi Akar amerikalı həmkarı Lloyd Ostinlə telefon danışığı aparıb. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Telefon danışığı zamanı NATO, həmçinin ikitərəfli və regional müdafiə məsələləri müzakirə olunub.
20-10-2022, 14:24
Ötən il 18 minatəmizləmə maşını alınıb


Ötən il 18 minatəmizləmə maşını alınıb

Ötən il Azərbaycan 18 ədəd minatəmizləmə maşını alıb. Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, gələn ilin yanvar ayına qədər daha bir ədəd maşın alınacaq və bununla bağlı müqavilə mövcuddur. “2023-cü ilə dair büdcə planları hələ təsdiq olunmadığı üçün indidən nə qədər avadanlıq alınacağı barədə məlumat vermək çətindir. Biz minatəmizləmə maşınlarını daha çox iki ölkədən, Slovakiya və Xorvatiyadan alırıq, çünki bu maşınlardan uzun müddətdir istifadə edirik. Həmçinin onlarla işləmək minatəmizləyənlərimiz üçün daha rahatdır. Eyni zamanda bu maşınların servisini və təmirini də özümüz edə bilirik”. V.Süleymanov vurğulayıb ki, minatəmizləmə işinin aparılması üçün lazım olan avadanlıqlarla bağlı da mühim irəliləyişlər var: “Belə ki, yeni nəsil minatəmizləmə detektorları sürpriz minaları (üst-üstə yerləşdirilmiş iki mina - red), həmçinin yanaşı basdırılmış iki minanı eyni anda aşkarlaya bilir. Bütün bunlar minatəmizləmə işinə öz töhfəsini verməkdədir”.
20-10-2022, 14:22
İstefa verən nazirin yerinə Consonun kadrı gətirildi


İstefa verən nazirin yerinə Consonun kadrı gətirildi

Böyük Britaniyanın istefa vermiş daxili işlər nazirinin yerinə yeni təyinat olub. Bu barədə Britaniya hökuməti məlumat yayıb. Qrant Şapps Britaniyanın daxili işlər naziri vəzifəsinə gətirilib. O, Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun hökumətində nəqliyyat naziri vəzifəsində çalışıb. Qeyd edək ki, 43 gün əvvəl baş nazir Liz Trass tərəfindən təyin edilən daxili işlər naziri Braverman şəxsi elektron poçt ünvanından rəsmi sənəd göndərməklə təhlükəsizlik qaydalarını pozub və bu səbəbdən vəzifəsindən istefa verib.
20-10-2022, 14:17
Ukraynada daha bir azərbaycanlı həlak oldu


Ukraynada daha bir azərbaycanlı həlak oldu

Ukraynanın ərazi bütövlüyü və azadlığı uğrunda daha bir soydaşımız həlak olub. Bu barədə Odessada fəaliyyət göstərən “Birlik” dispor təşkilatının sədr müavini Anar Ağazadə bildirib. O deyib ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Radasının Krivoy Roq nümayəndəliyinin rəhbəri Kamal Ağayevdən alınan məlumata görə, həlak olan soyadımız 1966-cı il təvəllüdlü Vahid Əzim oğlu Əzizovdur. Əslən Zaqataladan olan soydaşımızın ailəsi Krivoy Roq şəhərində yaşayır, bir oğlu, bir qızı var. Ukrayna vətəndaşı olan soydaşımız mart ayından könüllü döyüşlərə qatılıb, PDM (BMP) heyətində atıcı olub. O, Luqansk cəbhəsində bölüyü ilə birgə minamyot atışları zamanı həyatını itirib. Vahidib qardaşı isə hazırda Baxmut istiqamətində döyüşür. Allah rəhmət eləsin.

20-10-2022, 14:14
Britaniyanın daxili işlər naziri istefa verdi


Britaniyanın daxili işlər naziri istefa verdi

Böyük Britaniyanın daxili işlər naziri Suella Breverman istefa verib. Bu barədə BBC agentliyi məlumat yayıb. Bildirilir ki, o, şəxsi elektron poçtundan rəsmi sənəd göndərərək təhlükəsizlik qaydalarını pozub. DİN rəhbəri istefa məktubunda səhvə yola verdiyini etiraf edib: “Mən səhv etdim, məsuliyyəti qəbul edirəm, istefa verirəm".
20-10-2022, 14:13
Güləşçimiz dünya çempionu oldu


Güləşçimiz dünya çempionu oldu

Azərbaycanın yunan-Roma güləşçisi Qurban Qurbanov İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında qızıl medal qazanıb. Butov.az xəbər verir ki, 72 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz finalda xorvatiyalı Pavel Puklavetsə 8:2 hesabı ilə qalib gəlib. Bununla da yunan-Roma güləşi üzrə Azərbaycan yığması mundialı 3 medalla başa vurub. Daha əvvəl Nihad Quluzadə (55 kq) və Nihad Məmmədli (60 kq) ikinci yeri tutub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!