Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
25-02-2022, 10:26
25-02-2022, 09:17
Xocalıda azı 3813 nəfər qətlə yetirilib.

Xocalıda azı 3813 nəfər qətlə yetirilib.
Onlardan 613 nəfəri cəsədləri əlimizə gələn, ictimaiyyətə məlum olanlardır, qalanları barədə erməni mənbələrində məlumat verilir. 2000-ci ildə nəşr olunmuş “Xaç naminə” kitabında Daud Xeyriyan yazırdı:
“Bu şaxtalı qış səhərində Daşbulaq yaxınlığında bir kilometrlik bataqlıqdan keçmək üçün insan meyitlərindən körpü salmalı olduq. Mən meyitlərin üstü ilə getmək istəmirdim. Mayor Ohanyan işarə elədi ki, qorxmaq lazım deyil, müharibənin öz qanunları var. Mən ayağımı qan içində olan 9-11 yaşlarında qız uşağının sinəsinə basıb irəlilədim. Çəkmələrim, şalvarım tam qana batmışdı. Bu qaydada 1200 meyitin üzərindən keçib getdim.
...Martın 2-də “Qaplan qrupu” (bu qrup meyitlərin yandırılması ilə məşğul idi) 2000-ə yaxın iyrənc monqol (Xocalı türklərini nəzərdə tutur) meyitini topladı və onları ayrı-ayrı topalarla Xocalının təxminən bir kilometrliyində yandırdı.”
Yuxarıda qeyd olunanlardan da görünür ki, yer üzündən silinmiş bir şəhərin qırılmış əhalisinin sayı qəsdən az göstərilib. O zaman Xocalıda 8 min yerli əhali olub, 2 min nəfər də Ermənistandan qovulanlardan pənah gətirib. İndi deyə bilən varmı 10 min əhali hardadır?! Düşmənin dezinformasiya təxribatı burda da işləyib.
P.S. 1992-ci ilin aprelində Xocalı İcra Hakimiyyətinin başçısı Elman Məmmədovdan müsahibə alırdım. Dedi:”Öldürülənlərin, yaralananların, itkin düşənlərin, girovluqdan qutara bilənlərin sayı dəqiqləşdirilir”.
Belə məlum oldu ki, Xocalı soyqırımından 40 gün keçməsinə baxmayaraq 5 min nəfərdən xəbər-ətər yoxdur…
Tamxil ZİYƏDDİNOĞLU
“Bütöv Azərbaycan” qəzetinin baş redaktoru,
“Hərbi Jurnalistlər Birliyi”nin sədri,
25-02-2022, 09:09
SEVİMLİ MÜƏLLİM

SEVİMLİ MÜƏLLİM

“Qəzənfər Paşayev – 85”


Hamının tədqiqatçı, dilçi, folklorçu kimi tanıdığı Qəzənfər Paşayev həm də gözəl müəllim kimi şöhrət qazanmışdır. On yeddi il M.F.Axundov adına Pedoqoji Dillər İnstitutunda ingilis dili müəllimi, xarici dillər kafedrasının müdiri kimi çalışan, on ilə yaxın Ali Təhsil Nazirliyi nəzdində Qərbi Avropa dilləri üzrə Elmi Şuranın elmi katibi olan, sonralar Bakı Dövlət Universitetində ingilis dilindən dərs deyən, işlədiyi müddətdə elmi kadrların hazırlanmasında səylə çalışan Qəzənfər Paşayevin müəllimliyi də tədqiqatçılığı kimi diqqəti çəkir.
Akademuk Teymur Bünyadov “Alim dünyasına bir baxış” adlı məqaləsində yazır: “Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev mənim aləmimdə hər şeydən əvvəl, müqəddəs sayılan sənət sahibi, müəllimdir. Bu şərəfi uca tutan, yüksək qiymətləndirən müəllim. Bu sahədə külüng çalan, ad qazanan, şərafətlənən müəllim. Təkcə onu demək kifayətdir ki, M.F.Axundov adına Pedaqoji Dillər İnstitutunda ingilis dilindən dərs dediyi tələbələrindən Zeydulla Ağayev elmlər doktoru, Məlumat Nurəddinov, Məmməd Hüseynov və Güldanə Pamazanova elmlər namizədidir. Sevimli tələbəsi Ədalət Əsgərov uzun illər Cəlilabad rayonunda Maarif şöbəsinin müdiridir. Qəzənfər Paşayev respublikamızda ilk olaraq “Ölkəşünaslıq” fənnini ingiliscə hazırlayıb mühazirələr oxuyan, seminarlar aparan müəllimdir. Onun ingiliscə “İngiltərə haqqında” kitabı uzun illər Dillər İnstitutunda tələbələrin köməyinə gəlmişdir. O, ABŞ və İngiltərədə ixtisasartırma kurslarını bitirmiş, İngiltərədə sovet müəllimlərinin rəhbəri kimi xalqımızı tanıtmış, başımızı uca etmişdir.SSRİ Ali və Orta İxtisas Nazirliklərinin Fəxri Fərmanlarını almışdır...”.
