7-08-2022, 20:08
Atmosferi çirkləndirən sürücülər cərimələndiZaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları atmosferin nəqliyyatdan atılan zərərli qazlarla çirkləndirilməsinin qarşısının alınması məqsədilə şəhər ərazisində nəzarət-profilaktik tədbirlər keçiriblər. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, tədbirlər zamanı nəqliyyat vasitələri saxlanılıb və xüsusi cihaz vasitəsilə zərərli qazların miqdarı yoxlanılıb. Yoxlamalar zamanı həmin avtomobillərdən bəzilərinin atmosferə normadan artıq tullantı ixrac etdiyi müəyyən olunub. İxrac qazlarının normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra nəqliyyat vasitələrindən istifadə etməli olduqları həmin sürücülərin diqqətinə çatdırılıb və barələrində qanunamüvafiq tədbir görülüb.
7-08-2022, 20:02
Ukrayna qarğıdalısını daşıyan ilk gəmi təyinat yerinə vaxtında çatmayıbİstailbulda imzalanan “Taxıl müqaviləsi” çərçivəsində Ukrayna limanından yola çıxan ilk gəmi əvvəlcədən planlaşdırıldığı tarixdə, avqustun 7-də Livana çatmayıb. Bu barədə Ukraynanın Livandakı səfirliyi məlumat yayıb. Syerra Leone bayrağı altında üzən “Razoni” yük gəmisi avqustun 1-də 26,5 min ton qarğıdalı ilə Odessadan yola düşüb. Livanın nəqliyyat naziri Əli Hamiya gəminin statusunu dəyişdiyini bildirib. Ukraynanın Livandakı səfirliyindən "Reuters" agentliyinə bildiriblər ki, gəmi gecikib və bu gün Livana çatmayacaq. Səfirlik gəminin nə vaxt çatacağı və gecikmənin səbəbi ilə bağlı məlumat verməyib. Açıq mənbələr "Razoni"nin avqustun 7-də səhər saatlarında Türkiyə sahillərində olduğunu göstərir. "Razoni2 iyulun 22-də İstanbulda əldə olunan razılaşmaların icrası çərçivəsində toyuqlar üçün yem kimi istifadə olunacaq qarğıdalı daşıyır.
7-08-2022, 19:59
9 nəfəri ildırım vurub öldürdüHindistanın Madhya Pradeş əyalətinin müxtəlif bölgələrində ildırım düşməsi nəticəsində 9 nəfər həyatını itirib.
Butov.az xəbər verir ki, güclü yağışlarla bərabər, ölkənin bir çox şəhərləri ildırım vurub. Belə ki, Satna şəhərində işləmək üçün tarlaya gedən 3 nəfəri ildırım vuraraq öldürüb. Yenə həmin şəhərdə bir qadın ildırım vurması nəticəsində həyatını itirib.
7-08-2022, 19:57
Qəzzada tərəflər atəşkəsə razılıq verdiİsrail və Fələsrin muxtariyyəti arasında Qəzzada atəşkəsin elan olunması barədə razılıq əldə olunub. Bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilir ki, atəşkəsin əldə olunmasına Misir vasitəçilik edib. Mənbələr atəşkəsin Bakı vaxtı ilə saat 21:00-da qüvvəyə minəcəyini bildirir. Tərəflər rəsmi olaraq atəşkəs barədə məlumat yaymayıb. Qeyd edək ki, cümə günü İsrail ordusu Qəzzadakı “İslami Cihad” təşkilatına qarşı əməliyyata başlayıb. Zərbələr nəticəsində Qəzzada 30-a yaxın şəxsin öldüyü qeyd olunur. Məlumata görə, Qəzzada qruplaşmanın yüksək rütbəli üzvü Xaled Mənsur İsrailin Qəzza zolağına endirdiyi hava zərbəsi nəticəsində öldürülüb.
7-08-2022, 19:54
Tənəzzül anonsu: İnsanlar kasıblığa öyrəşəcəkUkrayna münaqişəsi səbəbiylə Avropa İttifaqı ölkələri iqtisadi tənəzzüllə üzləşəcək. Bu barədə Finlandiyanın Prezidenti Sauli Niinistö “Maaseudun Tulevaisuus” nəşrinə müsahibəsində deyib. “Finlandiya və digər Avropa İttifaqı ölkələrinin vətəndaşları iqtisadiyyatın ildən-ilə artmayacağına öyrəşməli olacaqlar. Bu, Avropanın birliyinə mənfi təsir göstərə bilər, çünki inkişaf birdən-birə dayanır, çağırışların sayı artır”, – deyə Prezident bildirib. Onun sözlərinə görə, Finlandiyanın NATO-ya daxil olma prosesinə baxmayaraq, təhlükəsizlik sahəsində özünü qoruması, əhalinin ərzaqla təmin olunması məsələsində müstəqilliyi əsas vəzifələrə çevrilir.
7-08-2022, 19:52
Son sutkada yüzlərlə vaksin vurulduAzərbaycanda son sutkada koronavirus əleyhinə 1424 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 222, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 72, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 934, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 196 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 829 027, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 368 516, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 858 862, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 345 731, pozitiv nəticədən sonra buster doza olunanların sayı 255 918 təşkil edir.