23-08-2022, 23:21
Yaponiya Ukraynanın yenidən qurulmasına dəstək verəcəkYaponiya Ukraynada infrastrukturun yenidən qurulması üçün əlindən gələni edəcək. Bunu İkinci Krım Platforması sammitində onlayn çıxışı zamanı Yaponiyanın Baş naziri Kişida Fumio deyib. O, Yaponiyanın Krım bölgəsi də daxil olmaqla Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Yaponiyanın Baş naziri status-kvonu dəyişdirmək üçün birtərəfli cəhdlərə qəti şəkildə qarşı olduğunu deyib.
23-08-2022, 23:19
ABŞ-dan Kiyevə növbəti yardım - Bu dəfə 3 milyard...
ABŞ sabah Ukraynaya yeni hərbi yardım paketini təsdiqləyəcək. Bu barədə "Reuters" agentliyi adı açıqlanmayan ABŞ rəsminə istinadən məlumat yayıb. Paketin həcmi 3 milyard dollardır. Məlumata görə, hərbi yardım sabah elan ediləcək. 3 milyard dollarlıq silah paketi Rusiya qoşunlarının hücuma başlamasından sonra Vaşinqtonun Ukrayna üçün ayırdığı ən böyük yardım olacaq.
23-08-2022, 23:18
Paşinyanın istefası tələbilə aksiya keçirildi
İrəvanın Respublika meydanında Ermənistanın Baş nazir Nikol Paşinyanın istefası tələbilə etiraz aksiyası başlayıb.
Butov.az xəbər verir ki, aksiya Ermənistanın Polşadakı sabiq səfiri Edqar Qazaryan tərəfindən təşkil edilib. O bildirib ki, müxalifətçilər Baş nazirlə görüşməyi planlaşdırırlar. Görüşün gündəliyində olan yeganə məsələ Paşinyanın istefasıdır. “Paşinyan xalqın pulu ilə 2 milyona avtomobil alıb, üstəlik helikopteri də var. Qoy onlardan istifadə edərək hökumət binasına gəlib bizimlə görüşsün” , - keçmiş səfir deyib.
23-08-2022, 23:15
Müharibə ədalətli sülhlə başa çatmalıdır - Ərdoğan
Müharibə Ukraynanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli sülhlə başa çatmalıdır. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. “Biz hesab edirik ki, fevralın 24-dən davam edən müharibə Ukraynanın ərazi bütövlüyü və suverenliyinə əsaslanan ədalətli sülhlə başa çatmalıdır. Türkiyə bu məqsədə çatmaq üçün diplomatik kanal yaratmaq üçün fövqəladə səylər göstərib. Bu məsələdə əhəmiyyətli nailiyyətlərimiz var, xüsusən də Antalyada xarici işlər nazirlərinin görüşünü, İstanbulda danışıqları və “taxıl dəhlizi”nin işə salınmasını qeyd edə bilərik”, - deyə Türkiyə lideri vurğulayıb.
23-08-2022, 23:14
Rusiya və Fransa arasında Zaporojye müzakirəsi
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və fransalı həmkarı Ketrin Kolonna arasında telefon danışığı olub. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Tərəflər Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) missiyasının Zaporojye Atom Elektrik Stansiyasına göndərilməsini müzakirə edib. Bundan əvvəl eyni mövzunu iki ölkənin prezidentləri müzakirə ediblər. “Nazir nüvə təhlükəsizliyi üçün obyektin Rusiya silahlı qüvvələri tərəfindən işğalı ilə bağlı riskləri vurğulayıb” , - Fransa tərəfi danışıqlardan sonra bildirib. Rusiya tərəfinin məlumatına əsasən, Lavrov bəyan edib ki, “Kiyev Avropanın ən böyük AES-i və ona bitişik əraziləri atəşə tutmaqda davam edir, xarici sponsorlarının aşkar razılığı ilə bütün Avropa əhalisini təhlükə altına alır”.
23-08-2022, 23:05
Almaniya Ukraynaya 500 milyon dollarlıq silah verəcək Almaniya Ukraynaya 500 milyon avro dəyərində yeni silahlar tədarük etməyi planlaşdırır. Bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb. Mənbə bildirib ki, Almaniya Ukraynaya əlavə 3 ədəd "İris-T" hava hücumundan müdafiə sistemi, onlarla zirehli xilasetmə maşını, 20 reaktiv yaylım atəşi sistemi, dəqiq idarə olunan döyüş sursatları və pilotsuz uçuş aparatlarına qarşı mübarizə sistemləri tədarük etməyi planlaşdırır. Silahların 2023-cü ildə, bəlkə də daha tez çatdırılacağı gözlənilir. Qərar Almaniya parlamenti tərəfindən təsdiq edilməlidir.
23-08-2022, 23:03
Xüsusi karantin rejiminin müddəti uzadıldı
Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə qərar verib. Bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti bu il noyabrın 1-i saat 06:00-dək uzadılıb.