Müəllimlik çox şərəfli vəzifədir. Hamımız şagird, tələbə olmuşuq. Həmişə hamının seçib-sevdiyi müəllimi olur. Sevimli müəllim olmaq doğrudan da gözəl şeydir və mən bunu həyatımda yaşamışam. Qarşısında tələbə kimi oturduğun, saatlarla dinlədiyin və bir gün ayrılmaq zorunda qaldığın müəllimin haqqında illər keçəndən sonra söz demək, onun kitabları haqqında məqalə yazmaq da hər tələbəyə qismət olmur. Uşaq kimi baxdığın, sonralar haqqında daim xoş sözlər eşitdiyin, uğurlarına sevindiyin, daxilən bir az da öz payın varmış kimi fərəhləndiyin bir tələbənin bir gün sənin hansı bir kitabın haqqındasa məqaləsini oxumaq da hər müəllimə qismət olmur.
Qəzənfər Paşayev xoş hissləri yaşamış müəllimlərdəndir. Tələbələrinin Qəzənfər müəllim haqqında yazdıqları məqalələrdə onun haqqında hərarətli, dəyərli fikirlərə rast gəlirik. Bu mənada filologiya elmləri doktoru Zeydulla Ağayevin müəllimi Qəzənfər Paşayev haqqında yazdığı məqalələr maraq doğurur. O, “Əlvida, Xəzər dənizi...” adlı məqaləsində müəlliminin elmi axtarışlarını qeyd edir, ədəbi əlaqələr sahəsində məhsuldar alim olduğunu bildirir və onun Həmid Abbasovla birlikdə tərcümə etdikləri və 1985-ci ildə “Yazıçı” nəşriyyatında çap olunan Aleksandr Dümanın “Qafqaz səfəri” kitabından söz açır. “Tanıdığım-tanımadığım insan” adlı məqaləsində isə həm bir insan kimi özündən, həm də müxtəlif əsərlərindən bəhs edərək yazır: “Elmi-pedoqoji fəaliyyəti, respublikamızın ədəbi mühitində fəal iştirakı (kiminə elmi rəhbər, kiminə opponent, kiminə rəyçi), məhdud imkanlarının müqabilində xeyriyyəçilik addımları Qəzənfər müəllimin mənə məlum olan tərəfləridir. Və yuxarıda haqqında danışdığım kitabın təqdimat mərasiminə gələnləri, ekspozisiya salonuna sığışmayan zəngin eksponatları görəndən, mötəbər şəxsiyyətlərin Qəzənfər müəllimin əməyinə verdikləri qiyməti eşidəndən sonra başa düşdüm ki, mən öz müəllimimi və həmkarımı heç də düşündüyüm qədər yaxşı tanımırmışam”.
Filologiya elmləri namizədi, dosent Məlumat Nurəddinov öz müəlliminin kitabı haqqında qələmə aldığı məqaləsi də diqqəti çəkir. “Sula Benetin kitabı” adlı məqaləsində kitab haqqında özünəməxsus fikirlərini bildirən müəllif Sula Benetin kitabından söz açsa da, sanki Qəzənfər müəllimin kitabını oxuyurmuş kimi danışır və səhifə-səhifə oxumağa təhrik edildiyini, bir məzmunlu və anadilli əsərin tilsiminə düşdüyünü vurğulayır və yazır: “Bu tilsimə bizi təkcə S.Benet deyil, həm də tərcüməçi Q.Paşayev salmışdır. Axı, təsadüfi deyildir ki, tıərcümə nəzəriyyəçiləri müəlliflə tərcüməçinin adlarının yanaşı çəkilməsinin tərəfdarıdırlar. Əsərdə xalq, yer və insanların adları oxucuya o qədər tanışdır, qafqaz koloriti o qədər güclüdür ki, əsər kitabın titul vərəqində tərçüməçinin adı göstərilməsəydi, S.Benetin bu kitabı Azərbaycan dilində yazdığına şübhə yeri qalmazdı. Bu, mütərcimin böyük müvəffəqiyyətidir”.
