Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
15-08-2022, 16:26
Pensiyalar bu tarixdə tam ödəniləcək


Pensiyalar bu tarixdə tam ödəniləcək

Respublika üzrə pensiyaların avqustun 16-da tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.
15-08-2022, 16:24
Laçında həlak olan əsgərlərə şəhid statusu verildi


Laçında həlak olan əsgərlərə şəhid statusu verildi

Azərbaycan Ordusunun Laçın rayonunda həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Samir Xudiyev və Tahir Əliyevə şəhid statusu verilib. Bu barədə Ağstafa və Sabunçu rayon icra hakimiyyətlərindən məlumat verilib. Qeyd edilib ki, qanunvericiliyə əsasən, hər iki əsgərimiz şəhid statusu alıb. Xatırladaq ki, avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Səməd oğlu Xudiyev və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Nəticədə əsgər Samir Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Əsgər Tahir Əliyev isə müxtəlif bədən xəsarətləri alıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Tahir Əliyev Ağstafa rayonunun Şəhidlər xiyabanında və Samir Xudiyev isə paytaxtın Ramana qəsəbəsinin Şəhidlər xiyabanında torpağa tapşırılıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
15-08-2022, 16:20
Ermənistan xəbərdarlıqlardan ciddi nəticə çıxarmalıdır - Deputat


Ermənistan xəbərdarlıqlardan ciddi nəticə çıxarmalıdır - Deputat

Prezident İlham Əliyev İsmayıllı rayonunda Azərbaycan Televiziyasına müsahibəsində növbəti dəfə Ermənistana ciddi xəbərdarlıq etdi. “Qisas” əməliyyatının cəza tədbiri olduğunu xatırladan dövlət başçısı bildirdi ki, Ermənistan bundan ciddi nəticə çıxarmalıdır, əgər yenidən hansısa təxribat törədilərsə, Azərbaycanın reaksiyası çox sərt olacaq. Ali Baş Komandan Azərbaycanı haqq işindən heç kimin çəkindirə bilməyəcəyini xüsusi vurğulayıb. Milli Məclisin Qarabağ bölgəsindən olan deputatı Ceyhun Məmmədov Modern.az-a açıqlamasında deyib ki, Azərbaycan dəfələrlə Ermənistana xəbərdarlıq etmişdi ki, odla oynamasın, yeni reallıqları qəbul etsin və hərbi təxribatlara əl atmasın. Ancaq Ermənistan bundan nəticə çıxarmadı növbəti təxribat törətdi və “dəmir yumruq” yenidən işə düşdü: “Prezident İlham Əliyev onu da xüsusi qeyd etdi ki, erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etməlidir. Bu, Ermənistanın öhdəliyidir, 10 noyabr 2020-ci ildə Ermənistanın imzaladığı kapitulyasiya aktında təsbit edilib, rəsmi İrəvan bu öhdəliyi yerinə yetirməlidir. Yetirməsə, bunun vəbalı Ermənistan üçün çox ağır olacaq”. Deputat xatırladıb ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda Laçın şərəhrindən yan keçən yeni yolun çəkilməsi, üç il ərzində bu yolun planlaşdırılması və razılaşdırılmasının təmin edilməsi ilə bağlı müddəa yer alıb. “Bu bəndi üçtərəfli Bəyanata saldıran məhz Azərbaycandır, Ermənistanı Xankəndi ilə birləşdirən yol hazırda Laçın şəhərinin içindən keçir. Əgər bu bənd olmasa idi, o zaman Laçın şəhəri beş kilometr enində olan zonaya düşəcəkdi və tez bir zamanda oraya keçmiş köçkünləri qaytarmaq mümkün olmayacaqdı.Prezident İlham Əliyev müsahibəsində bütün Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı işlərin aparıldığını, 32 kilometr uzunluğunda yolun cəmi bir ilə inşa edildiyini qeyd etdi. Prezident onu da xüsusi vurğuladı ki, Ermənistan işğal etdiyi ərazilərdə qanunsuz məskunlaşdırma həyata keçirib. Qarabağdan və Şərqi Zəngəzurdan, o cümlədən Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış ermənilər çıxarılmalıdır. Onların orada qalması hərbi cinayətdir, Cenevrə konversiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı yaxın zamanlarda öz doğma yerlərinə qayıdacaqdır”. C.Məmmədovun sözlərinə görə, reallıq ondan ibarətdir ki, Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərinə sadiqdir, Ermənistan isə sadəcə olaraq, yenə də fitnəkarlıqla məşğuldur. “Vaxt uzatmaq onlara heç nə verməyəcək. Əgər ermənilər fikirləşirlər ki, bir ildən, ya ilyarımdan sonra nəsə onların xeyrinə dəyişəcək, səhv edirlər. Prezident İlham Əliyev çıxışında onu da qeyd etdi ki, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Nə qədər onlar bunu tez dərk etsələr, o qədər də hamımız üçün yaxşı olar. Ermənistan hakimiyyəti Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itirir. Əksinə, Azərbaycan hakimiyyəti öz təsir imkanlarını artırır. Qarabağda yaşayan ermənilər Ermənistan hakimiyyətinin onların problemlərini həll etmək iqtidarında olmadığını açıq-aydın gördülər”. Deputat bildirib ki, Prezidentin müsahibəsində digər mühüm məqam ondan ibarətdir ki, bu gün danışıqlar masasında hər hansı bir statusdan ümumiyyətlə, söhbət belə getmir. Qarabağda yaşayan ermənilərin hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək. “Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar, başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Ermənistan öz təsir imkanlarını itirmək üzrədir, Azərbaycan hakimiyyətinin müsbət təsiri artır və artacaq. Qarabağ tarix və beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycanın ayrılmaz hissəsidir. Bu birmənalıdır ki, Qarabağda yaşayan ermənilərin nə statusu, nə müstəqilliyi, nə də hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşlarının, Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da hüquqları elə qorunacaq. Ermənistan bu xəbərdarlıqlardan ciddi nəticə çıxarmalıdır",-deputat qeyd edib.