23-08-2022, 23:01
Türkiyə Krımın ilhaqını tanımır - Ərdoğan "Türkiyə Krımın ilhaqını tanımır və ilk gündən bunun qeyri-qanuni olduğunu açıq şəkildə bəyan edir". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Krım Platforması”na üzv ölkələrin liderlərinin iclasına ünvanlanmış videomesajında bildirib. Dövlət başçısı qeyd edib ki, Türkiyənin bu yanaşması təkcə hüquqi deyil, həm də mənəvi əsasları olan prinsipial mövqedir. Ərdoğan Krımın Ukraynaya qaytarılmasının zəruriliyini vurğulayıb. O deyib ki, Ukraynanın ayrılmaz hissəsi olan Krımın geri qaytarılması beynəlxalq hüququn tələbidir. Türkiyə lideri, həmçinin Krımın yerli haqq sahiblərindən biri olan Krım tatar-türklərinin təhlükəsizliyinin və rifahının təmin edilməsinin ölkəsinin prioritetləri sırasında olduğunu diqqətə çatdırıb.
23-08-2022, 22:55
İrəvandan Naxçıvanla bağlı təklif - Bakı necə reaksiya verəcək? “Ermənistan Azərbaycana Naxçıvanla əlaqə üçün Zod (Kəlbəcər), Arazdəyən (Sədərək), Eyvazlı (Qubadlı) keçid məntəqələrindən istifadə edilməsi təklifini rəsmən elan edərsə, Bakı bunu 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda nəzərdə tutulan maneəsiz və təhlükəsiz giriş öhdəliyinin yerinə yetirilməsindən imtina kimi qiymətləndirəcək”. Bunu Milli Məclisin deputatı Rasim Musabəyov deyib. O qeyd edib ki, Mehridən keçən dəmir yolu bərpa olunacaq, çünki bu, təkcə Azərbaycanın deyil, Rusiya və İranın maraqlarına uyğundur. “Yola gəlincə, Bakının Naxçıvanla əlaqəsi üçün İran sahili boyu qısa marşrutu olacaq. Biz Naxçıvanla bu və ya digər formada ünsiyyət problemini həll edəcəyik. Bununla belə, Ermənistan hakimiyyətinin qeyri-konstruktiv davranışı cəzasız qalmayacaq. Bakının bunun üçün çoxlu rıçaqları var və onlardan istifadə olunduqda bütün dünyada ermənilərin ucaltdıqları hayqırtılar onlara kömək etməyəcək", - deputat bildirib. Qeyd edək ki, Ermənistan Azərbaycanla sərhəddə üç nəzarət-buraxılış məntəqəsi açmağı planlaşdırır. Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin təklif etdiyi layihədə qeyd olunub. Təklif olunan layihəyə əsasən, avtomobillər üçün nəzərdə tutulan sərhəd-keçid məntəqələrinin sayı artırılacaq. Belə ki, Kəlbəcər rayonu ilə sərhəddə “Zod”, Sədərək rayonu ilə sərhəddə “Arazdəyən” və Qubadlı rayonu ilə sərhəddə “Eyvazlı” nəzarət-buraxılış məntəqələrinin açılması nəzərdə tutulur. Layihənin qəbulu baş nazir Nikol Paşinyanın avqustun 4-də hökumətin iclasında verdiyi tapşırıqların yerinə yetirilməsi zərurəti ilə bağlıdır.
23-08-2022, 22:49
Şavkat Mirziyoyev İlham Əliyevə zəng etdiÖzbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Telefon söhbəti əsnasında iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişafı və strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi məsələləri müzakirə olunub. Bu ilin iyun ayında ali səviyyəli görüşlərin yekunlarına əsasən əldə olunmuş razılaşmaların reallaşmasında nəzərəçarpacaq tərəqqi məmnunluqla qeyd edilib. Avqustun əvvəlində Hökumətlərarası Birgə Komissiyanın növbəti iclasının, Özbəkistan, Azərbaycan və Türkiyənin xarici işlər, ticarət və nəqliyyat nazirlərinin birinci görüşünün səmərəli olduğu vurğulanıb. Bildirilib ki, cari ildə qarşılıqlı əmtəə dövriyyəsi 70 faiz artıb, kənd təsərrüfatı, ipəkçilik və toxuculuq sənayesi, maşınqayırma, kimya və digər sahələrdə birgə kooperasiya layihələrinin həyata keçirilməsinə başlanılıb. Qeyd edilib ki, Özbəkistan-Azərbaycan investisiya fondunun tezliklə fəaliyyətə başlaması üzrə iş aparılır və mədəni-humanitar mübadilə genişlənir. Dövlət başçıları praktiki qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinə tərəfdar olduqlarını bildiriblər. Bu baxımdan cari ilin payızında Regionların Forumunu və iki ölkənin sənaye potensialı sərgisini keçirməyin vacibliyi qeyd edilib. Telefon söhbəti zamanı regional gündəliyə dair fikir mübadiləsi də aparılıb. Qarşıdakı çoxtərəfli görüşlərin, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatının və Türk Dövlətləri Təşkilatının Səmərqənddə baş tutacaq zirvə görüşlərinin qrafiki və gündəliyi nəzərdən keçirilib. Özbəkistan və Azərbaycan prezidentlərinin telefon söhbəti ənənəvi açıq, səmimi və dostluq şəraitində keçib.