Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
25-09-2022, 16:58
İranın DİN rəhbəri etirazçıları həbslə hədələdi

İranın DİN rəhbəri etirazçıları həbslə hədələdi

İranda sabitliyi pozmaq məqsədi daşıyan şəxslər məsuliyyətə cəlb ediləcək. Bu barədə ölkənin daxili işlər naziri Əhməd Vahidi bildirib. "Biz İslam hüquq normalarına riayət etməklə iğtişaşlara qarşı mübarizəni davam etdirəcəyik və vətəndaşların hüquqlarını qoruyacağıq. Dövlət qurumlarına və hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum edən bütün iğtişaşçılar məsuliyyətə cəlb olunacaqlar", - nazir deyib. İranlı nazir polis bölməsində ürək tutmasından dünyasını dəyişən 22 yaşlı Məhsa Əmininin işi üzrə aparılan istintaqın nəticələrini təqdim edib. O deyib ki, tibbi rəyə əsasən, qız döyülməyib və kəllə sümüyünün sınığı aşkar edilməyib.
25-09-2022, 16:55
Yaponiya Şimali Koreyaya qarşı müdafiəsini gücləndirdi

Yaponiya Şimali Koreyaya qarşı müdafiəsini gücləndirdi

Şimali Koreyanın sonuncu raket sınağından sonra Yaponiyanın özünü müdafiə sistemləri hazır vəziyyətə gətirilib. Bu barədə Yaponiyanın Baş naziri Fumio Kişida əmr imzalayıb. Bildirilir ki, baş nazir Şimali Koreyanın sentyabrın 25-də həyata keçirdiyi növbəti raket sınağı ilə bağlı əlaqədar nazirlik və idarələrə gözlənilməz hallarla əlaqədar hazırlıq barədə xüsusi göstəriş verib. Qeyd edilir ki, Yaponiya hökumətinin başçısı əlaqədar nazirliklərə və idarələrə üç əsas tapşırıq verib. Həmin tapşırıqlar gəmiçiliyin və mülki aviasiyanın təhlükəsizliyini təmin etmək, əhaliyə vəziyyətlə əlaqədar operativ və düzgün informasiyanı çatdırmaq və gözlənilməz vəziyyətə hazır olmaqdır. Baş nazirin ofisində operativ məlumatın toplanması və təhlili üzrə böhran qərargahı yaradılıb. Yaponiya Sahil Mühafizəsi Xidmətinin məlumatına görə, Şimali Koreyanın raket buraxılışından sonra ərazidəki gəmilərə ziyan dəyməyib.
25-09-2022, 16:45
Şimali Koreya yeni raket sınağına hazırlaşır

Şimali Koreya yeni raket sınağına hazırlaşır

Cənubi Koreya ordusu Şimali Koreyanın sualtı qayıqdan buraxılan ballistik raketi sınaqdan keçirməyə hazırlaşdığına dair əlamətlər aşkar edib. Bu barədə "Yonhap" informasiya agentliyi məlumat yayıb. Agentlik adı açıqlanmayan Cənubi Koreya hərbi mənbəsinə istinadən bildirir ki, hərbçilər bu həftə Şimali Koreyanın Cənubi Hamqyonq əyalətinin Sinpo şəhərində hazırlıqlar gördüyünü müəyyən ediblər. Məlumatı ABŞ-da yerləşən beyin mərkləzləri də təsdiqləyib. Qeyd edək ki, raketin sınaqları ABŞ vitse-prezidenti Kamala Harrisin regiona səfəri ərəfəsinə təsadaüf edir. Harris gələn həftə bölgəyə səfər edərək Yaponiya və Cənubi Koreya liderləri ilə görüşməyi planlaşdırır.
25-09-2022, 16:43
Azərbaycan-Sinqapur İqtisadi Əməkdaşlıq Komissiyası yaradılır