15-08-2022, 16:14
İranın hərbi nümayəndə heyəti Moskvadadır


İranın hərbi nümayəndə heyəti Moskvadadır

İran Silahlı Qüvvələri Baş Qərargahının nümayəndə heyəti beynəlxalq təhlükəsizlik konfransında iştirak etmək üçün Moskvaya gedib. Bu haqda İranın Rusiyadakı səfirliyi bazar ertəsi məlumat yayıb. “İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahının nümayəndə heyəti Moskvaya səfər edib. Heyərə Baş Qərargah rəisinin müavini, briqada generalı Abdullahi rəhbərlik edir. Dünən Moskvaya çatan nümayəndə heyəti İran İslam Respublikasının Rusiya Federasiyasındakı səfiri Cəlali tərəfindən qarşılanıb”, - diplomatik nümayəndəliyin bəyanatında deyilir.
15-08-2022, 16:12
Vəzifəli şəxslərə cinayət işi açıldı - Həbs edilən var


Vəzifəli şəxslərə cinayət işi açıldı - Həbs edilən var

Şəmkir və Neftçalada vəzifəli şəxslər barəsində cinayət işi açılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərlə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Çinarlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi - “Acı arx” Sudan İstifadəedənlər Birliyinin İdarə heyətinin sədri Abbasov Elçin İsmayıl oğlunun 2021-2022-ci illər ərzində vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar həmin qəsəbə ərazisində yaşayan ayrı-ayrı şəxslərdən istifadələrində olan əkin sahələrinin suvarılmasının təşkil edilməsi üçün kütləvi şəkildə hər hektar torpaq sahəsinə görə 500 manat olmaqla müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almasına, eləcə də torpaq istifadəçilərinə suvarma üçün suyun verilməsini qismən həyata keçirib təsərrüfatlarına qəsdən ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib. Qeyd edilən hallarla bağlı cinayət işi başlanmaqla toplanmış ilkin sübutlar əsasında Elçin Abbasova Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bundan başqa, eyni xarakterli əməllərə görə torpaq istifadəçilərindən pul vəsaitinin alınması və təsərrüfatlara ziyan vurulması xüsusatları üzrə Neftçala rayon “Bərəkət”, “Qaravəlli” və digər sudan istifadəedənlər birliklərinin, habelə Neftçala Suvarma Sistemləri idarəsinin vəzifəli şəxsləri barəsində də cinayət işi başlanılıb. Hazırda hər iki cinayət işi üzrə təqsirləndirilən şəxslərin, onların əlbir olduğu digər şəxslərin və zərərçəkmişlərin dəqiq dairəsinin, habelə təsərrüfatlara vurulmuş ziyan məbləğinin müəyyən olunması istiqamətində istintaq davam etdirilir. "Azərbaycan Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlardan Baş Prokurorluğun “961” Çağrı mərkəzinə və ya Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir", - deyə məlumatda qeyd olunub.
15-08-2022, 16:08
Zəngəzuru tanıyaq və tanıdaq!