Qəzənfər müəllimin daha bir tələbəsi, filologiya elmləri doktoru, professor Şahin Xəlillinin müəllimi haqqında yazdığı olduqca maraqlı bir məqaləsini oxuyuruq. Hərarətli, səmimi fikirlərin yer aldığı “Qəzənfər Paşayev çırağı” adlı məqalədə sevimli müəlliminin “köhnə kişilərin keçdiyi yolun layiqli davamçısı” olduğunu, “gəzib gördüyü dünyanın xeyirxahlarının əlindən su içdiyini”, “imzasını unudulmazlar sırasına qatmağa özündə cəsarət tapdığını”, “özünün həyat amalını, yaxşılığa minnətdarlığını sözü və əməli ilə həyata keçirdiyini”, böyükləri, xüsusilə elmi rəhbəri Məmmədağa Şirəliyevi unutmadığını, xatirəsini ehtiramla yad etdiyini, pedaqoji və elmi kadrların hazırlanmasında da öz zəngin təcrübəsini əsirgəmədiyini qeyd edən müəllif yazır: “... Hələ ötən əsrin 70-ci illərində indiki Azərbaycan Dillər Universitetinin mühazirə salonlarında “Ölkəşünaslıq”dan şövq, gənclik ehtirası və məharəti ilə biz tələbələrin ürəyində gözəl alim, müəllim – ziyalının məftunedici portreti həkk olunmuşdu. O, uzaqdan uzağa həmin universitetdə çıxan çoxtirajlı “Bilik” qəzetinin səhifələrində görünən imzamla məni axtarıb özünün ən yaxın həmkarı kimi təbrik edib orijinaldan tərcüməmin nə qədər vacib və əhəmiyyətli, məsuliyyətli olduğunu xatırlatmışdı. Elə o vaxtdan mənim də içimdə “nə yaxşı bu dünyada Qəzənfər müəllim varıymış” deməyə bir dost nəğməsinin nəqəratı misralandı”.
Məqalələrdə vurğulandığı kimi, Qəzənfər Paşayev sadəcə auditoriyaya girib tələbələrə ölkəşünaslığın əsaslarından, predmetindən mühazirə oxumaqla, sonda tələbələri dinləyib qiymətləndirməklə işini bitmiş hesab edən müəllimlərdən olmamışdır. O, tələbə ordusunun ehtiyac hiss etdiyyi “İngiltərə barədə hər şey” adlı dəyərli bir əsərlə pedoqoji fəaliyyətində daha bir pillə qalxmışdır. Filologiya elmləri namizədi, dosent Səyyarə İmanovanın “İngiltərə və ingilislər barədə nə bilirik” adlı məqaləsini belə başlayır: “Qəzənfər Paşayevin bu yaxınlarda V.İ.Lenin adına APİ-nin nəşriyyatı tərəfindən çapdan buraxılmış “İngiltərə barədə hər şey” kitabı xarici dil öyrənənlərə gözəl töhfədir. Kitab ingilis xalqının tarixi, mədəniyyəti, həyat tərzi, adət-ənənələri və milli xüsusiyyətləri barədə geniş məlumat verir”.
Müəllif yeni dərs vəsaitinin ayrı-ayrı bölmələrindən danışır və pedoqoqun uzun illər Moskvada Xarici ədəbiyyat kitabxanasında gərgin axtarışlar apardığını, elmi əhəmiyyət kəsb edən materialları topladığını qeyd edir və əsərin linqvistik baxımda da maraqlı olduğunu, burada verilən linqlistik şərhlərin tələbələrin müstəqil iş aparmalarına yardımçı olduğunu bildirir. Bu kitabın ümumi oxucu kütləsinin tələbatını ödədiyini və ali məktəb müəllimləri və tələbələri üçün dəyərli elmi vəsait olduğunu vurğulayır.
