Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
29-08-2022, 22:14
Zakir Həsənov komandanları topladı - Yeni təkliflər açıqlandı


Zakir Həsənov komandanları topladı - Yeni təkliflər açıqlandı

Azərbaycan Ordusunun maddi-texniki təminat məsələləri müzakirə edilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, avqustun 29-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəislərinin iştirakı ilə Maddi-Texniki Təminat Baş İdarəsində toplantı keçirilib. Müdafiə nazirinə məruzə olunub ki, Azərbaycan Ordusunda şəxsi heyətin təminat məsələlərinin yüksək səviyyədə saxlanılması daim diqqət mərkəzindədir. Bildirilib ki, qardaş Türkiyənin və digər qabaqcıl ölkələrin təcrübələrindən istifadə olunmaq şərtilə hərbi qulluqçuların xidmət şəraiti, ərazi relyefi və iqlim şəraitinə müvafiq olaraq təminat məsələlərinə dair təkliflər hazırlanıb. Təkliflərə əsasən bütün qoşun növləri üzrə silahlanmaya yeni qəbul edilən texnika və avadanlıqların, eləcə də texniki vəsaitlərin daha da səmərəli istifadəsi nəzərdə tutulur. Eyni zamanda hərbi qulluqçuların ümumqoşun quru ərzaq payı normasının tərkibi zənginləşdirilir. Qeyd olunub ki, yeni təkliflərin əsas məqsədi şəxsi heyətin bütün növ təminatını daha da yaxşılaşdırmaqdır. Sonra hərbi qulluqçuların təminat növlərində yeni təklif olunan nümunələrə baxış keçirilib. Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətinin bütün təminat məsələlərinə nəzarətin gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə əlaqədar müvafiq göstərişlər verib. General-polkovnik Z.Həsənov yeni təkliflərin nəzərə alınması ilə bağlı aidiyyəti şəxslər qarşısında tapşırıqlar qoyub.









29-08-2022, 22:08
Rusiya Suriyadakı S-300-ləri Krıma apardı


Rusiya Suriyadakı S-300-ləri Krıma apardı

Rusiya Suriyadakı aviabazasında yerləşdirdiyi S-300 zenit-raket komplekslərini Krıma aparıb. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. İsrailin "ImageSat İnternational" (ISI) peyk şirkətinin çəkdiyi görüntülər məlumatı təsdiqləyir. Belə ki, aprel ayında Suriyanın Masyaf şəhərində yerləşdirilən S-300 sistemi daha sonra Tartus limanında gəmiyə yüklənərkən peyk vasitəsilə görüntülənib. Məlumata görə, S-300 sistemləri Novorossiysk limanına aparılıb. Silah daşıyan mülki gəminin Türkiyənin Çanaqqala boğazından keçdiyi bildirilir.


29-08-2022, 22:05
İrandan Ermənistana yeni elektrik xətti çəkildi


İrandan Ermənistana yeni elektrik xətti çəkildi

İranın Şərqi Azərbaycan vilayətində Ermənistana gedən elektrik ötürücü xəttin açılışı olub. Bu barədə İranın "İrna" agentliyi məlumat yayıb. Xəttin uzunluğu 90 kilometrdir. Heris-Mehri elektrik ötürücü xətti İrandan Ermənistana 400 kilovat-saat elektrik enerjisi ixrac edəcək.
29-08-2022, 22:03
DTX-da müharibə iştirakçıları ilə görüş keçirildi


DTX-da müharibə iştirakçıları ilə görüş keçirildi

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib. Bu barədə DTX-nin Mətbuat xidmətindən məlumat verilib. Tədbir çərçivəsində DTX-nin Heydər Əliyev adına Akademiyasında Ulu Öndərin abidəsi ziyarət olunub, daha sonra iştirakçılar “Bilgəh” istirahət mərkəzində DTX-nin Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış konsert proqramına tamaşa ediblər.

29-08-2022, 22:01
İraqdakı qarşıdurmada ölənlər var


İraqdakı qarşıdurmada ölənlər var

İraqın paytaxtı Bağdadda baş verən qarşıdurma nəticəsində azı iki nəfər ölüb, 19 nəfər yaralanıb. Bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb. İnsident dini lider Müqtəda-əs-Sədr tərəfdarlarının Prezident Sarayından çıxarılması zamanı baş verib. Siyasətçinin tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında toqquşma olub. Aksiyaçılara qarşı gözyaşardıcı qazdan istifadə olunub, daha sonra onlar saraydan çıxarılıb. Bakı vaxtı ilə saat 20:00-dan Bağdad şəhərində komendant saatı tətbiq edilir. Qeyd edək ki, bu gün İraqdakı Sədr Hərəkatının lideri Müqtəda əs-Sədr siyasətdən getdiyini açıqlayıb. Bu açıqlamadan sonra onun tərəfdarları küçələrə axışıb.
29-08-2022, 21:56
Gürcüstanda hərbçilərimizin iştirak etdiyi təlimlər başladı