Zəngəzuru tanıyaq və tanıdaq!

Zəngəzur - adı da, özü də bizə məxsus olan diyar
Yerin, ərazinin adı onun kimə məxsusluğu haqqında çox şey deyir. Adları, təbii ki, insanlar verirlər və öz dillərinə, xarakterlərinə, tayfalarına, yaşadıqları yerin təbiətinə uyğun adlar düşünüb tapırlar. Azərbaycanın ən qədim və ən şöhrətli torpaqlarından biri olan Zəngəzurun adının mənasını da Azərbaycanın tarixi keçmişində axtarmaq lazımdır. Tarixi Zəngəzur ərazisi ayrı-ayrı dövrlərdə müxtəlif adlarla tanınıb. Bölgənin ən qədim adlarından biri Sünik olmuşdur. Sünik Albaniyanın dörd böyük vilayətindən biri idi. Sünik bəzi dövrlərdə müstəqil knyazlığa çevrilsə də, bəzən Atropatenanın, əksər dövrlərdə isə Albaniya dövlətinin tərkibində olmuşdur. Qədim dövrü araşdıran bir sıra alimlər Sünik toponimini eradan əvvəl IV minillikdə Çinin indi uyğurlar yaşayan bölgəsindən Qafqaza köç etmiş syun-na, syun-nu tayfalarının adı ilə bağlayırlar. Sünik adını «su ətrafı ərazi» kimi də yozurlar. E.ə. III minilliklərdə regionda türk mənşəli su, (suv) tayfalarının məskunlaşması həmin ərazidə türk (suv) tayfalarının yaşaması ehtimalını gücləndirir. Sünik adının fars variantı sayılan Sisakan adına ilk dəfə VI əsr Suriya səlnaməçisi Zaxari Ritorun əsərində rast gəlinir. Müəllif 555-ci il hadisələrini təsvir edərkən Sisakanı Ərməniyyə ilə heç bir əlaqəsi olmayan, Arran və Qurzan (Gürcüstan) kimi müstəqil ölkə kimi xarakterizə etmişdir. Alban tarixçisi Musa Kalankatlı "Alban tarixi" əsərində Zəngəzur ərazisini «Sisakan», «Sünik», eləcə də «Sünestan» adlandırmışdır. Erməni "alimləri” “Zəngəzur” sözünün mənasını iki anlamda izah etməyə çalışırlar. "Zanqe", yaxud "Zanqa" - "mağara" və "Zur" - "bərk səslənən"..Guya ki, Zəngəzurda çoxlu kahalar və mağaralar vardır və bu mağaralar çox bərk əks-səda verir. Əslində bu cür "izah" erməni yalanının əks-sədasından başqa bir şey deyildir. Əvvəla ona görə ki, dünyanın hansı dağlıq ərazisində mağara, yaxud kaha yoxdur, o mağara və kahalar səsə əks-səda vermir? Bəs niyə dünyanın hər hansı bir ölkəsində, eləcə də ermənilər yaşayan başqa yerlərdə böyük bir regiona "bərk səslənən mağara" adı vermirlər? İkincisi, axı, Zəngəzurda o qədər də çox mağara yoxdur, əksinə, çoxlu sıldırım qayalı, başı qarlı dağlar, dərin dar dərələr, sıx meşələr, kollu yamaclar və çiçəkli alp çəmənlikləri vardır. Erməni alimləri isə yalnız mağaraları görüblər?! İzahı çox sadədir: ermənicə nə dağ, nə dərə, nə də çəmən sözləri “Zanqe”, yaxud “Zanqa” kimi səslənmir. Nisbətən abırlı erməni alimləri bir qədər həqiqətə yaxın gələrək “Zəngəzur” sözünü “Zanqe+dzor”, yəni "Zəngi dərəsi" anlamında izah etməyə çalışırlar. Bu izahın birinci hissəsi həqiqətə yaxındır. Lakin erməni mənbələrində erməni mənşəli termin ("dzor" - ermənicə "dərə" deməkdir) kimi vurğulamağa cəhd göstərildiyinə baxmayaraq, əslində "Zəngəzur" toponiminin nə ermənilərə, nə də onların "dzor" sözünə heç bir dəxli yoxdur. Ermənilər özləri də heç vaxt "Zəngəzur" sözünü Zanqedzor şəklində işlətməyiblər. Zəngəzur