Vahid Hacıyevin İlyas Əliyevlə bilikdə qələmə aldıqları “Bir ömrə sığmayan həyat və ya taledən gələn qismət” adlı məqalədə də tədqiqatçının ömür yoluna güzgü tutan müəlliflər onu qüdrətli zəka sahibi, müdrik insan, zəngin mənəviyyat sahibi, xalqın qeyrətli və ləyaqətli övladı, istedadlı şərqşünas, məhsuldar alim kimi təqdim etmiş, haqqında deyilmiş fikirlərə də istinad edərək gördüyü işlərdən, qiymətli tədqiqatlarından fəxarətlə söz açmış, onun elmi pedoqoji fəaliyyətini də qeyd etmiş və “...BDU-nun professoru kimi mənəviyyatlı, dərin elmi hazırlığı olan kadrların yetişdirilməsində öz əməyini əsirgəmədiyini” vurğulamışlar.
Qəzənfər Paşayevin kadr hazırlığı təkcə auditoriyalardakı fəaliyyəti ilə bitmir. Onun rəhbərliyi altında bir sıra gənc elm aləminə vəsiqə almışdır. Səbinə Məşədi-Məmmədova “Kərkük sevdası” adlı məqaləsində Qəzənfər Paşayevi görkəmli folklorşünas, İraq-türkman ədəbiyyatının tədqiqatçısı, bu sahədə qiymətli kitabların müəllifi kimi təqdim edir, onun tərcümeyi-halını qısa şəkildə diqqətə çatdırır, tədqiqatçının xarici səfərlərindən və bu səfərlər zamanı əldə etdiyi müvəffəqiyyətlərdən bəhs edək yazır: “... Əmək fəaliyyətinə ingilis dili və ədəbiyyatı müəllimi kimi başlamışdır. M,F.Axundov adına Pedoqoji Dillər İnstitutunda işə başlamışdır. Qrammatika və tərcümə kafedralarında müəllim və xarici işə getməyə hazırlaşan mütəxəssislər üçün xüsusi kursların müdiri (1968-1970) olmuşdur...
Bir çox namizədlik və doktorluq dissertasiyalarının opponenti, dərslik və monoqrafiyaların müəllifi, rəyçisi və redaktoru olmuşdur. Gənc nəslin yetişməsində və elmi kadrların hazırlanmasında onun xüsusi xidmətləri vardır”.
Qəzənfər Paşayevin pedoqoji fəaliyyəti haqqında çox danışmaq olar, tələbələrinin və müəllim həmkarlarının onun haqqında dedikləri səmimi, dəyərli fikirlərdən və yazdıqları sanballı məqalələrdən əhatəli söz açmaq olar. Biz yazının həcmini nəzərə alıb, bəzi yazılar üzərində dayandıq. Qəzənfər müəllimi səmimi qəlbdən təbrik edir və ona uzun ömür, cansağlığı, yeni elmi nailiyyətlər arzulayırıq.
Sona Xəyal
25-02-2022, 09:00
Tariximiz

Füzuli Baratov


Tariximiz
2-ci yazı
Çox zaman tarix tədqiqatçılarımız araşdırma apararkən hadisələri, adları, tarixi qeyd etməklə işlərini bitmiş hesab edirlər. Ancaq sonradan məlum olur ki, həqiqət heç də qeyd olunduğu kimi deyil. “Niyə belə olur ?” - sualına cavab olaraq əlavə etmək lazımdır ki, tarixi mənbələrdəki yazılar araşdırılarkən hansı dövrdə yaşamış tarixçinin, hansı dildə, hansı əlifba ilə yazdığı tədqiq olunmayıb. İlkin variantda yazılar imkan daxilində həmin dövrə aid maddi mədəniyyət abidələri, daş yazılar, zinət, məişət əşyaları və həmin dövrdə buraxılmış pul sikkələri üzərindəki yazılarla tutuşdurulmalıdır.
Dövrümüzün tanınmış tarix tədqiqatçısı Ziya Bünyadovun araşdırmalarından məlumdur ki, tariximizin XIII əsrdən sonrakı dövrü nisbətən öyrənilmiş, V - VII əsrlər səthi öyrənilmiş, VII – IX əsrlər daha az tədqiq edilmiş, tarixin əsas aspektləri araşdırılmamış, sadəcə Azərbaycan ərazilərində yaşayan xalqlar haqqında və mövcud dinlər haqqında ötəri məlumat verilmişdir. Həqiqətdə isə Azərbaycan ərazisi arxeoloji cəhətdən, maddi mədəniyyət və dini abidələri ilə, arxeoloji qazıntılar nəticəsində tapılmış qiymətli tarixi nümunələri ilə çox zəngindir.
