23-08-2022, 20:56
Laçında hələ 4 erməni ailəsi qalıb
Hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan, ermənilərin qanunsuz məskunlaşdığı Laçın şəhəri, Zabux və Sus kəndləri bir neçə gündən sonra Azərbaycana təhvil veriləcək. Azərbaycan tərəfi ermənilərə həmin yaşayış məntəqələrini tərk etmək üçün avqustun 25-nə kimi vaxt verib.
Butov.az-ın məlumatına görə, Laçın şəhərindəki qanunsuz erməni icmasının başçısı Narek Aleksanyan bu gün “Hraparak” qəzetinə oradakı son vəziyyət barədə danışıb. O bildirib ki, ermənilərin əksəriyyəti artıq Laçın şəhərini tərk edib. “Hazırda şəhərdə yəqin ki, 20 nəfərə yaxın, bizimlə birlikdə 4 ailə var. Bu ailələrin də bir hissəsi bu gün, digər hissəsi sabah çıxacaq”. Onun sözlərinə görə, Laçını tərk edənlər əmlaklarını da çıxarıblar. Narek Aleksanyan təxliyə işləri zamanı hökumətdən pul və yanacaq şəklində birbaşa dəstək aldıqlarını qeyd edib. “Laçın şəhərini tərk edənlər hara köçüblər” sualına cavab verən icma başçısı deyib ki, 3 ailə Xankəndiyə və Qarabağın başqa yerlərinə köçüb, qalanları Ermənistanda yerləşib. Onlara yeni mənzillər veriləcəyi vəd olunub.
23-08-2022, 20:54
Avropa ölkələri vəd edilən yardımları vermir - Podolyak
Qərb dövlətləri nəzərə almalıdırlar ki, Rusiyanın Ukraynada qələbəsi onun həm də NATO üzərində qələbəsi olacaq. Ukraynanı lazımi silahlarla təmin etmək sülhü uzaqlaşdırmır, əksinə yaxınlaşdırır. Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak İtaliyanın “Corriere della Sera” nəşrinə müsahibəsində deyib. "Soyqırımına, həbslərə, qırğınlara və dağıntılara silahdan başqa cavab yoxdur. Ərazini azad etmək üçün silah lazımdır. Dünya müharibədən yorulub, amma Avropa, Qərb, taleyindən asılı olmayaraq yaşamaq üçün mübarizə aparan ukraynalılar onu da nəzərə almalıdırlar ki, Moskvanın Ukraynada qələbəsi NATO üzərində qələbə demək olacaq. Və biz təəssüf hissi ilə bildirmək məcburiyyətindəyik ki, bütün Avropa ölkələri vəd edilən yardımı vermir”, -deyə Podolyak bildirib.
23-08-2022, 20:52
İranla sərhəddə insident - Atəş açıldıDövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qaçaqmalçılığına qarşı mübarizə sahəsində sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib ki, avqust ayının 22-də saat 20:00-da Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı 1 (bir) nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib. Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açıldıqdan sonra sərhəd pozucusu əlindəki bağlamanı ataraq havanın qaranlıq olmasından və relyefin mürəkkəbliyindən istifadə edərək geriyə İİR istiqamətinə qaçıb. Ərazidə keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 1 (bir) ədəd bağlamada təxmini çəkisi 4 kq 570 qram narkotik vasitəyə (marixuana) bənzər maddə aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
23-08-2022, 20:49
Prezidentlər Kiyevdə görüşdülərUkrayna Prezidenti Volodimir Zelenski Kiyevdə səfərdə olan polşalı həmkarı Anjey Duda ilə görüşüb. Bu barədə Zelenski teleqram kanalında yazıb. O, Ukraynaya verilən dəstəyə görə polşalı həmkarına təşəkkür edib. Məlumata görə, görüşdən sonra prezidentlər Krım Platforması Sammitində iştirak edəcəklər. NATO-nun Baş katibi Yens Stoltenberqin də konfransda iştirak edəcəyi gözlənilir.