sözünün ermənicəyə dəxli olmadığını daha bir fakt da sübut edir. Hazırkı Ermənistanın inzibati ərazi bölgüsündə Zəngəzur adlı ərazi yoxdur. Bu bölgəni Ermənistanda Sünik mərzi adlndırırlar. Sovet hakimiyyəti illərində Zəngəzurun özü kimi adına da iddia edən ermənilər hazırda faktiki olaraq Zəngəzur terminindən imtina etmişlər. Bu toponimin "Səngi-Sur" formasında izahı da, hər hansı bir elmi əsasa malik olmasa da, maraq doğurur. Belə ki, fars dilində "səng" - daş, qaya, ərəbcə isə "sur" sözü silsilə divar, qala mənasındadır. Zəngəzur sözü bu anlamda başdan-başa, daşlı, qayalı yer, daşların qala divarları kimi düzüldüyü ölkə mənasını verir. Fikrimizcə, "Zəngəzur" toponimi bu ərazilərdə yaşayan, öz igidliyi və cəngavərliyi ilə seçilən Zəngi tayfalarının adı və ərəblərin bu ərazilərə gəlişi ilə bağlıdır. Ərəbcə "sur" daş-divar, qala, bürc deməkdir. Bu Bölgənin çox döyüşkən və azadlıq sevən əhalisi ərəblərə qarşı axıradək mübarizə aparmış, şübhəsiz ki, bu illərdə onlarca qalalar, istehkamlar tikərək, eləcə də, bu yerlərə xas olan təbii istehkamlardan düşmənə qarşı mübarizə vasitəsi kimi istifadə etmişlər. Ömrünün sonunadək ərəb xilafətinə qarşı ardıcıl, amansız mübarizə aparmış Babəkin Bəzz qalası yeniləndən sonra Darvazatəpə dağında yerləşən Şəki qalasına gəlməsi və məhz Zəngəzurdakı Şəki qalasının hakimi Saklı Sumbat tərəfindən tutularaq ərəblərə təslim olunması epizodu da bu ərazilərin o dövrdə geniş döyüş meydanı olduğunu və Zəngəzurun ən sonda, həm də Sumbat kimilərin xəyanəti nəticəsində yenildiyini təsdiq edən tarixi faktlardır. Məlum olduğu kimi, Zəngi tayfaları tarixdə görkəmli qoşun başçıları və dövlət xadimləri ilə məşhur olan bir türk boyudur. Zəngi tayfalarının ən qədim yaşayış məskənlərindən biri Cənubi Azərbaycandakı Zəncan şəhəridir. Bu şəhərin adını farslar "Zənqən" ("ən" farsca çoxluq bildirən şəkilçidir.) kimi tələffüz edirlər. Ərəblərin bu ərazilərə gəlişi ilə bağlı "q" səsinin "c" səsi ilə əvəzlənməsi nəticəsində yazılı mənbələrdə şəhərin adı Zəncan kimi qeyd olunmağa başladı. Zəngi tayfalarının ana vətəni Orta Asiya, daha konkret desək, indiki Özbəkistan əraziləridir. Zəngi tirəsi hal-hazırda da Özbəkistanda yaşayır və burada zəngi adı ilə bağlı çoxlu toponimlər indi də qalmaqdadır (Zəngi, Zəngitəpə, Zəngərik və s.). Zəngilər bizim eranın əvvəllərində daha geniş areala səpələnməyə başladılar. Qazaxıstana, Əfqanıstana, İrana və Qafqaza gələn zəngilər məskunlaşdıqları yerlərdə öz adları ilə bağlı şəhərlər, kəndlər salmağa, öz adlarını çaylara, dağlara, dərələrə verməyə başladılar. Zəncan və Zəngəzur adından savayı, zəngilərlə bağlı onlarca toponim saymaq olar: Türkiyədə - Ərzincan, Gürcüstanda - Zəngişamlı, Zəngənə, Azərbaycanda - Zəngilan, Zəngəran (Yardımlı rayonu), Zəngənə (Sabirabad rayonu), Zəngişalı (Ağdam rayonu), Zəngidərə çayı (Qobustan rayonu), Zəngi çayı (Ismayıllı rayonu), Irəvan mahalında - Zəngibasar, Zəngilər, Zəngili, Zəngi çayı kimi "zəngi" komponenti ilə bağlı toponimlərin