Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
15-12-2021, 17:13
İranda beş bal gücündə zəlzələ baş verib

İranın qərbində beş bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Episentri 111 min nəfərin yaşadığı Məscid Süleyman şəhərindən 58 km şimal-şərqdə yerləşən zəlzələnin ocağı yerin 10 km dərinliyində olub.

Dağıntı və tələfat barədə məlumat verilmir.

Bütöv.az
15-12-2021, 17:09
ASGA daha bir Mingəçevir Şəhidinə film çəkəcək - VİDEOLAR

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) Mingəçevir Şəhidinə film çəkəcək.

Bu barədə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) sədri Səbuhi Abbasov məlumat verib. Onun sözlərinə görə son 1 ildə ASGA tərəfindən bir neçə Şəhidimizə filmlər çəkilərək geniş ictimaiyyətə təqdim edilib: "Hüseyn Adil oğlu Abbasəliyev 22 oktyabr 2000-ci ildə Mingəçevirdə anadan olub. 23 oktyabr 2018-ci ildən 29 mart 2020-ci ilə qədər Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib. Hüseyn Abbasəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

O, 2020-ci il sentyabrın 29-da qəhrəmancasına Şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli və 26.09.2020-ci il tarixli Sərəncamlarına əsasən Hüseyn Abbasəliyev ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. Bundan başqa Hüseyn Abbasəliyev Azərbaycan Respublikasının Prezidenti 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə "Cəsur döyüşçü” medalı ilə təltif edilib.

Hüseyn olduqca savadlı, sağlam düşüncəyə malik vətənpərvər gənc idi. 44 günlük savaşda isə könüllü olaraq ordu sıralarına qoşulmuş və ermənilərə qan uddurmuşdu. Belə bir gənc Şəhidimizi ölkə ictimaiyyətinə və dünya azərbaycanlılarına tanıtmağı özümüzə borc bilirik. Layihəmizi dəstəklədiyinə görə Gənclər və İdman Nazirliyinə dərin təşəkkürümüzü bildiririk. Film yaxın 2 ay ərzində hazırlanacaq və Mingəçevir şəhərində geniş təqdimatı reallaşacaqdır. Allah bütün Şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə tezliklə şəfa versin”

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının dəstəyi ilə ərsəyə gələn bəzi filmləri təqdim edirik:







Bütöv.az
15-12-2021, 16:53
İlham Əliyev Brüsseldə Volodimir Zelenski ilə görüşdü - FOTO

Dekabrın 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.



Bütöv.az
15-12-2021, 13:59
Brüssel görüşünün vacib məqamları “Caliber”də - VİDEO

Dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa Şurasının sədri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşü olub.

“Caliber”in növbəti təhlili məhz müddət baxımından Prezident İlham Əliyevin Ermənistanın baş naziri ilə bütün keçmiş görüşlərini geridə qoyaraq beş saata yaxın davam edən görüşə həsr olunub.

Görüşdən sonra Şarl Mişel üçtərəfli görüşün yekunlarına dair bəyanatla çıxış edib.

“Bəyanat Avropa diplomatiyasının ən yaxşı ənənələrinə uyğun kifayət qədər əhatəli, təmkinli, maksimum korrekt tərtib edilib.



Bütöv.az
15-12-2021, 13:46
FHN-nin cüdo komandasının idmançıları qələbələr əldə edir - FOTO

7-12 dekabr 2021-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən İdman-Sağlamlıq klubunun idman arenasında Azərbaycan Cüdo Federasiyasının, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə kişilər və qadınlar arasında cüdo idman növü üzrə Azərbaycan kuboku və Bakı klubları arasında U-18 yeniyetmələrin Azərbaycan Cüdo Federasiyası kuboku keçirilib.

Yarışda 33 komandadan 360-dan çox idmançı mübarizəyə qoşulub. Turnirdə FHN-in cüdo komandasının idmançıları İdman-Sağlamlıq klubunun əməkdaşı Fərid Ağakişiyev və məşqçi müəllimlər Arzu Axundov, Rasim Əliyevin rəhbərliyi altında yüksək nəticələr əldə ediblər.

