Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
26-09-2022, 19:32
Putin və Zelenskini görüşdürməyi hədəfləyirik - Ərdoğan


Putin və Zelenskini görüşdürməyi hədəfləyirik - Ərdoğan

Türkiyə Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenskini görüşdürmək niyyətindədir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. "Hədəfimiz Rusiya və Ukrayna liderlərini ən qısa zamanda bir araya gətirərək müharibəni dayandırmaqdır”, - Ərdoğan deyib. O qeyd edib ki, Türkiyədə imzalanan saziş çərçivəsində Ukrayna limanlarından 5 milyon tondan çox taxıl göndərilib. Türkiyə lideri Rusiya və Ukrayna arasında əsir mübadiləsinə də dəstək verildiyini vurğulayıb.
26-09-2022, 19:29
Türkiyə ABŞ və Yunanıstana nota verdi


Türkiyə ABŞ və Yunanıstana nota verdi

Yunanıstanın Türkiyədəki səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə Türkiyə XİN rəsmi məlumat yayıb. Bildirilib ki, buna səbəb Yunanıstanın Midilli və Saqqız adalarına ABŞ-ın tədarük etdiyi zirehli texnikanı yerləşdirməsi olub. Səfirdən Yunanıstanın bu hərəkətlərinə son verməsi tələb olunub. Eyni zamanda Türkiyə ABŞ-a da nota verib. Türkiyə notasında Şərqi Egey dənizindəki adaların statusuna hörmətlə yanaşmağı və statusun pozulmasına görə silah istifadəsinin qarşısını almaq üçün tədbirlər görməsini tələb edib.
26-09-2022, 19:26
Robert Köçəryan mətbuat konfransı keçirəcək


Robert Köçəryan mətbuat konfransı keçirəcək

Ermənistanın ikinci prezidenti, Xocalı soyqırımının müəlliflərindən biri Robert Köçəryan mətbuat konfransına hazırlaşır. Butov.az “Hraparak”a istinadən xəbər verir ki, Köçəryan sentyabrın 28-də jurnalistlərin önünə çıxacaq. Eks-prezidentin ötən həftə sabiq dövlət başçıları Levon Ter-Petrosyan və Serj Sarkisyanla görüşün nəticələrindən danışacağı gözlənilir. Qeyd edək ki, həmin görüş bütün ermənilərin katalikosu II Qareginin vasitəçiliyilə baş tutmuşdu. Görüşdə sabiqlər Ermənistanı düşdüyü ağır vəziyyətdən çıxarmağın və baş nazir Nikol Paşinyanı devirməyin yollarını müzakirə ediblər. Ermənistan KİV-lərində yer alan xəbərlərə görə, Robert Köçəryanın yenidən prezident postuna iddia etməsi Levon Ter-Petrosyanı narazı salıb. Ter-Petrosyanın “Qarabağ klanı”nın yenidən hakimiyyətə gəlməsini istəmədiyi vurğulanır.
26-09-2022, 19:24
Azərbaycan hərbi gücünə görə Cənubi Qafqazda liderdir


Azərbaycan hərbi gücünə görə Cənubi Qafqazda liderdir

Azərbaycan hərbi gücünə görə Cənubi Qafqazda lider mövqeyindədir. Bu barədə "Global Firepower" beynəlxalq reytinq şirkətinə istinadən xəbər verir.
Belə ki, Azərbaycan reytinq siyahısında 142 ölkə arasında 63-cü yerdə qərarlaşıb. Qonşu Gürcüstan 88-ci, Ermənistan isə 98-cidir. Qeyd edək ki, reytinqin tərtib olunması zamanı orduların texnoloji inkişafı, insan potensialı və çevikliyi əsas götürülür.
26-09-2022, 19:21
İsveçdəki seçkilərdə 6 həmyerlimiz mandat qazandı


İsveçdəki seçkilərdə 6 həmyerlimiz mandat qazandı

İsveç Krallığında keçirilən builki seçkilərdə iştirak edən Azərbaycan icmasının 6 nümayəndəsi ölkə parlamentinin (Riksdaq) və yerli bələdiyyə məsliclərinin mandatını qazanıb. Butov.az xəbər verir ki, seçkilərin nəticələrinə görə, Alin Fazelian ölkə parlamentinin, İradə Əliyeva Söderberg Jönşöping bölgəsi üzrə regional məclisin, Xalidə Mərafət Huddinge bələdiyyə məclisinin, Aida Kərimli Vestra-Götaland region məclisinin, Turan Əliyev Partille şəhər bələdiyyə məclisinin, Əminə Sadıqbəyli Solentuna bələdiyyə məclisinin üzvü seçiliblər. Qeyd edək ki, İradə Əliyeva Söderberq Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının İsveç üzrə əlaqələndiricisi, fəal diaspor üzvü Turan Əliyev Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçısı, Əminə Sadıqbəyli Stokholm Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçısı Rahim Sadıqbəylinin qızıdır. Diasporla İş üzrə Dövlət Komitəsi seçkilərdə qalib gələn soydaşlarımızı təbrik edir, ictimai-siyasi karyeralarında davamlı uğurlar qazanmağı arzulayır.


26-09-2022, 19:17
Rusiyada məktəbdə ölənlərin sayı 15-ə çatdı


Rusiyada məktəbdə ölənlərin sayı 15-ə çatdı

Rusiyanın İjevsk şəhərində yerləşən 88 saylı orta məktəbdə baş vermiş atışma nəticəsində ölənlərin sayı 11-i uşaq olmaqla 15 nəfərə çatıb. Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, silahlı insident zamanı 22 uşaq olmaqla 24 nəfər xəsarət alıb. Xatırladaq ki, faciə ilə əlaqədar Udmurtiyada sentyabrın 29-dək matəm elan edilib.
26-09-2022, 18:30
Xüsusi karantin rejimi ləğv ediləcək?