olması bu toponimin məhz geniş arealda yaşamış, bir yerdən başqa yerə köçmüş böyük və qüdrətli bir tayfanın adı ilə bağlılığından xəbər verir. Tarixdən məlumdur ki, Zəngi tayfaları orta əsr Azərbaycan Atabəylər dövlətində yuxarı zümrədə təmsil olunmuş, sonra isə Səfəvilər dövlətinin yaranmasında və inkişafında yaxından iştirak etmişlər. Məhz zəngilərin indiki Zəngəzur ərazilərinə köçü də Atabəylər dövründə başlamış, Səfəvilərin hərbi yürüşlərində isə daha da güclənmişdir. Şah İsmayıl Xətainin yaratdığı qüdrətli Səfəvilər səltənətinin təkamülündə və güclənməsində qayı oğuzların bir boyu olan, igidliyi və cəsurluğu ilə seçilən zəngi tayfalarının böyük rolu olmuşdur. Orta əsr tarixi mənbələrinin («Kitabi-Dədə Qorqud» (VII əsr) Mahmud Qaşğari (Divani Lüğəti-it-Türk (XI əsr)), Rəşid əd Din (Oğuznamə (XIV əsr), Əbdülqazi (Şəcəreyi-Tərakimə (XVII əsr) şəhadətinə görə oğuzlar 24 tayfaya bölünür ki, onların da ən məşhurlarından biri qayı (kayıq) boyudur. Qayı türklərinin məşhur qəbilələri bunlardır: Qacar, avşar, zülqədər, zəngənə, çoban, baharlı, padar, ustaclı, lək, xəlilli, sorsor, şəfəq və s. Bu qəbilələrin bir çoxu Səfəvilər dövlətinin yaranmasında yaxından iştirak etmiş, qəbilə başçıları isə qızılbaşların hərbi və inzibati rəhbərliyində geniş təmsil olunmuşlar. A.A.Bakıxanov zəngənə, xəlilli, ustaclı, qacar, kəngərli, xələc, qaramanlı, çıraqlı, təkəli, şamlı tayfalannın adlarını çəkmiş, onların türk tayfaları olduğunu və Azərbaycanın müxtəlif bölgələrində məskunlaşdığını göstərmişdir. Məhz Azərbaycan Atabəylər dövlətinin və daha sonra Səfəvilər xanədanının dövründə İrəvan, Çuxursəd, Ərzincan, Sisakan ərazilərində zəngənə oğuzlarının ictimai-siyasi fəallığının yüksəlməsi müşahidə edilməyə başladı. Bu dövrdən etibarən "zəngi(ə)" kökü ilə bağlı müxtəlif toponimlər və oronimlər bu arealda yayılmağa başladı. Babək Xürrəmdinin ərəb xilafəti ilə mübarizəsi illərindən ərəblərə yaxşı tanış olan Sisakan mahalı, bu ərazinin dağlıq, qayalıq, təbii qala, divarı xatırladan silsilə daşlardan ibarət landşaftı ərəb səyyahlarının və alimlərinin diqqətində müdafiə istehkamı-qala kimi qalmışdır. Eyni zamanda yaşayış məntəqələrinin demək olar ki, hamısı qalalar şəklində tikildiyindən zəngi tayfalarının geniş arealda yayıldıqları bu dağlıq ərazini ərəb səyyahları Zəngisur - zəngilərin qalası adlandırmaqda tamamilə haqlı idilər. Sur, sür sözü (eləcə də sürü, sürəkli, sürüşmək sözlərinin kökündəki "sür") ərəb dilində silsilə divar, daş hasar, qala mənasını daşıyır. Kiçik Qafqaz sıra dağlarının davamı və ən hündür dağ silsiləsi sayılan, daş zəncir kimi ta Qarabağ yaylasına qədər uzanan, dar dərələri, keçilməz yamacları, qorxunc sıldırımları, sərt qayaları ilə təbii bir istehkamı, qala divarlarını xatırladan, Zəngi türklərinin at oynatdığı bu dağlıq mahalın Zəngəzur adlandırılması həm tarixi-coğrafi, həm etnoqrafik, həm də məntiqi mənada tamamilə doğrudur. "Zəngəzur" termini bir toponim kimi yazılı mənbələrdə XIV əsrdən məlumdur. Bu dövrdə isə təkcə