Belə ki, kişilər arasında 60 kq çəki dərəcəsində Nazir Talıbov, 81 kq çəki dərəcəsində Kərim Allahverdiyev və qadınlar arasında 52 kq çəki dərəcəsində Fidan Qasımova yarışın bürünc medalına layiq görülüblər.

Yeniyetmə oğlanlar arasında 90 kq çəki dərəcəsində Aqşin Məhərrəmov və yeniyetmə qızlar arasında 63 kq çəki dərəcəsində Xədicə Baxışlı 4 görüş keçirərək yarışın gümüş medalına sahib olublar. Qaliblərə Azərbaycan Cüdo Federasiyasının, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin diplom və medalları təqdim olunub.

15 dekabr 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışda uğur qazanmış idmançılar ilə görüşərək onları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, FHN-nin cüdo komandasının idmançıları 2022-ci ildə Portuqaliyanın Odivelas şəhərində keçiriləcək cüdo idman növü üzrə “Qrand Prix” turnirində iştirak edəcək.



Bütöv.az
15-12-2021, 13:39
“E-manat”dan oğurluq edən şəxs saxlanılıb - VİDEO

Dekabrın 9-da Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən marketlərdən birində quraşdırılan “E-Manat” ödəmə terminalı sındırılaraq içərisində 1011, obyektin kassasından isə 306 manat pul naməlum şəxs tərəfindən oğurlanıb. Hadisə barədə ərazi üzrə Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə məlumat daxil olan kimi cinayəti törədən şəxsin axtarışlarına başlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bütöv.az-a verilən məlumata görə, qısa zamanda həyata keçirilən əməliyyat nəticəsində ödəmə terminalını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Röyal Məmmədyarov saxlanılıb və o, ifadəsində törətdiyi hadisəni etiraf edib. Onun marketə daxil olaraq oğurluq etməsi müşahidə kameraları vasitəsi ilə də anbaan görüntülənib.

Qeyd edək ki, bu şəxs əvvəllər də paytaxt ərazisində quraşdırılan ödəmə terminallarından oğurluq etdiyi üçün saxlanılıb və məhkum edilib.

Faktla bağlı Qobu Polis Bölməsində saxlanılan şəxs barəsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinə göndərilib. Röyal Məmmədyarovun paytaxt və Abşeron rayonu ərazisində analoji cinayətlər etdiyi istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Qobu Polis Bölməsinə, ərazi üzrə polis orqanlarına, həmçinin "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi hesablarına məlumat verə bilərlər.

15-12-2021, 13:28
Bakı məktəblərində Yeni il şənlikləri ilə bağlı direktorlara tapşırıqlar verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblərdə Yeni il şənliklərinin keçirilməsi ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.

İdarənin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında artıq bu barədə məktəb rəhbərliyinə tapşırıqlar verildiyini deyib.

O qeyd edib ki, pandemiya şəraitində məktəblərdə kütləvi böyük tədbirlərin keçirilməsi arzuolunan deyil:

“Təbii ki, valideynlərin bununla bağlı hər hansı təşəbbüslə çıxış etməsinin qarşısını ala bilmərik. Lakin bununla bağlı neqativ hal varsa, biz problemlərin həlli istiqamətində addımlar atmağa çalışacağıq. Ona görə belə hallarla rastlaşacaq şəxslər idarəyə müraciət edə bilərlər”.

