30-08-2022, 15:17
Masallıdakı yanğın söndürüldü
Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülümüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb. Bu barədə FHN-dən bildirilib. Yanğın nəticəsində təxminən 5 hektar sahədə ağaclıq və kol-kos yanıb. Sıx meşəlik ərazi yanğından mühafizə olunub. Yanğının söndürülməsi əməliyyatında ümumilikdə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzi və yerli icra hakimiyyətinin əməkdaşları, bir qrup kənd sakini iştirak edib.
30-08-2022, 15:13
Erməni deputatlar Türkiyəyə gedirErmənistan parlamentinin deputatları Türkiyəyə səfər edəcək. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Erməni deputatlar Eduard Ağacanyan və Armen Gevorkyan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasında iştirak etmək üçün Türkiyəyə gedəcək. Onlar İzmirdə AŞPA-nın sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin iclasına qatılacaqlar. Qeyd edək ki, AŞPA-nın İzmirdəki iclası sentyabrın 21-dən 24-nə qədər baş tutacaq.
30-08-2022, 07:28
Təbrizdə divarlara posterlər yapışdırılıb Milli-mədəni fəallar şəhərdə minlərlə posterlər yayıblar.Təbrizli milli-mədəni fəallar şəhərin bir çox bölgələrində divarlara posterlər yapışdırıb, hökumətə xəbərdarlıq ediblər. Urmu gölünün təsvirləri, Azərbaycan milli hərəkatı fəallarının həbsdə olması, yoxsulluq, mədənlərin talan edilməsi və ana dili kimi mövzuların yer aldığı posterlərdə türk və fars dillərində “Azərbaycan xaliqinin böyük qiyami yoldadır”dır məzmunlu şüarlar yazılıb.
30-08-2022, 07:01
Türkiyənin Zəfər Bayramı GÜNÜDÜR Bu gün Türkiyədə Zəfər Bayramı qeyd edilir.
1922-ci ilin 26 avqustunda Mustafa Kamal Atatürkün baş komandanlığı ilə başlayan müharibənin 30 avqustda Dumlupınarda qələbə ilə nəticələnməsi bayram kimi qeyd olunur.
Birinci Dünya Müharibəsindən məğlub çıxmış Osmanlı dövlətinin düşmən ölkələr tərəfindən parçalanmasının qarşısı bu qələbə ilə alınıb. 1919-1922-ci illərdə davam edən Qurtuluş Savaşının ən həlledici mərhələsi hesab edilir.
İlk dəfə 1923-cü ildə qeyd edilən qələbə günü 1926-cı ildən rəsmi olaraq Zəfər Bayramı elan olunub. Avqustun 30-u həmçinin Türkiyə Silahlı Qüvvələri Günü kimi əlamətdardır.
29-08-2022, 22:34
Şahmatçımız erməniyə qalib gəldi Azərbaycan şahmatçısı Günay Məmmədzadə Çexiyanın paytaxtı Praqada qadın şahmatçılar arasında keçirilən Avropa çempionatında növbəti qələbəsini qazanıb.
Butov.az xəbər verir ki, Məmmədzadə IX turda Ermənistan təmsilçisi Mariya Gevorqyanı məğlub edib. Azərbaycanın digər şahmatçılarından Gülnar Məmmədova İnna Qaponenko (Ukrayna), Xanım Balacayeva Anna Uşenina (Ukrayna) və Gövhər Beydullayeva Nurgül Səlimova (Bolqarıstan) ilə heç-heçə edib. Ləman Hacıyeva isə Anna Sarqsyana (Ermənistan) uduzub. Hazırda Ülviyyə Fətəliyevanın Monika Soçko (Polşa) və Səbinə İbrahimovanın Noqa Orian (İsrail) ilə görüşü davam edir.
29-08-2022, 22:32
Xarici vətəndaşların Xankəndiyə girişi qadağan edildiRusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə xarici ölkə vətəndaşlarının girişi qadağan edilib. Bu barədə isveçli jurnalist Rasmus Kanbök "Twitter" hesabında yazıb. O, Xankəndiyə səfər etmək üçün Qarabağdakı separatçılara müraciət edib. Jurnalistə bildirilib ki, giriş icazələrinin verilməsi qeyri-müəyyən müddətə dayandırılıb.
29-08-2022, 22:29
İran XİN başçısı Moskvaya gedirİranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Moskvaya səfər edəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Səfər avqustun 31-i baş tutacaq. İranlı nazir rusiyalı həmkarı Serqey Lavrovla danışıqlar aparacaq. Görüş zamanı Ukrayna, Suriya, Əfqanıstan, Cənubi Qafqaz və Xəzər dənizi ətrafındakı vəziyyət müzakirə olunacaq.
29-08-2022, 22:21
Ağdaşda 8 otaqlı ev yandıAğdaşda ümumi sahəsi 460 m² olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 40 m² sahədə və dam örtüyü 190 m² sahədə yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
29-08-2022, 22:19
“Nokia” Rusiyanı tamamilə tərk edirFinlandiyanın “Nokia” şirkəti Rusiyada fəaliyyətini tamamilə dayandırır. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Agentlik bildirib ki, ilin sonuna qədər şirkətin Rusiyadakı əməkdaşlarının böyük əksəriyyəti “Nokia”dan ayrılacaq və bütün ofislər boşaldılacaq. "Nokia”nın Rusiyadakı mövcudluğu şirkət rəsmi şəkildə ləğv olunana qədər davam edəcək.
29-08-2022, 22:16
Daşqınlar Pakistana 10 milyard dollar ziyan vurubSon günlər Pakistanda müşahidə olunan daşqınlar ölkə iqtisadiyyatına 10 milyard dollar ziyan vurub. Bu barədə ölkənin planlaşdırma naziri Əhsan İqbal "Reuters" agentliyinə müsahibəsində bildirib. "Düşünürəm ki, ziyan çox böyük olacaq. Hələlik, ilkin hesablamalara görə, 10 milyard dollardan yüksəkdir", - nazir deyib. O, həmçinin kəskin ərzaq çatışmazlığı problemi ilə üzləşəcək ölkənin yenidən qurulması və reabilitasiyasının minimum beş il çəkə biləcəyini vurğulayıb. Nazirin sözlərinə görə, pambıq sahələrinin 45%-i sıradan çıxıb, həmçinin tərəvəz, meyvə və çəltik sahələrinə də böyük ziyan dəyib. Qeyd edək ki, Pakistanda musson yağışları nəticəsində 1000-dən çox insan həlak olub.