Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
7-08-2022, 19:48
Aktiv xəstə sayı artır - Yoluxanların statistikası


Aktiv xəstə sayı artır - Yoluxanların statistikası

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 469 yeni yoluxma faktı qeydə alınıb, 422 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki, son sutka ərzində COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb. Azərbaycanda indiyədək ümumilikdə 801 939 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 789 034 nəfər müalicə olunaraq sağalıb, 9760 nəfər vəfat edib, aktiv xəstə sayı 3145 nəfərdir. Son sutka ərzində 3603, hazırkı dövrədək isə 7 069 761 test aparılıb.


7-08-2022, 19:45
900 illik körpü yandı


900 illik körpü yandı

Çinin 900 ildən çox əvvəl tikilmiş ən uzun taxta tağlı körpüsü Pingnan Wan'an yanğın nəticəsində çöküb. Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Mənbənin sözlərinə görə, yanğın əvvəlcə körpünü bürüyüb, yanğının ilk 20 dəqiqəsində strukturun gövdəsi demək olar ki, tamamilə yanıb. "Hazırda körpü yanıb və dağılıb, heç kim xəsarət almayıb", - Çin Mərkəzi Televiziyası bildirib. Pekin Universitetinin qədim memarlıq üzrə eksperti Xu İtaonun sözlərinə görə, yanğına ən çox ehtimal olunan səbəb insan faktorudur: "Düşünürəm ki, bu, təbii fəlakət insan tərəfindən törədilib, körpünün su üzərində kortəbii alışması nadir haldır". Xatırladaq ki, körpü 960-1279-cu illərdə Sonq sülaləsi dövründə tikilib.
7-08-2022, 19:42
Millimiz meydana çıxmadan qalib gəldi


Millimiz meydana çıxmadan qalib gəldi

Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb. Butov.az xəbər verir ki, yığmamız bu gün B qrupundakı ilk matçında Kamerun seçməsi ilə qarşılaşmalı idi. Rəqib oyuna gəlmədiyindən texniki məğlubiyyət alıb. Bununla da Azərbaycan millisi meydana çıxmadan qalib gəlib. Qeyd edək ki, milli komanda avqustun 9-da Əfqanıstanı, 2 gün sonra isə İranı sınağa çəkəcək.
7-08-2022, 19:40
Ukrayna gəmilərinin Bosfordan keçməsinə icazə verildi


Ukrayna gəmilərinin Bosfordan keçməsinə icazə verildi

Bu gün günorta saatlarında İstanbulda Ukraynadan gələn qarğıdalı yükü olan “Polarnet” gəmisinə iki saat baxış keçirilib. Bu barədə Türkiyə Mili Müdafiə Nazirliyi məlumat yayıb. Quru yük gəmisi icazə aldıqdan sonra Türkiyənin şimal-qərbindəki Kocaeli vilayətinin “Derince” limanına yol alacaq. Məlumata görə, İstanbul Birgə Koordinasiya Mərkəzi yoxlamadan sonra Ukraynadan taxıl daşıyan “Polarnet” və “Rojen” quru yük gəmilərinin Bosfor boğazından keçməsinə icazə verib.
7-08-2022, 19:38
Çin ABŞ-ın ittihamlarına cavab verdi


Çin ABŞ-ın ittihamlarına cavab verdi

Çin Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın ittihamlarına cavab verib. Butov.az xəbər verir ki, ABŞ rəsmilərinin Çin haqqında səsləndirdiyi "təhlükəli və məsuliyyətsiz" ifadələrinə Çindən reaksiya gecikməyib. Çinin XİN sözçüsü bildirib ki, məsuliyyətdən danışan ABŞ Nensi Pelosinin Tayvan ziyarətini dayandırmalı idi. ABŞ Çinin sərhədlərində gövdə nümayişini, daxili işlərə qarışmağı buraxmalıdır. "ABŞ əks-Çin siyasətini buraxmalı, Tayvan ilə əlaqələri və Tayvana silah satışını dayandırmalıdır" - deyə Çin XİN-dən bildirilib.
7-08-2022, 19:35
İdmançımız finala yüksəldi


İdmançımız finala yüksəldi

Bu gün Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis üzrə şəxsi yarışlara start verilib. Butov.az xəbər verir ki, yarışda Azərbaycanı milli komandamızın üzvləri Ləman Əbdülhəmidova, Adil Əhmədzadə, Nihad Məmmədov, Vəzir Allahverdiyev, Emin Məmmədov, Zemfira Mikayılova, Mərziyyə Nurmətova və Nəzakət Qarayeva təmsil edirlər. Kişilərin şəxsi yarışında Azərbaycan idmançısı Emin Məmmədov Qazaxıstan təmsilçisi Akimali Bakdauletə 3:0 hesabı ilə qalib gələrək 1/16 finala yüksəlib. Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis yarışları avqustun 11-dək davam edəcək.
7-08-2022, 19:32
Gürcüstandan Rusiyaya çağırış: Təxribatı dayandırın!


Gürcüstandan Rusiyaya çağırış: Təxribatı dayandırın!