Azərbaycan VII əsrdə ərəblər tərəfindən işğal olunana qədər onun Həmədan, Əzhər, Zəncan, Arran (Albaniya), Şirvan, Sünik, Arsax, Uti, Girdiman, Kasal (Qazax), Amaras, Şamxor, Mingəçevir, Şəki, Car, Qəbələ, Bərdə, Beyləqan, Şamaxı, Quba, Dərbənd, Çoqa, Kürə, Tabasaran, Qumuq, Muğan, Bəzzeyn, Naşava (Naxçıvan), Gilan, Şabran, Niyazabad, Nərəcan (Təbərinin qədim ərəb müəlliflərinə istinadən verdiyi məlumatda deyilir ki, ölkənin 4 əyalətə bölünməsi hələ I Xosrovdan əvvəl mövcud idi, Xosrov taxta çıxandan sonra ölkəsini idarə edən Sepəhbudlara məktublar göndərib. Məktublardan biri Azərbaycan və qonşu ölkələrin Sepəhbudu Zədüyyə ibn ən – Nahiracana göndərilib. (Ət – Bəlazuri, səh. 194 – 195, Ət - Təbəri, I cild, səh. 893) (Nərəcan kəndinin adı buradan yaranıb və əsası 550 – 560-cı illərdə qoyulub. – F.B.), Xudat, Qıraqlı, Dədəli, Yamqaya (Sumqayıt ərazisində olub, naməlum səbəblərə görə tarixdən silinib. Sumqayıt təzə salınmış şəhərdir. - F. B.), Bakı, Ərdəbil, Andia, Zamya, Qobustan, Azıx və başqa kimi coğrafiya tarixinə düşən əraziləri vardı. Ərəb tarixçiləri Azərbaycanın Həmədandan Dərbəndə qədər olduğunu yazır, Arranı bəzi yazılarda Ərməniyyə kimi qeyd ediblər. Ərməniyyənin Ermənistanla heç bir əlaqəsi yoxdur. Mənfur ermənilər ərəblərin bu sözündən yapışıb özlərinə bu ərazidə tarix axtarırlar. Bizim üzdəniraq tarixçilərimiz isə onlara təklif olunan erməni qızlarına görə güzəştə gediblər. Tarix tədqiqatçılarının araşdırmalarına diqqət etsək görərik ki, Ərməniyyə xristian türk dövləti olub, haylar isə onların arasında çox az sayda, əhəmiyyətsiz, qaraçıya oxşar köçəri azlıq kimi mövcud olub. Bizə gəlib çatan Parfiya sikkələri üzərindəki yazılar arami əlifbası yazılarıdır, sonralar farslar (Sasani dövrü) bu əlifbanı parfiyalılardan götürüb öz dillərinə uyğunlaşdırıblar (fars, tat). Parfiya əlifbası ilə yazı V əsrə qədər Albaniyada, Azərbaycanda, Xəzər xaqanlığında da istifadə edilib. VII əsrdən sonra qədim Urartu və Şərqi Anadoluda yaranmış türk dövlətlərinin əcdadları olan sak əhalisinin Ərməniyyə tarixini öyrənən haylar XX əsrdə rusların onları erməni adlandırdıqdan sonra addakı oxşarlığa görə (Bəlkə də bu rusların siyasətidir. – F.B.) Ərməniyyə tarixini öz qədim tarixləri kimi təqdim etməyə başladılar. Ancaq tezliklə bütün dünya tarixçiləri qarşısında gülünc vəziyyətdə qaldılar. Bəzi gülünc erməni tarixçiləri Adəm peyğəmbərin onların babası olduğunu iddia edirlər. Başqa bir erməni tarixçisi sübut etməyə çalışıb ki, Ərməniyyə ölkəsi hayların ata yurdu yox, ana yurdudur. İzahat da verir ki, Xəzər xaqanları olmuş türk (sak) mənşəli Yafəs və Toqarmanın şəcərələrində onların hay arvadları olduğu barədə qeydlər var. Hələ bunun da dəqiq olması məlum deyil. Tarixdə mövcud olan 1259-cu ildə yazılmış “Təbakəti Nəsəri” əsərində verilmiş şəcərəyə hay adları artırmağa çalışan ermənilər Altay türklərinin “Alp Manas”, özbək türklərinin “Alpamış” dastanlarında da öz babalarından danışıldığını yazırlar. Qədim tarixə aid kitablarda bu ərazilərin adları, dilləri arasında Midiya, Atropatena, Albaniya, Azərbaycan, Ərməniyyə, Arran dili, ərəb dili, əcəm dili sözlərinə rast gəlinir, hay sözünə, hay dilinə heç vaxt.