23-08-2022, 20:42
Azərbaycanla Özbəkistan arasında hərbi saziş təsdiqləndi
“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş” təsdiq edilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Saziş qüvvəyə mindikdən sonra Azərbaycanın Müdafiə Nazirliyi sənədin müddəalarının həyata keçirilməsini təmin etməlidir. Azərbaycan Xarici İşlər Nazirliyi isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Özbəkistan Respublikası Hökumətinə bildiriş göndərməlidir.
23-08-2022, 20:37
Paşinyan Qırğızıstana gedəcək
Ermənistanın Baş naziri Nikol Paşinyan Qırğızıstan Respublikasına işgüzar səfər edəcək. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Məlumata görə, Paşinyan avqustun 25-də Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının növbəti sessiyasında iştirak edəcək.
23-08-2022, 20:35
Hacıqabulda şəhid bulağının açılışı olubVətən Müharibəsində Şəhidlik zirvəsinə ucalan Hacıqabul rayonunun Kolanı kəndində anadan olmuş Ağaməmmədov Xəyal Salam oğlunun xatirəsini əbədiləşdirmək məqsədilə doğum günündə tikilmiş bulaq kompleksinin açılışı olub. Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Rüstəm Xəlilov, İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin bir qrup nümayəndələri, şəhidin ailə üzvləri və yaxınları iştirak edib. Şəhidin məzarı ziyarət olundu, üzərinə və xatirə bulağının önünə tər qərənfillər düzülüb. Rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov şəhidin valideynlərinə baş sağlığı verib, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti nəticəsində 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızın azad olunmasından danışıb. Şəhid ailələrinə və müharibə iştirakçılarına, müharibədə sağlamlığın itirmiş vətəndaşlara ölkə rəhbərliyinin göstərdiyi hərtərəfli diqqət və qayğısını qeyd edib. Şəhid ailəsi göstərilən diqqət və qayğıya görə Ölkə Başçısına minnətdarlıqlarını bildirib. Sonda Şəhidlərin ruhuna dualar oxunub.
Ağaməmmədov Xəyal Salam oğlu 13.11.2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Göstərdiyi qəhrəmanlıqlara görə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Vətən uğrunda” , “İgidliyə görə”, “Füzuli azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
23-08-2022, 20:30
Prezident Nəsimi rayonu ilə bağlı sərəncam verdiPrezident İlham Əliyev Bakı şəhərinin Nəsimi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.
Butov.az xəbər verir ki, sərəncama əsasən, Bakı şəhərinin Nəsimi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2,2 milyon (iki milyon iki yüz min) manat vəsait ayrılıb. Maliyyə Nazirliyi bu sərəncamda nəzərdə tutulan maliyyələşməni təmin etməlidir. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
23-08-2022, 20:28
Ukraynada başqa ölkənin bayrağı dalğalanmayacaq
“Ukrayna heç vaxt öz torpağında və səmasında başqalarının bayraqlarını dalğalandırmayacaq”. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. "Biz iki rəngin birləşməsini yüksək qiymətləndiririk. Biz heç vaxt torpağımızda başqa bayraqların rənglərini tanımayacağıq. Biz mavi və sarı bayrağımızı müdafiə etməyə hər zaman hazırıq. Azadlığın nə olduğunu bilməyənlərin bayrağı ola bilməz”, - Ukrayna lideri vurğulayıb.
23-08-2022, 20:24
Putin Tacikistan prezidentinə zəng etdiRusiya prezidenti Vladimir Putin Tacikistan prezidenti Emomali Rahmona zəng edib. Kremlin mətbuat xidmətinin məlumatına görə, prezidentlər telefon danışığı zamanı ikitərəfli münasibətlər, həmçinin Səmərqənddə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammitinin mövzusunu müzakirə ediblər. “Rusiya-Tacikistan dostluq münasibətlərinin gələcək inkişafının bəzi aktual məsələləri, eləcə də Şanxay Əməkdaşlıq Təşkilatının sentyabrda Səmərqənddə keçiriləcək sammitinin mövzuları müzakirə edilib”, - məlumatda deyilir.