Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                       
Tarix : 23-08-2022, 20:56
Laçında hələ 4 erməni ailəsi qalıb


Laçında hələ 4 erməni ailəsi qalıb

Hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan, ermənilərin qanunsuz məskunlaşdığı Laçın şəhəri, Zabux və Sus kəndləri bir neçə gündən sonra Azərbaycana təhvil veriləcək. Azərbaycan tərəfi ermənilərə həmin yaşayış məntəqələrini tərk etmək üçün avqustun 25-nə kimi vaxt verib. Butov.az-ın məlumatına görə, Laçın şəhərindəki qanunsuz erməni icmasının başçısı Narek Aleksanyan bu gün “Hraparak” qəzetinə oradakı son vəziyyət barədə danışıb. O bildirib ki, ermənilərin əksəriyyəti artıq Laçın şəhərini tərk edib. “Hazırda şəhərdə yəqin ki, 20 nəfərə yaxın, bizimlə birlikdə 4 ailə var. Bu ailələrin də bir hissəsi bu gün, digər hissəsi sabah çıxacaq”. Onun sözlərinə görə, Laçını tərk edənlər əmlaklarını da çıxarıblar. Narek Aleksanyan təxliyə işləri zamanı hökumətdən pul və yanacaq şəklində birbaşa dəstək aldıqlarını qeyd edib. “Laçın şəhərini tərk edənlər hara köçüblər” sualına cavab verən icma başçısı deyib ki, 3 ailə Xankəndiyə və Qarabağın başqa yerlərinə köçüb, qalanları Ermənistanda yerləşib. Onlara yeni mənzillər veriləcəyi vəd olunub.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!