XI əsrə aid Mahmud Qaşğarlının xəritəsində bütün Qafqaz ərazisi “Dərbənd – Xəzəran” kimi qeyd edilib. Bu xəritədə heç Gürcüstan da yoxdur.
Qədim Ərməniyyə və Anadolu ərazilərinin tədqiqi ilə məşğul olan türk alimi Fuad Köprülü yazıb: “Osmanlı dövləti tərəfindən qədim Ərməniyyə və Şərqi Anadolu əraziləri fəth edilənə qədər həmin ərazilərdə Azəri ləhcəsi hakim olub və indiyə qədər də bu ərazilərdə Azərbaycan dili şivələri işlənir.”

“Ərəblərin hücumu ərəfəsində inzibati vahid olan Azərbaycan ərazisi Həmədan, Əzhər, Zəncandan tutmuş Dərbəndədək uzanırdı. Azərbaycanın şimal sərhədinin Sasanilər dövründə Dərbəndədək uzandığı barəsində həmin şəhərin hasarlarındakı pəhləvi yazıları məlumat verir: bu yazılar bizim eranın 553-cü ilində Azərbaycandakı Sasani mərzbanı Bərzini tərəfindən tərtib edilib.” Ziya Bünyadov “Azərbaycan VII – IX əsrlərdə. Elm – 1965, Azərnəşr 1989. səh.126.
Qeyd. 1989-cu ildə kitabın Azərnəşr tərəfindən təkrar nəşri zamanı yeri gəldi, gəlmədi, demək olar hər səhifədə VII əsrə aid hadisələrə Ermənistan sözü əlavə ediblər. (Ermənistan respublikası 29 noyabr 1920-ci ildə rusların himayəsi ilə İrəvan, Yelizavetpol, Tiflis quberniyalarının və Qars vilayətinin əraziləri hesabına yaranıb. O tarixdən əvvəl onların adı hay olub.– F.B.)
İslam dinini bütün yer üzündə yaymaq üçün dinc missionerlərdən sonra ərəb sərkərdələrinin rəhbərliyi ilə orduların hücumları Azərbaycandan da yan keçməyib. İstila edilən ölkələrin əhalisi ərəblərə düşmən nəzəri ilə baxmaması üçün xəlifə Əbu Bəkrin (632 – 634) ərəb əsgərlərinə verdiyi əmrin Azərbaycan dilindəki variantı qorunur. Əmrdə deyilir: “Düşmənləri şikəst etməyin, nə kiçik uşaqları, nə çox qoca adamları, nə də qadınları öldürməyin. Xurma və başqa meyvə ağaclarını tələf etməyin. Yemək üçün lazım olandan başqa qoyun, inək, dəvələri kəsməyin. Atəşgahlarda, hücrələrdə dini ayinlə məşğul olanları rahat buraxın. Sizi qəbul edən xalqla müqavilə bağlayın, onlara verdiyiniz vədlərə sadiq qalın. Sizi qəbul etməyənlərlə mübarizə aparın.”
Ərəblərin Azərbaycana hücumu zamanı əmrdə yazılanların əksinə, ərəblərin törətdiyi vəhşiliklərə aid çoxlu yazılı məlumatlar qorunur.
Əksəriyyəti köçəri olan ərəblərin özləri hələ İslamı yetərincə mənimsəmədiklərinə görə ilk vaxtlar Azərbaycan əhalisini İslamı qəbul etməyə məcbur etmirdilər. “Kitab əhli” - xristianlarla və atəşpərəstlərlə mülayim rəftar edirdilər.
Bu mənbələrdə də haylara aid dövlət haqqında məlumat yoxdur.
IX əsrdə ərəb işğalına son qoyulandan sonra ərazidə yaradılmış Məzyədilər, Şeybanilər, cənubda Sacilər dövlətlərinin əmələ gəlməsi barədə çox az məlumatlar öyrənilib. Ərazi türk tayfalarının məskəni kimi öyrənilir, ancaq qədim moğol tayfalarından olan azərlər haqqında olan məlumatlar tədqiq olunmamış qalıb. Nədənsə tarixçilərimiz Azərbaycan adının yaranmasını mənfur qonşuların saxta tarixçilərinin yazılarından götürülmüş Atropaten sözünə daha yaxın olduğunu göstəriblər. Doğruçu, qədim moğol tayfalarından olan azərlərin adlarını isə əfsanə kimi qəbul ediblər. Azərbaycanda odla – azərlə bağlı atəşgahlar haqqında tədqiqatlar aparılmayıb.