Azərbaycan-Sinqapur İqtisadi Əməkdaşlıq Komissiyası yaradılır

Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Sinqapurun xarici işlər naziri Vivian Balakrişnanla görüşündə iki ölkə arasında İqtisadi Əməkdaşlıq Komissiyasının təsis edilməsi müzakirə olunub. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, Ceyhun Bayramov Azərbaycanla Sinqapur arasında Qoşulmama Hərəkatında, habelə bir çox beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan və ölkəmizə verilən dəstəkdən məmnunluq ifadə edib. Yüksək səviyyəli mütəmadi səfərlərin, nazir müavinləri səviyyəsində siyasi məsləhətləşmələrin ölkələrimiz arasında sıx əlaqələrin qurulması üçün yaxşı zəmin yaradacağı bildirilib. Münasibətlərimizin siyasi, iqtisadi, ticarət, yüksək texnologiyalar və digər sahələrdə böyük potensialı olduğu diqqətə çatdırılıb. Nazir eyni zamanda, Ermənistanın ölkəmizə qarşı təcavüzünün tarixi, 44 günlük müharibədən sonra post-münaqişə dövründə ölkəmiz tərəfindən həyata keçirilən işlər, eləcə də Ermənistanın son təxribatları barədə qarşı tərəfə ətraflı məlumat verib. Sinqapur naziri Vivian Balakrişnan Sinqapurun ölkəmiz ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu, bir sıra Sinqapur şirkətlərinin ölkəmizə sərmayə qoyduğunu diqqətə çatdırıb. Ölkələrimiz arasında qarşılıqlı faydalı biznes əlaqələrinin inkişaf etdirilməsi üçün imkanların araşdırıldığı qeyd edilib. Görüş zamanı, eyni zamanda Azərbaycanla Sinqapur arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri, mədəniyyət sahəsində mübadilələrin həyata keçirilməsi, habelə qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər müzakirə edilib.
25-09-2022, 16:21

25-09-2022, 16:18
Çindən Ukrayna ilə bağlı önəmli mesaj

Çindən Ukrayna ilə bağlı önəmli mesaj

Çin Ukraynadakı böhranın sülh yolu ilə həllinə kömək edən bütün səyləri dəstəkləyir. Bunu Çin xarici işlər naziri Van Yi Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında deyib. XİN başçısı qeyd edib ki, hazırda Ukraynada prioritet məsələ sülh danışıqlarını asanlaşdırmaqdır. «Əsas həll yolu bütün tərəflərin qanuni təhlükəsizlik narahatlıqlarını həll etmək və balanslaşdırılmış, effektiv və davamlı təhlükəsizlik arxitekturası qurmaqdır», — deyə çinli nazir bildirib. «Biz bütün maraqlı tərəfləri böhranın genişlənməməsinə və inkişaf etməkdə olan ölkələrin qanuni hüquqlarını və maraqlarını qorumağa çağırırıq», — Van Yi çıxışına əlavə edib.
25-09-2022, 15:55
İran İraqa artilleriya zərbəsi endirdi

İran İraqa artilleriya zərbəsi endirdi

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) İraqın şimalındakı kürd bölgəsinə artilleriya zərbəsi endirib. Bu barədə İran dövlət televiziyası məlumat yayıb. Dövlət televiziyası SEPAH-ın İraqın kürdlər yaşayan bölgəsində İran əleyhinə olan qrupları hədəf aldığını bildirib. Qeyd edək ki, İran hökuməti kürd dissidentləri ölkədə, xüsusən də ölkənin şimal-qərbində 10 milyona qədər kürdün yaşadığı bölgələrdə iğtişaşlar törətməkdə günahlandırıb.
24-09-2022, 20:50
Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi yeni layihənin icrasını davam edir.

Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi yeni layihənin icrasını davam edir.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi 2022-ci il kiçik qrant müsabiqəsi çərçivəsində həyata keçirdiyi “Azərbaycan kəlağayısı min illərin yadigarı” layihəsinə start verib. Layihə çərçivəsində Azərbaycan kəlağayısından bəhs edən “Azərbaycan kəlağayısı min illərin yadigarı” adlı sənədli flimin çəkilişləri davam edir.

Filmin çəklişi ilə əlaqədar layihə komandası dəniz kənarı bulvarda sənədli filmin çəklişlərini davam etdirdi. Çəklişdə gənc çapar Gülay Fərzəliyeva və Aydın Buludun iştirakı ilə senarii üzrə video çəklişlər aparıldı . Layihə çərçivəsində sənədli film 01.11.2022-ci il tarixinədək izləyicilərimizə təqdim olunacaq.