Gürcüstanda hərbçilərimizin iştirak etdiyi təlimlər başladı

Gürcüstanda keçirilən “Layiqli tərəfdaş 2022” adlı çoxmillətli hərbi təlim başlayıb. Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Vaziani bölgəsində yerləşən hərbi hissələrdən birində təlimin açılış mərasimi keçirilib. Gürcüstan altıncı dəfə “Layiqli tərəfdaş 2022” çoxmillətli hərbi təlimə ev sahibliyi edir. Beynəlxalq təlimlərə Gürcüstan ordusunun Şərq Komandanlığı və ABŞ-ın Avropa və Afrika Komandanlığı (USAREUR) rəhbərlik edir. “Layiqli Tərəfdaş 2022” təlimlərinin məqsədi Qara dəniz regionunda sabit və təhlükəsiz mühiti təmin etmək üçün Gürcüstan, ABŞ, regional tərəfdaşlar, müttəfiq ölkələr arasında hazırlığı və qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaqdır. Bu il təlim tarixində ilk dəfə olaraq Yaponiya və İsveç silahlı qüvvələrinin nümayəndələri iştirak edəcəklər. Çoxmillətli təlimlərdə 2400-dən çox hərbçi iştirak edir. Builki çoxmillətli təlimlərdə iştirak edən ölkələr aşağıdakılardır: Gürcüstan, ABŞ, Bolqarıstan, Rumıniya, Moldova, Yunanıstan, Böyük Britaniya, Türkiyə, Slovakiya, Norveç, Macarıstan, Litva, Azərbaycan, Almaniya, Bosniya və Herseqovina, Estoniya, Polşa, Yaponiya, Litva- Polşa-Ukrayna Çoxmillətli Briqadası və İsveç Silahlı Qüvvələri.
29-08-2022, 21:53
Ruslar Nikolayevi raketlə vurdu - Ölənlər var


Ruslar Nikolayevi raketlə vurdu - Ölənlər var

Rusiya ordusu Ukraynanın Nikolayev vilayətində mülki evləri atəşə tutub. Bu barədə vilayətin rəhbəri Vitali Kim "Telegram"da məlumat yayıb. O, zərbələr nəticəsində bir neçə şəxsin həlak olduğunu bildirib. "Şəhərin mərkəzi güclü atəşə tutulur. Hələ də raketlər atılır. Sığınacaqları tərk etməyin", - deyə vilayət rəhbəri qeyd edib.
29-08-2022, 21:50
“Azərbaycanın haqq işini dəstəkləyirik” - Hulusi Akar


“Azərbaycanın haqq işini dəstəkləyirik” - Hulusi Akar

Türk əsgəri tarix boyu vətənin keşiyində durub və onun mənafelərini qoruyub. Bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar 30 avqust Zəfər Bayramı və Türkiyə Silahlı Qüvvələri Gününə həsr olunmuş müraciətində bildirib. Nazir vurğulayıb ki, Türkiyə Azərbaycanın haqq işini dəstəkləyir. "Dostlarımızın, qardaşlarımızın və müttəfiqlərimizin, xüsusən də Azərbaycan və Liviyanın haqq işini dəstəkləyir, həmçinin NATO, Avropa İttifaqı, BMT, ATƏT və ikitərəfli razılaşmalar çərçivəsində Qətər, Somali, Kosovo və Bosniya və Herseqovinada uğurla xidmət edərək regional və dünya sülhünə töhfə veririk”, - deyə Akar qeyd edib.
29-08-2022, 21:47
İsveçdən Ukraynaya yarım milyardlıq hərbi yardım


İsveçdən Ukraynaya yarım milyardlıq hərbi yardım

İsveç Rusiyanın təcavüzünün qarşısını almaq üçün Ukraynaya 500 milyon kron (46,75 milyon dollar) hərbi yardım verəcək. Bunu İsveçin Baş naziri Maqdalena Andersson Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşündən sonra bildirib. Baş nazirin sözlərinə görə, İsveç hökuməti Ukraynaya ümumilikdə mülki və hərbi yardım məqsədilə 1 milyard kron məbləğində əlavə yardım göndərəcək.
29-08-2022, 21:43
Paşinyan Qarabağa görə Putinə yalvarır


Paşinyan Qarabağa görə Putinə yalvarır

Xəbər verdiyimiz kimi, bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Ermənistan Nazirlər Kabinetinin yaydığı məlumata görə, tərəflər Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər. Telefon danışığında Qarabağ mövzusuna toxunan Paşinyan və Putin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların bəndlərinin ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıblar. Rusiya və Ermənistan rəhbərlərinin Qarabağ müzakirəsini şərh edən politoloq Elxan Şahinoğlu hesab edir ki, Putin bu məsələdə o qədər də maraqlı deyil: "İkitərəfli münasibətləri anladıq, Qarabağla bağlı Putin və Paşinyan nəyi müzakirə edə bilərlər? Putin Qarabağı müzakirə etməyə həvəsli deyil, Ukraynada apardığı işğalçı müharibəyə görə problemi başından aşır. Paşinyan isə müxalifəti susdurmaq üçün Qarabağla bağlı Putinlə qısa da olsa fikir mübadiləsi apardığını cəmiyyətinə göstərməlidir. Paşinyan anlayır ki, Qarabağ separatçılarının mühasirəsi daralır və separatçılara qarşı növbəti anti-terror əməliyyatları qapıdadır. Ona görə də Kreml sahibinə yalvarır ki, Rusiya hərbçiləri Azərbaycan ordusuna irəliləməyə imkan verməsin. Çünki Azərbaycan Ordusunun Qarabağdakı uğurları Paşinyanın mövqelərini zəiflədir. Top Putinin meydanındadır. Rusiya Prezidenti azərbaycanlı və türkiyəli həmkarı ilə indiki münasibətlərin davamını istəyirsə, Azərbaycana Qarabağda qayda-qanun yaratmağa mane olmamalıdır”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!