Bütöv.az
15-12-2021, 13:26
Avropa Birliyinin bölgəyə gəlişi Azərbaycan üçün böyük irəliləyişdir

Dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilib. Görüşdə bir sıra önəmli məsələlər müzakirə olunub.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Modern.az -a açıqlamasında bildirib ki, Azərbaycanın dəstəklədiyi postkonfilikt gündəm artıq aktualdır.
Onun sözlərinə görə, Brüssel görüşündə səslənən fikir və təkliflər onu göstərdi ki, artıq Azərbaycanın yanaşması öz yerini tapıb və dəstəklənir.
“Görüşdə nə ATƏT-in adı çəkildi, nə də onun gündəmə gətirmək istədiyi digər məsələlər müzakirə olundu. Sadəcə olaraq, postkonfilikt mövzusuna aid reabilitasiya proseslərinə dair bəyanatlar verildi, mövqelər səsləndirildi”.
Sabiq nazir bildirib ki, Azərbaycan uzun müddətdir ki, azad olunmuş bölgələrə lazımi şəkildə humanitar yardım göstərilməməsindən narahat idi:
“Avropa Birliyi artıq bu məsələlərdə öz iştirakı haqqında bəyanatlar verdi. Hesab edirəm bu, Azərbaycan üçün böyük irəliləyiş və naliyyətdir”.
Zəngəzur dəhlizi ilə bağlı Ermənistan və Azərbaycan tərəfindən fikirlərin fərqli olduğunu qeyd edən T.Zülfüqarov bildirib ki, bu sahədə müzakirələrin hələ də davam etdiyini müşahidə edirik:
“Amma istənilən halda bu yol bərpa olunmalıdır. Burada Avropa İttifaqı tərəfindən maliyyə köməkliyinin olunması hesab edirəm ki, faydalı məsələdir”.
Sabiq nazir sonda bu görüşün Azərbaycan üçün uğurlu olduğunu bildirib.

Bütöv.az
15-12-2021, 13:13
Şarl Mişel İlham Əliyevin mövqeyini dəstəklədi: Bakı Brüsseldə öz gündəmini diktə etdi

Artıq xəbər verildiyi kimi, ötən gün Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa Şurasının sədri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşü olub.

Bu görüş müddət baxımından Prezident İlham Əliyevin Ermənistanın baş naziri ilə bütün keçmiş görüşlərini geridə qoyaraq beş saata yaxın davam edib.

Daha sonra Şarl Mişel üçtərəfli görüşün yekunlarına dair bəyanatla çıxış edib.

Bəyanat Avropa diplomatiyasının ən yaxşı ənənələrinə uyğun kifayət qədər əhatəli, təmkinli, maksimum korrekt tərtib edilib.

Amma necə deyərlər, şeytan detallarda gizlənir ki, onu da oxucularımızın diqqətinə çatdırmaq istəyirik.

Məsələn, əsas detal ondan ibarətdir ki, Avropa Şurası rəhbərinin bəyanatında ATƏT-in Minsk qrupunun adı çəkilməyib.

Biz artıq dəfələrlə demişik və yazmışıq ki, bu format tarixin zibilliyinə göndərilib və Şarl Mişel yuxarıda qeyd olunan təşkilatın adını bircə dəfə də olsa çəkməməklə bunu təsdiqlədi.

Şarl Mişelin “münaqişənin aradan qalxması” (overcoming the conflict) çağırışı da diqqətimizi çəkdi.

Əgər əvvəllər avropalılar münaqişənin “həll etmək” zərurəti haqqında danışırdılarsa, indi artıq konfliktin “aradan qalxmasından” danışırlar.

Beləliklə, avropalı siyasətçi həzm oluna bilən diplomatik tərzdə, bu gün danışıqlar masası arxasında söhbətin yalnız Qarabağ münaqişəsinin nəticələrinin aradan qaldırılmasından getdiyini vurğuladı. Belə ki, münaqişənin həll olunduğu hər üç iştirakçıya çox yaxşı məlumdur.

Ş. Mişelin ümumi mesajı ondan ibarətdir ki, Qarabağ münaqişəsi keçmişdə qalıb və indi tərəflər gələcəyə baxmalıdırlar.

Və Avropa İttifaqı Şurasının rəhbərinin bu mesajı İlham Əliyevin baxışı ilə tam üst-üstə düşür.

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması üçün ciddi çağırışın edilməsi də az əhəmiyyət kəsb etməyən məqamdır.