İbn Hordadibehin yazılarında Sasani şahı Ərdəşirin dövründə Azərbaycan ərazisinin Dərbənddən şimalda Atil çayına (İndiki Volqa), hun məmləkətlərinə qədər uzandığı bildirilir...
Mir Cəfər Bağırov dövründə yaradılmış arxivlər, akademiya arxivləri keçən əsrin 70 – 80-ci illərində məhv edilmiş, tariximiz, xəritələrimiz ermənilər tərəfindən və sapı özümüzdən olub ermənilərə xidmət edən Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutunun Orta əsrlər şöbəsində və Azərbaycan Tarixi kafedrasında fəaliyyət göstərən alçaq alimlərimiz tərəfindən təhrif edilmişdir. Azərbaycan tarixinə aid olan qədim yazılar, qiymətli faktlar qeyrətsiz alimlərimizin gözü önündə məhv edilmişdir. Əvəzində isə öz tariximiz içərisində ermənilərə aid olan saxta tarixi materiallarla zənginləşdirilmiş tarix kitabları yer almışdır. Hətta Azərbaycan tarixinə də saxta materiallar artırılmışdır.
Tarixi mənbələrdən Xaçmaz haqqında araşdırma apararkən maraqlı faktlarla rastlaşdım. Orta məktəbdə oxuyanda Azərbaycan tarixi dərsliyi təzə çıxmışdı. O kitabda Şirvanşahların qədimliyi barədə oxumuşdum. Hər il Azərbaycan tarixi dərsliyi təzələnirdi. Sonrakı kitablar əvvəlkilərlə düz gəlmirdi. Bir müddət bu fikirlərdən tamam kənar idim. Özüm araşdırma işinə başlayanda tarix kitablarındakı təhrifləri və səhvləri öyrənməyə başladım. Sovet dövründə kitabın sonunda balaca vərəqdə düzəliş yapışdırılardı. Xatırlayanlar varsa, həmin düzəlişdə kitabda səhv getmiş sözlərin düzgün oxunuşu göstərilirdi. İndiki kitablarda texniki səhv N qədər, üslub qüsurları da həmçinin. Ən təsiredicisi isə bilə - bilə, tarixi səhvləri düzəltmədən gələcək nəsillər üçün saxlamaqdır. Bir kitabdan Şirvanşahlar haqqında səhv fikirlər oxudum. Ziya Bünyadovun yazılarını oxumağa başladım.
Sasanilərin hakimiyyəti zamanı 224 – 241-ci illərdə Quba, Şabran, Niyazabad, Xudat, Dərbənd ərazilərində şimal sərhədlərini qorumaq üçün hakimlər təyin edəndə nədənsə Şirvan adı çəkilmir. Sonradan Ziya Bünyadovun yazılarından öyrəndim ki, Şirvan bir vilayət kimi VI əsrin başlanğıcında yaranıb.
Həm də ədalətli araşdırmaçıların qənaətinə görə tarixdə düzgün araşdırılmamış dövrlərin qalmasına səbəb elə tarixçilərin özləri olublar. Tarix araşdırmaçısı uzun, əziyyətli çox cüzi mənbələrdən aldığı məlumatları araşdırıb işıqlandırmaqda ciddi çətinliklərlə qarşılaşır. Belə ki, keçmişdə feodal sinfinə xidmət edən orta əsr salnaməçiləri öz əsərlərində xalqın vəziyyəti ilə maraqlanmır, əsas diqqəti hakim sinfin nümayəndələrinin tərifinə və təsvirinə yönəldirdilər. Nəticədə döyüş meydanlarında igidlik göstərənlər kənarda qalıb, kölgədə keflə məşğul olanlar tarixə düşüb.
Azərbaycan adının yaranmasına təkrar – təkrar müraciətlər olub. Hər dəfə türk mənbələrindəki Aderbican, fars mənbələrindəki Azərbayqan yazılışında dayanılıb. Strabon ölkənin adını Atropatın adı ilə bağlamışdı.
Müasir dövrdə Azərbaycan tarixinə müdaxilə etmiş ermənilərin müdafiəçiləri elə məmurların arasında, hətta akademiyanın daxilindədir.