Zəngəzurda deyil, eləcə də bütün Qafqazda qüdrətli türk-müsəlman ruhu hakim idi. Zəngəzur ərazisində xeyli sayda sur (zür) topomorfantı ilə bitən digər toponimlərin də olması və bu kəndlərin demək olar ki, hamısının dağlarda və sıldırım qayalıqlarda yerləşməsi (Təkəzür, Ərcəzür, Gecəzür, Dərməzür, Astazur, Əynəzur, Goranzur və s.) faktı da Zəngəzur adının məhz dərə ilə deyil, dağla, divarla, qala ilə bağlılığını bir daha sübut edir. Bütün tarixi mübarizələrlə, yerli və gəlmə hakimlərin ağalıq iddialarından yaranan irili-xırdalı döyüş səhnələri ilə zəngin olan dağlıq bir ərazidə yaşayış məntəqələrinin dərədə deyil, dağlarda, özü də təbii istehkamlara yaxın yerlərdə salınması məqsədə uyğun idi və yuxarıda adlarını sadaladığımız kəndlərin hamısı belə bir landşaftı olan ərazidədir. Digər tərəfdən, Zəngəzurun təbiəti - qarlı, sərt şaxtalı qışı və kifayət qədər günəşli yayı tələb edir ki, yaşayış məntəqələri dərədə deyil, dağ döşündə, qar uçqunu basmayan, sel, tufan tutmayan yerlərdə, digər kəndlərlə nəqliyat, səs və görüntü əlaqəsi yaratmaq üçün həyati və strateji baxımdan əlverişli olan yerlərdə salınsın. Zəngəzurun adı da, özü də bizə məxsusdur. Min illər öncə bizim ulu babalarımız bu torpaqları əkib-becərmiş, abadlaşdırmış, kəndlər, şəhərlər şalmış, Vətən etmişlər. Son yüzillikdəki qısa fasilələr istisna olmaqla bu torpaqlarda həmişə bizim xalqımız yaşamış və hökm etmişdir. Sovet hökuməti trəfindən Zəngəzura qarşı törədilmiş qəsd və tarixi ədalətsizlik həmdə Azərbaycanın və türk coğrafiyasının ərazi bütövlüyünü pozmuşdur...Cənab Ali Baş Komandan İlham Əliyevin iradəsi ilə tarixi geri dönüş, ədalətin bərpası zamanı başlamışdır...İndi dünya sularında üzərində cənab İlham Əliyevin imzası olan "Zəngəzur" tankeri üzməkdədir...İndi Şərqi Zəngəzur iqtisadi rayonu sürətlə qurulmaqdadır, Zəngəzur dəhlizinin açılması və coğrafi cəhətdən əlaqəsi kəsilmiş böyük türk dünyasının bütövlüyünün bərpası tarxin reallığına çevrilməkdədir...Bakıdan çıxan sürət qatarının Zəngəzurdan keçərək Naxçıvana və Qarsa gedəcəyi gün o qədər də uzaqda deyildir! ...Biz Şərqi Zəngəzura qayıtmışıq! ...Qərbi Zəngəzura da gedəcəyik. Hansı gün və hansı nəqliyyat vasitəsi ilə gedəcəyimizi isə Ali Baş Komandan söyləyəcəkdir! Zəngəzur Azərbaycandır!



Musa Urud - Milli Məclisin deputatı
15-08-2022, 15:53
Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə çatır


Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə çatır

Ukraynada müharibə başlayandan indiyədək Rusiya ordusunun 43 min 750 hərbçisi məhv edilib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün məlumat yayıb. Rusiyanın digər döyüş itkiləri 1876 tank, 4141 zirehli döyüş maşını, 985 artilleriya sistemi, 261 reaktiv yaylım atəşi sistemi, 136 hava hücumundan müdafiə sistemi, 233 təyyarə, 195 helikopter, 787 PUA, 187 qanadlı raket, 15 gəmi, 3036 avtomobil texnikası və avtosistern, 92 xüsusi texnikadan ibarətdir. Xatırladaq ki, Rusiya bu ilin fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!