"İşğalın 14-cü ildönümündə Rusiya Avropa İttifaqının vasitəçiliyi ilə əldə edilmiş 12 avqust 2008-ci il tarixli atəşkəs razılaşmasını yerinə yetirmir və işğal olunmuş rayonlarda qeyri-qanuni nəzarətini genişləndirir". Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb. Bəyanatda XİN Rusiya Federasiyasını Gürcüstana qarşı qanunsuz və təxribat xarakterli hərəkətləri dayandırmağa çağırıb. Nazirlik öz bəyanatında qeyd edib ki, Gürcüstan tərəfi Rusiya ilə münaqişənin sülh yolu ilə həlli siyasətini davam etdirəcək. Xatırladaq ki, avqustun 8-də Rusiya-Gürcüstan mühraibəsinin baş verməsindən 14 il keçir.
7-08-2022, 19:29
“Qarabağ”ın Macarıstana səfər planı


“Qarabağ”ın Macarıstana səfər planı

UEFA Çempionar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Macarsıtanda "Ferentsvaroş"la qarşılaşacaq "Qarabağ"ın səfər planı bəlli olub. Butov.az xəbər verir ki, "köhlən atlar" avqustun 8-də Budapeştə yollanacaq. Komanda saat 10:30-da Heydər Əliyev Beynəlxalq Aeroportundan Macarıstan paytaxtına uçacaq. Həmin gün Bakı vaxtı ilə saat 20:40-da Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 21:00-da isə matçın keçiriləcəyi "Groupama Arena"da komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) gerçəkləşəcək. Qeyd edək ki, avqustun 9-da oynanılacaq "Ferentsvaroş" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk matçda qalib müəyyənləşməyib - 1:1.
7-08-2022, 19:25
NATO-nun Kiyevə göndərdiyi silahlar məhv edildi


NATO-nun Kiyevə göndərdiyi silahlar məhv edildi

NATO-nun Ukraynaya göndərdiyi silahlar məhv edilib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib. Onun sözlərinə görə, Rusiya hərbçiləri Ukraynanın Nikolayev vilayətində 45 min ton döyüş sursatı olan arsenalı məhv edib.
7-08-2022, 19:22
Brüssel görüşü sülh gətirəcəkmi? - Bakının məqsədi bəllidir


Brüssel görüşü sülh gətirəcəkmi? - Bakının məqsədi bəllidir

"Brüssel görüşü ilk deyil. Hər bir görüş zamanı Azərbaycan tərəfi prinsipial mövqeyini bildirir. Bundan sonra da biz güzəştlərə getməyəcəyik. Bunu Ermənistan tərəfi yaxşı başa düşməli və dərk etməlidir". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Pasinyanın Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin dəvəti ilə Brüsseldə keçirəcəyi görüşdən gözləntilər haqqında danışan politoloq Fikrət Sadıqov deyib. Keçmiş diplomat qeyd edib ki, Ermənistan çalışmalıdır bütün razılıqlar, əldə edilən bəyanatlar həyata keçirilsin və reallaşsın: "Nəticə əldə edilib-edilməməsi Ermənistandan aslıdır. Problem yaradan, çətinliklərə səbəb olan Ermənistandır. Onların sayəsində post-munaqişə dövründə təxribatlar törədilib, əsgərlərimiz şəhid olub. Rəsmi İrəvan sülhə razılaşmalıdır". Azərbaycanın çoxvektorlu xarici siyasət apardığını vurğulayan politoloq qeyd edib ki, həm ABŞ, həm də Rusiya ilə münasibətlərimizi normal saxlayırıq: "Biz öz məsələlərimizi həll etmək üçün lazımi addımlarımızı atırıq. Ermənistan gedib Moskvadan icazə alır ki, Brüsselə getsin, orada görüşlər keçirsin. Bu, Ermənistanın problemidir. Tam aydındır ki, rəsmi İrəvan müstəqil siyasət apara bilmir. Müxtəlif qütblər arasında çabalayır. Bunun da heç bir nəticəsi yoxdur. Biz qələbə çaldıq. Öz mövqeyimizi bildirdik. Əsas məqsədimiz sabitliyin və sülhün bərpasıdır. Bu məqsədlə Brüsselə gedirik. Zəngəzur dəhlizi ilə bağlı Ermənistana təzyiq göstərilsə, İrəvan müəyyən addımlar atmağa məcbur olar. Onlar başqa dil bilmirlər. Təəssüf ki, bir sıra güc mərkəzləri, aparıcı dövlətlər bizi sadəcə olaraq sülhə çağırırlar, eyni zamanda Bakı ilə İrəvanı bərabərləşdirirlər. Ermənistana təzyiq edilməsə, biz özümüz təzyiq etməliyik. Başqa çıxış yolumuz yoxdur. Elə axır zamanlar da öz gücümüzü nümayiş etdiririk, bunu İrəvanda da görürlər".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə görüş keçirəcək. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel "Twitter" hesabında vurğulayıb ki, görüş ərəfəsində gündəliyin bütün bəndləri üzrə dialoqun davam etməsi və konkret irəliləyişin əldə olunması mühüm əhəmiyyət daşıyır. "Avropa İttifaqı Cənubi Qafqazda sülh prosesinə sadiqliyini davam etdirir", - deyə Şarl Mişel bildirib. Lakin görüşün dəqiq tarixi hələlik açıqlanmayıb.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!