ADU-nun tanınmış professoru İmaməddin Zəkiyev uzun müddət araşdırma apardığı Dəvəçinin Sumaqoba kəndində anadan olmuş Əli Hilmi barədə mənə məlumat verdi. Əli Hilmi XIX əsrdə 15 il hərbi məktəbdə işlədikdən sonra Misirdəki Xiliviyyə kitabxanasına işə dəvət olunub. Böyük kitabxanada işə başlayan Əli Hilmi XII – XIX əsrlərdə yazılmış Azərbaycan alimlərinin kitablarını orada görəndə qürur hissi keçirib. 1880 – 1888-ci illərdə o, Azərbaycan alimlərinin işləri barədə iki cilddən ibarət möhtəşəm kataloq hazırlayıb Amirə mətbəəsində çap etdirib. Onun araşdırmaları arasında qədim Azərbaycan əraziləri haqqında dəqiq məlumatlar var.
İmaməddin müəllim bu barədə özünün “Azərbaycan kitabının inkişaf yolu” kitabında məlumat verib. Doğrusu mən də bundan qürur hissi keçirdim.
Tarixçilərimiz arasında Azərbaycana gəlmiş moğollarla monqolları qarışdıranlara da rast gəlmək olur. Moğol tayfaları türklərin bir qolu olmaqla, atəşpərəst olublar. Monqolların əcdadları da türkcə danışıblar. Tarixçilər sübut edib ki, XIII əsrdə Bütün Avrasiya, Çingiz Xan da daxil olmaqla türklərdən ibarət olub. Tatarlar, Kereylər, Cəlairlər, Nayman oğulları və başqa az saylı xalqlar türkcə danışıblar. Monqolustan sözü isə “Menqu” - əbədi, “kol” – ordu sözlərindən yaranıb. XVII əsrə, Çini işğal edənə qədər monqollar türkcə danışıb. 100 il müddətində monqollar Çində hakimlik ediblər. Çingiz Xanın ölümündən sonra çinlilər qətliam etdilər, monqol əhalisinin yarısını qılıncdan keçirdilər. Vəziyyətdən istifadə edən mancurlar zəifləmiş ölkəyə hücum etdilər və Monqolustanı ələ keçirdilər. 100 ildə mancurların hökmranlığı altında dillər qarışıb hazırkı Xalxa – Monqol dili kimi tanınan Tunqus – Türk – Mancur dili formalaşdı. Əvvəllər monqollar tenqriçilər – Gök Tanrıya inananlar idilər. Sonradan buddizmi qəbul etdilər. Maraqlısı odur ki, Əli Hilminin kitablarında Azərbaycan haqqında Tunqus – Türk – Mancur dilində yazılar mövcuddur. Yəqin müasir dövrdə o dilləri öyrənən mütəxəssislərimiz olacaq.
25 min illik türk mədəniyyət tarixinin tərkibində Azərbaycan kimi tanınan dövlət eradan əvvəl 323-cü ildən eramızın II əsrinə qədər mövcud olub. Ondan əvvəl Azərbaycan ərazisində Aratta, Kuti, Lullu, Elam, Manna dövlətlərinin olduğu barədə tarixi sənədlər mövcuddur. Ancaq heç bir qədim yazılı abidələrdə hay dövlətinin mövcudluğu haqqında məlumat yoxdur.
1747 - 1828-ci illərdə mövcud olmuş İrəvan xanlığının tarixini araşdıranlar heç bir erməni – hay dövlətinin mövcudluğundan xəbər vermirlər.
Xronologiyadan kənar olsa da, eradan əvvəl VIII – VII əsrlərdən mixi yazılıarında müxtəlif ölkələrdə, müxtəlif dillərdə qorunan tarixi mənbələrdə adı Aderbayqan, Adirpatan, Azərbaycan kimi tanınan ölkənin ərazisi Dərbənddən cənuba Andia (Xəzər dənizinin cənubunda vilayət), Qəzvin, Zamya (Urmiya gölündən cənubda), Zəncana, qərbdə İrəvan, Göyçə, Tiflisə qədər olan ərazi kimi göstərilib. Tiflisin Azərbaycan şəhəri olması barədə yazılı tarixi məlumatlar da mövcuddur. Bu mixi yazılarında da hay dövlətinin mövcudluğu barədə heç bir işarə belə yoxdur.
Ardı var...
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!