23-07-2022, 19:23
Şinzo Abeni güllələyən şəxs psixiatrik müayinədən keçəcək
Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin qatilində şübhəli bilinən şəxs bu ilin sonuna qədər psixiatrik müayinədən keçəcək. Bu barədə Yaponiyanın "Nikkei" nəşri məlumat yayıb. Qərar Abenin güllələndiyi Nara bölgəsinin məhkəməsi tərəfindən verilib. Qeyd edək ki, 41 yaşlı Tetsuya Yamaqaminin iyulun 8-də küçədə seçki kampaniyası zamanı Yaponiyanın keçmiş baş naziri Abeni kustar üsullarla hazırlanmış silahla öldürüb.
23-07-2022, 19:20
Hərbçimiz Kəlbəcərdə İTKİN DÜŞDÜİyulun 23-də günorta saatlarında Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İbayev Kamiz Mübariz oğlu dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində itkin düşüb. Bu barədə Butov.az-a Müdafiə Nazirliyindən bildirilib. Hərbi qulluqçumuzun axtarışı istiqamətində müvafiq tədbirlər görülür. Hazırda faktla bağlı araşdırma aparılır.
23-07-2022, 19:17
Məşhur türk yazıçı vəfat etdiTürkiyənin məşhur yazıçısı Rasim Özdənörən 82 yaşında vəfat edib. Butov.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. 1940-cı ildə Kahramanmaraş bölgəsində anadan olan yazıçı Ankara Universiteti Tibb Fakültəsi Xəstəxanasında dünyasını dəyişib. 30-a yaxın kitabın müəllifi olan Özdənörənin “Kirli şüşələr” adlı kitabı Azərbaycanda da nəşr olunub.
23-07-2022, 19:12
Ukrayna Almaniyaya yeni səfir göndərirUkrayna Almaniyaya yeni səfir təyin edəcək. Bu barədə Almaniyanın RTL telekanalı məlumat yayıb. Bildirilir ki, Ukraynanın Berlindəki diplomatik missiyasına 47 yaşlı Oleksiy Makeyev təyin ediləcək. O, 1996-cı ildə diplomat kimi fəaliyyətə başlayıb, 2014-2020-ci illərdə Ukrayna Xarici İşlər Nazirliyinin siyasi direktoru olub, həmçinin İsveçrə və Almaniyadakı səfirliklərdə işləyib. RTL-nin məlumatına görə, o, iki həftədən sonra Almaniya Xarici İşlər Nazirliyində rəsmən təqdim olunacaq.
23-07-2022, 19:06
Hulusi Akardan Odessaya hücumla əlaqədar AÇIQLAMATürkiyə milli müdafiə naziri Hulusi Akar Ukrayna müdafiə naziri Aleksey Reznikov və infrastruktur naziri Aleksandr Kubrakov ilə telefon danışığı aparıb. Bu barədə o, "Anadolu" agentliyinə açıqlamasında bildirib. Akar ukraynalı nazirlərlə Odessaya endirilən zərbələri müzakirə edib. O, Rusiya tərəfi ilə də danışıqların olduğunu qeyd edib. "Ukrayna raket zərbələrindən birinin limandakı siloslardan birinə, digərinin isə silosun yaxınlığındakı əraziyə düşdüyünü bildirib, amma vacib olan odur ki, gəmilərin yükləmə qabiliyyəti ilə bağlı heç bir mənfi cəhət yoxdur və oradakı fəaliyyətlər davam edə bilər", - deyə Akar vurğulayıb. Nazirin sözlərinə görə, ruslar bu hücumla heç bir əlaqələrinin olmadığını bildiriblər. Akar hadisənin dünən imzalanan taxıl sazişindən dərhal sonra baş verməsinin Türkiyəni də narahat etdiyini vurğulayıb.
23-07-2022, 19:02
Əfqanıstan İrandan 350 min ton neft alacaqƏfqanıstanda hakimiyyətdə olan Taliban hərəkatının Maliyyə Nazirliyi İrandan 350 min ton neftin alınması üçün müqavilə imzalayıb. Bu barədə İranın "Mehr" xəbər agentliyi məlumat yayıb. Müqavilənin məbləği barədə məlumat verilməyib. Əfqanıstan Maliyyə Nazirliyinin məlumatına görə, müqavilə ölkədə yanacağın qiymətinin aşağı salınması məqsədi ilə imzalanıb. Bundan əvvəl Əfqanıstan nümayəndə heyəti neft alışı, qiymətləri və neft məhsullarının Əfqanıstana tranzitini müzakirə etmək üçün İrana səfər edib.
23-07-2022, 18:59
Yoluxanların sayı açıqlandı - 2 nəfər ÖLDÜAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 309 yeni yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 796 141 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 784 653 nəfər müalicə olunaraq sağalıb, 9 735 nəfər vəfat edib, aktiv xəstə sayı 1 753 nəfərdir. Ölkədə son sutka ərzində 3026, hazırkı dövrədək isə 7 021 193 test aparılıb.
23-07-2022, 18:54
Lev Tolstoy küçəsinə Consonun adı verildiUkraynanın Zakarpatiya bölgəsində yerləşən Xust şəhərində bəzi küçələri adları dəyişdirilib.Bu barədə Ukrayna Ali Radasının "Telegram" kanalı məlumat yayıb. Belə ki, şəhərdəki Lev Tolstoy küçəsi Böyük Britaniyanın baş naziri Boris Consonun şərəfinə adlandırılıb. Qərarın şəhər bələdiyyəsi tərəfindən qəbul edildiyi bildirilir.
23-07-2022, 18:19
İmişlidə ər arvadını BIÇAQLADIİyulun 21-i saat 6 radələrində İmişli rayon sakini Günel Abdullayevanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub. İmişli rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1983-cü il təvəllüdlü Xanoğlan Quliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Günel Abdullayevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Xanoğlan Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. İş üzrə istintaq davam edir.
23-07-2022, 18:16
Generalı qətlə yetirən şəxs edam olunduİranda polis generalını qətlə yetirən şəxs edam olunub. Butov.az xəbər verir ki, Şiraz şəhərində polis generalı Əli Əkbər Rəncbəri qətlə yetirən şəxs bu gün səhər edam edilib. Fars əyalətinin prokuroru seyid Kazim Musəvi deyib ki, edam cinayətin törədildiyi yerdə baş tutub.