Beləliklə, Avropa İttifaqı Bakının daha bir istəyi olan hərtərəfli sülh müqaviləsinin bağlamasını dəstəklədi.

Daha sonra Şarl Mişel tərəfləri 2020-ci il 10 noyabr, 2021-ci il 12 yanvar və 26 noyabr tarixli üçtərəfli bəyanatlarına əməl etməyə çağırıb ki, bu da Azərbaycanın maraqlarına uyğundur.

Görünür, Brüssel artıq başa düşüb ki, danışıqlar prosesini başqa məcraya yönəltmək mümkün olmayacaq və bundan sonra onun Qafqaz diplomatiyasının başlanğıc nöqtəsi 10 noyabr 2020-ci il razılaşmasıdır.

Artıq İrəvan hətta Avropanın köməyi də olsa noyabr razılaşmaları çərçivəsindən çıxa bilməyəcək, Minsk qrupu isə yuxarıda qeyd etdiyimiz kimi tarixin zibilliyinə atılıb.

Şarl Mişel Qarabağın minalardan təmizlənməsi istiqamətində də dəstəyini ifadə edib.

Bu, Avropa İttifaqının Azərbaycan ərazilərinin minalardan təmizlənməsi prosesinə real addımlarla dəstək verəcəyini gözləməyə əsas verən müsbət mesajdır.

Avropa İttifaqının ilk dəfə olaraq itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsinin vacibliyini vurğulayaraq onu gündəmə gətirməsi çox mühümdür.

Xatırladaq ki, Birinci Qarabağ müharibəsi zamanı taleyi bu günə qədər naməlum olan 4 min azərbaycanlı itkin düşüb.

Rəsmi Bakı dəfələrlə Ermənistan tərəfindən bu şəxslərin taleyinə aydınlıq gətirməyi tələb edib. İndi bu tələbə avropalılar da qoşulub.

Nəhayət, bəyanatda Aİ-nin iqtisadi və investisiya dəstəyi də daxil olmaqla, bölgədə kommunikasiya infrastrukturunun yaradılmasını da dəstəkləməyə hazır olduğu ifadə edilir. Bu isə Zəngəzur dəhlizini tez bir zamanda açılmasına nail olmağa çalışan Azərbaycanın maraqlarına tam cavab verir.

Üstəlik, gömrük və sərhəd prosedurlarına qarşılıqlı əsaslarda əməl olunmasının zəruriliyi ayrıca qeyd olunur.

Bu isə İlham Əliyevin “Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz də Laçın dəhlizində eynisində israr edəcəyik” tələbinə tam uyğun gəlir.

Şarl Mişelin İlham Əliyevin bu tələbinə qoşulması isə bir şeyi aydın göstərir: Brüsseldə keçirilən üçtərəfli danışıqlarda Azərbaycan tərəfi bu prinsipial məsələ ilə bağlı öz gündəmini diktə edə bilib.

Bütöv.az
15-12-2021, 11:34
Dünyaya çağırış etdilər: Dinc insanları qətlə yetirən ABŞ-dan hesab tələb edin

“ABŞ müharibə cinayətlərinə görə dünyaya cavab verməlidir”.

Bütöv.az xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyinin bəyanatında belə deyilir. Açıqlamada ABŞ-ın Əfqanıstana müdaxiləsi qınanıb:
““Demokratiya zirvəsi”ndə demokratiyadan və insan hüquqlarından danışan ABŞ ordusu Əfqanıstanda məsum insanları öldürdü. Əfqan xalqı bir kənara atıldı və ailələrin şikayət edəcəyi heç bir yer yox idi”.

Bildirilir ki, ABŞ-ın günahkarları cəzalandırmaqdan imtina etməsi bu işin daha pis tərəfidir.“Beynəlxalq ictimaiyyəti ABŞ ordusunun dünya miqyasında məsum insanları öldürməyə yönəlik müharibə cinayətlərini araşdırmağa və onlardan hesab tələb etməyə çağırırıq” -deyə açıqlamada bildirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!