Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
23-07-2022, 18:13
Ağdaş sakinini cərəyan vurub öldürdü


Ağdaş sakinini cərəyan vurub öldürdü

Ağdaşda kişini elektrik cərəyanı vurub. Butov.az xəbər verir ki, hadisə rayonun Nehrəxəlil kəndində olub. 1978-ci il təvəllüdlü T.Hüseynov özünə məxsus traktorda qaynaq cihazı ilə təmir apararkən onu elektrik cərəyanı vurub. Nəticədə o, hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
23-07-2022, 18:08
Putin sabiq Baş nazirin dəfninə BURAXILMAYACAQ


Putin sabiq Baş nazirin dəfninə BURAXILMAYACAQ

Rusiya Prezidenti Vladimir Putin Cojoji məbədində iyulun 8-də sui-qəsd nəticəsində öldürülən Yaponiyanın keçmiş Baş nazir Şinzo Abenin dəfninə buraxılmayacaq. Butov.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb Putinə qarşı Yaponiyanın tətbiq etdiyi giriş qadağasıdır. Bildirilib ki, Putin Abenin dəfnində iştirak etmək istəsə belə, Tokio qadağa qərarını ləğv etməyəcək. Qeyd edək ki, Yaponiya Rusiyanın Ukraynaya hərbi təcavüzünə görə Vladimir Putinə qarşı sanksiya tətbiq edib.
23-07-2022, 18:04
Şəkidə Vito camışları vurdu


Şəkidə Vito camışları vurdu

Şəkidə sərnişin daşıyan "Vito" markalı mikroavtobus qəzaya düşüb. Hadisə bu gün səhər saatlarında Şəki-Qax avtomobil yolunun Şəkinin Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan "Vito" markalı sərnişin daşıyan mikroavtobus yolla hərəkət edən 3 baş camışı vurub. Qəzadan sonra Vito yoldan çıxaraq ağaca dəyib. Üç baş camış tələf olub. Faktla bağlı araşdırma aparılır.
23-07-2022, 17:54
[center]İranda qısaqol köynəklər qadağan edildi

İranda qısaqol köynəklər qadağan edildi

İranda qısaqol köynəklərin satışına qadağa qoyulub. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb. İranın Qum əyalətinin Sahibkarlar Palatasının sədri Həmid Xorrəminin göstərişinə əsasən, Qum şəhərindəki mağazalarda qısaqol köynək satışı qadağan edilib və bu qaydaya əməl etməyənlər barəsində qanuni tədbirlər görüləcək.
23-07-2022, 17:49
Zelenski separatçıları tanımadığına görə Tokayevə təşəkkür etdi


Zelenski separatçıları tanımadığına görə Tokayevə təşəkkür etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub. Bu barədə Tokayevin mətbuat xidməti məlumat yayıb. Zelenskinin təşəbbüsü əsasında baş tutan telefon danışığı zamanı tərəflər ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30-cü ildönümü münasibətilə bir-birlərini təbrik ediblər. Tokayev ötən gün İstanbulda Türkiyə və BMT-nin vasitəçiliyi ilə Ukraynadan taxıl ixracına dair sazişin imzalanmasını müsbət qiymətləndirib və Qazaxıstanın Ukraynadakı vəziyyətin diplomatik yolla tənzimlənməsi ilə bağlı prinsipial mövqeyini təsdiqləyib. Ukrayna Prezidentinin özünün "Twitter" hesabında bildirib ki, DXR və LXR separatçılarını tanımdıqları üçün Tokayevə təşəkkür edib. Xatırladaq ki, iyunda Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun müzakirəsi zamanı Qazaxıstan prezidenti LXR və DXR-in kvazi-dövlət olduğunu bildirib və Qazaxıstanın onları tanımayacağını qeyd edib.
23-07-2022, 17:45
Dağlara qar yağıb


Dağlara qar yağıb

Azərbaycanın yüksək dağlıq ərazilərinə qar yağıb. Bu barədə Butov.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd olunub ki, 3500 metrdən yüksəkdə yerləşən dağlıq ərazilərə (Şahdağ) qar yağıb.
23-07-2022, 17:39
Quterreş Odessaya hücumu pislədi


Quterreş Odessaya hücumu pislədi

BMT-nin baş katibi Antonio Quterreş Ukraynanın Odessa limanına endirilən zərbələri pisləyib. Bu barədə təşkilatın sözçüsü Farhan Haq məlumat verib. O əlavə edib ki, Rusiya-Ukrayna müharibəsində bütün tərəflər Ukrayna limanlarından taxıl ixracı üçün razılığa gəliblər. Bu məhsullar qlobal ərzaq böhranını həll etmək və bütün dünyada ehtiyacı olan milyonlarla insanın əzabını yüngülləşdirmək üçün çox lazımdır. Müqavilənin Rusiya Federasiyası, Ukrayna və Türkiyə tərəfindən tam şəkildə həyata keçirilməsi zəruridir”, - deyə təşkilatın rəsmisi bildirib.
23-07-2022, 17:36
COVID-lə bağlı rəqəmlər düzgün deyil - Həkimdən qalmaqallı AÇIQLAMA


COVID-lə bağlı rəqəmlər düzgün deyil - Həkimdən qalmaqallı AÇIQLAMA

“Koronavirusla bağlı gündəlik ölüm statistikası çıxır ki, filan qədər koronavirus xəstəsi ölüb. Bu yanlış statistikadır”. Bunu Butov.az-a açıqlamasında tanınmış həkim Aydın Əliyev bildirib. Həkim qeyd edib ki, dünyasını dəyişən şəxsin konkret olaraq hansı xəstəlikdən dünyasını dəyişdiyini sübut etmək üçün patoloji anatomik müayinə olunmalıdır:

23-07-2022, 17:23
Postmüharibə dövründə 94 min şəxsə sosial ödənişlər edilib


Postmüharibə dövründə 94 min şəxsə sosial ödənişlər edilib

Postmüharibə dövründə 94 min şəxsə 104 min sosial ödəniş təyinatı aparılıb. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib. Nazirin sözlərinə görə, bu ödənişlərin əksəriyyəti proaktiv qaydada həyata keçirilib: "Şəhid ailələri və müharibə əlilləri heç bir yerə müraciət etmədən, sənəd toplamadan bu ödənişlər elektron qaydada təyin edilib. Yalnız xüsusi müayinə tələb edilən hallarda, məsələn əlilliyin təyinatı ilə bağlı vətəndaşlar müvafiq qurumlara dəvət olunublar". Nazir qeyd edib ki, paralel olaraq ötən ilin yanvar ayında təqaüdlər, bu ilin yanvar ayında isə şəhid ailələrinə və müharibə əlillərinə ödənilən müavinətlər 60% artırılıb.
23-07-2022, 17:17
Rəfiqə Hüseynzadəyə "Şöhrət" ordeni verildi


Rəfiqə Hüseynzadəyə "Şöhrət" ordeni verildi

Azərbaycan Respublikasında neft sənayesinin inkişafında xidmətlərinə görə Rəfiqə Abdul Ağa qızı Hüseynzadə “Şöhrət” ordeni ilə təltif edilib. Butov.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!