24-09-2022, 20:25
AVSTİRYALI TƏRCÜMƏÇİNİN YARADICILIĞIMA OLAN MARAĞI ƏSİI DOSTLUĞA ÇEVRİLİB

AVSTİRYALI TƏRCÜMƏÇİNİN YARADICILIĞIMA OLAN MARAĞI ƏSİI DOSTLUĞA ÇEVRİLİB

Butov.az xəbər verir ki, Yazıçı, dramaturq Əmir Pəhləvan kitabının tərcüməçisi xanım Manuela ilə görüşüb. Yazıçı görüş barədə təəssüratlarını bölüşüb: "Üç gün öncə (21. 09. 2022) Vena şəhərindən Azərbaycana gəlmiş Manuela xanımla növbəti əsərimin alman dilinə tərcüməsinin son mərhələsi və mətnlərdəki arxaik sözlərin məna çalarlarının müzakirəsi çox maraqlı keçdi."
24-09-2022, 20:14
İSVEÇLİLƏR HEÇ ZAMAN MƏNİ DARIXMAĞA QOYMURLAR.

İSVEÇLİLƏR HEÇ ZAMAN MƏNİ DARIXMAĞA QOYMURLAR.

Dünyanın 150 ölkəsinə səyahət eləyən, Nobel Mükafatının təqdimolunma mərasimində hər il fəxri qonaq qismində iştirakçı olan isveçli səyyah Christer Danielssonun iki gün əvvəl mənimlə görüşü olduqca maraqlı idi. O, əbəs yerə məni arayıb tapmamışdı?!..
Christerin arzusu 20 il əvvəl Almaniyada çap olunmuş ,,Nobel of Baku”, “ The Nobels Oil Fate” romanlarıma və Fransada “Üç Qitə”festivalının baş mükafatını almış üçhissəli “ Baku oil and the Nobels” adlı sənədli filmimə müəllif və yazıçı-dramaturq avtoqrafların alınması məqsədini daşıyırdı.
Görüşümüz yüksək səviyyədə baş tutdu və əlbəttə ki, mən onun arzusunu yerinə yetirərək hədiyyə etdiyim kitablara və yenə də almanların DVD və SD formatlarında yayımladığı filmimə avtoqraf yazdım.
Açığını deyim ki, bu cür sürprizli dostluq görüşlərinə mən artıq çoxdan adət eləmişəm. İsveçdən, Norveçdən və Finlandiyadan, ümumiyyətlə, dünyanın hər yerindən ölkəmizə gələn qonaqların əksəriyyəri mənimlə Nobellərin dostu və tədqiqatçısı kimi görüşməmiş geri qayıtmırlar.Onlar bu yaxşılığı həmişə dəyərləndirirlər və heç vaxt unutmurlar.
Çox təəssüflər olsun ki, bəzən ürəyini və canını qurban verdiyin, yolunda ən dəhşətli təhlükələrə düçür olduğun əziz və doğma insanlar isə ömrünün axırınadək sənə qənim kəsilirlər. Yaşamağı zəhərə döndərirlər. Çox təəssüf...(?!)
Əlbəttə, bu da növbəti görüşlərimdən biri idi.
Tarixi qədim olan hədiyyəni Chirister mənə təqdim etdiyi üçün ona təşəkkürümü və dərin ehtiramımı bildirdim.
Onun 44 günlük Vətən müharibəsindən sonra azad olmuş doğma Qarabağımıza etdiyi ziyarəti və Azərbaycanımıza olan sonsuz sevgisini xüsusi vurğuladım.Nobellərə həsr etdiyim filmimin 4 və 5- ci seriyalarının çəkilişi barədə ona sevindirici informasiyalar verdim. Onun sevincinin həddi-hüdudu yox idi...
Yaxşılığı unutmayan İsveçlilərə çox heyranam!
Əmir PƏHLƏVAN
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
Xəbər lenti
 
Foto
Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!