Xüsusi karantin rejimi ləğv ediləcək?

Baş nazir Əli Əsədovun qərarı ilə koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti bu il noyabrın 1-i saat 06:00-dək uzadılıb. Yoluxma statistikasında ciddi artım olmadığına görə, bir çox ekspertlər və ictimaiyyət nümayəndələri artıq xüsusi karantin rejiminin uzadılmasına ehtiyac olmadığı haqqında fikirlər səsləndirirlər. Hətta bu yaxınlarda Azərbaycanın səhiyyə naziri Teymur Musayev pandemiyanın yekunlaşmaq üzrə olduğunu deyərək, əhaliyə xoş xəbəri çatdırıb. Nazirin açıqlamasında belə qənaətə gəlmək olar ki, pandemiya dövrü bitirsə, artıq xüsusi karantin rejiminin müddətinin uzadılmasına ehtiyac qalmayacaq. Bu barədə danışan Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev düşünür ki, noyabrın 1-dən sonra xüsusi karantin rejiminin tamamilə ləğv edilməsi haqqında fikir söyləmək hələ tezdir. Komitə sədri diqqətə çatdırıb ki, payız aylarından etibarən hava-damcı yolu ilə yayılan virus infeksiyaları artır. Bu baxımdan xüsusi karantin rejiminin ləğvinə tələsməməliyik.“Biz koronovirusun özünü necə aparacağını bilmirik. Bu templə davam edərsə, karantin rejimini daha da yüngülləşdirmək, hətta ləğv etmək olar. Amma əsas qərarı Operativ Qərargah verə bilər. Hesab edirəm ki, indiki karantin rejimi çox yüngüldür. Artıq demək olar ki, bütün növ qapanmalar geridə qalıb. Arzu edək ki, bundan sonra yeni dalğa gəlməsin, yeni bir virus da ortaya çıxmasın. Hesab edirəm ki, bu templə getsək, oktyabr ayında artımlar olmasa, biz karantin rejimindən çıxa bilərik. Mənə elə gəlir ki, maska taxmağa və vaksinasiyaya davam etməliyik. Bu tədbirlər özümüzü qorumaq üçün lazımdır. Ən azı payız- qış mövsümündə həyat tərzimizə daxil etməliyik”, - deyə Milli Məclisin komitə sədri qeyd edib.

26-09-2022, 18:27
Qazaxıstanı 40 mindən çox rusiyalı tərk edib


Qazaxıstanı 40 mindən çox rusiyalı tərk edib

“Rusiyalıların bir çoxu Qazaxıstanı digər ölkələrə getmək üçün tranzit olaraq istifadə edirlər”. Bu barədə Qazaxıstan DİN-in nümayəndəsi Adil Sarsenov bildirib. Onun sözlərinə görə, son günlər ərzində Qazaxıstanı 40 min rusiyalı tərk edib. Məlumatda, həmçinin qeyd olunub ki, minlərlə şəxs Qazaxıstan vasitəsilə Qırğızıstan və Özbəkistana gedib. Bununla yanaşı, Qazaxıstanın əmək naziri Tamara Duysenova bildirib ki, cari ilin əvvəlindən Rusiyadan Qazaxıstana 260 mindən çox insan gəlib.
26-09-2022, 18:24
Türkiyə ordusu 36 mindən çox terrorçunu məhv etdi


Türkiyə ordusu 36 mindən çox terrorçunu məhv etdi

Türkiyə Silahlı Qüvvələri 2015-ci il iyulun 24-dən bu günədək ümumilikdə 36 143 terrorçunu zərərsizləşdirib. Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Silahlı Qüvvələrin yüksəkrütbəli rəsmiləri ilə görüşündə deyib. Nazir Türkiyə Silahlı Qüvvələrinin yeganə hədəfinin terrorçular olduğunu söyləyib:“Başda İraq və Suriya olmaqla bütün qonşularımızın sərhəd bütövlüyünə, suverenliyinə hörmət edirik. Yeganə məqsədimiz sərhədlərimizin və vətəndaşlarımızın təhlükəsizliyini təmin etməkdir. Buna görə terrorla mübarizəyə davam edirik”.H.Akar, həmçinin bildirib ki, ən sonuncu terrorçu zərərsizləşdirilənə qədər mübarizə davam edəcək:“Bu il isə yanvar ayından etibarən Suriya və İraqın şimalında 2 874 terrorçu məhv edilib. Pənçə-Kilit əməliyyatı uğurla davam edir. Bu əməliyyat çərçivəsində 397 terrorçu zərərsizləşdirilib”.
26-09-2022, 18:22
Xüsusi xidmət orqanlarının rəhbərləri Moskvada toplaşacaq


Xüsusi xidmət orqanlarının rəhbərləri Moskvada toplaşacaq

Sentyabrın 30-da Rusiyanın paytaxtı Moskvada MDB-yə üzv ölkələrin təhlükəsizlik və kəşfiyyat orqanlarının rəhbərlərinin müşavirəsi keçiriləcək. Bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosudan bildirilib. Məlumata görə, sentyabrın 30-da MDB ölkələrinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətlərinin rəhbərlərinin XVIII müşavirəsi baş tutacaq. Toplantıda Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğız Respublikası, Tacikistan, Özbəkistan və Rusiya nümayəndələri iştirak edəcək. İclasdan əvvəl-sentyabrın 29-da Rusiya Prezidenti Vladimir Putin MDB-yə üzv ölkələrin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərləri ilə videokonfrans formatında müşavirə keçirəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!